Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

Gənclər və İdman Nazirliyi istedadlı və yaradıcı gəncləri mükafatlandırıb (FOTO)

03 Fevral 2020, 11:20 (GMT +4)

Bakı, 3 fevral, SalamNews.Fevralın 2-də Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Gəncləri Günü münasibətilə istedadlı və yaradıcı gənclərin mükafatlandırılması mərasimi keçirilib.

SalamNews AZƏRTAC-a istinadən xəbər verir ki, tədbirdə 2019-cu ildə yüksək fəallığı ilə seçilən gənclər və gənclər təşkilatları mükafatlandırılıblar.

Tədbirdə Azərbaycan Respublikası Prezident Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusuf Məmmədəliyev, gənclər və idman naziri Azad Rəhimov, Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə, MOK baş katibinin müavini Azər Əliyev, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, dövlət və hökumət rəsmiləri, universitetlərin rektorları və gənclər təşkilatlarının nümayəndələri iştirak ediblər.

Əvvəlcə 2019-cu ildə Azərbaycan gənclər sahəsində həyata keçirilən tədbirləri, həmçinin ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin gənclərlə bağlı fikirlərini əks etdirən videoçarx yayımlanıb.

Mərasimdə Azərbaycanda dövlət gənclər siyasətinin uğurla həyata keçirilməsi nəticəsində əldə olunan uğurlar, bu sahədə reallaşdırılan proqram, strategiya və layihələr, gənclərimiz üçün yaradılan şərait barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, 1997-ci ildə ulu öndər Heydər Əliyevin Sərəncamı ilə 2 fevral - Azərbaycan Gəncləri Günü elan edilib. MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk olaraq məhz Azərbaycanda Gənclər Gününün təsis olunması gənc nəslə göstərilən diqqət və qayğının bariz nümunəsidir. Həmin tarixdən başlayaraq, Azərbaycan Gəncləri Günü respublikamızda geniş qeyd olunur. Gənclər və İdman Nazirliyi tərəfindən hər il bu əlamətdar gün münasibətilə müxtəlif tədbirlər keçirilir ki, istedadlı və yaradıcı gənclərin mükafatlandırılması da məhz belə tədbirlərdən biridir.

Gənclər və idman naziri Azad Rəhimov tədbirdə çıxış edərək ölkəmizdə əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasətindən danışıb. Bildirib ki, 23 ildir gənclərimiz ulu öndər Heydər Əliyevin təsis etdiyi Azərbaycan Gəncləri Gününü təntənəli şəkildə qeyd edirlər. Bu dövr yaddaşlarda Azərbaycan dövləti tərəfindən gənclərə göstərilən yüksək diqqət və qayğı illəri kimi qalıb. Nazir ötən il ölkəmizin, o cümlədən gənclərimizin həyatında uğurlu il olduğunu və bir çox nailiyyətlərlə yadda qaldığını vurğulayıb.

Diqqətə çatdırıb ki, 2019-cu ildə ən vacib tədbirlərdən biri fevralın 2-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə Bakı Konqres Mərkəzində keçirilən Azərbaycan Gəncləri Gününə həsr olunmuş respublika toplantısı olub. Bu toplantıda bir qrup gəncə dövlətimizin başçısı tərəfindən mükafatlar təqdim olunub. Həmin tədbirdə ölkəmizin gənclər siyasətinə yeni baxış məsələsinə, gənclərin əldə etdiyi nailiyyətlərə toxunulub və Azərbaycan gəncliyinin inkişafı istiqamətində tövsiyələr verilib.

Qeyd olunub ki, 2019-cu ildə, həmçinin gənclərimizin inkişafı istiqamətində bir sıra böyük layihələr həyata keçirilib. Gənclərə təqdim olunan Prezident mükafatlarının sayı 2019-cu ildə artırılaraq 10-a çatdırılıb. Bu mükafatlar informasiya texnologiyaları, iqtisadiyyat və digər sahələri əhatə edir.

2020-ci ilin “Könüllülər ili” elan olunmasını Prezident İlham Əliyevin Azərbaycan gəncliyinə göstərdiyi xüsusi diqqətin təzahürü olduğunu vurğulayan nazir ölkəmizdə könüllülük hərəkatının daha da artmasının cəmiyyətdə gənclərin inkişafına və könüllülük mədəniyyətinin formalaşmasına böyük töhfə verəcəyinə əminliyini ifadə edib. Diqqətə çatdırıb ki, bu il könüllülərlə bağlı bir çox maraqlı tədbirlərin təşkili nəzərdə tutulur.

