Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » MƏDƏNİYYƏT

Muğam Mərkəzində Xalq artisti Ağaxan Abdullayevin 70 illiyi qeyd olunub

07 Fevral 2020, 11:51 (GMT +4)

Bakı, 7 fevral, SalamNews.Fevralın 6-da Beynəlxalq Muğam Mərkəzində Xalq artisti Ağaxan Abdullayevin anadan olmasının 70 illiyi qeyd edilib. Tədbir Azərbaycan Dövlət Televiziyası Qapalı Səhmdar Cəmiyyəti tərəfindən təşkil olunub. Əvvəlcə Ağaxan Abdullayev haqqında videoçarx nümayiş olunub.

SalamNews xəbər verir ki, tədbirdə Xalq artisti Mənsum İbrahimov Ağaxan Abdullayevin ifaçılıq sənətinə töhfələrindən danışıb. “Çox təəssüf ki, əcəl onu aramızdan tez apardı. Ağaxan müəllim Azərbaycan muğam sənətinin sütunlarından biri idi. Nə qədər ki, Azərbaycan xalqı var, Ağaxan Abdullayevin mahnıları da bir o qədər yaşayacaq”, - deyə M.İbrahimov qeyd edib.
Vurğulanıb ki, Ağaxan Abdullayev Azərbaycan muğamlarını həm ölkəmizdə, həm də xaricdə layiqincə təbliğ edib. O, Heydər Əliyev Fondu tərəfindən muğamla bağlı həyata keçirilən genişmiqyaslı layihələrdə iştirak edib. Sənətkarın fəaliyyəti dövlət və xalq tərəfindən yüksək qiymətləndirilib. O, “Əməkdar artist” və “Xalq artisti” fəxri adlarına, habelə “Simurq”, “Humay”, “Yaşa Azərbaycan” mükafatlarına və Heydər Əliyev Fondunun “Qızıl çinar” beynəlxalq mükafatına layiq görülüb.

Mərasimdə Xalq artistləri Alim Qasımov, Vamiq Məmmədəliyev, Əməkdar artist Ağalar Bayramov, filologiya üzrə elmlər doktoru, professor Vüqar Əhməd çıxış edərək Ağaxan Abdullayev haqqında xatirələrini bölüşüblər.

Tədbir bədii hissə ilə davam edib. Gecədə “Buta” instrumental ansamblının müşayiətilə çıxış edən Xalq artistləri Alim Qasımov, Zabit Nəbizadə, Teyyub Aslan, Mələkxanım Əyyubova, Simarə İmanova, Əməkdar artistlər Səbuhi İbayev, Bəyimxanım Vəliyeva, Məmməd Nəcəfov, Elnarə Abdullayeva geniş musiqi proqramı təqdim ediblər.

Tədbirin sonunda Xalq artistinin oğlu Xoşbəxt Abdullayev ailəsi adından gecəni təşkil edənlərə və iştirakçılara təşəkkürünü bildirib.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Xalq artisti Ağaxan Abdullayevin doğum günüdür

Xalq artisti Ağaxan Abdullayev dəfn edilib (FOTOLAR)

Azərbaycanın Xalq artisti Ağaxan Abdullayev vəfat edib

10 Aprel 2020, 11:06 (GMT +4)
Boris Conson reanimasiya şöbəsindən çıxarılıb

10 Aprel 2020, 11:00 (GMT +4)
Prezident İlham Əliyevə minnətdarlıq məktubları gəlməkdə davam edir

10 Aprel 2020, 10:48 (GMT +4)
«Əshabi Kəhf» İraqda ABŞ qüvvələrinə hücum edib (VİDEO)

10 Aprel 2020, 10:45 (GMT +4)
Dünyada koronavirusa yoluxanların sayı 1,6 milyonu ötüb

10 Aprel 2020, 10:30 (GMT +4)
Bakıda bəzi işbazlarla bağlı reydlər keçirilir 

10 Aprel 2020, 10:29 (GMT +4)
Tramp Putin və Səudiyyə kralı ilə danışıqlar aparıb

10 Aprel 2020, 10:15 (GMT +4)
Azərbaycan Milli Paralimpiya Komitəsi müsabiqə keçirir

10 Aprel 2020, 10:00 (GMT +4)
BDYPİ: Karantinlə bağlı 11 318 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib

10 Aprel 2020, 09:57 (GMT +4)
ABŞ-da son sutka ərzində koronavirusdan 1904 nəfər ölüb

10 Aprel 2020, 09:50 (GMT +4)
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 24 dəfə pozub

10 Aprel 2020, 09:40 (GMT +4)
Azərbaycan neft hasilatını azaldacaq

10 Aprel 2020, 09:39 (GMT +4)
Yəməndə koronavirusa ilk yoluxma halı qeydə alınıb

10 Aprel 2020, 09:30 (GMT +4)
10 min işsiz şəxs üçün birdəfəlik ödəmənin verilməsinə başlanılıb

10 Aprel 2020, 09:21 (GMT +4)
Rusiya XİN: Rusiya Dağlıq Qarabağı müstəqil dövlət kimi tanımır

10 Aprel 2020, 09:16 (GMT +4)
“Azercell” NNTV tətbiqi ilə dünyanın ən çox baxılan televiziya kanallarını təqdim edir

10 Aprel 2020, 09:09 (GMT +4)
OPEK+ ölkələri neft hasilatının 10 milyon barel azaldılmasında razılığa gəliblər

10 Aprel 2020, 09:03 (GMT +4)
AMADA Beynəlxalq Təmiz İdman Gününə həsr olunmuş kampaniyaya başlayıb

09 Aprel 2020, 22:27 (GMT +4)
Heydər Əliyev Mərkəzi Rusiyaya dəstək naminə bayrağı ilə işıqlandırılıb

09 Aprel 2020, 21:37 (GMT +4)
İşsiz şəxslərə birdəfəlik ödəmənin verilməsinə başlanıb

09 Aprel 2020, 20:30 (GMT +4)
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşəbbüsü ilə maraqlı layihələr həyata keçirilir

09 Aprel 2020, 18:01 (GMT +4)
DİN növbəti dəfə vətəndaşlara müraciət edib

09 Aprel 2020, 17:47 (GMT +4)
Fransada karantini pozduğuna görə 570 mindən çox insanı cərimələnib

09 Aprel 2020, 17:36 (GMT +4)
DYP karantin rejimində avtomobillərə verilən etibarnamələrin müddətinə dair məlumat yayıb

09 Aprel 2020, 17:23 (GMT +4)
BMT Baş katibi ÜST-ün ünvanına edilən tənqidlərə cavab verib

09 Aprel 2020, 17:18 (GMT +4)
Peşə təhsili üzrə teledərsin sabaha olan cədvəli açıqlanıb

09 Aprel 2020, 17:12 (GMT +4)
Təhsil Nazirliyi "Evdə Qal, Evdə Yarat" təşəbbüsünə qoşulur

09 Aprel 2020, 17:07 (GMT +4)
“Muzeylərə virtual səyahət” layihəsinin növbəti video çarxı yayımlanıb

09 Aprel 2020, 17:01 (GMT +4)
"Aşıq Şəmşir" Mədəniyyət Ocağı İctimai Birliyi növbəti aksiya keçirib

09 Aprel 2020, 16:57 (GMT +4)
Belarus Rusiyadan 2020-ci ildə qazın qiymətində endirm etməsini istəyib

09 Aprel 2020, 16:50 (GMT +4)
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə 97 milyon manat ayrılıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66