Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

DGK sədri: Şəffaflığın təmin olunması istiqamətində ciddi nailiyyətlər əldə olunub

30 Yanvar 2020, 17:05 (GMT +4)

Bakı, 30 yanvar, SalamNews, K.Orxan. Yanvarın 30-da Azərbaycan Respublikası gömrük orqanlarının yaradılmasının 28-ci ildönümü və gömrük əməkdaşlarının peşə bayramı münasibətilə təntənəli mərasim və Dövlət Gömrük Komitəsinin 2019-cu il ərzindəki fəaliyyətinin yekunlarına həsr olunan Kollegiya iclası keçirilib.

SalamNews xəbər verir ki, Dövlət Gömrük Komitəsində keçirilən Kollegiya iclasını DGK sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev açıq elan etdikdən sonra Azərbaycan Respublikasının Dövlət Himni səslənib.

Mərasimdə çıxış edən Səfər Mehdiyev bildirib ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan davamlı iqtisadi inkişaf strategiyasının Prezident İlham Əliyevin həyata keçirdiyi innovativ islahatlar hesabına uğurla reallaşdırılması ölkəmizin iqtisadi qüdrətinin artması, əhalinin rifah halının yaxşılaşması ilə yanaşı, beynəlxalq aləmdə nüfuzlu dövlətə çevrilməsinə də şərait yaradıb.

Əldə olunan nailiyyətlərdə gömrük xidmətinin də payı olduğunu vurğulayan Komitə sədri son illər ölkədə həyata keçirilən islahatlar çərçivəsində gömrük orqanlarının da bir sıra yeniliklər tətbiq etdiyini diqqətə çatdırıb. Səfər Mehdiyev qeyd edib ki, fiskal, hüquqpozmalara qarşı mübarizə, gömrük nəzarəti, ticarətin asanlaşdırılması və xüsusilə şəffaflığın təmin olunması istiqamətində ciddi nailiyyətlər əldə olunub.

Komitə sədri onu da qeyd edib ki, gömrük sistemində aparılan struktur və kadr islahatları idarəetmənin təkmilləşdirilməsinə, kadrların peşə hazırlığının artırılmasına və ümumiyyətlə, gömrük işinin müasir dünyanın çağırışlarına uyğun şəkildə yenidən qurulmasına münbit şərait yaradıb.

Gələcək hədəflərə toxunan Səfər Mehdiyev bildirib ki, hərtərəfli dövlət qayğısı ilə əhatə olunan gömrük orqanlarının və onun əməkdaşlarının əsas məqsədi göstərilən etimadı doğrultmaq, dövlətə, dövlətçiliyə sədaqət nümayiş etdirməklə qarşıya qoyulan vəzifələri vicdanla yerinə yetirməkdir.

Sonra Kollegiyanın gündəliyindəki məsələlər müzakirə olunub.

"Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 2019-cu ildəki fəaliyyətinin yekunları və qarşıda duran vəzifələr" barədə Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, gömrük xidməti general-mayoru İsmayıl Hüseynov çıxış edib.

İsmayıl Hüseynov bildirib ki, hesabat dövründə ilk növbədə "kölgə iqtisadiyyatı"nın aradan qaldırılması, şəffaflığın və vətəndaş məmnuniyyətinin təmin olunması, beynəlxalq ticarətin asanlaşdırılması, qaçaqmalçılığa qarşı mübarizə istiqamətində əldə edilən uğurlu nəticələr sahibkarlıq mühitinin yaxşılaşdırılmasına, dövlət büdcəsi gəlirlərinin, ölkəmizin ixrac və tranzit potensialının artmasına münbit şərait yaradıb.

Dövlət büdcəsinin gəlirlər hissəsinin formalaşmasında xüsusi rolu olan Dövlət Gömrük Komitəsi 2019-cu il üzrə nəzərdə tutulan 3 milyard 702 milyon manat büdcə öhdəliyinə qarşı 4 milyard 408 milyon 620 min manat gömrük ödənişlərinin toplanmasını təmin edib və proqnoza 119,1 faiz əməl olunub.

Ötən ilin fevralından tətbiq edilən "Yaşıl dəhliz" buraxılış sistemi ölkəmizdə sahibkarlığın inkişafına daha da təkan verib. Artıq 530 xarici ticarət iştirakçısı həm idxal, həm də ixracda bu sistemdən istifadə imkanı əldə edib. Ümumilikdə, xarici ticarət həcminin 8 milyard dolları"Yaşıl dəhliz" sistemindən istifadə edən biznes subyektlərinin payına düşür.

2019-cu ildə aparılan islahatlar, gömrük-keçid məntəqələrində quraşdırılan müasir avadanlıqlar və təkmilləşdirilmiş idarəetmə sistemi hesabına sərhədkeçmə prosesləri asanlaşdırılıb, sürətli keçid təmin olunub, sərhədlərdə yerləşən gömrük postlarının buraxılış qabiliyyəti dəfələrlə artıb. Yük və nəqliyyat vasitələri fiziki yoxlamalara deyil, risklərin qiymətləndirilməsi və təhlili əsasında yoxlanışa cəlb olunur. Bu da ticarətin asanlaşdırılması və sərhədkeçmə prosesinin sürətləndirilməsi üçün mühüm əhəmiyyət daşıyır.

