Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

ETSN ölkə ərazisində müşahidə olunan anomal hava ilə bağlı açıqlama yayıb

05 Fevral 2020, 11:38 (GMT +4)

Bakı, 5 fevral, SalamNews.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva anomal isti keçən hava şəraitini şərh edib.
Bu günlərdə hava şəraitində nə baş verir? Sadəcə otuz il öncə alimlərin xəbərdarlıq etdiyi hadisələr baş verir. Biz artıq bu prosesləri gözləmirik, bunların canlı şahidiyik. El deyimi ilə qışın ən soyuq dövrü olan kiçik çillə də girib, amma hələ də Bakıda gecələr belə mənfi tempertur müşahidə edilməyib.
İqlim dəyişmələrinin təzahürləri ilə hər gün üzləşirik. Bütün dünya daha tez-tez müşahidə edilən anomal meteoroloji hadisələrlə silkələnir. Bizə müraciət edərək soruşurlar ki, nə baş verir, nə üçün qış belə yumşaq keçir? Bu nadir hadisədir, yoxsa bundan sonra da belə davam edəcək? Bu sualların birmənalı cavabı olmasa da, belə tendensiyanın davam edəcəyi ehtimalı daha çoxdur. Mülayim qış mövsümü tendensiyası artıq bir neçə ildir ki, müşahidə edilir. Lakin hazırkı qış mövsümündə bu proses nəinki Azərbaycanda, bir çox Avropa ölkələrində də müşahidə edilməkdədir. Məsələn, Aralıq dənizi sahili ölkələrində havanın temperaturu 24-27 dərəcədir ki, bu əsl yaz havasıdır. Bakıda da havanın temperaturu iqlim normasından 6 dərəcə yüksək olub və yaxın 2 gün ərzində, fevralın 7-dək paytaxtımızda arabir güclənən cənub-qərb (gilavar) küləyi fonunda temperaturun 14-17 dərəcə isti olacağı gözlənilir. Mərkəzi Aran rayonlarında isə temperatur göstəricisi 20 dərəcəyədək yüksələ bilər.
Lakin xalqın inancı olan kiçik çillə özünü göstərəcək. Belə ki, uzun surən anomal isti hava şəraiti bir neçə günlüyə də olsa respublika ərazisinə müdaxilə edəcək soyuq arktik havalarla əvəz olacaq. Hava şəraiti kəskin dəyişəcək. Daha ətraflı desək, fevralın 7-si axşamdan başlayaraq Bakıda artıq güclənən şimal-qərb küləyinin hakim olacağı, fevralın 8-dən 10-dək küləyin maksimum sürətinin 30-35 m/san-dək çatacağı gözlənilir. Temperaturun xeyli düşməsi fonunda bu proses zamanı gözlənilən yağıntılar fevralın 9-da sulu qara, qara keçə bilər. Respublikanın, xüsusən də dağlıq və dağətəyi rayonların avtomobil yollarının buz bağlayacağı gözlənilir. Unutmayaq ki, hava həyatımızın bir hissəsidir. Biz sinoptiklər isə çalışacağıq ki, istənilən hava gözlənilməz olmasın.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

ETSN-in işçilərinin say həddi müəyyənləşib

Prezident ETSN-in fəaliyyəti ilə bağlı bir sıra tədbirlər haqqında fərman imzalayıb

ETSN əməkdaşları “Evdə qal” kampaniyasına maraqlı videoçarxla qoşulublar (VİDEO)

ETSN-nin facebook səhifəsində yeni rubrika başlayır

ETSN: Havanın çirklənməsi ötən günlərlə müqayisədə yetərincə azalıb

ETSN: Yaz ağac əkini davam edir

ETSN:Atmosfer havasının keyfiyyətinə nəzarət məqsədilə monitorinq keçirilib

ETSN-də Latviya səfiri ilə görüş keçirilib

ETSN: Bakıda yaşıllıq sahələrinin artırılması istiqamətində davamlı işlər aparılır

ETSN nümayəndələri “Təmiz Şəhər” ASC-nin fəaliyyəti ilə tanış olub

ETSN restoranlara və şadlıq saraylarına xəbərdarlıq edib

Brüssel seminarının ETSN-də canlı yayımı təşkil edilib

ETSN qanunsuz yolla kəsilən meşə materialı aşkarlayıb

AQTA və ETSN birgə məlumat yayıb

ETSN tərəfindən ölkənin 60,4 min hektar meşə fondu torpaqlarına xidmət göstərilib

