Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

Azərbaycanda taksi xidməti ilə bağlı baza yaradılacaq

28 Yanvar 2020, 14:59 (GMT +4)

Bakı, 28 yanvar, SalamNews.Prezident İlham Əliyevin yanvarın 15-də Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadəni qəbul edərkən taksi xidməti və taksi sürücüləri ilə bağlı verdiyi tapşırıqların icrası istiqamətində müəyyən işlər görülür.

SalamNews xəbər verir ki, Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) ictimaiyyətlə əlaqələr sektorunun müdiri Nuridə Allahyarova AZƏRTAC-a bildirib ki, dövlətimizin başçısı nazir Ramin Quluzadəni qəbul edən zaman yük avtonəqliyyat vasitələri, yerli daşıyıcıların mənafelərinin müdafiəsi, onların beynəlxalq bazara çıxışının daha da optimallaşdırılması, regionlarda taksilərin vəziyyəti, taksi xidməti göstərən daşıyıcılar, onlarla bağlı ümumi mənzərə, taksi sürücülərinin tibbi müayinədən keçirilməsi və sair bu kimi məsələlər müzakirə olunub. Qarşıya qoyulan tapşırıqlardan biri də taksi xidməti və taksi sürücülərinin tibbi müayinəsi ilə bağlıdır. Qəbulda səsləndirilən bütün mövzuların araşdırılması üçün DANX-ın nəzdində işçi qrupu yaradılıb və taksilərlə bağlı ilkin təhlillər aparılıb. Əldə olunan nəticələrə əsasən, ölkə üzrə təxminən 44 min rəsmi və qeyri-rəsmi taksi fəaliyyət göstərir. Bu taksilərin 27 mini Bakının, 17 mini isə regionların payına düşür. Regionlarda xidmət edən 17 min taksidən 3800 ədədi fərqlənmə nişanı ilə, 13 mindən çoxu isə fərqlənmə nişanı almadan qeyri-rəsmi fəaliyyət göstərir.

N.Allahyarova qeyd edib ki, aparılan statistikaya uyğun Daxili İşlər Nazirliyinin mövcud strukturu ilə baza işlənməsi prosesi həyata keçiriləcək. Bazada rəsmi və qeyri-rəsmi qeydiyyatda olan taksi xidmətləri barədə məlumat olacaq və onlarla bağlı ciddi təhlillər aparılacaq. Artıq nəqliyyat vasitəsi olan hər bir şəxs taksi xidmətinə başlaya bilməyəcək.

Sektor müdiri vurğulayıb ki, qanunvericilikdə yer alan boşluqlardan biri də taksi xidməti göstərən sürücülərin bu fəaliyyətə başlaması üçün əldə etməli olduqları fərqlənmə nişanının vergi öhdəliyi ilə kifayətlənməsidir. Bizim təklifimiz daha yeni bazanın hazırlanmasıdır. Bu, özündə həm fərqlənmə nişanını ehtiva edən bir sənəd olacaq, həm də kimin bu xidməti hansı avtonəqliyyat vasitəsilə, hansı ərazidə göstərə biləcəyini, avtonəqliyyat vasitəsinin ilini, vəziyyətini, kamfortunu, təhlükəsizliyini və sürücünün ümumi göstəricilərini uyğunlaşdırmaq üçün qoyulan qaydaları özündə əks etdirəcək. Bu qaydalara uyğun olmayanlar fərqlənmə nişanı əldə edə bilməyəcəklər. Artıq bununla bağlı hökumətə müraciət olunub. Hazırladığımız meyarlar, göstəricilər ona gətirib çıxaracaq ki, bu sahədə çalışan sürücülərin bazası da hazırlanacaq. Həmin sürücülər həvəskar, bu sahəni sırf gəlir mənbəyi kimi görən sürücülərdən olmamalıdır. Onların bir neçə il peşəkarlıq qabiliyyəti də göstəricilər sırasında yer alacaq.

Xatırladaq ki, Prezident İlham Əliyev yanvarın 15-də Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri R.Quluzadəni qəbul edərkən taksi xidmətinin inkişafı ilə bağlı deyib: “Mən sizə tapşırıq verirəm ki, bu işləri ciddi təhlil edin. Hər bir şəhərdə nə qədər taksi fəaliyyət göstərir? Taksi avtomaşınlarının keyfiyyəti nə səviyyədədir? Təhlükəsizlik necə təmin edilir, hesablaşma necə aparılır? Biz elə etməliyik ki, bütün şəhərlərimizdə, ilk növbədə, böyük şəhərlərimizdə müasir taksi xidmətləri olsun. Müasir taksi dayanacaqları, sürücülərin hazırlanması, onların tibbi müayinədən keçməsi təşkil olunmalıdır. Hər bir sahədə olduğu kimi, bu sahədə də biz nağd hesablaşmadan kartla hesablaşmaya keçməliyik, taksometrlər quraşdırılmalıdır. Yəni, təkcə Bakıda yox, ilk növbədə, bütün böyük şəhərlərdə və ondan sonrakı mərhələdə digər şəhərlərdə”.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Azərbaycana elektriklə işləyən taksilər gətiriləcək

Bakıda 21 taksi duracaq məntəqəsi təşkil olunub

Azərbaycan dəmir yollarında pilotsuz taksi xidməti 2020-ci ildə tətbiq ediləcək

Taksi sürücüsünə qarşı quldurluq edən keçmiş məhkum yaxalanıb

“Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzinin yaxınlığında taksilərin dayanması üçün yerlər təşkil ediləcək

