Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

Cərrahiyyə Klinikasının həkimi ölkəmizdə ilkə imza atıb

24 Yanvar 2020, 09:07 (GMT +4)

Bakı, 24 yanvar, SalamNews. Bu günlərdə Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının uşaq ürək cərrahı Dr. Ramal Həsənov ölkəmizdə bir ilkə imza atıb.

Ebstein anomaliyası diaqnozu ilə Klinikaya qəbul edilən 3 yaşlı Cahid Nəsirovu əməliyyat edib. Xəstəliyin xüsusiyyəti ilə bağlı məlumat verən cərrah R.Həsənov bildirib ki, Ebstein anomaliyası anadangəlmə ürək xəstəliklərinin bir faizdən də azına rast gəlinən bir xəstəlikdir. Həkimin sözlərinə görə, bu anomaliya ilk dəfə Wilhelm Ebstein tərəfindən 1866-cı ildə aşkar edilib:” Etiologiyası multifaktorialdır. Bu tipli xəstələrdə trikuspid qapağın septal və posterior lifletinin sağ ventrikul apeksinə doğru anormal yerləşimi mövcud olur.

Sağ ventrikulun həqiqi anulus səviyyəsi ilə yalançı anulus səviyyəsi arasındakı sahə atrializə olur. Sağ ventrikulun ümümi həcmi bununla bağlı olaraq azalır. “ Cərrah R.Həsənov Ebstein anomaliyasının ağırlıq dərəcəsindən asılı olaraq 4 tip olduğunu bildirib. C.Nəsirovda 3-cü tip Ebstein anomaliyası və ASD (Qulaqcıqlararası Çəpər defekti) aşkarlandığını qeyd edib. Xəstə elektofizioloji müayinə olunan zaman hər hansı bir aberrant yol aşkarlanmadığını deyib: ”Xəstədə Da-Silvanın Cone proseduru ilə tricuspid qapaq təmiri həyata keçirildi. Onda yuxarı boş vena və sağ ağciyər arteriyası arasında ikiyönlü kavo-pulmonar anastomoz (Glenn) qoyuldu və ASD qapadıldı. Bunlarla yanaşı, həmçinin sağ mədəcik və sağ qulaqcıq reduksiyası edildi.

Xəstə 3 gün reanimasiya şöbəsində qaldı və 10-cu gün yaxşılaşma ilə evə yazıldı.” Qeyd edək ki, bu əməliyyat 10 ilə yaxındır ki, kəşf olunub və dünyanın nüfuzlu tibbi mərkəzlərində icra olunur. Cahidin nənəsi Təranə Nəsirova 3 yaşlı nəvəsinin anadangəlmə ürək qüsurlu doğulduğunu, xəstəlikdən əməliyyata qədər xeyli əziyyət çəkdiyini bildirib. Ölkənin müxtəlif xəstəxanalarına müraciət etmələrinə baxmayaraq, əməliyyatı heç bir həkim öhdəsinə götürməyib. Yalnız cərrah R.Həsənov bu ağırlığı çiyinlərinə götürərək uğurla başa çatdırıb.

Əməliyyat olunduğu 10 gün ərzində nəvəsində xeyli irəliləyişin olduğunu bildirən nənə, C.Nəsirovda əsasən təngənəfəsliyin aradan qaldırıldığını bildirib. Nənə, uşağın valideynləri Nurlan və Ağca Nəsirovlar belə bir əməliyyatı uğurla həyata keçirdiyinə və övladlarını yenidən həyata qaytardığına görə, həkimə dərin təşəkkürlərini bildirib.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

ATU koronavirusla mübarizəni dəstəkləyib

Sabah Azərbaycanda havanın temperaturu 20 dərəcəyə kimi yüksələcək

Valideynlərini itirmiş şəxslərin magistratura xərclərini dövlət ödəyəcək

UFAZ-ın magistratura proqramına qəbul başlayıb

ATU-nun 26 tələbəsinə əlavə təqaüd veriləcək

Azərbaycanda havanın temperaturu yüksəlir

Azərbaycanda havanın temperaturu yüksəlir

Sabahdan Azərbaycanda havanın temperaturu yüksəlməyə başlayacaq

ATU-da "Qarabağ: Əcdadlarımızın mirası" təqdim olunub

Fevralın 23-də magistraturaya qəbul imtahanı keçiriləcək

ATU daha bir əməkdaşlığa imza atıb

Magistraturaya qəbul üçün buraxılış vərəqələrinin çapına başlanılıb

Azərbaycanda havanın temperaturu yüksəlir

Magistraturaya ərizə qəbulu bu gün başa çatır

Daha bir universitetdə yeni magistratura proqramı yaradılıb

Magistraturaya ərizə qəbulu davam edir

Magistraturaya qəbul olmaq istəyənlər biliklərini yoxlayıblar

Magistraturaya sənəd qəbulu elan edilib

Azərbaycanda magistratura səviyyəsi üzrə yeni ixtisaslar yaradılıb

Azərbaycanda 83 əcnəbi dövlət tərəfindən verilmiş qaçqın statusu əsasında yaşayır

