Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

Dövlət Gömrük Komitəsinin Akademiyasını 8 yaşını qeyd edir

24 Yanvar 2020, 13:01 (GMT +4)

Bakı, 24 yanvar, SalamNews. Dövlət Gömrük Komitəsinin Akademiyası Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 24 yanvar 2012-ci il tarixli 1972 nömrəli Sərəncamına əsasən yaradılıb. Akademiya ali və əlavə təhsil proqramlarını həyata keçirən, fundamental və tətbiqi elmi tədqiqatlar aparan xüsusi təyinatlı dövlət ali təhsil müəssisəsidir.

Akademiyanın yaradılmasında əsas məqsəd gömrük orqanlarında xidmət etmək üçün yüksək ixtisaslı, peşəkar mütəxəssislərin hazırlanması, gömrük orqanlarında xidmətə qəbul olunan əməkdaşlar üçün ilkin hazırlıq və gömrük xidməti əməkdaşları üçün ixtisasartırma təlimlərinin təşkil edilməsi, bununla yanaşı, elmi-tədqiqat işlərinin aparılmasıdır.

Akademiyanın prioritetlərindən ən başlıcası gömrük orqanlarında çalışmaq üçün lazım olan bütün ixtisaslar üzrə kadrların hazırlanmasıdır. Hazırda Akademiyada bakalavr pilləsi üzrə 3 ixtisas – Hüquqşünaslıq, İqtisadiyyat və İnformasiya təhlükəsizliyi ixtisası üzrə tələbələr təhsil alırlar. İnformasiya təhlükəsizliyi ixtisası üzrə tələbə qəbulu 2019/2020-ci tədris ilindən etibarən aparılır. Beynəlxalq hüquq və Gömrük işi ixtisaslaşmaları üzrə magistr hazırlığı 2019/2020-ci tədris ilindən etibarən həyata keçirilir. 2020/2021-ci tədris ilindən yeni ixtisasların açılması nəzərdə tutulur.

2014/2015-ci tədris ilində Dövlət Gömrük Komitəsinin Akademiyası ilk tədris ilinə başlayıb. 2017/2018-ci tədris ilində ilk məzunlarını yola salıb.

Hazırda Akademiyada tələbələrin ümumi sayı 250 nəfərdir. Onlardan 241 bakalavr, 9 nəfər magistr təhsili alır.

Akademiyada təhsilin keyfiyyətinin artırılması, tətbiq olunan texnoloji yeniliklər və kadr potensialının yaxşılaşdırılması üçün son illərdə bir sıra tədbirlər həyata keçirilib.
Beynəlxalq əlaqələrin qurulması və əməkdaşlığın genişləndirilməsi prioritet olaraq qarşıya qoyulub. Akademiya bir sıra beynəlxalq qurumlarla əməkdaşlıq edir. Ümumdünya Gömrük Təşkilatı –ÜGT (WorldCustomsOrganisation - WCO), Gömrük Universitetlərinin Beynəlxalq Şəbəkəsi (TheInternationalNetwork of CustomsUniversities - INCU), Rusiya Gömrük Akademiyası və s.

Akademiyanın əsas fəaliyyət istiqamətləri bakalavr və magistr hazırlığı ilə yanaşı, xidmətə ilkin hazırlıq və ixtisasartırma təlimlərinin təşkilidir.

Akademiyada gömrük orqanlarında xidmətə qəbul olunan əməkdaşlar üçün təlimlər yeni formatda və məzmunda keçirilir. Təlimlər Dövlət Gömrük Komitəsi sisteminə daxil olan gömrük orqanlarının əməkdaşlarının peşə və ixtisas səviyyəsini artırmaq, gömrük orqanlarına xidmətə yeni qəbul edilmiş əməkdaşlara peşə biliklərinin və xidməti intizam qaydalarının tələblərinin öyrədilməsi məqsədilə təşkil olunur.

