Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » SİYASƏT

Sumqayıtdan millət vəkilliyinə namizəd Sərvər Süleymanlı secicilərə platformasını təqdim edib

24 Yanvar 2020, 09:43 (GMT +4)

Bakı, 24 yanvar, SalamNews. Sumqayıtdan millət vəkilliyinə namizəd Sərvər Süleymanlı secicilərə platformasını təqdim edib.

Dövlət və onun bütün orqanları rəsmiyyətdə qanunlar əsasında fəaliyyət göstərir. Gündəlik ictimai həyatda qarşıya çıxan bütün çətinliklərin aradan qaldırılmasının ən əsas şərti ehtiyaclara uyğun qanunların qəbul edilməsi və onlara əməl olunmasını, yəni qanunun və hüququn aliliyini təmin etməkdir. Bu fərdlərin və dövlətin mənafeyi baxımından əvəz olunmaz bir rola malikdir. Lazımi səviyyədə qanunların qəbul olunması və bunların həyata keçirilməsinə nəzarət həyati əhəmiyyət kəsb edir. Ölkəmizdə də qanunları qəbul etməyə yeganə səlahiyyətli dövlət orqanı Milli Məclisdir.

Qeyd olunanları nəzərə alaraq mən də 30 ilə yaxın hüquqşünaslıq ixtisası ilə bağlı təhsil, tədqiqat və praktik təcrübəmlə əldə etdiyim qabiliyyət və imkanları qanunverici orqanın dövlət strukturundakı həyati funksiyasını yerinə yetirməsində istifadə etməyə qərar verdim. Bununla bağlı millət vəkili seçildiyim təqdirdə aşağıda qeyd olunan istiqamətlər üzrə var gücümlə ciddi və təsirli fəaliyyət göstərəcəyimə İNANıram:

1. İslahat siyasətinə dəstək

Ölkədə islahat yönümlü fəaliyyətlərin və atılan addımların nəticələrinin daha uğurlu olması üçün millət vəkillərinin prosesdə aktiv iştirakı, qurucu tənqid və təkliflər səsləndirməklə islahat siyasətinə dəstək verməsi son dərəcə vacibdir. Çünki ölkəmizin sosial, iqtisadi, mədəni strukturunda və hüquq sistemində dinamik inkişafın təmin edilməsi yalnız davamlı dəyişən şərait və ehtiyaclara uyğunlaşmaqla mümkündür. İslahatlar olmadan bunu həyata keçirmək mümkün deyildir. Bu istiqamətdə, xüsusilə də, hüquq quruculuğu və məhkəmə sistemində planlanan islahatlara ciddi töhfə verə biləcəyimə inanıram.

2. Mülkiyyət hüququ

Ölkəmizin iqtisadi quruluşunun təməli sərbəst bazar iqtisadiyyatına əsaslanır. Qanunvericiliyin səhv tətbiq olunması nəticəsində vətəndaşların daşınmaz əmlakla bağlı mülkiyyət və sair əmlak haqlarının rəsmiləşdirilməsi və bununla əlaqədar qarşıya çıxan problemlərin həlli mülki dövriyyə azadlığı və onun inkişafı baxımından ən vacib prioritet məsələlərdən biridir. Qeydiyyatsız tikililər, icra hakimiyyəti və bələdiyyə aktlarına əsasən əldə olunan torpaq və sair daşınmaz əmlakla bağlı hüquqların özgəninkiləşdirilməsi və vərəsəlik qaydasında keçməsi ilə bağlı mövcud süni maneələrin aradan qaldırılması zəruridir.

3. Daşınmaz əmlakla bağlı vergilər

Daşınmaz əmlak ilə bağlı mülki dövriyyə azadlığına zərər vuran vergi ödənişlərinin, xüsusilə də sırf şəxsi ehtiyacını qaşrılamaq üçün evini və s. daşınmaz əmlakını özgəninkiləşdirərkən tutulan yersiz və zərərli vergi ödənişlərini aradan qaldırmaq. Bu növ vergilər həm mülki dövriyyəyə zərər vurmaqla bütövlükdə dövlətin iqtisadiyyatına zərər vurur, həm də sadə vətəndaşların əmlak mənafelərinə olduqca ciddi zərər yetirir.

4. Məhkəmə institutu

İstər ölkədəki sosial-iqtisadi münasibətlər baxımından, istərsə də insanların həyat firavanlığı baxımından etibarlı və sağlam məhkəmə sisteminin olması olduqca zəruridir. Hüquqa və xüsusilə də məhkəmələrə etimad olmadan firavanlıq və gələcəyə ümid də olmaz. Özlərini hüquqi baxımdan güvəndə hiss etməyən insanların firavan həyatı və özlərini xoşbəxt hiss etmələri mümkün deyildir. Bu nöqteyi-nəzərdən də pozulan hüquqların məhkəmələr vasitəsilə bərpasının effektiv və sürətliliyini təmin edən qanunvericilik aktlarının hazırlanması, qəbul olunması və həyata keçirilməsi olduqca vacibdir və buna görə də, bu istiqamətdəki qanunvericilik fəaliyyətinə ciddi və səmərəli fayda verməyə var gücümlə çalışacağam.

