Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

Tanınmış milyonçu Hacı Zeynalabdin Tağıyevin doğum günüdür

25 Yanvar 2020, 13:10 (GMT +4)

Bakı, 25 yanvar, SalamNews. Azərbaycanın tanınmış milyonçusu, mеsenat, Rusiya İmperiyasının həqiqi dövlət müşaviri, müsəlman Şərqində ilk qızlar məktəbinin yaradıcısı Hacı Zeynalabdin Tağıyevin doğum günüdür.

SalamNews -un məlumatına görə, Hacı Zeynalabdin Tağıyev 1838-ci ildə Bakıda kasıb başmaqçı ailəsində anadan olub.

Anası Ümmü xanım Zeynalabdinin 10 yaşı olarkən vəfat edib. 10 yaşında ikən atası onu bənnanın yanına usta köməkçisi düzəldir. Zeynalabdin 15 yaşında ikən bənnalıq etməyə başlayır. Bir müddət sonra tikinti ustası və təşkilatçısı kimi tanınmağa başlayır. Sonradan o, özünü ticarətdə və yüngül sənayedə də sınayır və hər ikisində qabiliyyəti ilə uğur qazanır. 1870-ci ildə onun artıq iki qazanxanadan ibarət кеrosin zavodu olub. Bütün müsəlman aləmində tanınan milyonçunu Bakıdakı müsəlman, rus, erməni və yəhudi xeyriyyə cəmiyyətlərinin hamısı özünə fəxri sədr seçib.

H.Z.Tağıyev 1873-cü ildə 2 nəfərlə şərik olub, Bibiheybətdə icarəyə yer götürür, neft quyusu qazır. Xeyli prosesdən sonra, nəhayət, quyu gözlənilmədən fontan vurur. Başmaqçı Tağının oğlu bənna Zeynalabdin milyonçu Tağıyev kimi tanınır. Üç il ərzində şəhərin mərkəzində böyük saray tikdirir.

H.Z.Tağıyev həm neft maqnatı, həm dəyirman sahibi, həm fabrikant, həm böyük balıq sənayeçisi, ticarət və yük gəmilərinin, həm də Quba ətrafında böyük meşələrin sahibi olub. İranın Ənzəli və Rəşt ərazisində də milyonçunun meşələri, böyük malikanəsi, binaları və nümayəndəliyi, başqa şəhərlərdə, o cümlədən Moskvada dördmərtəbəli iri sarayı, İranda karvansarayları var idi.

Milyonçu Xəzərin sahillərində uzunluğu 300 kilometr olan torpaq sahəsi alıb, vətəgə salmışdı. Kür qırağındakı vətəgələri isə dövlətdən icarəyə götürmüşdü.

H.Z.Tağıyev 1901-ci ildə 300 min manatlıq vəsait sərf edərək, Bakıda ilk qızlar məktəbi tikdirir. Bu, bütün Zaqafqaziyada yeganə qızlar məktəbi idi.

Qəzet və jurnalların çap edilməsi, xeyriyyə cəmiyyətləri də, ilk növbədə, Tağıyevin adı ilə bağlıdır.

Sovet hakimiyyətinin Azərbaycanı işğal etdiyi vaxt Nəriman Nərimanovun göstərişi ilə Tağıyevə mülk seçmək imkanı verilib. O, əlindən alınmış keçmiş mülkiyyətindən ancaq Mərdəkandakı bağ evini seçib.

H.Z.Tağıyev 1924-cü il sentyabrın 1-də 86 yaşında vəfat edib.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

22 Fevral 2020, 10:34 (GMT +4)
İlham Əliyev və Mehriban Əliyeva Romada Azərbaycan Mədəniyyət Mərkəzi üçün nəzərdə tutulan bina ilə tanış olublar (FOTO)

