Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

BANM-də Gənclər günü keçirilib

04 Fevral 2020, 11:00 (GMT +4)

Bakı, 4 fevral, SalamNews.Bakı Ali Neft Məktəbində (BANM) Gənclər Günü münasibətilə tədbir keçirilib.

Bu barədə SalamNews-a Ali Məktəbdən məlumat verilib.

Tədbirdə Ali Məktəbin rektoru Elmar Qasımov, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri Faiq Məmmədov, YAP Gənclər Birliyinin sədri Seymur Orucov, BANM-in professor-müəllim heyəti, administrativ heyəti və tələbələri iştirak ediblər.

Tədbirdən öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Daha sonra Bakı Ali Neft Məktəbinin rektoru E.Qasımov qonaqları salamlayıb və Ali Məktəbin gənclərinin timsalında bütün Azərbaycan gənclərini ürəkdən təbrik edib. Rektor qeyd edib ki, dövlət gənclər siyasətinin əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub. Məhz ulu öndərin 1997-ci il fevralın 2-də imzaladığı Fərmana əsasən, fevralın 2-si Azərbaycan Gəncləri Günü elan edilib və o gündən sonra hər il Azərbaycanda təntənəli şəkildə qeyd edilməyə başlanılıb. O həmçinin vurğulayıb ki, Prezident İlham Əliyevin dövlət gənclər siyasətinə verdiyi önəm və gənclərə qayğısı nəticəsində bu sahədə xüsusi Dövlət Proqramı həyata keçirilir, bölgələrdə Gənclər Mərkəzi yaradılır, gənclərin dünyaya inteqrasiya etməsinə, təhsilinə, sosial-ictimai fəaliyyətinə hər zaman xüsusi dəstək verilir.

Bakı Ali Neft Məktəbinin məzunları adından Kimya mühəndisliyi ixtisası üzrə 2019-cu il məzunu, BP-də proses mühəndisi kimi çalışan Anar Bədəlbəyli tədbirdə çıxış edərək, gəncləri özünəməxsus yaradıcı formada təbrik edib və öz uğur hekayəsini onlarla bölüşüb.

BANM-in Tələbə Gənclər Təşkilatının (TGT) İdarə Heyətinin sədr müavini, Neft-qaz mühəndisliyi ixtisasının II kurs tələbəsi Lalə İsmayılzadə Ali Məktəbin tələbələri adından çıxış edərək bütün mühəndis tələbələri Gənclər günü münasibətilə təbrik edib.

Gənclər Günü münasibəti ilə keçirilən tədbirdə “Creative Business Cup” və “Climate Launchpad” müsabiqələrində Azərbaycan ikincisi olmuş, etdiyi ixtiraya görə “İlin ixtirası” adına layiq görülən “Climasel” (asma tavan üçün enerjiyə qənaət edən panellər) startap layihəsinin rəhbəri BANM-in dosenti Əmir Reza Vəxşuri və komanda üzvləri təltif olunublar. Belə ki, Climasel panelləri innovativ yolla kondisionerlərə sərf olunan enerjiyə, həmçinin pula 25% qənaət etmiş olur.

Tədbirdə həmçinin “Azərkosmos” Açıq Səhmdar Cəmiyyətinin (ASC) təşkil etdiyi “CanSat Azerbaijan - 2019” müsabiqəsində iştirak edərək ali təhsil ocaqları arasında II yeri tutmuş BANM-in “Can of Duty” komandasının üzvləri mükafatlandırılıb.

Gənclərə həsr olunmuş tədbirdə “İnnovasiya Festivalı” çərçivəsində Gənclər və İdman, Təhsil, Nəqliyyat, Rabitə və Yüksək Texnologiylar nazirliklərinin dəstəyi, Azərbaycan Robotexnika Mühəndisliyi Akademiyası və “Gənclərin Təhsil, Təlim, Peşə və İnkişaf Mərkəzi” İctimai Birliyinin təşkilatçılığı ilə keçirilmiş III Robot Olimpiadasında iştirak edərək I yerin qalibləri, həmçinin Azərbaycanı Macarıstanda keçirilən Dünya Robot Olimpiadasında təmsil etmiş “NAR” komandasının rəhbəri, BANM-in Proseslərin Avtomatlaşdırılması Mühəndisliyi kafedrasının müdiri, dosent Nailə Allahverdiyeva və komanda üzvləri də təltif olunublar.

