Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

DİN dövriyyədən 7 kq narkotik vasitə çıxarıb

04 Fevral 2020, 18:09 (GMT +4)

Bakı, 4 fevral, SalamNews. Daxili İşlər Nazirliyinin (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları qanunsuz dövriyyədən 7 kiloqramdan çox narkotik vasitə və psixotrop maddə çıxarıb.

DİN-in Mətbuat Xidmətindən SalamNews-a verilən məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunuz dövriyyəsi və alqı-satqısı ilə məşğul olan şəxslərə qarşı növbəti əməliyyat həyata keçirilib.

Belə ki, Baş İdarəyə paytaxtın Nizami rayonunda bir nəfərin narkotik vasitələrin satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olub. Baş İdarənin əməkdaşlarının keçirdikləri tədbir zamanı həmin şəxs Bakı şəhər sakini Daşqın Axundzadə tutulub. Onun üzərində şəxsi axtarış aparılan zaman 25,870 qram narkotik vasitə olan marixuana aşkar olunub.

Əməliyyat tədbirlərinin davamı olaraq Daşqın Axundzadənin yaşadığı evdən əlavə 4 kiloqram 575,165 qram narkotik vasitə heroin, 2 kiloqram 140 qram güclü təsiredici xassəyə malik psixotrop maddə olan metamfetamin, ümumi çəkisi 27 qram olan 180 ədəd satışı qadağan olunan psixotrop tərkibli “Preqabalin” həbləri və 1 ədəd elektron tərəzi aşkar olunaraq götürülüb.

Araşdırma zamanı müəyyən edilib ki, Daşqın Axundzadə şəxsiyyəti istintaqa məlum olmayan İran vətəndaşı ilə əlaqə saxlayaraq ondan narkotik vasitə və psixotrop maddələr əldə edərək satışını həyata keçirib.

Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının Qaradağ rayonunda həyata keçirdikləri növbəti tədbir zamanı isə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən Masallı rayon sakini Fərhad Hüseynov saxlanılıb. Onun üzərində şəxsi axtarış aparılan zaman külli miqdarda, yəni 1 kiloqram 45 qram ola narkotik vasitə heroin aşkar olunaraq götürülüb.

Hər iki faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Daşqın Axundzadə və Fərhad Hüseynov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbirəli seçilib əməliyyat tədbirləri davam etdirilir.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

MN: Düşmən Ağdam, Tərtər və Ağcabədini atəşə tutur

DİN: Əvvəlki dövrlərdən bağlı qalmış səkkiz cinayətin üstü açılıb

Azərbaycan Ordusu Xocavəndin 2, Cəbrayılın 5, Zəngilanın 2 kəndini işğaldan azad edib

DİN: Ermənistan ayrı-ayrı vaxtlarda ölkəmizin ərazisində 30-dan çox terror aktı təşkil edib

Prezident dövlət sərhədinin tam nəzarətə götürülməsi münasibətilə Azərbaycan və İran xalqını təbrik edib

Baş prokuror: Erməni təxribatı nəticəsində ölən mülki şəxslərdən 18-i qadın, 8-i uşaqdır

Gürcüstan DİN Zuqdididə girov götürülmüş 43 nəfərin azadlığa buraxıldığını açıqlayıb

Parisdə Eyfel qülləsi yanında iki müsəlman qadın bıçaqlanıb

DİN əhaliyə xəbərdarlıq edib

“Azəriqaz”: Əhali abunəçilərinin cəmi 8,3%-i güzəştli limit həddini keçib

DİN: Emin Şəkinski xəstəxanada vəfat edib

MN Cəbrayıl rayonunun işğaldan azad olunan Çərəkən kəndinin görüntülərini yayıb (VİDEO)

Prezident İlham Əliyev Xocavənd rayonunun isğaldan azad edilən Vəng kəndinə Çinarlı adı verib

MN: Ermənistan dövlət sərhədində mövqelərimizi atəşə tutur

DİN vətəndaşları komendant saatı qaydalarına riayət etməyə çağırıb

Mehriban Əliyeva: Dinc vətəndaşların məqsədyönlü şəkildə hədəfə alınması insanlığa qarşı cinayətdir

Düşmən Tərtər, Ağdam, Bərdə və Ağcabədini atəşə tutur

Gəncədə 35 dinc sakin xəsarət alıb, 5 nəfər həlak olub (FOTO)

Vaqif Dərgahlı: “Ermənistan növbəti dəfə dinc sakinləri raket atəşinə tutub”

