Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » DİN

Dövlət Komitəsində kollegiya iclası keçirilib

23 Yanvar 2020, 17:45 (GMT +4)

Bakı, 23 yanvar, SalamNews. Yanvarın 23-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində (DQİDK) 2019-cu ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan kollegiya iclası keçirilib.

Komitədən SalamNews-a bildiriblər ki, iclasda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, kollegiya üzvləri, həmçinin Mərkəzi Aparatın və bölgə şöbələrinin müdirləri iştirak ediblər.

İclası giriş sözü ilə açan Komitə sədri Mübariz Qurbanlı bildirib ki, Azərbaycan 2019-cu ildə iqtisadi, siyasi, mədəni, sosial və digər sahələrdə çox mühüm nailiyyətlər əldə edib. Prezident İlham Əliyevin 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədəki çıxışında qeyd etdiyi kimi, ötən il Azərbaycan üçün uğurlu olub, ölkəmiz müxtəlif istiqamətlərdə önəmli yeniliklərə imza atıb.

Dünya dini liderlərinin II Bakı Sammitini dini sahədə 2019-cu ilin ən mühüm hadisələrindən biri kimi qiymətləndirən Mübariz Qurbanlı Şeyxülislam Allahşükür Paşazadənin anadan olmasının 70 illiyi ilə bağlı yubiley tədbirləri çərçivəsində keçirilən və 70-dən çox dövlətin nümayəndələrinin qatıldığı tədbirin Azərbaycan üçün birgəyaşayışın və multikultural modelin parlaq nümayişi üçün növbəti imkan olduğunu bildirib.

Ötən il ərzində Dövlət Komitəsinin həyata keçirdiyi maarifləndirmə tədbirləri, dini radikalizmə, xurafata qarşı mübarizə sahəsində görülən işlər, qarşıya qoyulmuş hədəflərə çatmaq üçün müəyyən olunan istiqamətlər barədə də danışan DQİDK sədri ölkədə dini durumla bağlı sabitliyi təmin edilməsi, qorunub saxlanması, həmçinin tolerantlıq mühitin daha da sağlamlaşdırılması, mənfi təzahürlərin aradan qaldırılması üçün bir sıra əhəmiyyətli addımların atıldığını diqqətə çatdırıb. Prezident İlham Əliyevin Fərmanı və Sərəncamı ilə yaradılmış Mənəvi Dəyərlərin Təbliği Fondunun və Azərbaycan İlahiyyat İnstitutunun ölkəmizdə dini mühitin sağlamlaşdırılması, dini sahə ilə bağlı bəzi boşluqların aradan qaldırılması, eləcə də xalqımızın mənəvi dəyərlərinin qorunması və təbliği istiqamətində mühüm rola malik olduqlarını qeyd edib.

Dövlət ilə dini qurumlar arasında münasibətlərin yüksək səviyyədə olduğunu vurğulayan Komitə sədri cari dövrdə ölkə ərazisində maarifləndirmə işinin geniş miqyasda aparıldığını bildirib. Qeyd edib ki, ötən il 45 mindən artıq insanın qatıldığı 500-ə yaxın tədbirin təşkilində Dövlət Komitəsinin mərkəzi və yerli icra hakimiyyəti orqanları, həmçinin Qafqaz Müsəlmanları İdarəsi ilə yaxından əməkdaşlıq etdiyini diqqətə çatdırıb.

DQİDK-nın qadınlarla iş sahəsində də fəaliyyətini gücləndirdiyini bildirən M.Qurbanlı 2019-cu ildə ölkənin bir sıra bölgələrində qadınlarla müxtəlif səpkili görüşlər keçirildiyini, maarifləndirici söhbətlər aparıldığını əlavə edib.