Azad Rəhimov Prezident İlham Əliyev tərəfindən 2019-cu ildə “Yüksəliş” müsabiqəsinin təsis edilməsi haqqında Sərəncam imzalanmasını xüsusi qeyd edib. Bildirib ki, yeddi mindən çox gənc artıq bu müsabiqədən qeydiyyatdan keçib. Azərbaycanın gələcək liderləri bu böyük və uğurlu bir layihə vasitəsilə formalaşacaq, savadlı, bilikli, yeni nəsil idarəçiləri olan gənclər müxtəlif vəzifələrdə çalışacaq və ölkəmizi parlaq gələcəyə aparacaqlar. Prezident İlham Əliyev də hər zaman çıxışlarında Azərbaycan gənclərinin fəal, vətənpərvər, bilikli olduğunu vurğulayır, onlara inanır və daim dəstəkləyir.

Qeyd edilib ki, bu il Azərbaycan Gəncləri Günü maraqlı bir tarixə təsadüf edir. Nazirlik tərəfindən özündə bu tarixi əks etdirən loqotipin hazırlanması üçün müsabiqə də elan olunub. 02.02.2020 rəqəmi Azərbaycan gənclərinin yeni bir kodudur. İnanıram ki, bu rəqəmlər gənclər üçün yeni uğurlar gətirəcək. Gənclər sahəsində işləyən müvafiq dövlət qurumları da gənclərə bu istiqamətdə öz köməyini əsirgəməyəcək.

Nazir bayram münasibətilə gəncləri təbrik edib və bildirib ki, bu il də Azərbaycan gəncliyi üçün maraqlı layihələr və tədbirlərlə zəngin olacaq.

Sonra mükafatlandırma mərasimi olub.

Tədbirdə 2019-cu ildə memarlıq, təsviri sənət, musiqi, teatr, ədəbiyyat, ictimai fəaliyyət, elm, texnika, təhsil, mədəniyyət və incəsənət sahələrində nailiyyətlər qazanmış, respublikamızı xarici ölkələrdə yüksək səviyyədə təmsil etmiş istedadlı və yaradıcı, fərqlənən gənclər təltif olunublar.

Gənclər və İdman Nazirliyinin Azərbaycan Gəncləri Günü münasibətilə rəssam və dizaynerlər arasında elan etdiyi loqotip müsabiqəsinin qalibi Ehtiram İbrahimov mükafatlandırılıb.

Həmçinin müxtəlif tədbirlərdə – müsabiqə, konsert, sərgi, festival, olimpiada, yarış və oyunlarda iştirak edərək fərqlənmiş, eləcə də beynəlxalq miqyaslı tədbirlərdə yüksək nəticə göstərmiş, ictimai fəallığı ilə seçilmiş gənclər Gənclər və İdman Nazirliyi tərəfindən bu il də təltif edilib.

Bundan başqa, dövlət gənclər siyasətinin həyata keçirilməsində uğurlu fəaliyyəti ilə seçilən bir sıra gənclər və tələbə-gənclər təşkilatları da mükafatlara layiq görülüb.

Mərasimdə Masallı şəhərinin 2020-ci il üçün Azərbaycanın “Gənclər paytaxtı” seçildiyi rəsmən elan edilib. Bildirilib ki, Masallı “www.genclerpaytaxti.az” saytında keçirilmiş onlayn səsvermənin qalibi olub.

“Gənclər paytaxtı”nın rəmzi açarı Masallı Şəhər İcra Hakimiyyətinin nümayəndəsinə təqdim edilib.

Sonra Masallı şəhəri barədə videoçarx nümayiş olunub.

Tədbir bədii hissə ilə davam edib.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Gənclər və İdman Nazirliyi veteran idmançılara dəstək olub

Gənclər və İdman Nazirliyi gənclərə çağırış edib

Gənclər və İdman Nazirliyi uşaqlar üçün yeni il aksiyası keçirir

Gənclər və İdman Nazirliyi kənd gəncləri üçün yeni imkanlar yaradır

Gənclər və İdman Nazirliyinin kollektivi ulu öndərin məzarını ziyarət edib

Gənclər və İdman Nazirliyinin yaranmasının 25-ci il dönümüdür

Gənclər və idman nazirliyi yeni bir layihəyə start verir

Gənclər və İdman Nazirliyində idman mütəxəssislərinə fəxri adlar verilib (FOTO)

Gənclər və İdman Nazirliyi Xocalı ilə bağlı gənclərə çağırış edib

Gənclər və İdman Nazirliyi ilin ən yaxşılarını mükafatlandırıb

Bu gün Gənclər və İdman Nazirliyinin yaranma günüdür

Gənclər və İdman Nazirliyinin Beynəlxalq əlaqələr şöbəsinə yeni müdir təyin olunub

Bu gün Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin yaranma günüdür

BMT ilə Gənclər və İdman Nazirliyi arasında niyyət məktubu imzalanıb

Gənclər və İdman Nazirliyi ilə Elmin İnkişafı Fondu arasında əməkdaşlıq haqqında Protokol imzalanıb