07 Aprel 2020, 22:40 (GMT +4)
Heydər Əliyev Mərkəzi İrana dəstək olub (VİDEO)

07 Aprel 2020, 21:33 (GMT +4)
Ceyhun Məmmədov: İlk zərbəni öz üzərinə gömrükçülər götürdü (MÜSAHİBƏ)

07 Aprel 2020, 20:28 (GMT +4)
Son 10 gün ərzində əmək müqavilələrinin sayında ciddi artım qeydə alınıb

07 Aprel 2020, 20:02 (GMT +4)
Nazir Sahil Babayev jurnalistlərə müraciət edib

07 Aprel 2020, 18:36 (GMT +4)
Nazir: Karantin müddəti uzansa, birdəfəlik ödəmə növbəti aylarda da veriləcək

07 Aprel 2020, 18:06 (GMT +4)
Koronavirusla bağlı modul tipli 6 xəstəxana quraşdırılır - SƏRƏNCAM

07 Aprel 2020, 18:02 (GMT +4)
Əmək müqaviləsiz işləyənlərin sosial təminatı ilə bağlı tapşırıq verilib

07 Aprel 2020, 17:56 (GMT +4)
Lukaşenko pandemiyanı Belarusun gələcək mövcudluğu ilə əlaqələndirib

07 Aprel 2020, 17:54 (GMT +4)
Səudiyyə koalisiyası Yəmən paytaxtı və ətraf əyalətlərə 14 hava zərbəsi endirib

07 Aprel 2020, 17:47 (GMT +4)
Əbuzər İbrahimi Türkmən koronavirusla bağlı dünyanın dini liderlərinə müraicət edib

07 Aprel 2020, 17:35 (GMT +4)
Lukaşenko karantinin tətbiqi ehtimalı barədə danışıb: nə yeyəcəyik?

07 Aprel 2020, 17:25 (GMT +4)
İcazə sistemi ilə bağlı 2 yeni funksiya yaradılıb

07 Aprel 2020, 17:21 (GMT +4)
BNA-nın “Gəlin bir bayraq altında birləşək” aksiyasına DOST Agentliyi də qoşulub

07 Aprel 2020, 17:03 (GMT +4)
Azərbaycanda koronavirusa görə 53 300 test aparılıb

07 Aprel 2020, 16:51 (GMT +4)
Lukaşenko Belarusiyada COVID-19 diaqnozu ilə  xəstəxanaya yerləşdirilənlərin sayını açıqlayıb

07 Aprel 2020, 16:46 (GMT +4)
Trampın sədəqəsinə ehtiyacımız yoxdur, Onun özü koronavirusa görə digərlərinə möhtacdır – Cavad Zərif

07 Aprel 2020, 16:41 (GMT +4)
Pentaqon koronavirus peyvəndinin sınaqlarına başlayıb

07 Aprel 2020, 16:20 (GMT +4)
Azərbaycanda 717 nəfər koronavirusa yoluxub, onlardan 8-i ölüb

07 Aprel 2020, 16:12 (GMT +4)
Peskov Putinin koronavirusa görə vaxtaşarı testdən keçdiyini açıqlayıb  

07 Aprel 2020, 16:10 (GMT +4)
Çin Azərbaycana tibbi humanitar yardım göndərib

07 Aprel 2020, 16:10 (GMT +4)
Koronavirus Azərbaycanda: Daha 76 nəfərdə koronavirus aşkarlanıb

07 Aprel 2020, 16:00 (GMT +4)
“Caspian European Club” “Online business training”in təşkilinə başlayıb

07 Aprel 2020, 15:48 (GMT +4)
Fələstində koronavirusa yoluxanların sayı 260-a çatıb

07 Aprel 2020, 15:43 (GMT +4)
Bakının daha bir küçəsində yenidənqurma işləri yekunlaşır

07 Aprel 2020, 15:20 (GMT +4)
Yaponiyanın yeddi prefekturasında fövqəladə rejim elan edilib

07 Aprel 2020, 15:12 (GMT +4)
Balakəndə civə satışı ilə məşğul olan şəxslər saxlanılıb

07 Aprel 2020, 14:48 (GMT +4)
YAP: Əfv sərəncamlarının imzalanması dövlətin öz vətəndaşlarına verdiyi dəyərin bariz nümunəsidir

07 Aprel 2020, 14:40 (GMT +4)
İranda koronavirusa yoluxanlardan 27 mini sağalıb

07 Aprel 2020, 14:38 (GMT +4)
Lukaşenko: Belarus neft oyunlarından asılı olmamalıdır

07 Aprel 2020, 14:36 (GMT +4)
Azərbaycanda tibbi maska istehsalına başlanıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66