Bundan əlavə, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən keçirilmiş Beynəlxalq “Kibertəhlükəsizlik həftəsi” çərçivəsində BANM-in Proseslərin avtomatlaşdırılması mühəndisliyi (PAM) kafedrasının tələbələri “Intrusion Detection System for Apache2 WebServer” layihəsi ilə “Hackathon-2019” müsabiqəsində I yer tutublar. PAM tələbələrinin təqdim etdiyi layihə Ali Məktəbdə “İlin layihəsi” adına layiq görülüb.

Rektor Elmar Qasımov BANM-in “Kimya mühəndisliyi” ixtisasının V kurs tələbələri Kənan Sadıqov və Sənan Həsənzadəni tələbələr arasında sosial fəaliyyətlərin təşkilində fəallığına görə “İlin tələbəsi” elan edib və onların hər ikisini Ali Məktəbin Təşəkkürnaməsi ilə təltif edib. Neft-qaz Mühəndisləri Cəmiyyətinin (SPE) Bakı Ali Neft Məktəbi bölməsinin prezidenti, Neft-qaz mühəndisliyi ixtisasının III kurs tələbəsi Toğrul Tahirov “Ən fəal klub rəhbəri” adına layiq görülərək təltif olunub. BANM-in Neft-qaz mühəndisliyi ixtisasının II kurs tələbəsi İnyama Somtoçukvu Çidinma Ali Məktəbdə keçirilmiş tədbirlərdə fəal iştirakına görə əcnəbi tələbələr arasında “İlin ən fəal əcnəbi tələbəsi”, qış imtahanı sessiyasındakı qazandığı uğurlu nəticələrinə görə Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasının IV kurs tələbəsi Nigar Əhmədova “İlin ən əzmkar tələbəsi” adına layiq görülüb. Qış imtahan sessiyyasının nəticələrinə görə “İlin ən çalışqan əcnəbi tələbəsi” adına Neft-qaz mühəndisliyi ixtisasının II kurs tələbəsi Ukaive Stiven Fraydi layiq görülüb.

BANM tələbələrinin ifasında Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında səhnələşdirilmiş “O olmasın, bu olsun” operettasında Məşədi İbad rolunu uğurla ifa etdiyinə görə Kimya mühəndisliyi ixtisasının V kurs tələbəsi Cavid Məcidov “İlin ən yaxşı aktyoru” elan olunub.

Tədbirdə Ali Məktəbin idman həyatında fəal iştirak etmiş tələbələr də mükafatlandırılıb.

Belə ki, 2019/2020-ci tədris ilində BANM-də tələbələr arasında keçirilmiş Futzal turnirində Hazırlıq (Foundation) tələbələrinin “Warriors” (I yer), “13” (II yer), “Mübariz” (III yer) klubları, eləcə də yuxarı kurs tələbələrinin “Vertex F.C” (I yer), “Forza BANM” (II yer), “Gremio C.F” (III yer) klubları fərqlənərək ilk 3 yerin qalibi olublar. Turnir zamanı 26 qol vurmuş Neft-qaz mühəndisliyi ixtisasının I kurs tələbəsi Oqtay Kazımlı Hazırlıq (Foundation) tələbələri arasından, yuxarı kurs tələbələrindən isə 29 qolla Kimya mühəndisliyi ixtisasının II kurs tələbəsi Malik Babayev “QOL kralı” adına layiq görülüblər. Həmçinin futzal turnirində “Ən yaxşı hücumçu” adını Kimya mühəndisliyi ixtisasının III kurs tələbəsi Rəşad Ələkbərov, “Ən yaxşı müdafiəçi” adını Neft-qaz mühəndisliyi ixtisasının II kurs tələbəsi Uğur Paşayev, “Ən yaxşı yarımmüdafiəçi” adını Kimya mühəndisliyi ixtisasının IV kurs tələbəsi Kənan Qocayev, “Ən yaxşı qapıçı” adını isə Neft-qaz mühəndisliyi ixtisasının IV kurs tələbəsi Vüsal İskəndərov qazanıb.