ETSN-də könüllülərin iştirakı ilə bilik yarışı keçiriləcək

ETSN hava şəraitinin dəyişəcəyi ilə bağlı xəbərdarlıq edib

ETSN rəhbər vəzifələrə işçi axtarır

ETSN “Kristal Abşeron”a 1800 manat məbləğində akt tərtib edib

ETSN yanında İctimai Şuranın üzvləri ilə görüş keçirilib

29 Mart 2020, 21:10 (GMT +4)
Şaban ayının beşi imam Səccadın (ə) mövlududur

29 Mart 2020, 21:00 (GMT +4)
ƏƏSMN vətəndaşlara pul yardımı ediləcəyi ilə bağlı xəbərlərə münasibət bildirib

29 Mart 2020, 20:25 (GMT +4)
KOBİA əl dezinfeksiya edici vasitə istehsalına dəstək göstərib

29 Mart 2020, 20:10 (GMT +4)
Qüdrət Nuriyev: Xalqımız bu sınaqdan da üzüağ çıxacaq

29 Mart 2020, 19:45 (GMT +4)
"Aşıq Şəmşir" Mədəniyyət Ocağı "Evdə qal" kampaniyasına qoşulur (FOTO)

29 Mart 2020, 18:15 (GMT +4)
Çin koronavirus epidemiyasının sona çatdığını açıqlayıb

29 Mart 2020, 17:33 (GMT +4)
Azərbaycanda daha 27 nəfər koronavirusa yoluxub

29 Mart 2020, 16:51 (GMT +4)
Bakıda avtobus tuneldə idarəetmədən çıxaraq yol qəzası törədib (FOTO)

29 Mart 2020, 16:20 (GMT +4)
Nazirlik: Bakıda havanın keyfiyyəti nəzərəçarpacaq dərəcədə təmizlənib

29 Mart 2020, 16:00 (GMT +4)
Məcburi köçkünlərin müvəqqəti məskunlaşma yerləri dezinfeksiya olunur

29 Mart 2020, 15:45 (GMT +4)
Səbail rayon icra başçısı şəxsən özü sakinlərə çağırış edib (FOTO, VİDEO)

29 Mart 2020, 11:30 (GMT +4)
Alternativ qeydiyyat mərkəzlərinin iş prinsipi dəyişdirilib

29 Mart 2020, 11:00 (GMT +4)
Təcridxanaya narkotik keçirmək cəhdlərinin qarşısı alınıb

29 Mart 2020, 10:58 (GMT +4)
Seyid Camal Əzimbəyli: Operativ Qərargahın tətbiq etdiyi qaydaları yerinə yetirməliyik

29 Mart 2020, 10:45 (GMT +4)
İsmayıllı sakinindən silah götürülüb

29 Mart 2020, 09:02 (GMT +4)
Bu gündən Bakı metrosu sutkada 5 saat işləyəcək

29 Mart 2020, 08:25 (GMT +4)
Bu gündən Azərbaycanda xüsusi karantin rejimi gücləndirilib

28 Mart 2020, 21:30 (GMT +4)
İlham Əliyev: Dövlət bütün xərcləri öz üzərinə götürüb

28 Mart 2020, 20:50 (GMT +4)
Prezident: Yaşı 65-dən yuxarı insanlar evdə oturmalıdırlar. Vəssalam, birmənalı şəkildə!

28 Mart 2020, 20:40 (GMT +4)
Prezident: Karantinə alınan insanlar dörd və beş ulduzlu otellərdə saxlanılır

28 Mart 2020, 20:30 (GMT +4)
Məcburi köçkünlərin məskunlaşdığı yataqxanalarda dezinfeksiya işləri aparılıb

28 Mart 2020, 20:01 (GMT +4)
ƏƏSMN: Daha 1400-dən çox tənha yaşlıya evlərində sosial xidmətlərə başlanıb

28 Mart 2020, 19:50 (GMT +4)
Azərbaycanda koronavirusa görə 25 mindən artıq test edilib

28 Mart 2020, 19:44 (GMT +4)
Azərbaycanda daha 17 nəfər koronavirusa yoluxub, 1 nəfər ölüb

28 Mart 2020, 19:12 (GMT +4)
“Azərişıq” sosial izolyasiyada qalan vətəndaşlara dəstək verməyə daim hazırdır

28 Mart 2020, 18:51 (GMT +4)
Şaban ayının 4-ü həzrət Əbul-Fəzl Abbasın (ə) mövlud günüdür

28 Mart 2020, 18:45 (GMT +4)
Məktəblilərin gündəlik gigiyenik tələbləri (VİDEO)

28 Mart 2020, 17:40 (GMT +4)
Tədris digər dildə aparılan bölmə üzrə müsahibələr təxirə salınıb

28 Mart 2020, 17:36 (GMT +4)
Nazirlik: Birinci sinfə elektron qeydiyyata yenidən start verilir

28 Mart 2020, 17:15 (GMT +4)
Təhsil Nazirliyində vətəndaş qəbulu aprelin 20-dək dayandırılır

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66