Akademiyada Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə verilən “ÜGT-nin e-LearningModullarından istifadə üzrə Lisenziya”ya əsasən “CLİCK! e-Learning” bazasında mövcud olan resurslar üzrə gömrük xidməti əməkdaşları üçün təlimlərin keçirilməsi nəzərdə tutulub.
Akademiyada Beynəlxalq Standartlar Sisteminin tətbiqi, təhsilin və idarəetmənin ISO standartlarının tələblərinə uyğun səviyyədə təşkil edilməsi məqsədilə struktur bölmələrin əməkdaşları üçün təlimlər keçirilmişdir. Təlimlər və sertifikatların verilməsi prosesi Türk Standartları İnstitutu (TSE) tərəfindən həyata keçirilir. Akademiyanın ISO 9001:2015 (Keyfiyyəti idarəetmə sistemi) sertifikatını alması üçün bütün müvafiq tədbirlər görülmüşdür. Qeyd edək ki, Akademiyanın fəaliyyətini beynəlxalq standartların tələblərinə müvafiq olaraq həyata keçirmək məqsədilə Türkiyə Standartları İnstitutunun Azərbaycandakı nümayəndəliyi ilə Akademiya arasında müqavilə imzalanmışdır.

Akademiyada elmi fəaliyyət üzrə işlər aparılır. Gömrük sahəsi, iqtisadiyyat üzrə elmi məqalələrin dərci, professor-müəllim heyətinin beynəlxalq elmi konfrans və seminarlarda mütəmadi iştirakı olur. Ümumdünya Gömrük Təşkilatının PİCARD (“Gömrük sahəsində akademik araşdırmalar və inkişaf üzrə əməkdaşlıq proqramı”) illik iclaslarında iştirak edirlər.

Dövlət Gömrük Komitəsinin Akademiyasını bitirən məzunlara gömrük xidmətində işləmək imkanı verilir. Akademiyanın məzunları Dövlət Gömrük Komitəsinin rəhbərliyinin müvafiq əmri ilə müsabiqədən kənar işə qəbul olunurlar.
Könüllü gömrükçü dəstələrində Akademiyanın tələbələri aktiv şəkildə təmsil olunurlar.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

DGKA-da 20 yanvar faciəsinə həsr olunmuş anım tədbiri keçirilib

DGKA tələbələrinin məruzələri beynəlxalq konfransın proqramına daxil edilib

DGKA tələbələri üçün maliyyə savadlılığı ilə bağlı seminar keçirilib

DGKA-da xidmətə hazırlıq təlimlərinin qiymətləndirmə mərhələsi keçirilib

DGKA-nın fəaliyyəti beynəlxalq standartlara uyğunlaşdırılır

DGKA-da yeni qəbul olunmuş əməkdaşlar üçün hazırlıq kursları başlayıb

DGKA-nın tələbəsi: Gömrük orqanlarında xidmət etmək şərəfdir (MÜSAHİBƏ)

01 Dekabr 2020, 17:55 (GMT +4)
Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məlumat yayıb

01 Dekabr 2020, 17:43 (GMT +4)
Azərbaycan Respublikasının “Vətən Müharibəsi Qəhrəmanı” adı təsis edilib

01 Dekabr 2020, 17:36 (GMT +4)
ARDNF valyuta hərraclarındakı satışını 17% artırıb

01 Dekabr 2020, 17:25 (GMT +4)
Azərbaycandakı monitorinq mərkəzində Rusiya və Türkiyədən eyni sayda hərbçi olacaq

01 Dekabr 2020, 17:22 (GMT +4)
İraqı qorumaq üçün Amerika qoşunlarına ehtiyacımız yoxdur - Deputat

01 Dekabr 2020, 17:12 (GMT +4)
Azərbaycanın 5 şahmatçısı FIDE reytinqində irəliləyib

01 Dekabr 2020, 16:56 (GMT +4)
Gəncə məktəblisi beynəlxalq yarışmada bürünc medal qazandı!

01 Dekabr 2020, 16:45 (GMT +4)
Gəncədə evdən icazəsiz çıxan koronavirus xəstələri saxlanılıb

01 Dekabr 2020, 16:32 (GMT +4)
Prezident: "Yeni dəhlizin parametrləri müəyyən olunandan sonra Laçın şəhəri də bizə qaytarılacaq”

