Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İDMAN

Azərbaycanda yeni basketbol liqası yaradılıb

29 Yanvar 2020, 11:43 (GMT +4)

Bakı, 29 yanvar, SalamNews. Azərbaycanda yeni basketbol liqası yaradılıb.

SalamNews-un məlumatına görə, 12-14 yaş qrupunu (oğlanlar və qızlar) əhatə edən Jr.NBA Azərbaycan Liqasının açılışına həsr edilmiş təqdimat mərasimi və mətbuat konfransı Gənclər və İdman Nazirliyində təşkil olunub.

Nazir Azad Rəhimov bildirib ki, dünyada ən tanınmış, milyonlarla azarkeş cəlb olunan NBA Liqası Azərbaycan Basket Federasiya ilə əməkdaşlıq müqaviləsi imzalayıb. Nazir bunu Azərbaycan idmanı üçün önəmli hadisə kimi dəyərləndirib: "Artıq bu yarışma Azərbaycandadır. Bu, bizi çox sevindirir. Bu ad altında bizim də oğlan və qızlarımız çıxış edəcəklər. Digər idman növlərində uğurlar əldə etmişik. Buna sübut kimi olimpiya medallarını göstərmək olar. Biz də yığmalarımızın komanda oyunlarında yüksək səviyyədə çıxış etməsini istərdik. Bu gün Azərbaycanda mövcud olan maddi texniki baza da buna imkan verir. Bu mənada bütün ölkədə olan bütün idman komplekslərin qapıları basketbola açıq olacaq. Gələcəkdəki fəaliyyəti üçün Aəzrbaycan Basketbol Federasiyasına uğurlar arzulayıram".

Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə isə futbol, atletika, tennis və basketbol kimi dünyaca məşhur idman növlərinin Azərbaycanda da inkişafının vacibliyinə diqqət çəkib: "İndi bizim də əlimizə yaxşı imkan düşüb. Çalışacağıq ki, ölkəmizdə ən azı 30 yaxşı basketbolçu yetişsin. Milli Olimpiya Komitəsi də bu layihəni həyata keçirmək üçün dəstək olacaq. Ümid edirəm ki, çox yaxın zamanda bu layihənin nəticələrini görəcəyik".

Qeyd edək ki, belə bir qlobal layihənin əsas məqsədi yeniyetmələrin basketbola cəlb edilməsini daha peşəkar səviyyəyə çatdırılmasıdır. Layihə çərçivəsində 75 ölkədə 51,5 milyondan çox yeniyetmə liqa oyunları, məktəbdaxili planlaşdırma, seminarlar, bacarıq müsabiqələri və digər təbliğat xarakterli tədbirlər həyata keçirilir. Jr.NBA Azərbaycan Liqası ölkə üzrə məktəb şagirdlərinin bu liqada iştirak edən oğlan və qızlardan təşkil edilmiş komandalar, NBA- da çıxış edən 30 komandanı təmsil edərək, NBA klublarının adlarını daşıyacaq və həmin klubların formasında çıxış edəcəklər.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Amerikalı basketbolçu Kobe Braynt helikopter qəzasında ölüb

Türkiyə hökuməti amerikalı basketbolçuların ölkəyə girişinə qadağa qoyub

Tanınmış ABŞ basketbolçusunun atası FETÖ istintaqı çərçivəsində saxlanılıb

Beynəlxalq basketbol federasiyası idmançılara hicabda oynamağa icazə verib

Şəhid Mahir Mirzəyevin xatirəsinə həsr olunmuş basketbol turniri keçirilir

Türkiyə basketbolçusu Nyu-Yorkda ölü tapılıb

Bakı 2015 basketbol yarışları rusiyalı idmançıların qələbəsi ilə başa çatıb (FOTOLENT)

Basketbol yığmalarımız Avropa Oyunlarında mübarizəni dayandırıb

Avropa Oyunlarında 3x3 basketbol yarışı üzrə 1/8 final mərhələsi başlayıb

Azərbaycanın kişilərdən ibarət basketbol komandası finala yüksəlib (FOTOLENT)