Ağdamda 3 cəbhəyanı kəndin yolu yenidən qurulub

25 Oktyabr 2020, 18:56 (GMT +4)
Düşmənin atəş nöqtələri, komanda idarəetmə məntəqəsi məhv edilib

25 Oktyabr 2020, 18:51 (GMT +4)
Azərbaycanda daha 946 nəfər COVID-19-a yoluxub

25 Oktyabr 2020, 16:09 (GMT +4)
Qubadlı rayonunun işğaldan azad olunan kəndlərinin videogörüntüsü yayımlanıb (VİDEO)

25 Oktyabr 2020, 15:50 (GMT +4)
MN: Düşmən Ağdam, Tərtər və Ağcabədini atəşə tutur

25 Oktyabr 2020, 15:10 (GMT +4)
MN: Düşmənin hərbi vəzifəlilərin böyük hissəsi və texnikası məhv edilib

25 Oktyabr 2020, 08:09 (GMT +4)
Bu gün 11-ci imam həzrət Həsən Əsgərinin (ə) şəhid edilən günüdür

24 Oktyabr 2020, 17:00 (GMT +4)
DİN: Əvvəlki dövrlərdən bağlı qalmış səkkiz cinayətin üstü açılıb

24 Oktyabr 2020, 16:47 (GMT +4)
Baş Prokurorluq sosial şəbəkə istifadəçilərinə müraciət edib

24 Oktyabr 2020, 16:30 (GMT +4)
Hərbçilərimizin və düşmən təxribatı nəticəsində zərər dəymiş mülki vətəndaşların kreditləri silinəcək

24 Oktyabr 2020, 16:21 (GMT +4)
MN: Ağdərə istiqamətində düşmən PUA-sı məhv edilib

24 Oktyabr 2020, 16:10 (GMT +4)
Azərbaycan əsgəri: Şuşada üçrəngli bayrağımızı dalğalandıracağıq! (VİDEO)

24 Oktyabr 2020, 15:57 (GMT +4)
MN: Düşmənin döyüş təyyarəsi məhv edilib

24 Oktyabr 2020, 15:46 (GMT +4)
Ərdoğan: Azərbaycan öz torpaqlarını işğalçılardan azad edir

24 Oktyabr 2020, 15:28 (GMT +4)
Azərbaycanda daha 792 nəfər COVID-19-a yoluxub

24 Oktyabr 2020, 15:14 (GMT +4)
Bakıda mənzildən 30 min manatlıq oğurluq edilib

24 Oktyabr 2020, 15:04 (GMT +4)
Nazir: Bu gün daha iki şagirdimiz düşmən təcavüzünün qurbanı olub

24 Oktyabr 2020, 14:58 (GMT +4)
Türkiyə MN: Ermənistan Azərbaycan torpaqlarının qanunsuz işğalına son qoymalıdır

24 Oktyabr 2020, 14:47 (GMT +4)
Bakıda onlayn yolla narkotik satan şəxs saxlanılıb

24 Oktyabr 2020, 14:32 (GMT +4)
Əkrəm İmamoğlu koronavirusa yoluxub

24 Oktyabr 2020, 14:20 (GMT +4)
Düşmən təcavüzü nəticəsində 8 məktəbli həlak olub, 16 məktəbli yaralanıb

24 Oktyabr 2020, 14:06 (GMT +4)
Laçın və Qubadlı rayonları Ermənistan ərazisindən raket-artilleriya atəşinə tutulur

24 Oktyabr 2020, 13:57 (GMT +4)
Kəlbəcərdə faydalı qazıntı yataqlarının ehtiyatı yenidən qiymətləndiriləcək

24 Oktyabr 2020, 13:42 (GMT +4)
DMX Azərbaycanda yaşayan əcnəbilərə müraciət edib

24 Oktyabr 2020, 13:24 (GMT +4)
TBMM sədri Dağlıq Qarabağ münaqişəsi ətrafında yaranmış vəziyyətdən danışıb

24 Oktyabr 2020, 13:18 (GMT +4)
Sabahın hava proqnozu açıqlanıb

24 Oktyabr 2020, 13:00 (GMT +4)
ƏƏSMN: Oktyabr ayı üzrə bütün müavinət, təqaüd və kompensasiyalar ödənilib

24 Oktyabr 2020, 12:45 (GMT +4)
Azərbaycan nefti ucuzlaşıb

24 Oktyabr 2020, 12:44 (GMT +4)
Rusiyada COVID-19-dan ölənlərin sayı 26 minə yaxınlaşıb

24 Oktyabr 2020, 12:35 (GMT +4)
Eldar Həsənovun həbs qətimkan müddəti uzadılıb

24 Oktyabr 2020, 12:25 (GMT +4)
Prezidentin köməkçisi işğal altındakı ərazilərdə yaşayan mülki insanları hərbi obyektlərdən kənar durmağa çağırıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66