22 Fevral 2020, 10:22 (GMT +4)
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 23 dəfə pozub

22 Fevral 2020, 10:19 (GMT +4)
İranda Parlament seçkilərinin qeyri-rəsmi nəticələri açıqlanıb

22 Fevral 2020, 10:07 (GMT +4)
Putin və Ərdoğan İdlibdəki vəziyyəti müzakirə edib

21 Fevral 2020, 18:00 (GMT +4)
Kapital Bank-ın dəstəyi ilə yerli məhsul və xidmətlər sərgisi keçirilib

21 Fevral 2020, 17:57 (GMT +4)
Husilər Səudiyyənin strateji obyektlərinə edilən son ballistik hücumun detallarını açıqlayıblar

21 Fevral 2020, 17:52 (GMT +4)
Türkiyə səfiri: Ərdoğanın Azərbaycan səfərində bir sıra sənədlərin imzalanması gözlənilir

21 Fevral 2020, 17:44 (GMT +4)
Moskvada 20-dən çox çinli turist həkimlərdən qaçıb

21 Fevral 2020, 17:42 (GMT +4)
İcra başçısı başda olmaqla 6 nəfər DTX tərəfindən saxlanılıb (RƏSMİ)

21 Fevral 2020, 17:39 (GMT +4)
DİM kolleclərə tələbə qəbulu elan edib

21 Fevral 2020, 17:32 (GMT +4)
Təhsil naziri Hacıqabul şəhərindəki məktəb-liseydə olub

21 Fevral 2020, 17:25 (GMT +4)
Romada Azərbaycan-İtaliya biznes forumu keçirilib

21 Fevral 2020, 17:20 (GMT +4)
İtaliyanın XİN rəhbəri: İtaliya və Azərbaycan dost ölkələrdir

21 Fevral 2020, 17:16 (GMT +4)
Vüqar Əhmədov Şamaxı və Qobustan sakinlərinin müraciətlərini dinləyib

21 Fevral 2020, 17:12 (GMT +4)
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi builki planlarını açıqlayıb

21 Fevral 2020, 17:12 (GMT +4)
ABŞ-Taliban sülh sazişinin imzalanacağı gün açıqlanıb

21 Fevral 2020, 17:05 (GMT +4)
Məktəblilər arası Avropa Pul Viktorinasına qeydiyyat başlanıb

21 Fevral 2020, 16:59 (GMT +4)
Ərdoğan bu gün Putinlə İdlibi müzakirə edəcək

21 Fevral 2020, 16:50 (GMT +4)
Azərbaycanda I siniflərə qəbul elektron qaydada aparılacaq

21 Fevral 2020, 16:45 (GMT +4)
Kreml Rusiyanın ABŞ seçkilərinə "müdaxiləsi" ilə bağlı açıqlamalara münasibət bildirib

21 Fevral 2020, 16:43 (GMT +4)
Gündüz İsmayılov: Radikalizmi doğuran əsas səbəblərdən biri dini biliklərin az olmasıdır

21 Fevral 2020, 16:30 (GMT +4)
Bakının Baş Planın yekun layihəsi ilin sonunadək hökumətə təqdim ediləcək

21 Fevral 2020, 16:13 (GMT +4)
İsrail koronavirusa ilk yoluxma halının qeydə alındığını bildirib

21 Fevral 2020, 16:12 (GMT +4)
Ərdoğan, Makron və Merkel Suriya və Liviyanı müzakirə edib

21 Fevral 2020, 16:00 (GMT +4)
Abşeron yarımadasının Xəzər sahili ərazilərində növbəti monitorinq keçirilib

21 Fevral 2020, 15:50 (GMT +4)
Mirsalam Qəmbərov: Nazirlik olaraq ağacların, yaşıllıqların mühafizəsi bizim üçün əsasdır

21 Fevral 2020, 15:46 (GMT +4)
Boliviyada məhkəmə Evo Moralesin senatorluğa namizədliyini qeydə almaqdan imtina edib 

21 Fevral 2020, 15:38 (GMT +4)
DİM buraxılış imtahanının nəticələrini elan edib

21 Fevral 2020, 15:35 (GMT +4)
İranda koronavirusdan ölənlərin sayı 4, yoluxanların sayı isə 18-ə çatıb

21 Fevral 2020, 15:26 (GMT +4)
ETSN: Bakıda yaşıllıq sahələrinin artırılması istiqamətində davamlı işlər aparılır

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66