Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » ELM VƏ TEXNOLOGİYA

Akademik İbrahim Quliyev COST Assosiasiyasının nümayəndələri ilə görüşüb

07 Fevral 2020, 15:19 (GMT +4)

Bakı, 7 fevral, SalamNews.Azərbaycan Milli Elmlər Akademiyasının birinci vitse-prezidenti, akademik İbrahim Quliyev Avropa Komissiyasının COST (Elm və Texnologiyada Avropa Əməkdaşlığı) Assosiasiyasının nümayəndələri – Judit Litjens və Kjistof Qulda ilə görüşüb.

SalamNews AMEA-ya istinadən xəbər verir ki, qonaqları salamlayan akademik İbrahim Quliyev AMEA-da geologiya, fizika, kimya, informasiya texnologiyaları, paleontologiya, humanitar və ictimai elmlər sahələrində aparılan tədqiqatlar, palçıq vullkanları, neft və qaz yataqlarının öyrənilməsi, elm və təhsilin inteqrasiyası, elmin kommersiyalaşması istiqamətində görülən işlər, Yüksək Texnologiyalar Parkının fəaliyyəti haqqında məlumat verib. Birinci vitse-prezident Akademiyanın dünyanın bir sıra nüfuzlu elm mərkəzlərilə sıx əməkdaşlığından danışaraq ölkə alimlərinin müxtəlif beynəlxalq proqram və layihələrdə fəal iştirak etdiyini bildirib. Qeyd edib ki, qarşıda duran prioritetlərdən biri Azərbaycan alimlərinin xarici həmkarları ilə birlikdə tədqiqatlar aparması, müxtəlif elm sahələrini əhatə edən layihələrdə iştirakının daha da genişləndirilməsidir.

Səmimi qəbula görə akademik İbrahim Quliyevə minnətdarlığını bildirən Judit Litjens AMEA-nın Mərkəzi Elmi Kitabxanasında təşkil olunan COST proqramının fəaliyyəti üzrə məlumatlandırma seminarının uğurla keçirildiyini qeyd edərək seminar çərçivəsində alim və mütəxəssislərə COST proqramında iştirak imkanları və layihələrə qoşulmaq üçün müraciətlərin hazırlanması qaydaları haqqında ətraflı məlumatın verildiyini vurğulayıb. Ali təhsil müəssisələri ilə akademik qurumlar arasında sıx əməkdaşlığa yönələn layihə haqqında danışan COST Assosiasiyasının əməkdaşı gələcəkdə bu sahədə AMEA ilə əməkdaşlıqda maraqlı olduğunu bildirib.

Görüşdə həmçinin, COST proqramı üzrə Milli əlaqələndirici şəxs, Azərbaycan Milli Antidopinq Agentliyinin Elm şöbəsinin müdiri İlham Hümbətov və AMEA Rəyasət Heyəti aparatının Beynəlxalq əlaqələr idarəsinin müdiri, biologiya üzrə fəlsəfə doktoru Esmira Əlirzayeva da iştirak ediblər.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Prezident İlham Əliyev İbrahim Quliyevi “Şöhrət” ordeni ilə təltif edib

10 Aprel 2020, 13:16 (GMT +4)
Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

10 Aprel 2020, 13:10 (GMT +4)
ÜST rəhbəri hesabat üçün ABŞ Senatına çağrılıb

10 Aprel 2020, 13:01 (GMT +4)
“Kapital Bank” POS-terminallar üzrə xidmət haqqını ləğv edib

10 Aprel 2020, 12:49 (GMT +4)
İran koronavirusla bağlı sosial təcrid və izolyasiyaya elektron şəkildə nəzarəti bərpa edəcək

10 Aprel 2020, 12:37 (GMT +4)
Kreml Putinin Tramp və Salmanla söhbətinin təfərrüatlarını açıqlayıb

10 Aprel 2020, 12:26 (GMT +4)
Zaqatalada karantin rejimini pozan şəxsdə narkotik vasitə aşkarlanıb

10 Aprel 2020, 12:18 (GMT +4)
OPEK+ ölkələrindən neft hasilatını azaltmayan ölkələrin adı açıqlanıb

10 Aprel 2020, 12:11 (GMT +4)
Dünyada koronavirusa yoluxanların sayı 1,6 milyonu keçib

10 Aprel 2020, 12:00 (GMT +4)
Azərbaycan Ordusu MiQ-29 və Su-25 təyyarələri ilə təlim keçirib (FOTO, VİDEO)

10 Aprel 2020, 11:46 (GMT +4)
Trampın reytinqi rekord səviyyəyə çatıb

10 Aprel 2020, 11:30 (GMT +4)
Masallıda dövlət qurumunun saxta vəsiqəsini hazırlayan şəxs saxlanılıb

10 Aprel 2020, 11:21 (GMT +4)
Çad Ordusunun əməliyyatı zamanı 52 əsgər və mindən artıq silahlı ölüb

10 Aprel 2020, 11:16 (GMT +4)
Baş həkim: Uşaqlar və gənclər koronavirusu yüngül keçirirlər

10 Aprel 2020, 11:06 (GMT +4)
Boris Conson reanimasiya şöbəsindən çıxarılıb

10 Aprel 2020, 11:00 (GMT +4)
Prezident İlham Əliyevə minnətdarlıq məktubları gəlməkdə davam edir

10 Aprel 2020, 10:48 (GMT +4)
«Əshabi Kəhf» İraqda ABŞ qüvvələrinə hücum edib (VİDEO)

10 Aprel 2020, 10:45 (GMT +4)
Dünyada koronavirusa yoluxanların sayı 1,6 milyonu ötüb

10 Aprel 2020, 10:30 (GMT +4)
Bakıda bəzi işbazlarla bağlı reydlər keçirilir 

10 Aprel 2020, 10:29 (GMT +4)
Tramp Putin və Səudiyyə kralı ilə danışıqlar aparıb

10 Aprel 2020, 10:15 (GMT +4)
Azərbaycan Milli Paralimpiya Komitəsi müsabiqə keçirir

10 Aprel 2020, 10:00 (GMT +4)
BDYPİ: Karantinlə bağlı 11 318 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib

10 Aprel 2020, 09:57 (GMT +4)
ABŞ-da son sutka ərzində koronavirusdan 1904 nəfər ölüb

10 Aprel 2020, 09:50 (GMT +4)
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 24 dəfə pozub

10 Aprel 2020, 09:40 (GMT +4)
Azərbaycan neft hasilatını azaldacaq

10 Aprel 2020, 09:39 (GMT +4)
Yəməndə koronavirusa ilk yoluxma halı qeydə alınıb

10 Aprel 2020, 09:30 (GMT +4)
10 min işsiz şəxs üçün birdəfəlik ödəmənin verilməsinə başlanılıb

10 Aprel 2020, 09:21 (GMT +4)
Rusiya XİN: Rusiya Dağlıq Qarabağı müstəqil dövlət kimi tanımır

10 Aprel 2020, 09:16 (GMT +4)
“Azercell” NNTV tətbiqi ilə dünyanın ən çox baxılan televiziya kanallarını təqdim edir

10 Aprel 2020, 09:09 (GMT +4)
OPEK+ ölkələri neft hasilatının 10 milyon barel azaldılmasında razılığa gəliblər

10 Aprel 2020, 09:03 (GMT +4)
AMADA Beynəlxalq Təmiz İdman Gününə həsr olunmuş kampaniyaya başlayıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66