Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » DİN

Dövlət Komitəsinin sədri Qazaxıstan nümayəndə heyəti ilə görüşüb

01 Fevral 2020, 12:05 (GMT +4)

Bakı, 1 fevral, SalamNews. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı Qazaxıstan Xalqı Assambleyasının (QXA) sədrinin müavini, Qazaxıstan Respublikasının Prezidenti Administrasiyasının Qazaxıstan Xalqı Assambleyası Katibliyinin rəhbəri Canseit Tuymebayevin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Görüş zamanı eyni köklərə, oxşar mədəniyyətə malik Azərbaycan və Qazaxıstan xalqlarını tarixi dostluq əlaqələrinin bağladığını bildirən DQİDK sədri iki ölkə arasında münasibətlərin yüksək səviyyədə olduğunu qeyd edib. O diqqətə çatdırıb ki, hər iki xalqın liderləri Heydər Əliyev və Nursultan Nazarbayev tərəfindən tarixi köklərimizə söykənən dostluq münasibətləri əsasında qurulmuş əlaqələrimizi bu gün Azərbaycan və Qazaxıstanın prezidentləri İlham Əliyev və Kasım-Jomart Tokayev uğurla davam etdirir. Komitə sədri, eyni zamanda Qazaxıstanın Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişə ilə bağlı məsələdə həmişə Azərbaycanın haqlı mövqeyini beynəlxalq və regional təşkilatlarda dəstəklədiyini xüsusilə vurğulayıb.

Ölkəmizdəki dövlət-din münasibətləri, tolerant və multikultural mühit haqqında qonaqları məlumatlandıran Mübariz Qurbanlı qeyd edib ki, son illərdə Azərbaycanda milli-mənəvi dəyərlərimizin qorunması, İslam dininə hörmət və ehtiramın güclənməsi, başqa dinlərə qarşı dözümlülüyün daha da möhkəmləndirilməsi sahəsində xeyli iş görülüb. Dövlət başçımız müxtəlif dinlərə aid tarixi-memarlıq abidələrinin, ibadət və inanc yerlərinin təmiri və bərpası, dini qurumlara maddi yardımların ayrılması ilə bağlı bir sıra sərəncam və fərmanlar imzalayıb.

Dövlət Komitəsinin fəaliyyət istiqamətləri barədə də danışan DQİDK sədri dini radikalizmə qarşı mübarizə sahəsində görülən işlərə toxunaraq, "Dini ekstremizmə qarşı mübarizə haqqında" Qanunun qəbul edilməsinin bu problemlə mübarizədə geniş imkanlar yaratdığını qeyd edib. Həmçinin Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondu və Azərbaycan İlahiyyat İnstitunun yaradılmasını dini-mənəvi mühitin qorunub saxlanılması və inkişaf etdirilməsində mühüm addım kimi dəyərləndirib.

Azərbaycanda mövcud olan dinlərarası harmoniyanı, həmrəyliyi yüksək qiymətləndirən QXA sədrinin müavini, Qazaxıstan Respublikasının Prezidenti Administrasiyasının Qazaxıstan Xalqı Assambleyası Katibliyinin rəhbəri Canseit Tuymebayev də ölkəsindəki dini durum barədə məlumat verib. C. Tuymebayev Qazaxıstanda müxtəlif mədəniyyət və konfessiyaların inkişafı üçün bütün hüquqi və sosial bazanın yaradıldığını, milli və dini zəmində heç bir qarşıdurma halının baş vermədiyini diqqətə çatdırıb.

Görüşdə din sahəsində dövlət siyasətinin aparılması, eləcə də dini radikalizmə qarşı mübarizədə təcrübə mübadiləsi və qarşılıqlı maraq doğuran digər məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb. Azərbaycanın Qazaxıstandakı səfiri Rəşad Məmmədov və Qazaxıstanın Azərbaycandakı səfiri Serjan Abdıkarimovun da iştirak etdiyi görüşün sonunda nümayəndə heyətinin üzvlərinə Dövlət Komitəsinin nəşr etdirdiyi kitablar hədiyyə edilib.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Qazaxıstan Rusiyadan yanacaq idxalına müvəqqəti olaraq qadağa qoyur

Qazaxıstanda iki yaşlı qızda koronavirus aşkarlanıb

Qazaxıstanda xüsusi xidmət orqanları terrorçuluqda şübhəli bilinən şəxsi saxlayıb

Qırğızıstan, Rusiya və Qazaxıstan milli valyutalara keçidi müzakirə edir 

Qazaxıstan istiqamətində bərə daşımalarına məhdudiyyət qoyulub

Qazaxıstanda qeyri-qanuni mitinqlər zamanı 53 nəfəri saxlanılıb

Qazaxıstanda terror hücumları planlaşdıran ekstremistlər saxlanılıb

Qazaxıstanda yol qəzasında 26 nəfər xəsarət alıb

Münxendə Azərbaycan və Qazaxıstan prezidentlərinin görüşü olub

Qazaxıstan koronavirusa görə Çindən 217 nəfəri təxliyə edib

Qazaxıstanın cənubunda qarşıdurmalar zamanı səkkiz nəfər ölüb

Qazaxıstan nümayəndə heyəti BDU-da olub

Azərbaycanın Baş naziri Qazaxıstana səfər edəcək

ABŞ dövlət katibi fevralın 1-2-də Qazaxıstana səfər etməyi planlaşdırır

Qazaxıstan təyyarə qəzasının ilkin hesabatını yayımlayıb

Qazaxıstan prezidenti ölkənin hava yolları şirkətlərinin fəaliyyətini yoxlamağa dair göstəriş verib