5. Narkomaniyaya qarşı sağlam mübarizə

Narkomaniyaya qarşı sağlam mübarizə aparılması üçün problemə sistematik yanaşmaq labüddür. Belə ki, narkomaniya bir xəstəlikdir, ona yoluxduqdan sonra yox, daha çox yoluxmazdan əvvəl müvafiq preventiv şəraitin formalaşdırılması lazımdır. Belə bir şəraitin formalaşması baxımından isə, məşğulluğun artırılması olduqca böyük rol və əhəmiyyət daşıyır. Məşğulluğun artırılması baxımından sərbəst mülki dövriyyə üçün əlverişli imkanın yaradılması və azad sahibkarlıq fəaliyyəti ilə bağlı təşəbbüskarlıqlara təşviq mühitinin olması zəruri şərtdir. Sərbəst sahibkarlıq fəaliyyətinin və bütövlükdə mülki dövriyyə azadlığının təmin olunması qacınılmaz olaraq yeni iş yerlərinin açılması və məşğulluğun artması üçün münbit şərait yaradır. Bütün bunlar isə, son nəticədə sırf buna əlverişli hüquqi şəraitin olmasından asılıdır. Bu istiqamətdə Milli Məclisdə ciddi və səmərəli fəaliyyət göstərəcəm.

6. Ali təhsil

Kadr hazırlığı baxımından əvəzsiz rol oyanan ali məktəb və universitetlərdə səmərəli təhsilin təşkili olunması ilə bağlı islahata xidmət edən qanunvericilik aktları qəbul edilməlidir. Bu aktların başlıca konkret xüsusiyyəti ali təhsilin aid olduğu ixtisas sahəsində tələbələrə peşə qabiliyyətini ali səviyyədə təmin edən bir tədris sisteminə əsaslanmasından ibarət olmalıdır. 20 ildən çox ali təhsildə fəaliyyət göstərən bir şəxs kimi bu sahədə yeni tədris sistemini formalaşdıran müvafiq qanunvericilik aktlarının qəbul olunmasına ciddi töhfə verəcəyimə inanıram.

7. İnstitusional idarəetmə

Təyinatı üzrə fəaliyyətdən çox uzaq qalmış qurum və institutların (həmkarlar ittifaqı, elmi tədqiqat mərkəzləri və s.) məhsuldar fəaliyyət göstərməsi üçün işlək fəaliyyət mexanizminin hazırlanıb həyata keçirilməsinə çalışacağam.

8. Uşaq pulu

Uşaq pulunun bərpası və sağlam uşaq böyüdülməsinə dövlət qayğısının əməli artırılmasına səbəb olan işlək qanunvericilik aktlarının qəbul olunması təşəbbüsü ilə çıxış edəcəyəm.

9. Pensiya təqaüdləri

Mövcud pensiya qanunvericiliyi evdar qadınlar, rəsmi iş statusu olmayan və aşağı maaşlı işlərdə işləyən insanlar üçün gələcəkdə pensiyaya çıxma imkanları baxımından xeyli çətinlik yaradır. Bu istiqamətdə prossesin gəlirlərin ədalətli bölgüsü prinsipinə uyğun olaraq qanunvericilikdə dəyişikliyə gedilməsi zəruridir. Eyni zamanda pensiya təqaüdlərinin ehtiyaclara uyğun həcmdə artırılması daim gündəmdə olmalıdır.

10. Müharibə veteranlarına sosial təminat

Torpaqlarımızın bütövlüyü uğrunda mübarizədə fədakarlıq edən hər bir qazi və veteranımız bizim və gələcəyimiz üçün böyük əhəmiyyət və dəyərə malikdir. Onlara yüksək qayğı və hörmət göstərilməsi birbaşa güclü cəmiyyət və dövlət qurulucu baxımından olduqca vacibdir. Bu səbəblə də konkret olaraq veteranların sosial təminatının artırılması, onlara maddi və mənəvi dəstəyin verilməsi hər zaman diqqət mərkəzimizdə olmalıdır. Seçiləcəyim halda millət vəkili olaraq veteranlarımıza və qazilərimizə dəstəyin artırılmasında aktiv iştirak edəcək və onların sosial həyat şəraitinin yaxşılaşdırılması təşəbbüsləri ilə çıxış edəcəyəm.

