Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

Azərbaycanın kənd təsərrüfatı məhsulları Dubayda sərgilənir

23 Yanvar 2020, 16:24 (GMT +4)

Bakı, 23 yanvar, SalamNews. Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində "Aqrar Tədarük və Təchizat" ASC-nin və Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərindəki Ticarət Nümayəndəsi Aparatının təşkilatçılığı, Azərbaycanın BƏƏ-dəki Səfirliyinin dəstəyi ilə Dubayda “Azərbaycan kənd təsərrüfatı məhsulları: Sərgi və dequstasiya” tədbiri keçirilib.

Tədbirin keçirilməsində əsas məqsəd ixrac potensialı böyük olan yerli istehsal kənd təsərrüfatı və qida məhsullarının tanıdılması, ixrac kanalllarının araşdırılması və yeni işgüzar əlaqələrin qurulmasıdır.

Tədbirdə Azərbaycanın BƏƏ-dəki səfirliyinin, Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində "Aqrar Tədarük və Təchizat" ASC-nin, BƏƏ İqtisadiyyat Nazirliyinin, Dubay Ticarət və Sənaye Palatasının rəhbər şəxsləri, Azərbaycanın BƏƏ-dəki Ticarət Nümayəndəsi Aparatının, Dubay şəhərindəki Baş Konsulluğun nümayəndələri, Azərbaycandan qida istehsalçıları və aqrar sahibkarlar, BƏƏ-dən biznes strukturların nümayəndələri iştirak edib.

Azərbaycanın BƏƏ-dəki ticarət nümayəndəsi Elnur Əliyev Azərbaycan haqqında ümumi təqdimatla çıxış edərək iki ölkə arasında ticarət iqtisadi əlaqələri, Azərbaycan məhsulları, tarixi, mədəniyyəti barədə tədbir iştirakçılarına ümumi məlumat verib, ölkəmizin məhsullarının keyfiyyətini qeyd edib. Azərbaycan məhsullarının Birləşmiş Ərəb Əmirlikəri və Körfəz bazarına ixrac potensialı barədə qonaqları məlumatlandıran ticarət nümayəndəsi Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri arasında ikitərəfli ticarət əlaqələrinin mövcud vəziyyəti və inkişaf perspektivərindən bəhs edib.

Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində "Aqrar Tədarük və Təchizat" ASC İdarə Heyətinin sədri Leyla Məmmədova tədbir çərçivəsində yerli məhsulların ixracı və investisiyaların ölkəmizə cəlbi ilə mümkün əməkdaşlıqların müzakirə edildiyini bildirib:

“Ölkəmizdə qeyri-neft sektorunun inkişafında son illərdə kənd təsərrüfatı sahəsində həyata keçirilən islahatlar mühüm əhəmiyyət kəsb edir. Kənd Təsərrüfatı Nazirliyinin son dövrlərdəki fəaliyyəti və kənd təsərrüfatı məhsullarının istehsalının artırılması üçün görülən işlər bu sahənin inkişafını stimullaşdırır. Məhsul istehsalının həcmi artdıqca onun daxili və xarici bazarda satışının düzgün təşkili bu baxımdan çox əhəmiyyətlidir. Biz mütəmadi olaraq xaricdəki Ticarət Nümayəndəlikləri ilə birgə bu formatda tədbirlər təşkil edir, Azərbaycan məhsulllarının tanıtımını həyata keçiririk. Bu tədbirlərdə ixrac prosesi və xarici bazarlarla bağlı təsəvvür yaratmaq məqsədi ilə yerli aqrar sahibkar və qida istehsalçılarının da iştirakını təşkil edirik. Bu tədbir də istisna deyil. Burada bir sıra işgüzar görüşlər keçirir, yerli qida istehsalçıları ilə Birləşmiş Ərəb Əmirliklərində fəaliyyət göstərən özəl və dövlət biznes strukturları arasında görüşlər təşkil edirik. Məqsədimiz yerli kiçik və orta fermer təsərrüfatlarını məhsul ixrac etməyə cəsarətləndirmək və ixrac prosesini stimullaşdırmaqdır.”

Daha sonra çıxış edən Azərbaycanın BƏƏ-dəki fövqəladə və səlahiyyətli səfiri Mahir Əliyev ölkələrimiz arasında siyasi-iqtisadi, mədəni sahələrdə ikitərəfli əlaqələrin artan templə davam etdiyini, bu kimi tədbirlərin ölkələrimiz arasında ikitərəfli əlaqələrin inkişafına mühüm töhfə verəcəyini, eləcə də bunun ölkə başçısı cənab İlham Əliyevin Azərbaycanın qeyri-neft sektorunun inkişafına verdiyi əhəmiyyəti təcəssüm etdirdiyini bildirib.

Tədbirin mədəni hissəsində Azərbaycan milli rəqsləri təqdim edilib.

Daha sonra qonaqlar Azərbaycan kənd təsərrüfatı və qida məhsullarından ibarət sərgi ilə tanış olub. Sərgidə Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində "Aqrar Tədarük və Təchizat" ASC-nin stendi ilə yanaşı, Azərbaycanın yerli qida istehsalçıları və aqrar sahibkarlar da öz məhsullarını nümayiş etdiriblər. Sərgi zamanı ixrac potensialı yüksək olan və müxtəlif aqrar sahibkarların yetişdirdikləri yerli məhsulların (bal, təzə meyvələr, quru meyvələr, çay, düyü, ət, fındıq və.) təqdimatı və dequstasiyası da təşkil olunub.