2019/2020-ci tədris ilində BANM-də qızlar arasında keçirilmiş Voleybol turnirində ilk 3 yerin qalibi “ChemBallers” (I yer), “Max Factor” (II yer) və “NKB” (New kids on the block) (III yer) komandaları olub. Oğlanlar arasında keçirilmiş Voleybol turniri zamanı “Scutoid” (I yer), “Chemystery” (II yer) və “Vertex VC” (III yer) komandaları fərqlənərək qalib olublar.

2019/2020-ci tədris ilində Ali Məktəbdə tələbələr arasında keçirilmiş Şahmat turnirində ilk 3 yerin qalibi Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasının I kurs tələbəsi Qəhrəman Kazımlı (I yer), magistratura təhsili alan II kurs tələbəsi Nizam Zahidli (II yer) və Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasının IV kurs tələbəsi Kamal Bağırlı (III yer) olub.

2019/2020-ci tədris ilində Ali Məktəbdə tələbələr arasında keçirilmiş Stolüstü tennis turnirində Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasının II kurs Rafiq Lahıcov (I yer), Kimya mühəndisliyi ixtisasının IV kurs tələbəsi İman Qurbanlı (II yer) və Kimya mühəndisliyi ixtisasının III kurs tələbəsi Kənan Qocayev (III yer) fərqlənərək ilk 3 yerin qalibi adına layiq görülüblər.

2019/2020-ci tədris ilində Ali Məktəbdə keçirilmiş intellektual yarışlar çərçivəsində “Nə, harada, nə vaxt” intellektual oyunu zamanı Hazırlıq (Foundation) tələbələrinin “Give me five” (III yer), “YWLYP” (II yer) və “Fab Five” (II yer) komandaları fərqlənərək ilk 3 yerin qalibi olublar.

Gənclər gününə həsr olunmuş tədbir bədii konsert proqramı ilə yekunlaşıb.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

BANM-ın 2 tələbəsi diplomsuz ABB şirkətinə işə qəbul olub

BANM Tələbə və Gənc Tədqiqatçıların I Beynəlxalq Elmi Konfranslarını onlayn keçirir

BANM-də buraxılış işlərinin onlayn müdafiəsinə başlanılıb

BANM-də onlayn final imtahanları davam edir

BANM-ın MBA tələbələri qlobal biznes plaformasında fərqləniblər

Elmar Qasımov BANM-in Avropada təhsil alan tələbələri ilə onlayn görüş keçirib

BANM-in daha 6 tələbəsi diplomsuz işə qəbul olub

BANM-ın 2 komandası “CanSat” müsabiqəsinin əsas mərhələsinə vəsiqə qazanıb

BANM-in rektoru Yay Məktəblərinin pulsuz olmasını təklif edib

BANM-in əcnəbi tələbələri koronavirusla mübarizə aparanlara təşəkkür edib

BANM onlayn imtahanlarda plagiatçılığa qarşı Şərəf Kodeksi hazırlayıb

BANM-in tələbələri qlobal distant təhsil proqramının sertifikatlarını qazanıb

BANM dinləyici qəbulu elan edib

BANM-ın tələbələri onlayn tərcümə “Hackathon”unda qalib olub

BANM-in tələbəsi esse yazı müsabiqəsinin qalibi olub

BANM nüfuzlu qlobal distant təhsil proqramının lisenziyasını əldə edib

Mehmet Karaca: BANM tezliklə regionda söz sahibi olacaq (MÜSAHİBƏ)

İstanbul Texnik Universitetinin rektoru BANM-də olub

BANM Rusiyada II Beynəlxalq Akademik Neft Konqresində təmsil olunub 

BANM Avrasiya Beynəlxalq Ali Təhsil Sammitində iştirak edib

15 İyul 2020, 11:48 (GMT +4)
İdlibdə Türkiyə-Rusiya post patruluna hücumu «Xəttab əş-Şişani» qruplaşması öhdəsinə götürüb

15 İyul 2020, 11:40 (GMT +4)
Şəhid gizir Yaşar Babayev son mənzilə yola salınıb (FOTOLAR)