ABŞ-da taksinin restorana çırpılması nəticəsində 8 nəfər xəsarət alıb

Azərbaycanda taksidə siqaret çəkənləri polis cərimələyəcək

Hava limanında “Bakı Taksi Xidməti” fəaliyyətə başlayıb (FOTO)

Prezident taksidə siqaret çəkənlərin cərimələnməsini nəzərdə tutan qanunu imzalayıb

Yol polisi taksi fəaliyyəti ilə məşğul olanlara ciddi xəbərdarlıq edib

Rusiyada avtobusla taksinin toqquşması nəticəsində 13 nəfər ölüb

Bakıda taksi dayanacaqlarının yerinin müəyyənləşdirilməsi davam edir

Azərbaycanda hər 25 nəfərdən 1-i taksi ilə hərəkət edir

İspaniyada taksi sürücüləri tətil keçirir

Hövsanda taksi sürücüsünə qarşı quldurluq edən şəxslər saxlanılıb

Taksi sürücüsünü öldürüb cibindən 19 manat aparan dəstə üzvləri həbs olunublar

"CinemaPlus"da “Taksi 5” filminin Azərbaycan dilində nümayişi olub

Yunanıstanda dəmiryolçuların və taksi sürücülərinin tətili başlayıb

Bakıda taksi sürücülərinə qarşı soyğunçuluq edən şəxslər tutulub

Bakıda avtobuslarda və taksilərdə siqaret çəkmək qadağan edilir

25 Fevral 2020, 16:49 (GMT +4)
Bakıda 7 marşrut xəttinin yolu dəyişdiriləcək

25 Fevral 2020, 16:25 (GMT +4)
Formula 1 Azərbaycan Qran-Prisinə yerli media nümayəndələrinin akkreditasiyası davam edir

25 Fevral 2020, 16:17 (GMT +4)
Kreml martın 5-də Putinlə Ərdoğan arasındakı görüş ehtimalını şərh edib

25 Fevral 2020, 16:15 (GMT +4)
İranın səhiyyə nazirinin müavini də koronavirusa yoluxub (VİDEO)

25 Fevral 2020, 15:40 (GMT +4)
Çindən kənarda koronavirusa yoluxanların sayı iki min nəfəri keçib

25 Fevral 2020, 15:38 (GMT +4)
AzMİU-da “Qəhrəmanlıq zirvəsi” sənədli filmi nümayiş olunub

25 Fevral 2020, 15:35 (GMT +4)
Kiyevdə silahlı münaqişələrdə dinc əhalinin qorunması ilə bağlı beynəlxalq konfrans keçirilib

25 Fevral 2020, 15:17 (GMT +4)
İstanbulda Xocalı soyqırımına həsr olunmuş fotosərgi keçirilib

25 Fevral 2020, 15:05 (GMT +4)
Misirin sabiq prezidenti Hüsni Mübarək vəfat edib

25 Fevral 2020, 15:02 (GMT +4)
Tovuzda top mərmisi tapılıb

25 Fevral 2020, 14:57 (GMT +4)
Türkiyə Parlamenti Xocalı ilə bağlı dünyaya səslənib

25 Fevral 2020, 14:40 (GMT +4)
Bakıda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəsmi qarşılanma mərasimi olub

25 Fevral 2020, 14:30 (GMT +4)
DGK sədrinin sərəncamı ilə gömrük postlarına əlavə həkim briqadası cəlb edilib

25 Fevral 2020, 14:20 (GMT +4)
Türkiyə Prezidenti Azərbaycana gəlib

25 Fevral 2020, 14:18 (GMT +4)
İranda koronavirusa yoluxanların sayı 95-ə çatıb

25 Fevral 2020, 14:10 (GMT +4)
Gənc PR mütəxəssisləri üçün uzunmüddətli təlim proqramı təşkil olunub

25 Fevral 2020, 14:00 (GMT +4)
ASCO koronavirusla bağlı ehtiyat tədbirlərini gücləndirib

25 Fevral 2020, 13:54 (GMT +4)
AzTU beynəlxalq əlaqələrini daha da genişləndirir

25 Fevral 2020, 13:52 (GMT +4)
Blumberq artıq prezidentlik kampaniyası üçün 500 milyon dollardan çox pul xərcləyib

25 Fevral 2020, 13:40 (GMT +4)
DİN polis əməkdaşının qətli ilə bağlı məlumat yayıb

25 Fevral 2020, 13:35 (GMT +4)
“ASAN Peşə” kurslarını uğurla bitirən şəxslərə sertifikatlar təqdim olunub (FOTO)

25 Fevral 2020, 13:28 (GMT +4)
Meliorasiya və Su Təsərrüfatı ASC-də anım mərasimi keçirilib

25 Fevral 2020, 13:21 (GMT +4)
Avropa Kiber İdman Federasiyasında Azərbaycanı Ramil Əliyev təmsil edəcək

25 Fevral 2020, 13:15 (GMT +4)
Ərdoğan Liviyada iki türk əsgərinin öldüyünü açıqlayıb

25 Fevral 2020, 12:58 (GMT +4)
Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

25 Fevral 2020, 12:55 (GMT +4)
Fransada koronavirusa yoluxmuş bütün xəstələr müalicə edilib

25 Fevral 2020, 12:50 (GMT +4)
Həsən Ruhani koronavirusla bağlı: İnşallah bunu da geridə qoyacağıq

25 Fevral 2020, 12:42 (GMT +4)
“Azərişıq” gücləndirilmiş iş rejiminə keçib

25 Fevral 2020, 12:29 (GMT +4)
İsveçrədə Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb

25 Fevral 2020, 12:23 (GMT +4)
Türkiyə yükdaşıma sahəsində Azərbaycanla əməkdaşlıq müqaviləsini təsdiqləyib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66