Ticarətin Asanlaşdırılması mərkəzləri, ən müasir texniki vasitələr, "1 inspektor-1 nəqliyyat vasitəsi", "e-növbə" kimi innovativ layihələr və informasiya texnologiyalarının tətbiqi hesabına sərhədkeçmə proseslərinə sərf olunan müddət 3 dəfəyə qədər azaldılıb. Əvvəl gömrük-sərhəd buraxılış məntəqələrindən gün ərzində 250 yük nəqliyyat vasitəsi keçirdisə, hazırda bu rəqəm 600-ə çatdırılıb ki, bu da beynəlxalq ticarətin və tranzit əməliyyatlarının sürətləndirilməsi üçün mühüm amildir.

Komitə sədrinin birinci müavini onu da bildirib ki, gömrük orqanlarının ən vacib fəaliyyət sahələrindən biri qaçaqmalçılığa qarşı mübarizə, narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınmasıdır ki, ötən il 13443 hüquqpozma faktı aşkarlanıb və bunlardan 866-sı cinayət xarakterli faktlar olub. Aşkarlanan cinayət xarakterli faktların əksəriyyəti narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı olub. Ötən il 2 tondan çox narkotik vasitə aşkar edilərək dövriyyədən çıxarılıb, qaçaqmalçılıq yolu ilə gətirilərkən aşkarlanan malların ümumi dəyəri isə 300 milyon dollardan artıq olub.

Çıxışının sonunda İsmayıl Hüseynov vurğulayıb ki, Azərbaycan gömrükçüləri dövlət başçısının ölkəmizin beynəlxalq nüfuzunun daha da artırılması, xalqımızın firavan gələcəyinin təmin edilməsi uğrunda göstərdiyi fəaliyyətdə yaxından iştirak edəcək, qarşıya qoyulan təxirəsalınmaz vəzifələrin uğurla yerinə yetirilməsi üçün bütün qüvvə və bacarıqlarını sərf edəcəklər.

Sonra Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-mayoru Səhət Həbibbəyli, Gömrük Sərhəd Buraxılış Məntəqələrinin İşinin Təşkili Baş İdarəsinin rəisi Şahin Ələsgərov, Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi Ceyhun Məmmədov və Dövlət Gömrük Komitəsinin Akademiyasının rəisi Qulu Novruzov çıxış edərək ötən dövr ərzində görülən işlər və qarşıda duran vəzifələr barədə məlumat veriblər.

Bundan başqa, iclasda "Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 2020-ci il üçün İş Planı" təsdiq olunub.

Daha sonra Dövlət Gömrük Komitəsinin xidmətdə fərqlənən bir qrup əməkdaşına Ümumdünya Gömrük Təşkilatının sertifikatları verilib, eləcə də Dövlət Gömrük Komitəsinin xidmətdə fərqlənən bir qrup əməkdaşına fəxri fərman və xüsusi rütbələr verilməsi haqqında Dövlət Gömrük Komitəsi sədrinin müvafiq əmrləri diqqətə çatdırılıb.

Tədbirin sonunda yığıncaq iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət qəbul olunub.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

DGK: Siqaret və dərmanların qanunsuz dövriyyəsinin qarşısı alınıb

DGK bəyan olunmayan məhsulların ölkəyə keçirilməsinin qarşısını alıb

DGK elektron xidmətlərinin sayını artıracaq

DGK: 200 kiloqram heroinin ölkəyə keçirilməsinin qarşısı alınıb

DGK: Altı ayda dəniz nəqliyyatı ilə 470,8 min ton yük daşınıb

DGK sədri İspaniyanın müvəqqəti olaraq Qərb altqrupunda təmsil olunmasını təklif edib

DGK: Meyvə-tərəvəz idxalı artıb

DGK: Keçən ay dəmir yolu ilə 225 milyon dollarlıq yük daşınıb

DGK: Alüminium və ondan hazırlanan məmulatların ixracı azalıb

DGK mayda ölkəyə gətirilən avtomobillərin sayını açıqlayıb

DGK: Keçən ay avtomobil nəqliyyatı ilə ölkədən 147,1 min ton yük göndərilib

DGK: Tomat ixracı artıb

DGK: Ölkəyə qanunsuz gətirilən siqaretlər müsadirə olunub

DGK: "Samur" postundan keçən yük avtomobillərinin sayı artıb

DGK: Ermənistanla ölkəmiz arasında hər hansı ticarət əlaqəsindən söhbət gedə bilməz

