Mobil versiya RU AZ
_




DÜNYA » SİYASƏT

“Azərenerji”: Bəzi yarımstansiyalar yenidən qurulur

04 Fevral 2020, 16:15 (GMT +4)

Bakı, 4 fevral, SalamNews“Azərenerji” ASC “Reabilitasiya Proqramı”na uyğun olaraq Bakı və Abşeron yarımadasının elektrik təchizatında müstəsna rol oynayan 220 və 110 kilovoltluq sistem əhəmiyyətli əsas yarımstansiyaları yenidən qurur və işlər enerji təchizatında fasilə yaranmaması üçün xüsusi rejimdə, yarımstansiyanın fəaliyyəti dayandırılmadan həyata keçirilir.

ASC-dən  SalamNews-a bildirilib ki, artıq Səbail rayonunun Badamdar qəsəbəsində yerləşən 220 kilovoltluq, “Müşfiq” və Sabunçu rayonunun Zabrat qəsəbəsində yerləşən 110 kilovoltluq “Zabrat” yarımstansiyaları yenidən qurularaq istismara verilib. 1968-ci ildə tikilən 110 kilovoltluq “8-ci kilometr” və 1976-cı ildə istismara verilən Sumqayıtdakı 110 kilovoltluq “Sulfanol” yarımstansiyalarında yenidənqurma işləri yekunlaşıb. Həmçinin 1953-cü ildə tikildiyindən istismar müddətini bir neçə dəfə keçən açıq tipli 110 kilovoltluq “Dübəndi” yarımstansiyası qapalı tipə keçirilərək tam yenidən qurulub.

1953-cü ildə tikilən və istismar müddətini bitirən 220 kilovoltluq “Xırdalan”, 1968-ci ildə istismara verilən 110 kilovoltluq “Əhmədli” və 1949-cu ildən istismar olunan 110 kilovoltluq “Maştağa” yarımstansiyalarında isə əsaslı tikinti və yenidənqurma işləri hazırda da davam edir.

Bütün yarımstansiyalarda rele mühafizəsi, avtomatika və idarəetmə sistemləri ilə komplektləşdirilmiş idarəetmə məkəzləri tikilir. Nəticədə güc çatışmazlığı aradan qaldırılmaqla yanaşı, etibarlılıq və dayanıqlılıq təmin edilir.

Qəzaların qarşısının alınması, qəza rejimində yükün bir yarımstansiyadan digər yarımstansiyanın üzərinə köçürülməsi, itkilərin aradan qaldırılması, artan tələbatın qarşılanması, ən əsası isə istehlakçıların daha keyfiyyətli və fasiləsiz elektrik enerjisi ilə təmin edilməsi üşün yarımstansiyaların yenidən qurulması olduqca əhəmiyyətlidir.

“Azərenerji” ümumilikdə 20-dək yarımstansiyada yenidənqurma, təmir və bərpa işləri həyata keçirir, avadanlıqlar, ən əsası isə transformatorlar dəyişdirilərək yarımstansiyaların gücü artırılır.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

22 Oktyabr 2020, 10:11 (GMT +4)
MN: Düşmənin raket hücumu nəticəsində tələfat yoxdur

22 Oktyabr 2020, 10:08 (GMT +4)
İran ABŞ seçkilərində müdaxiləni rədd edib

22 Oktyabr 2020, 10:00 (GMT +4)
Cəbhəyanı ərazilərdə partlamış mərmi qalıqları aşkar olunub

22 Oktyabr 2020, 09:50 (GMT +4)
Çexiya koronavirus səbəbiylə sərt məhdudiyyətlər tətbiq edib

22 Oktyabr 2020, 09:46 (GMT +4)
Müdafiə Nazirliyi: Ermənistan Qəbələ və Kürdəmirə ballistik raketlər atıb

22 Oktyabr 2020, 09:41 (GMT +4)
MN: Düşmən mövqelərimizi atəşə tutur

22 Oktyabr 2020, 09:40 (GMT +4)
Hikmət Hacıyev: “Ermənistan PKK-çıları da orduya cəlb edir”

22 Oktyabr 2020, 09:35 (GMT +4)
İran Ordusunun generalı Qarabağ döyüşləri fonunda Xudafərinə gəlib

22 Oktyabr 2020, 09:28 (GMT +4)
Azərbaycan və Türkiyə XİN başçıları telefonla danışıb

22 Oktyabr 2020, 09:20 (GMT +4)
Fuat Oktay: Bakıdan müraciət gələrsə Türkiyə tərəddüd etmədən qoşun göndərəcək

22 Oktyabr 2020, 09:16 (GMT +4)
ABŞ Sudanın İsraillə əlaqələri tezliklə rəsmiləşdirəcəyinə ümidvar olduğunu bildirib

22 Oktyabr 2020, 09:13 (GMT +4)
MN: Ağdərə istiqamətində düşmənin müdafiə sahəsinə ciddi zərbələr endirilib

22 Oktyabr 2020, 09:10 (GMT +4)
Ermənilərin yüksək rütbəli hərbçiləri məhv edilib

22 Oktyabr 2020, 09:00 (GMT +4)
Cəbhədə son vəziyyət: Düşmən vacib yüksəklik və mövqelərdən geri çəkilib

21 Oktyabr 2020, 20:39 (GMT +4)
Prezident: Zəngilanın daha 14 yaşayış məntəqəsi işğaldan azad edilib

21 Oktyabr 2020, 20:33 (GMT +4)
Ali Baş Komandan: Cəbrayılın daha 5 kəndi işğaldan azad edilib

21 Oktyabr 2020, 20:29 (GMT +4)
Prezident: Füzulinin daha üç kəndi işğaldan azad edilib

21 Oktyabr 2020, 19:30 (GMT +4)
MN: Düşmənin 6 PUA-sı məhv edilib

21 Oktyabr 2020, 17:59 (GMT +4)
Azərbaycan kərə yağı idxalını 29% artırıb

21 Oktyabr 2020, 17:50 (GMT +4)
Neft daşlarında dalğanın hündürlüyü 3 metrə çatıb

21 Oktyabr 2020, 17:43 (GMT +4)
Prezident İlham Əliyev Yaponiyanın “Nikkei” qəzetinə müsahibə verib

21 Oktyabr 2020, 17:36 (GMT +4)
“Yəmən hökuməti” paytaxt limanının açılması üçün Səudiyyə Ərəbistanına təzyiqlərin gösərilməsini istəyib  

21 Oktyabr 2020, 17:23 (GMT +4)
Ordubadda qədim abidələr aşkarlanıb

21 Oktyabr 2020, 17:12 (GMT +4)
İspaniyanın “La Vanguardia” qəzeti Zəngilan şəhərinin azad edilməsindən yazıb

21 Oktyabr 2020, 16:53 (GMT +4)
Lənkəranın 99 yaşlı sakini bir aylıq təqaüdünü Silahlı Qüvvələrə Yardım Fonduna köçürüb

21 Oktyabr 2020, 16:35 (GMT +4)
Parisdə Eyfel qülləsi yanında iki müsəlman qadın bıçaqlanıb

21 Oktyabr 2020, 16:34 (GMT +4)
Ermənistana məxsus daha 3 PUA məhv edilib

21 Oktyabr 2020, 16:30 (GMT +4)
DİN əhaliyə xəbərdarlıq edib

21 Oktyabr 2020, 16:20 (GMT +4)
Rusiyada "Su-34" qırıcısı qəzaya uğrayıb

21 Oktyabr 2020, 16:11 (GMT +4)
Hərbi komandiri də daxil olmaqla Ermənistanın daha 4 zabiti məhv edildi

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66