Qazaxıstanın Azərbaycandakı səfirliyində bayraqlar yarıya qədər endiriləcək

XİN: Qazaxıstanda baş verən təyyarə qəzasında ölən və xəsarət alanlar arasında azərbaycanlılar yoxdur

Qazaxıstanda ümummilli matəm elan olunub

Azərbaycan Prezidenti qazaxıstanlı həmkarına başsağlığı verib

07 Aprel 2020, 22:40 (GMT +4)
Heydər Əliyev Mərkəzi İrana dəstək olub (VİDEO)

07 Aprel 2020, 21:33 (GMT +4)
Ceyhun Məmmədov: İlk zərbəni öz üzərinə gömrükçülər götürdü (MÜSAHİBƏ)

07 Aprel 2020, 20:28 (GMT +4)
Son 10 gün ərzində əmək müqavilələrinin sayında ciddi artım qeydə alınıb

07 Aprel 2020, 20:02 (GMT +4)
Nazir Sahil Babayev jurnalistlərə müraciət edib

07 Aprel 2020, 18:36 (GMT +4)
Nazir: Karantin müddəti uzansa, birdəfəlik ödəmə növbəti aylarda da veriləcək

07 Aprel 2020, 18:06 (GMT +4)
Koronavirusla bağlı modul tipli 6 xəstəxana quraşdırılır - SƏRƏNCAM

07 Aprel 2020, 18:02 (GMT +4)
Əmək müqaviləsiz işləyənlərin sosial təminatı ilə bağlı tapşırıq verilib

07 Aprel 2020, 17:56 (GMT +4)
Lukaşenko pandemiyanı Belarusun gələcək mövcudluğu ilə əlaqələndirib

07 Aprel 2020, 17:54 (GMT +4)
Səudiyyə koalisiyası Yəmən paytaxtı və ətraf əyalətlərə 14 hava zərbəsi endirib

07 Aprel 2020, 17:47 (GMT +4)
Əbuzər İbrahimi Türkmən koronavirusla bağlı dünyanın dini liderlərinə müraicət edib

07 Aprel 2020, 17:35 (GMT +4)
Lukaşenko karantinin tətbiqi ehtimalı barədə danışıb: nə yeyəcəyik?

07 Aprel 2020, 17:25 (GMT +4)
İcazə sistemi ilə bağlı 2 yeni funksiya yaradılıb

07 Aprel 2020, 17:21 (GMT +4)
BNA-nın “Gəlin bir bayraq altında birləşək” aksiyasına DOST Agentliyi də qoşulub

07 Aprel 2020, 17:03 (GMT +4)
Azərbaycanda koronavirusa görə 53 300 test aparılıb

07 Aprel 2020, 16:51 (GMT +4)
Lukaşenko Belarusiyada COVID-19 diaqnozu ilə  xəstəxanaya yerləşdirilənlərin sayını açıqlayıb

07 Aprel 2020, 16:46 (GMT +4)
Trampın sədəqəsinə ehtiyacımız yoxdur, Onun özü koronavirusa görə digərlərinə möhtacdır – Cavad Zərif

07 Aprel 2020, 16:41 (GMT +4)
Pentaqon koronavirus peyvəndinin sınaqlarına başlayıb

07 Aprel 2020, 16:20 (GMT +4)
Azərbaycanda 717 nəfər koronavirusa yoluxub, onlardan 8-i ölüb

07 Aprel 2020, 16:12 (GMT +4)
Peskov Putinin koronavirusa görə vaxtaşarı testdən keçdiyini açıqlayıb  

07 Aprel 2020, 16:10 (GMT +4)
Çin Azərbaycana tibbi humanitar yardım göndərib

07 Aprel 2020, 16:10 (GMT +4)
Koronavirus Azərbaycanda: Daha 76 nəfərdə koronavirus aşkarlanıb

07 Aprel 2020, 16:00 (GMT +4)
“Caspian European Club” “Online business training”in təşkilinə başlayıb

07 Aprel 2020, 15:48 (GMT +4)
Fələstində koronavirusa yoluxanların sayı 260-a çatıb

07 Aprel 2020, 15:43 (GMT +4)
Bakının daha bir küçəsində yenidənqurma işləri yekunlaşır

07 Aprel 2020, 15:20 (GMT +4)
Yaponiyanın yeddi prefekturasında fövqəladə rejim elan edilib

07 Aprel 2020, 15:12 (GMT +4)
Balakəndə civə satışı ilə məşğul olan şəxslər saxlanılıb

07 Aprel 2020, 14:48 (GMT +4)
YAP: Əfv sərəncamlarının imzalanması dövlətin öz vətəndaşlarına verdiyi dəyərin bariz nümunəsidir

07 Aprel 2020, 14:40 (GMT +4)
İranda koronavirusa yoluxanlardan 27 mini sağalıb

07 Aprel 2020, 14:38 (GMT +4)
Lukaşenko: Belarus neft oyunlarından asılı olmamalıdır

07 Aprel 2020, 14:36 (GMT +4)
Azərbaycanda tibbi maska istehsalına başlanıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66