Naxçıvan Muxtar Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Agentliyinin direktoru Vüqar Babayev çıxışında bildirib ki, hesabat dövrü ərzində muxtar respublikanın şəhər və rayonlarında dini ayinlərin icraçıları və yerli dindarlarla görüşlər təşkil edilib, İslam dininin düzgün formada təbliği barədə müvafiq tapşırıqlar verilib, yanvar-fevralda din xadimlərinin attestasiyası keçirilib. Dini təyinatlı ədəbiyyatların, əşyaların və başqa məlumat materiallarının muxtar respublika ərazisində yayılmasına ciddi şəkildə nəzarət edilib, dövlətçiliyimizə zidd, məzhəb ayrı-seçkiliyi salan və ifrat məzhəbçilik prinsiplərini təbliğ edən 78 adda 780 ədəd dini təyinatlı ədəbiyyatın yayılmasının qarşısı alınıb. Məhərrəm ayı ərzində Aşura gününün əsl mahiyyəti, yad dini ideologiyaların xalqımızın mənəvi dəyərlərinə zidd olması barədə maarifləndirici tədbirlər keçirilib, broşürlər çap edilib. İl ərzində maarifləndirmə işinin təşkili məqsədilə 26 dini veriliş hazırlanıb.

Sonra Dövlət Komitəsinin Dini qurumlarla iş üzrə şöbəsinin müdiri Cahandar Əlifzadənin 2019-cu ildə görülmüş işlər və ölkədəki mövcud dini durum barədə məlumatları əks etdirən çıxışı dinlənilib. Bildirilib ki, Dövlət Komitəsi tərəfindən respublikada dini durumu hərtərəfli öyrənmək, dini prosesləri izləmək, əsas tendensiyaları müəyyənləşdirmək, radikal dini cərəyanların fəaliyyətinin qarşısını almaq, ölkədəki dini vəziyyətlə bağlı informasiya fondunu genişləndirmək, dini qurumlarla əməkdaşlığın qurulmasını təmin etmək istiqamətində müvafiq tədbirlər həyata keçirilib.

Hesabat dövründə Ramazan ayı, Qurban bayramı və Məhərrəmlik mərasimləri zamanı vətəndaşların dini etiqad azadlığının tam təmin olunması, bayram və mərasimlərin milli adət-ənənələrə uyğun şəkildə yüksək səviyyədə təşkili və mənfi halların, xurafat və mövhumat elementlərinin qarşısının alınması istiqamətində profilaktik tədbirlər, xüsusilə maarifləndirmə işi həyata keçirilib. Dövlət Komitəsi hər il olduğu kimi, ötən il də QMİ tərəfindən keçirilən qanvermə aksiyasına xüsusi dəstək verərək, dini icmalarda bununla bağlı təşviqat və təbliğat işlərini davam etdirib. 2019-cu ildə 15-i Bakı şəhərində, 18-i isə respublikanın böyük şəhər və rayonlarında olmaqla ümumilikdə 33 yerdə qanvermə aksiyası keçirilib.

Şöbə müdiri qeyd edib ki, hesabat dövründə dini icmaların dövlət qeydiyyatına alınması prosesi davam etdirilib, onların ümumi sayı 941-ə çatıb. Bu dini icmalardan 906-sı İslam, 35-i qeyri-İslam təmayüllüdür.

Dinşünaslıq ekspertizası üzrə məlumatlara diqqət çəkən C.Əlifzadə bildirib ki, 2019-cu ildə Dövlət Komitəsinə idxalla əlaqədar daxil olmuş müraciətlər əsasında 3888 adda dini məzmunlu ədəbiyyata baxılaraq, dini dözümsüzlüyü, ayrı-seçkiliyi və radikallığı təbliğ edən 216 adda kitabın ölkəyə gətirilməsinin və yayılmasının qarşısı alınıb.

Şöbə müdiri dini maarifləndirmə istiqamətində aparılan tədbirlərə də diqqət çəkərək bildirib ki, 2019-cu ildə Dövlət Komitəsi tərəfindən ölkədəki dövlət-din münasibətlərinin yüksək səviyyədə tənzimlənməsi, eyni zamanda, Azərbaycan vətəndaşlarının, xüsusilə gənclərin zərərli dini cərəyanların təsiri altına düşməsinin, din adı altında milli və dövlət maraqlarımıza zidd ideoloji təlimlərin yayılmasının qarşısının alınması məqsədilə ayrıca və digər qurumlarla birgə tədbirlər həyata keçirilib.

Daha sonra Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov qurumun 2019-cu il üzrə fəaliyyəti barədə məruzə ilə çıxış edib. Bildirib ki, hər il Qafqaz Müsəlmanları İdarəsi tərəfindən məscidlərə təyin edilmiş din xadimləri Fond tərəfindən maddi dəstəklə təmin olunur. Bu məqsədlə 2019-cu ildə 1021 din xadiminə Fond tərəfindən maddi yardım göstərilib. Vurğulanıb ki, Prezident İlham Əliyevin 2019-cu il 18 iyun tarixli Sərəncamına əsasən dövlət tərəfindən din xadimləri üçün verilən maddi yardımın məbləği 40 faiz artırılıb.