Gənclər və İdman Nazirliyinin səlahiyyətləri artırılıb

Gənclər və İdman Nazirliyində beynəlxalq yarışlarda qalib gəlmiş güləşçilərlə görüş keçirilib (FOTOLAR)

Gənclər və İdman Nazirliyində cüdo və taekvondo yığmaları ilə görüş keçirilib (FOTOLAR)

Gənclər və İdman Nazirliyində bir qrup idmançı və idman mütəxəssisinin mükafatlandırılma mərasimi keçirilib

Gənclər və İdman Nazirliyində Dünya Kubokunda iştirak edən güləşçilərlə görüş keçirilib (FOTO)

06 İyun 2020, 21:10 (GMT +4)
Neftçalada su peroblemi ilə bağlı tədbirlər həyata keçirilib (FOTOLAR)

06 İyun 2020, 19:45 (GMT +4)
Azərbaycanda daha 379 nəfər koronavirusa yoluxub, 153 nəfər sağalıb

06 İyun 2020, 19:08 (GMT +4)
Deputat: Avropanın qarşısında duran bir sıra vəzifələr yeni bir yanaşma tələb edir

06 İyun 2020, 18:53 (GMT +4)
MOK: "Maklarenin hesabatı"nda Azərbaycanla bağlı iddialar əsassız və qərəzlidir

06 İyun 2020, 17:00 (GMT +4)
Mərkəzi Bank depozit hərracı keçirəcək

06 İyun 2020, 16:58 (GMT +4)
Tramp Almaniyadakı ABŞ qüvvələrindən 9500 hərbçinin çıxarılması göstərişini verib

06 İyun 2020, 16:50 (GMT +4)
DİM ali məktəblərə sənəd verənlərin sayını açıqlayıb

06 İyun 2020, 16:47 (GMT +4)
Karantin günlərində Bakı - FOTOLENT

06 İyun 2020, 16:35 (GMT +4)
Rusiya Qələbə Paradında NATO-nun mümkün təxribatını istisna etmir

06 İyun 2020, 16:20 (GMT +4)
İki rayonda qanunsuz qaz qoşulmaları aşkarlanıb

06 İyun 2020, 16:03 (GMT +4)
Suriyanın şimal-şərqində partlayış nəticəsində 8 mülki şəxs həlak olub

06 İyun 2020, 16:00 (GMT +4)
Azərbaycanda koronavirusa yoluxan analardan doğulan körpələrdə virus aşkarlanmayıb

06 İyun 2020, 15:58 (GMT +4)
Gürcüstanda daha 3 nəfər koronavirusa yoluxub

06 İyun 2020, 15:30 (GMT +4)
Xaçmazda həyətində çətənə becərən şəxs saxlanılıb

06 İyun 2020, 15:27 (GMT +4)
Versal sarayı karantin bitdikdən sonra açılıb

06 İyun 2020, 15:05 (GMT +4)
General Haftar ordusunun Liviyada geriləməsindən sonra Misirə gedib

06 İyun 2020, 15:00 (GMT +4)
DİN 7,3 ton narkotiki məhv edib

06 İyun 2020, 14:48 (GMT +4)
ABŞ diplomatik obyektləri Rusiyaya qaytarmaqdan imtina edib

06 İyun 2020, 14:32 (GMT +4)
"Dərs vaxtı"nın iyunun 8-nə olan cədvəli açıqlayıb

06 İyun 2020, 14:27 (GMT +4)
G20 ölkələri COVID-19 ilə mübarizə üçün 20 milyard dollardan çox vəsait ayıracaq

06 İyun 2020, 14:11 (GMT +4)
İranda son sutkada 75 nəfər koronavirusdan vəfat edib

06 İyun 2020, 14:03 (GMT +4)
Sabah Azərbaycanda 37 dərəcə isti gözlənilir

06 İyun 2020, 13:54 (GMT +4)
Azərbaycanda aparılan taxıl biçini ilə bağlı son statistika açıqlanıb

06 İyun 2020, 13:45 (GMT +4)
BANM Tələbə və Gənc Tədqiqatçıların I Beynəlxalq Elmi Konfranslarını onlayn keçirir

06 İyun 2020, 13:45 (GMT +4)
Braziliya ÜST-ü tərk etməyə hazırdır

06 İyun 2020, 13:29 (GMT +4)
Liviyaya silah idxalının qadağası müddəti daha bir il artırılıb

06 İyun 2020, 13:28 (GMT +4)
Sabah Bakıda gücləndirilmiş dezinfeksiya işləri aparılacaq

06 İyun 2020, 13:26 (GMT +4)
Trüdo ABŞ-dakı etirazçılarla həmrəylik üçün diz çöküb

06 İyun 2020, 13:10 (GMT +4)
Azərbaycanda 6 871 müəllim iş yerini dəyişmək istəyir

06 İyun 2020, 12:51 (GMT +4)
Rusiyada son sutkada 8 mindən çox insan COVID-19-a yoluxub 

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66