Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » SİYASƏT

Xarici İşlər Nazirliyi seçkilərlə bağlı bəyanat yayıb

10 Fevral 2020, 14:50 (GMT +4)

Bakı, 10 fevral, SalamNews."2020-ci il fevralın 9-da Milli Məclisinə növbədənkənar seçkilər keçirilib. Seçkilər Azərbaycan Konstitusiyası, Seçki Məcəlləsi və Azərbaycanın beynəlxalq öhdəliklərinə tam uyğun olaraq baş tutub".

SalamNews xəbər verir ki, bu barədə Milli Məclisə keçirilən seçkilər ilə əlaqədar Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatında bildirilib.

"Ölkə boyu 5573 seçki məntəqəsi yaradılıb və Mərkəzi Seçki Komissiyasının ilkin məlumatına əsasən seçicilərin 47.81 faizi səsvermədə iştirak edərək öz səsvermə hüququndan istifadə edib.

Ermənistan təcavüzü nəticəsində Azərbaycanda mövcud 125 seçki dairəsindən 7-nin ərazisinin tamamilə, 3-nün isə qismən işğal edilməsi səbəbindən, həmin ərazilərdən didərgin salınmış daxili məcburi köçkünlərin konstitusion səsvermə hüquqlarından istifadə etmələri üçün ölkə boyu 523 seçki məntəqəsi yaradılıb. Bu, həmçinin ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun Seçki Müşahidə Missiyasının 29 yanvar 2020-ci il tarixli aralıq hesabatında əks olunub. Azərbaycanın işğal olunmuş ərazilərindən olan və doğma yurdlarında səsvermədən məhrum olan məcburi köçkünlərimiz öz səsvermə hüquqlarını onlar üçün təşkil edilmiş bu seçki məntəqələrində həyata keçiriblər. Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı icması Xankəndi və Şuşa seçki dairələri üzrə rəqabətli seçkilərdə iştirak ediblər və beləliklə, Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin seçilmiş nümayəndələrini təşkil edirlər. Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ bölgəsindəki erməni mənşəli Azərbaycan vətəndaşları Mərkəzi Seçki Komissiyası, eləcə də Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı icması tərəfindən parlament seçkilərində səsvermədə iştiraka dəvət olunub.

Seçkilərdə indiyədək parlament seçkilərində qeydə alınmış ən yüksək sayda - 1314 namizəd mübarizə aparıb və bu da namizədlərin qeydiyyatı prosesinin əhatəli və ədalətli olduğunun, eləcə də rəqabətli seçki mühitinin göstəricisidir. Seçkilər habelə, ötən seçkilərlə müqayisədə qeydə alınmış qadın namizədlərin sayının əhəmiyyətli dərəcədə artması, 19 siyasi partiya namizədlərinin təmsil olunması ilə geniş plüralizmin təmin edilməsi kimi məqamlarla əlamətdar olub.

Seçki prosesi Azərbaycan tərəfinin dəvəti ilə ölkəyə gəlmiş 883 beynəlxalq və 78000-ə yaxın yerli müşahidəçi tərəfindən izlənilib. Eyni zamanda, seçkilərin müşahidəsinə 132 xarici KİV-dən 199 nümayəndə qatılıb. Həm beynəlxalq, həm də yerli müşahidəçilərin mütləq əksəriyyəti seçkilərin azad, demokratik və şəffaf şəraitdə keçdiyini təsbit ediblər. Seçkilərlə bağlı hər hansı nöqsanlar qeydə alınıbsa, onlar aidiyyəti üzrə ciddi araşdırılacaqdır.

20 fevral 2020-ci il tarixli parlament seçkiləri Azərbaycan Respublikasının demokratik inkişafı yolunda növbəti önəmli mərhələni təşkil edir", bəyanatda vurğulanıb.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Xarici İşlər Nazirliyi 20 Yanvar faciəsi ilə bağlı bəyanat yayıb

Xarici İşlər Nazirliyi Dağlıq Qarabağa səfər etmiş 3 Ukrayna vətəndaşı ilə bağlı qərar qəbul edib

Xarici İşlər Nazirliyi: Ermənistan XİN Azərbaycanı ittiham edə biləcək subyektlər sırasında ən sonuncudur

İran Xarici İşlər Nazirliyi yeni sözçüsünü  təyin edib

İran Xarici İşlər Nazirliyi Britaniyaya kəskin etirazını bildirib

Xarici İşlər Nazirliyində geniş tərkibli kollegiya iclası keçirilib

Liviya Xarici İşlər Nazirliyində partlayış törədilib – Ölən və yaralananlar var

Xarici İşlər Nazirliyinə yeni mətbuat katibi təyin olunub

Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistan XİN-nə cavab verib

İran Xarici İşlər Nazirliyi ABŞ-ın Qüdslə bağlı qərarı barədə bəyanat yayıb

Azərbaycan Xarici İşlər Nazirliyi və Müdafiə Nazirliyi birgə bəyanat yayıb

“Gənc Elçilər” Xarici İşlər Nazirliyində məlumat turunda iştirak edib

Kanada Azərbaycan Tədqiqatları İnstitutu Rusiyanın Xarici İşlər Nazirliyinə məktub göndərib

