Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

Qadın sahibkarlar üçün "Scale Up” akselerator proqramı fəaliyyətə başlayıb

24 Yanvar 2020, 13:35 (GMT +4)

Bakı, 24 yanvar, SalamNews. Proqramda iştirak etmək üçün 2019-cu ilin dekabr ayından etibarən başlayan ərizə qəbulu 18 müraciətçinin seçilməsi ilə tamamlanıb. Beləliklə, finalçılar 6 həftə boyunca kiçik və orta sahibkarlıqla məşğul olan qadınlar üçün hazırlanmış xüsusi maarifləndirici proqramda iştirak etmək hüququ qazanıb.

Müraciətçilərin seçimi zamanı biznes quruculuğu təcrübəsi, sahibkarlıq mühitində çətinliklərin öhdəsindən gəlmə yolları, gələcəkdə biznesin genişləndirilməsi potensialı, eləcə də “Scale Up” proqramının onların fəaliyyətinə, peşəkar və fərdi inkişafına nə kimi töhfə verəcəyi əsas götürülüb.

Proqramda iştirak etmək hüququ qazanan xanımlar turizm, təhsil, biznes məsləhətçiliyi, qida və dəb sənayesi də daxil olmaqla, iqtisadiyyatın müxtəlif sahələrində bizneslərini yürüdən sahibkarlardır.

"Azərbaycan İşgüzar Qadınları" təşkilatının təsisçisi Tatyana Mikayılova dəyişikliklərin idarə edilməsini müasir qadının həm işində, həm də bütövlükdə cəmiyyətdə uğurlu olmasını təyin edən bir bacarıq adlandırıb.

Məhz bu səbəbdən biz bu gün biznes üçün vacib olan kommunikasiya, rəqəmsal transformasiya, vençur sərmayələri kontekstində maliyyə, əqli mülkiyyət hüquqları və şəxsi məşqçilik kimi amilləri əhatə edən yeni bir proqram yaratdıq.

“Bu gün qadın sahibkar milli iqtisadiyyatın, xüsusilə də kiçik və orta sahibkarlıq seqmentinin inkişafında vacib rol oynayan bəndə çevrilib. Dəyişən dünyada biznesi müvəffəqiyyətlə idarə etmək və onun inkişafı üçün davamlı olaraq imkanlar yaratmaq tamamilə yeni bir yanaşma, bilik və bacarıq, həmçinin daima təkmilləşmə, o cümlədən uyğunlaşma üçün cəsarət və hazırlıq tələb edir."-deyə Tatyana Mikayılova bildirib.

İştirakçılar proqrama qatılma səbəblərindən bəhs edərkən, bizneslərinin genişləndirilməsi imkanlarını daha aydın şəkildə anlamaq və bu imkanları düzgün qiymətləndirmək, yeni hədəfləri müəyyən etmək, həmçinin gələcək çağırışlara hazır olmaq istəklərini vurğulayıblar.

"Scale Up” akselerator proqramı “Azərbaycan İşgüzar Qadınları” təşkilatının təşəbbüsü, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Ailə,

Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, ABŞ-ın Azərbaycandakı Səfirliyi, PAŞA Bank və “PwC Azerbaijan” şirkətinin birgə dəstəyi ilə ərsəyə gəlib.

"Scale Up” akselerator proqramının əsas məqsədi kiçik və orta sahibkarlıq fəaliyyəti ilə məşğul olan qadınlara bizneslərini daha uğurla idarə etmək üçün zəruri biliklər vermək, eləcə də onların ölkə iqtisadiyyatının inkişafındakı rolunu və təsirini artırmaqdır.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