DGK sədri Ümumdünya Gömrük Təşkilatının videokonfransına qatılıb

DGK-də vətəndaşların qəbulunda müəyyən məhdudiyyətlər olacaq

DGK və Caspian European Club-un birgə işçi qrupunun növbəti iclası keçirilib

DGK: Yanvarda əczaçılıq məhsullarının idxalı artıb

DGK narkotik vasitələrin realizə edilməsinin qarşısını alıb

28 Sentyabr 2020, 23:09 (GMT +4)
Ayətullah Xameneinin nümayəndəsi: İran Qarabağ məsələsində Azərbaycanın yanındadır (VİDEO)

28 Sentyabr 2020, 18:00 (GMT +4)
BNA: Avtobuslar adi rejimdə işləyəcək

28 Sentyabr 2020, 17:50 (GMT +4)
Türk Şurası Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmasını tələb edir

28 Sentyabr 2020, 17:45 (GMT +4)
Daxili İşlər Nazirliyi komendant saatı ilə bağlı məlumat yayıb

28 Sentyabr 2020, 17:31 (GMT +4)
Təhsil Nazirliyi internet probleminə görə şagirdlərə müraciət edib

28 Sentyabr 2020, 17:27 (GMT +4)
Tbilisidə səfirlik önündə Azərbaycana dəstək aksiyası keçirilib

28 Sentyabr 2020, 17:25 (GMT +4)
Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb

28 Sentyabr 2020, 17:15 (GMT +4)
MN: Düşmənin daha bir neçə hərbi texnikası məhv edilib (VİDEO)

28 Sentyabr 2020, 17:08 (GMT +4)
RF Şurasının rəhbəri Qarabağ münaqişəsinə qarışmamağa çağırıb

28 Sentyabr 2020, 16:48 (GMT +4)
İndoneziyada torpaq sürüşməsi nəticəsində 10 nəfər ölüb

28 Sentyabr 2020, 16:45 (GMT +4)
Azərbaycanda daha 38 yeni yoluxma qeydə alınıb

28 Sentyabr 2020, 16:30 (GMT +4)
Müdafiə Nazirliyi beynəlxalq təşkilatların nümayəndələrini məlumatlandırıb

28 Sentyabr 2020, 16:22 (GMT +4)
Səudiyyə Ərəbistanı Qarabağda döyüşlərin başlamasına münasibət bildirib

28 Sentyabr 2020, 16:05 (GMT +4)
Medvedev cəbhə xəttində vəziyyətin gərginləşməsinə münasibət bildirib

28 Sentyabr 2020, 15:50 (GMT +4)
Gənclər və İdman Nazirliyi bəyanat yayıb

28 Sentyabr 2020, 15:48 (GMT +4)
Qətər və İran elektrik şəbəkəsinin dənizin altı ilə birləşdiriməsini müzakirə edirlər

28 Sentyabr 2020, 15:41 (GMT +4)
Təhsil Nazirliyi: Daha 39 şagirddə koronavirus aşkarlanıb

28 Sentyabr 2020, 15:38 (GMT +4)
Ermənilərin artıq hesab verməyinin vaxtı gəlib çatıb - Ərdoğan

28 Sentyabr 2020, 15:31 (GMT +4)
Ermənistan xaricdən gələn muzdluları geri göndərməlidir - Hulusi Akar

28 Sentyabr 2020, 15:16 (GMT +4)
Peskov: Əliyev ilə Putin ehtiyac olarsa əlaqə saxlayacaq

28 Sentyabr 2020, 15:10 (GMT +4)
Metronun fəaliyyətinə dair rəsmi açıqlama verilib

28 Sentyabr 2020, 15:05 (GMT +4)
İran işğal edilmiş Qarabağdan ölkə ərazisinə bir raket və bir mərminin düşdüyünü bildirib

28 Sentyabr 2020, 15:00 (GMT +4)
Deputat: Düşmənin hərbi əməliyyatı planlaşdırılmış təxribatdır 

28 Sentyabr 2020, 14:54 (GMT +4)
Dövlət qulluğu üzrə test imtahanına qeydiyyat elan edilib

28 Sentyabr 2020, 14:50 (GMT +4)
Kaşıkçı cinayət işi ilə bağlı məhkəməyə ikinci dosye göndərilib

28 Sentyabr 2020, 14:30 (GMT +4)
MN: Ermənistanın hərbi komandanlığı öz əsgərlərinə qarşı silah tətbiq edilməsi əmrini verib

28 Sentyabr 2020, 14:23 (GMT +4)
Dövlət Komitəsi ermənilərin mülki vətəndaşları öldürməsi ilə bağlı bəyanat yayıb

28 Sentyabr 2020, 14:12 (GMT +4)
Merkel gizli şəkildə Navalnını ziyarət edib

28 Sentyabr 2020, 14:01 (GMT +4)
Ümrə ziyarətində yeni qaydalara əsasən Kəbə evinə toxunmağa icazə verilməyəcək

28 Sentyabr 2020, 13:54 (GMT +4)
Ukrayna aviaşirkəti mövcud vəziyyətlə bağlı Ermənistana uçuşları ləğv edib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66