Tədbirin davamı olaraq Azərbaycan və BƏƏ-dən olan sahibkarlar və biznes strukturlar arasında ikitərəfli görüşlər keçirilib.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

“Aqrar Tədarük və Təchizat” Qətər və Omanda təşviqat işləri aparacaq

Aqrar Tədarük və Təchizat Gəncə Regional İdarəsinin anbarında mediatur keçirib

“Aqrar Tədarük və Təchizat” ASC-nin rəhbər şəxsləri Quba, Qusar və Xaçmazda fermerlərlə görüşüb

“Aqrar Tədarük və Təchizat” ASC-də qida təhlükəsizliyi mövzusunda təlim keçirilib

“Aqrar Tədarük və Təchizat”ın əməkdaşları Cənubi Koreyada təlimdə iştirak edir

“Aqrar tədarük və təchizat” ASC-nin Nizamnaməsi təsdiq edilib

“Aqrar Tədarük və Təchizat” ASC-nin rəhbərliyinə təyinat olub

Nazir: Aqrar tədarük və təchizat” ASC-nin yaradılması həyata keçirilən aqrar siyasətin tərkib hissəsidir

18 Fevral 2020, 14:56 (GMT +4)
Azərbaycan 3 il ərzində qızıl və gümüş satışından 400 mln. manata yaxın vəsait cəlb edib

18 Fevral 2020, 14:39 (GMT +4)
ETSN restoranlara və şadlıq saraylarına xəbərdarlıq edib

18 Fevral 2020, 14:23 (GMT +4)
Ankara Afinanın etnik türklərə qarşı münasibətini tənqid edib

18 Fevral 2020, 14:18 (GMT +4)
Ayətullah Xamenei təbrizlilərlə görüşdə ölkə xalqını seçkilərdə aktiv olmağa çağırıb

18 Fevral 2020, 14:13 (GMT +4)
"Aqrolizinq"də aparılan yoxlamalara rəsmi aydınlıq gətirilib

18 Fevral 2020, 14:07 (GMT +4)
Xəzər könüllülük məktəbinin iclası keçirilib (FOTOLAR)

18 Fevral 2020, 13:58 (GMT +4)
Sinqapurda ev karantinini pozanlar cəzalandırılacaq

18 Fevral 2020, 13:35 (GMT +4)
Ötən gün yol qəzalarında 2 nəfər ölüb

18 Fevral 2020, 13:33 (GMT +4)
İran Məhkəməsi ABŞ-a cəsusluqda ittihamlandırılan 7 nəfərə hökm oxuyub

18 Fevral 2020, 13:30 (GMT +4)
Azərbaycanda zərgərlik bazarının inkişaf perspektivləri müzakirə olunub

18 Fevral 2020, 13:04 (GMT +4)
Azərbaycanda havanın temperaturu yüksəlir

18 Fevral 2020, 13:02 (GMT +4)
Çində koronavirus səbəbiylə pullar məhv ediləcək  

18 Fevral 2020, 12:56 (GMT +4)
Azərbaycanda qızıl emalçıları assosiasiyası yaradılacaq

18 Fevral 2020, 12:49 (GMT +4)
KOB-ların inkişafı üzrə hədəflər açıqlanıb

18 Fevral 2020, 12:47 (GMT +4)
“Azərişıq” istehlakçıları xəbərdar edib

18 Fevral 2020, 12:25 (GMT +4)
Təbrizlilər Ayətullah Xamenei ilə görüşüblər

18 Fevral 2020, 12:23 (GMT +4)
Zaqatalada evdən oğurluq edən dəstə üzvləri saxlanılıb

18 Fevral 2020, 12:14 (GMT +4)
Avstraliya koronavirusla mübarizə üçün 1,3 milyon dollar ayıracaq

18 Fevral 2020, 12:10 (GMT +4)
Gömrük Komitəsinin sədri: Zərgərlər üçün HUB yaratmaq istəyirik

18 Fevral 2020, 11:59 (GMT +4)
Nazir: Azərbaycanda sənaye klasterlərinin yaradılmasına təkan və dəstək vermək niyyətindəyik

18 Fevral 2020, 11:53 (GMT +4)
Pakistan Taliban sözçüsünün həbsxanadan qaçdığını etiraf edib

18 Fevral 2020, 11:39 (GMT +4)
KİV: Çində xəstəxananın baş həkimi koronavirusdan ölüb

18 Fevral 2020, 11:25 (GMT +4)
Mərkəzləşdirilmiş Karyera Portalı yaradılacaq

18 Fevral 2020, 11:15 (GMT +4)
BMT İdlibdə atəş təmin edilməsinə çağırıb

18 Fevral 2020, 11:11 (GMT +4)
Hələb-Qaziantep yolunun bir hissəsi radikal qruplaşmalardan azad edilib (VİDEO)

18 Fevral 2020, 11:00 (GMT +4)
Azərbaycanda neft məhsullarının istehsalı artıb

18 Fevral 2020, 10:54 (GMT +4)
Qazaxıstanda terror hücumları planlaşdıran ekstremistlər saxlanılıb

18 Fevral 2020, 10:50 (GMT +4)
Fransanın Azərbaycandakı səfiri Bakı Limanı ilə tanış olub

18 Fevral 2020, 10:48 (GMT +4)
FHN: "Sədərək"dəki yanğın 600-700 kvadratmetr sahəni əhatə edib

18 Fevral 2020, 10:41 (GMT +4)
BDU tələbələri “AzerGold”-da təcrübə keçəcək

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66