Türkiyə səfiri İsrail Xarici İşlər Nazirliyinə çağırılıb

Azərbaycan Xarici İşlər Nazirliyi Şuşa şəhərinin işğalı ilə bağlı bəyanat yayıb

Yunanıstanın Azərbaycandakı səfiri Xarici İşlər Nazirliyinə çağırılıb

Xarici İşlər Nazirliyi "Şən və Hazırcavablar" Klubu ilə bağlı bəyanat yayıb

Rusiya və İran səfirləri Böyük Britaniyanın Xarici İşlər Nazirliyinə çağırılıblar

Elmar Məmmədyarov Hamburqda Finlandiyanın Xarici İşlər Nazirliyinin dövlət katibi ilə görüşüb

Türkiyənin Tehrandakı səfiri İran Xarici İşlər Nazirliyinə çağırılıb

04 İyun 2020, 18:00 (GMT +4)
TƏBİB: Xəbər saytlarının əməkdaşları ev şəraitində fəaliyyət göstərməlidir

04 İyun 2020, 17:46 (GMT +4)
BMT ABŞ-ı irqçilikdə ittiham edib 

04 İyun 2020, 17:35 (GMT +4)
İyunda Azərbaycanın bütün hava limanları sərnişin reysləri üçün bağlı olacaq

04 İyun 2020, 17:26 (GMT +4)
Putin Rusiyada koronavirusla bağlı vəziyyətin yaxşılaşdığını açıqlayıb

04 İyun 2020, 17:21 (GMT +4)
Turizm istiqaməti üzrə düzgün peşə seçimi və iş imkanları müzakirə olunacaq

04 İyun 2020, 17:13 (GMT +4)
Azərbaycanda daha 262 nəfər koronavirusa yoluxub, 2 nəfər ölüb

04 İyun 2020, 17:10 (GMT +4)
Sərhəd-keçid məntəqələri arasındakı avtomobil yolu yenidən qurulur

04 İyun 2020, 17:08 (GMT +4)
Rusiya mətbuatı azərbaycanlı «qanuni oğru» barədə dezinformasiya yayıb

04 İyun 2020, 16:59 (GMT +4)
Türkiyə İran və İraq sərhədlərində iki keçidi beynəlxalq nəqliyyat üçün açıq elan edib

04 İyun 2020, 16:53 (GMT +4)
Braziliyada son sutka ərzində 1,3 mindən çox insan COVID-19-dan ölüb

04 İyun 2020, 16:34 (GMT +4)
“ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərinin fəaliyyəti məhdudlaşdırılır

04 İyun 2020, 16:30 (GMT +4)
Prezident İlham Əliyev su təsərrüfatı və meliorasiya işçilərini təltif edib

04 İyun 2020, 16:21 (GMT +4)
Onlayn imtahanların keçirilməsi üçün proqram hazırlanıb

04 İyun 2020, 16:06 (GMT +4)
Dünyada son sutka ərzində 93 mindən çox insan COVID-19-a yoluxub

04 İyun 2020, 15:58 (GMT +4)
«Liviya Milli Razılıq Hökuməti» Tripolinin bütün inzibati ərazilərini geri aldığını bildirib

04 İyun 2020, 15:53 (GMT +4)
Dövlət maliyyə dəstəyi üçün 141 mindən çox vergiödəyicisi müraciət edib

04 İyun 2020, 15:43 (GMT +4)
“Nəqliyyat Könüllüləri” proqramı yekunlaşdırılıb

04 İyun 2020, 15:40 (GMT +4)
Füzuli Dövlət Dram Teatrının aktyoru vəfat edib

04 İyun 2020, 15:37 (GMT +4)
Tramp Si Tzinpinə qarşı sanksiya tətbiq etmə ehtimalını hələ nəzərdən keçirməyib

04 İyun 2020, 15:10 (GMT +4)
Ağcabədidə yol tikintisinə 5 milyon manat ayrılıb

04 İyun 2020, 15:05 (GMT +4)
ABŞ etirazlarında saxlanılan və həbs edilənlərin sayı 10 mini keçib

04 İyun 2020, 15:03 (GMT +4)
"Kapital Bank" "Sberbank" ilə əməkdaşlığını davam etdirir

04 İyun 2020, 14:51 (GMT +4)
Həftəsonu market və apteklər işləməyəcək

04 İyun 2020, 14:43 (GMT +4)
Kim Çen Inın bacısı Seulu hərbi anlaşmanın pozulması ilə hədələyib

04 İyun 2020, 14:30 (GMT +4)
Vətəndaşlar vacib halda evdən çıxarkən 102-yə zəng vurmalıdır

04 İyun 2020, 14:23 (GMT +4)
Yaxınlarının dəfninə qatılmaq istəyənlər DİN-dən icazə alacaqlar

04 İyun 2020, 14:18 (GMT +4)
Həftəsonu Bakıda ictimai nəqliyyatın və avtomobillərin hərəkəti qadağan edilib

04 İyun 2020, 14:14 (GMT +4)
İranda bir günə 3,574 nəfərin koronavirusa yoluxması qeydə alınıb

04 İyun 2020, 14:13 (GMT +4)
Nazirlər Kabineti həftəsonu məhdudiyyətlərin siyahısını açıqlayıb

04 İyun 2020, 14:03 (GMT +4)
Lukaşenko ölkəyə yeni baş nazir təyin edib 

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66