Azərbaycanlı basketbolçular ilk qələbəsini qazanıblar

Azərbaycanın 3x3 basketbol komandası qrup mərhələsində iki qələbə qazanıb

22 Fevral 2020, 19:42 (GMT +4)
Xaçmazda “Narkomaniyaya yox deyək!” mövzusunda tədbir keçirilib (FOTO)

22 Fevral 2020, 17:02 (GMT +4)
Prezident yol tikintisi işçilərini təltif edib

22 Fevral 2020, 16:59 (GMT +4)
Tərtərdə qanunsuz ov etmək istəyən şəxslər saxlanılıblar

22 Fevral 2020, 16:57 (GMT +4)
Qubada iki şəxs narkotiklə saxlanılıb

22 Fevral 2020, 16:50 (GMT +4)
İlham Əliyev Vatikanda Müqəddəs Taxt-Tacın dövlət katibi ilə görüşüb

22 Fevral 2020, 16:49 (GMT +4)
Beynəlxalq Dəməşq-Hələb yolu rəsmən istifadəyə verilib

22 Fevral 2020, 16:42 (GMT +4)
Yanvarda Azərbaycan Aİ ölkələrindən ən çox İtaliyaya məhsul göndərib

22 Fevral 2020, 16:30 (GMT +4)
MSK-nın iclası başlayıb

22 Fevral 2020, 16:28 (GMT +4)
Prezident İlham Əliyev Vatikanda Papa Fransisk ilə görüşüb

22 Fevral 2020, 16:16 (GMT +4)
KOBİA İtaliyanın müvafiq təşkilatları ilə üç anlaşma memorandumu imzalayıb

22 Fevral 2020, 16:06 (GMT +4)
Hələbdə radikal qruplaşmalardan azad edilən bölgədə böyük həbsxana aşkarlanıb (VİDEO)

22 Fevral 2020, 16:04 (GMT +4)
"Samsung" koronavirus səbəbi ilə zavodunu bağlayır

22 Fevral 2020, 15:54 (GMT +4)
Sumqayıtda restoran yaxınlığında qumbara aşkarlanıb

22 Fevral 2020, 15:34 (GMT +4)
“Azəriqaz” yeni şəffaf sayğac qutuları quraşdıracaq

22 Fevral 2020, 15:28 (GMT +4)
Qüdsdə İsrail qüvvələrinin atəşi nəticəsində bir fələstinli həlak olub (VİDEO)

22 Fevral 2020, 15:22 (GMT +4)
İndoneziyanın paytaxtı leysan yağışları səbəbindən su altında qalıb

22 Fevral 2020, 15:11 (GMT +4)
Azərbaycan koronavirus epidemiyasına görə İranla sərhəddə nəzarəti gücləndirib

22 Fevral 2020, 15:00 (GMT +4)
Naxçıvan Ali Məclisinə yeni sədr seçiləcək

22 Fevral 2020, 14:48 (GMT +4)
Bosniya və Herseqovinada Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb

22 Fevral 2020, 14:46 (GMT +4)
Misir məhkəməsi Hüsni Mübarəkin oğullarına bəraət verib

22 Fevral 2020, 14:36 (GMT +4)
Azərbaycan-Ermənistan sərhədində meyiti tapılan şəhid dəfn edilib

22 Fevral 2020, 14:26 (GMT +4)
Xaçmazda Biznes İnkubasiya Mərkəzi fəaliyyətə başlayıb

22 Fevral 2020, 14:23 (GMT +4)
İtaliyada koronavirus qurbanlarının sayı ikiyə yüksəlib 

22 Fevral 2020, 14:10 (GMT +4)
Səfər Mehdiyev: Könüllü gömrükçülər gömrük orqanlarında işlə təmin olunub

22 Fevral 2020, 14:01 (GMT +4)
“Nar”ADA Universitetinin İT üzrə fərqlənən tələbələrinə dəstək olub

22 Fevral 2020, 13:58 (GMT +4)
Si Sinpin göstərdiyi köməyə görə "Microsoft"a təşəkkür edib

22 Fevral 2020, 13:38 (GMT +4)
Sabah Azərbaycanda 20 dərəcəyə yaxın isti gözlənilir

22 Fevral 2020, 13:28 (GMT +4)
İranda koronavirusa yoluxduğu təsdiqlənənlərin sayı 28-ə çatıb

22 Fevral 2020, 13:18 (GMT +4)
"Washington Post" Sandersin Rusiyadan dəstək alması haqqında məlumat əldə edib

22 Fevral 2020, 13:18 (GMT +4)
Vahid Mürsəliyev: Bütün yeniliklər Azercell abunəçiləri üçün əlçatan olmalıdır

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66