15 İyul 2020, 11:37 (GMT +4)
Azərbaycanda daha bir həkim koronavirusdan dünyasını dəyişib

15 İyul 2020, 11:30 (GMT +4)
Qobustanda yağan leysan yağışlar bir sıra fəsadlar törədib

15 İyul 2020, 11:12 (GMT +4)
Ərdoğan və Tramp Liviyada sabitliyi təmin etmək üçün əməkdaşlıq barədə razılığa gəliblər

15 İyul 2020, 11:08 (GMT +4)
Nazirlik: Daha 44 müəllim müddətsiz işləmək imkanı qazanıb

15 İyul 2020, 10:55 (GMT +4)
Azərbaycanda indiyədək 6778 sahibkarlıq subyektində nöqsanlar aşkar edilib

15 İyul 2020, 10:42 (GMT +4)
Ərdoğan Aya Sofiyanın statusunun dəyişdirilməsini “səhvin düzəldilməsi” adlandırıb

15 İyul 2020, 10:39 (GMT +4)
Qasim Süleymaninin xələfi ABŞ aviadaşıyıcısındakı yanğına münasibət bildirib

15 İyul 2020, 10:37 (GMT +4)
ƏƏSMN: Daha 51 şəhidin vərəsələrinə birdəfəlik ödəmə veriləcək

15 İyul 2020, 10:26 (GMT +4)
AFFA-nın texniki direktoru ilə müqavilə uzadılmayıb

15 İyul 2020, 10:13 (GMT +4)
İndoneziyada 54 jurnalist eyni vaxtda koronavirusa yoluxub

15 İyul 2020, 10:11 (GMT +4)
Polkovnik İlqar Mirzəyev dəfn olunub - FOTOLENT

15 İyul 2020, 09:58 (GMT +4)
İraqın yeni baş naziri Səudiyyə Ərəbistanına rəsmi səfərə gedir

15 İyul 2020, 09:47 (GMT +4)
MN: Düşmənin digər atəş nöqtəsi də yerlə yeksan edilib - VİDEO

15 İyul 2020, 09:39 (GMT +4)
Müdafiə Nazirliyi cəbhədəki vəziyyətlə bağlı məlumat yayıb

15 İyul 2020, 09:26 (GMT +4)
Şəhid general-mayor Polad Həşimov dəfn olunub (YENİLƏNİB, FOTOLENT)

15 İyul 2020, 09:23 (GMT +4)
Ərdoğan: Bu hücum Ermənistanın boyunu aşır

15 İyul 2020, 09:19 (GMT +4)
İsraildə hökumət əleyhinə izdihamlı etiraz aksiyaları keçirilib (VİDEO)

15 İyul 2020, 09:12 (GMT +4)
Nazirlik: İlin sonuna 102 məktəb binası istifadəyə veriləcək

15 İyul 2020, 09:00 (GMT +4)
DİM: İmtahan heyəti üzvlərindən koronavirusa yoluxan olmayıb

15 İyul 2020, 08:50 (GMT +4)
MN: Düşmənin növbəti hərbi obyekti darmadağın edilib - VİDEO

15 İyul 2020, 07:45 (GMT +4)
Bakıda Azərbaycan Ordusuna dəstək yürüşü keçirilib (FOTO)

14 İyul 2020, 19:43 (GMT +4)
Ermənistan silahlı qüvvələrinin artilleriya divizionunun idarəetmə məntəqəsi məhv edilib - VİDEO

14 İyul 2020, 18:07 (GMT +4)
Moldova Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib

14 İyul 2020, 18:00 (GMT +4)
Milli Məclis beynəlxalq təşkilatlara müraciət ünvanlayıb

14 İyul 2020, 17:55 (GMT +4)
Lukaşenko seçkiqabağı çıxışlardan imtina edib

14 İyul 2020, 17:54 (GMT +4)
Təbriz universitetinin professoru Azərbaycan xalqına başsağlığı verib

14 İyul 2020, 17:52 (GMT +4)
Azərbaycan dili imtahanlarının nəticələri elan olunub

14 İyul 2020, 17:40 (GMT +4)
Dövlət Xidməti: Səfərbərlik çağırışı ilə bağlı SMS-lər saxtadır

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66