"Scale Up"akselerator proqramının açılış mərasimi baş tutub

30 Mart 2020, 20:48 (GMT +4)
Xüsusi karantin rejimində KİV-in fəaliyyətinə icazə verilib

30 Mart 2020, 20:39 (GMT +4)
Nazirlər Kabineti: İnsanlar yalnız yaxın market və apteklərə gedə bilər

30 Mart 2020, 20:30 (GMT +4)
Azərbaycanda vətəndaşlara küçəyə çıxmaq qadağan olunub

30 Mart 2020, 17:56 (GMT +4)
Üç şəhər və rayonda əlillərə reabilitasiya vasitələri evlərinə aparılacaq

30 Mart 2020, 17:50 (GMT +4)
Maduro: Kolumbiya və ABŞ Venesuela siyasətçilərinə qarşı addım atsa peşman olacaq

30 Mart 2020, 17:45 (GMT +4)
“Dərs vaxtı” proqramının sabaha nəzərdə tutulan cədvəli açıqlanıb

30 Mart 2020, 17:31 (GMT +4)
Milli Məclisin Toponomiya komissiyasının yeni tərkibi müəyyənləşib

30 Mart 2020, 17:23 (GMT +4)
İndoneziya paytaxtında koronavirusun yayılması səbəbiylə karantin tətbiq ediləcək

30 Mart 2020, 17:15 (GMT +4)
Netanyahu və onun bir neçə naziri koronavirusa görə karantində qalacaqlar

30 Mart 2020, 17:15 (GMT +4)
Deputat: Böyük şirkətlər dövlətlə bərabər məsuliyyəti bölüşməlidir

30 Mart 2020, 17:06 (GMT +4)
Operativ Qərargah: Koronavirusa görə 30 minə yaxın insanda test aparılıb

30 Mart 2020, 17:02 (GMT +4)
Azərbaycan Banklar Assosiasiyasının yaranmasının 30 illik yubileyidir

30 Mart 2020, 16:55 (GMT +4)
Azərbaycan "Quru limanları haqqında" Hökumətlərarası Sazişə qoşulub

30 Mart 2020, 16:43 (GMT +4)
Avropa Komissiyası Azərbaycana yardım paketi ayırıb

30 Mart 2020, 16:42 (GMT +4)
Yaponiya bir neçə ölkə vətəndaşının gəlişinə qadağa qoyub

30 Mart 2020, 16:34 (GMT +4)
Azərbaycanda koronavirusa yoluxanların sayı 273-ə çatıb

30 Mart 2020, 16:25 (GMT +4)
ETSN: Ağac kəsən şəxs cəzalanıb

30 Mart 2020, 16:12 (GMT +4)
Tramp ABŞ-da COVID-19-dan bərpanın iyunun 1-dən başlayacağına ümid edir

30 Mart 2020, 16:04 (GMT +4)
Səudiyyə təyyarələri Yəmən paytaxtına şiddətli aviazərbələr endirib, ölənlər var

30 Mart 2020, 15:53 (GMT +4)
DİM onlayn sınaq imtahanlarını ödənişsiz edib

30 Mart 2020, 15:41 (GMT +4)
Moskvada daha bir koronavirus xəstəsi ölüb

30 Mart 2020, 15:30 (GMT +4)
Marneulidə 12 nəfər koronavirus şübhəsi ilə xəstəxanaya yerləşdirilib

30 Mart 2020, 15:10 (GMT +4)
BŞİH: Bakıda bina və həyətlərdə dezinfeksiya işləri pulsuzdur

30 Mart 2020, 15:07 (GMT +4)
ABŞ Nineva əyalətində hərbi qərargahı İraq Ordusuna təhvil verib

30 Mart 2020, 14:52 (GMT +4)
Rusiyada son sutka ərzində 302 koronavirusa yoluxma halı qeydə alınıb

30 Mart 2020, 14:40 (GMT +4)
DİM vətəndaşlara müraciət edib

30 Mart 2020, 14:20 (GMT +4)
AB Rusiyanı pandemiya fonunda "yalan məlumatlar yaymaqda" ittiham edir

30 Mart 2020, 14:12 (GMT +4)
İranda koronavirusa yoluxanların sayı 40 mini keçib, 2757 ölü var

30 Mart 2020, 14:00 (GMT +4)
FHN Bakının müxtəlif ərazilərində dezinfeksiya işləri aparır (FOTO)

30 Mart 2020, 13:35 (GMT +4)
Daşınmaz əmlakın qeydiyyat xidmətləri xüsusi rejimdə aparılacaq

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66