İcraçı direktor qeyd edib ki, mənəvi dəyərlərin qorunması, inkişafı və təbliğini həyata keçirmək məqsədilə Fond tərəfindən respublikamızın müxtəlif bölgələrində 2 layihə, 23 konfrans, 35 seminar və 8 dəyirmi masa təşkil edilib. 2019-cu ildə dini icmalar tərəfindən təqdim olunan 71 maarifləndirici layihə maliyyələşdirilib.

Ramazan ayında Fond tərəfindən şəhid ailələri və müharibə veteranları üçün iftar süfrələri təşkil edilib, Ramazan və Qurban bayramlarında isə 260 şəhid ailəsinin üzvlərinə və aztəminatlı ailələrə, eləcə də Böyük Vətən və Qarabağ müharibələrinin 50 əlilinə bayram sovqatı verilib. “Bir uşaq-bir ümid” layihəsi çərçivəsində isə 6 uşaq evi ziyarət edilib və məktəbli ləvazimatı, eləcə də müxtəlif hədiyyələr uşaqlara paylanılıb.

Kütləvi informasiya vasitələrində mənəvi dəyərlərin təbliği işini həyata keçirmək məqsədilə isə “ASAN Radio” ilə birgə “Mənəvi dəyərlər” adlı veriliş hazırlanaraq təqdim edilir.

Hesabat dövründə, həmçinin 6 sənədli film və 6 sosial videoçarx hazırlanıb, Fondun maliyyə dəstəyi ilə müxtəlif adda 50-yə yaxın ədəbiyyat nəşr olunub. Fond tərəfindən dini etiqad sahəsində maarifləndirmə işinin gücləndirilməsi məqsədilə (012) 1845 nömrəli “Dini sorğu xidməti” yaradılıb.

Azərbaycan İlahiyyat İnstitutunun rektoru vəzifəsini müvəqqəti icra edən Aqil Şirinov çıxışında vurğulayıb ki, hazırda İnstitutda 166 tələbə təhsil alır, həmçinin Nazirlər Kabinetinin Qərarı ilə təhsil müəssisəsinə doktorantura pilləsi üzrə qəbul başlayıb. “Unibook” təhsil informasiya idarəetmə sisteminin tətbiqi ilə bağlı müqavilə imzalanıb.

Sonda Dövlət Komitəsinin 2020-ci ilin birinci yarısı üçün fəaliyyət planı, gələcək hədəflər, problem və perspektivlər geniş müzakirə edilib, kollegiyanın gündəliyində duran məsələlər və iş planı ilə bağlı qərarlar qəbul edilib.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yaradılmasından 18 il ötür

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ağcabədidə vətəndaşları qəbul edib

Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin nümayəndələri əsgərlərlə görüşüb

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi deputat Qüdrət Həsənquliyevin müraciətinə cavab verib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi bu il 550-dən artıq tədbir keçirib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin avtomobillərinin sayı limiti artırılıb

Büdcədən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə ayrılan vəsait artırılıb

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yaradılmasından 17 il ötür

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində müşavirə keçirilib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yaradılmasından 16 il ötür

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Qobustanda vətəndaşları qəbul edib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin nümayəndələri Hərbi dənizçilərlə görüşüblər

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Şabranda vətəndaşların müraciətlərinə baxıb

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi “Fatimeyi-Zəhra” məscidi ilə bağlı açıqlama yayıb

Müdafiə Nazirliyi ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi arasında illik tədbirlər planı imzalanıb

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Biləsuvarda vətəndaşlarla görüşüb

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi hüquq-mühafizə orqanları ilə birgə reyd keçirib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Qazaxda vətəndaşların müraciətlərini dinləyib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Balakəndə vətəndaşları qəbul edib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin əməkdaşları təltif edilib (SİYAHI)