11. Tibbi xidmət

Tibbi xidmətin göstərilməsində müxtəlif problemlərlə qarşılaşırıq və bu insanlar arasında haqlı narazılığa səbəb olur. Tibbi xidmətlər əhalinin hər bir kateqoriyası üçün əlçatan olmalıdır. Tibbi sığortanın tətbiqi bu problemi qismən həll edir. Seçiləcəyim təqdirdə tibbi sığortanın özəl tibb müəsisələrinin xidmətlərindən istifadə edilməsi üçün tətbiqi mexanizminin hazırlanması təşəbbüsü ilə çıxış edəcəyəm.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

20 Fevral 2020, 10:25 (GMT +4)
Saleh Məmmədov vətəndaşları qəbul edəcək

20 Fevral 2020, 10:13 (GMT +4)
Görkəmli Azərbaycan bəstəkarı Fikrət Əmirovun anım günüdür

20 Fevral 2020, 10:09 (GMT +4)
Çində koronavirusdan ölənlərin sayı 2118 nəfərə çatıb

20 Fevral 2020, 09:57 (GMT +4)
Suriyada Rusiya və ABŞ hərbi maşınlarının bir-birilə «yarışması» kameralara düşüb (VİDEO)

20 Fevral 2020, 09:57 (GMT +4)
Paytaxt sakininin çantasını oğurlamaqda şübhəli bilinən şəxs tutulub

20 Fevral 2020, 09:47 (GMT +4)
Yol polisi məktəbliləri maarifləndirir

20 Fevral 2020, 09:35 (GMT +4)
Maqadanda təyyarə havaya qalxarkən yerə çırpılıb

20 Fevral 2020, 09:30 (GMT +4)
Dövlət Agentliyinin nümayəndə heyəti Vyanaya səfər edib

20 Fevral 2020, 09:16 (GMT +4)
İranda koronavirusa yoluxan iki nəfər həyatını itirib

20 Fevral 2020, 09:10 (GMT +4)
Tramp Pentaqon rəhbərinin müavininin istefa etdiyini açıqlayıb

20 Fevral 2020, 09:02 (GMT +4)
Səyyar “ASAN xidmət” Qazaxda sakinlərə xidmət göstərir

19 Fevral 2020, 18:01 (GMT +4)
Xəzər dənizində zəlzələ olub

19 Fevral 2020, 17:55 (GMT +4)
Avropa İttifaqının səfiri Gömrük Akademiyasında olub

19 Fevral 2020, 17:55 (GMT +4)
Prezident Romada Nizami Gəncəvinin abidəsini ziyarət edib (FOTOLAR)

19 Fevral 2020, 17:53 (GMT +4)
Ötən il Azərbaycanda 22,5 milyard kilovat/saat elektrik enerjisi istehlak olunub

19 Fevral 2020, 17:53 (GMT +4)
İran ötən noyabr ayının iğtişaşları və toqquşmalarında ölənlərin sayını rəsmən açıqlayacaq

19 Fevral 2020, 17:43 (GMT +4)
Uxanda koronavirusa yoluxanların müalicəsi üçün müvəqqəti xəstəxanalar açılıb

19 Fevral 2020, 17:35 (GMT +4)
Azərbaycan Prezidenti İtaliyaya gedib (FOTOLAR)

19 Fevral 2020, 17:26 (GMT +4)
Çində daha bir xəstəxananın baş həkimi koronavirusa yoluxub

19 Fevral 2020, 17:11 (GMT +4)
Yəmənin müdafiə nazirinin avtomobili partladılıb

19 Fevral 2020, 17:07 (GMT +4)
Cəbhəyanı bölgələrdə yeni kiçik ailə təsərrüfatları yaradılır (FOTOLAR)

19 Fevral 2020, 16:56 (GMT +4)
“Avro-2020”nin oyunları KOB-lar üçün perspektiv imkanlar yaradacaq

19 Fevral 2020, 16:47 (GMT +4)
Pompeo: Tramp Afrika ölkələri ilə ticarət sazişləri bağlamaq istəyir

19 Fevral 2020, 16:42 (GMT +4)
30 saylı Suraxanı birinci seçki dairəsi üzrə dörd məntəqədə səsvermənin nəticələri etibarsız sayılıb

19 Fevral 2020, 16:39 (GMT +4)
“BakuBus”ın sürücüsü tapdığı noutbuku sahibinə qaytarıb

19 Fevral 2020, 16:20 (GMT +4)
Səfir: OYU-nun diplomlarının Türkiyədə tanınmasında heç bir problem yoxdur

19 Fevral 2020, 16:06 (GMT +4)
WSJ: Blumberq prezident seçilsə media şirkətini satacaq

19 Fevral 2020, 16:03 (GMT +4)
Martın əvvəli Tehranda Rusiya, Türkiyə və İran prezidentlərinin görüşü gözlənilir

19 Fevral 2020, 15:58 (GMT +4)
Sosial xidmətin inkişafına dair Milli Strategiya layihəsi hazırlanıb

19 Fevral 2020, 15:30 (GMT +4)
Ərdoğan Rusiya ilə Türkiyə arasındakı İdliblə bağlı danışıqları şərh edib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66