01 Dekabr 2020, 16:28 (GMT +4)
Şabranda yaşadıqları evi tərk edən COVID-19 xəstələri müəyyən edilib

01 Dekabr 2020, 16:18 (GMT +4)
AQTA quş qripi ilə bağlı epizootoloji monitorinqlər keçirib (FOTO)

01 Dekabr 2020, 16:04 (GMT +4)
Kabildə partlayışlar planlayan terror qrupu ələ keçib

01 Dekabr 2020, 15:50 (GMT +4)
TƏBİB Laçın rayonunun səhiyyə statistikasını açıqlayıb

01 Dekabr 2020, 15:33 (GMT +4)
Dekabrın 2-dən hansı şəxslərin səfərbərlik üzrə hərbi xidmətdən tərxis ediləcəyi məlum olub

01 Dekabr 2020, 15:25 (GMT +4)
Azərbaycanda pambıq yığımında orta məhsuldarlıq 33 sentnerə çatır

01 Dekabr 2020, 15:10 (GMT +4)
Prezident bir qrup hərbi qulluqçunun tərxis edilməsi ilə bağlı sərəncam imzalayıb

01 Dekabr 2020, 15:00 (GMT +4)
İranda nüvə sazişinin öhdəliklərilə bağlı hökumətlə parlament arasında fikir ayrılığı yaranıb

01 Dekabr 2020, 14:57 (GMT +4)
Mehriban Əliyeva Laçının azad olunması münasibətilə xalqı təbrik edib

01 Dekabr 2020, 14:43 (GMT +4)
Koronavirus: Azərbaycanda sutkalıq yoluxma və sağalma sayı açıqlanıb

01 Dekabr 2020, 14:20 (GMT +4)
Mingəçevirdə karantin postunda COVID-19 xəstələri saxlanılıblar

01 Dekabr 2020, 14:08 (GMT +4)
Ombudsman Ermənistanın muzdluları barədə beynəlxalq təşkilatlara müraciət ünvanlayıb

01 Dekabr 2020, 13:50 (GMT +4)
YUNESKO torpaqşünas alimin tədqiqatları ilə bağlı AMEA prezidentinə müraciət edib

01 Dekabr 2020, 13:38 (GMT +4)
İran Suriya-İraq sərhədində Sepah komandirlərindən birinin ölməsi xəbərini təkzib edib

01 Dekabr 2020, 13:33 (GMT +4)
Azərbaycanda "Zərərçəkmiş ailələrə humanitar yardım" aksiyası başa çatıb

01 Dekabr 2020, 13:24 (GMT +4)
Azərbaycan Prezidenti düşmənin məhv edilmiş və qənimət götürülmüş texnikalarını açıqlayıb

01 Dekabr 2020, 13:11 (GMT +4)
Astarada torpağa basdırılmış narkotik aşkarlanıb

01 Dekabr 2020, 13:00 (GMT +4)
Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb

01 Dekabr 2020, 12:50 (GMT +4)
Prezident İlham Əliyev üçtərəfli bəyanatın detallarını ilk dəfə şərh edib

01 Dekabr 2020, 12:45 (GMT +4)
Türkiyə-Rusiya Ortaq Monitorinq Mərkəzinin qurulması ilə bağlı saziş imzalanıb

01 Dekabr 2020, 12:30 (GMT +4)
Dövlət başçısı: Laçın dəhlizi erməni işğalçı qüvvələrindən təmizlənib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66