04 Aprel 2020, 18:48 (GMT +4)
KİVDF-nin yeni rəhbəri kimdir? - Dosye

04 Aprel 2020, 17:30 (GMT +4)
SMS icazə sistemindən istifadə qaydaları ilə bağlı yeni rolik hazırlanıb

04 Aprel 2020, 17:10 (GMT +4)
İsmət Səttarov MTRŞ-yə üzv təyin edilib

04 Aprel 2020, 17:04 (GMT +4)
KİVDF-yə yeni İcraçı direktor təyin edilib

04 Aprel 2020, 17:00 (GMT +4)
DMX: Sabahdan hərəkət məhdudiyyətləri əcnəbilərə də şamil ediləcək

04 Aprel 2020, 16:59 (GMT +4)
Vüqar Səfərli vəzifəsindən azad edilib

04 Aprel 2020, 16:57 (GMT +4)
Şotlandiyada COVID-19-a yoluxmadan qocalar evində 13 nəfər ölüb

04 Aprel 2020, 16:45 (GMT +4)
Bölgələr üzrə avtobuslarda sərnişin sıxlığının azaldığı və artdığı ərazilər açıqlanıb

04 Aprel 2020, 16:27 (GMT +4)
Küveytdə koronavirusdan ilk ölüm hadisəsi qeydə alınıb

04 Aprel 2020, 16:22 (GMT +4)
İraqda hökuməti formalaşdıracaq siyasətçi parlamentin taleyüklü qərarını gözləyir

04 Aprel 2020, 16:10 (GMT +4)
Hərbi jurnalist Şəmistan Əlizamanlı ilə Aprel döyüşləri xatırlanacaq

04 Aprel 2020, 15:58 (GMT +4)
Tramp COVID-19 xəstəsi ilə mümkün təmasın onun üçün əhəmiyyətli olmadığını bildirib

04 Aprel 2020, 15:41 (GMT +4)
Nazirlik: Bakı-Sumqayıt yolundan köçürülən ağacların inkişafına nəzarət olunur

04 Aprel 2020, 15:31 (GMT +4)
İspaniyada gün ərzində COVID-19-a 7000 yoluxma hadisəsi qeydə alınıb

04 Aprel 2020, 15:20 (GMT +4)
Səudiyyə Yəmən ərazisinə 15 aviazərbə endirib, bir ailənin 4 üzvü həlak olub

04 Aprel 2020, 15:10 (GMT +4)
DİN: Jurnalistlər avtomobildən şəxsi məqsədləri üçün istifadə edə bilməzlər

04 Aprel 2020, 14:58 (GMT +4)
Maduro ölkəni qorumaq üçün artilleriyanı səfərbər etməyi əmr edib

04 Aprel 2020, 14:48 (GMT +4)
Azərbaycanda daha 78 nəfər koronavirusa yoluxub

04 Aprel 2020, 14:30 (GMT +4)
AQTA-nın Çağrı Mərkəzi bu gün fasilələrlə işləyəcək

04 Aprel 2020, 14:12 (GMT +4)
İranda koronavirusa yoluxan 55 min xəstədən 19 mini sağalıb

04 Aprel 2020, 14:07 (GMT +4)
Heydər Əliyev Mərkəzindən "COVID-19"un geniş yayıldığı ölkələrə dəstək 

04 Aprel 2020, 13:51 (GMT +4)
Maduro koronavirusla mübarizədə Kolumbiyaya kömək edəcəklərini açıqlayıb

04 Aprel 2020, 13:45 (GMT +4)
Astara sakini narkotik vasitə satarkən saxlanılıb

04 Aprel 2020, 13:35 (GMT +4)
Rusiyada son sutka ərzində 582 nəfərdə koronavirusa yoluxma aşkar edilib 

04 Aprel 2020, 13:26 (GMT +4)
İsraildə koronavirusa yoluxanların sayı 7,500-ü keçib

04 Aprel 2020, 13:00 (GMT +4)
Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb

04 Aprel 2020, 12:46 (GMT +4)
ASCO-da evdən idarəetmə ilə fasiləsiz iş rejimi tam təmin olunub

04 Aprel 2020, 12:40 (GMT +4)
İran Parlamentinin 190 deputatı koronavirusa görə analiz verib

04 Aprel 2020, 12:35 (GMT +4)
ABŞ-da son sutka ərzində 1,4 min insan koronavirusdan ölüb

04 Aprel 2020, 12:25 (GMT +4)
DİN: Karantin rejimini pozan 9 nəfər həbs edilib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66