MSK: 7 seçki dairəsində lider namizədlər müəyyənləşməyib10 Fevral 2020, 10:07 (GMT +4) Bakı, 10 fevral, SalamNews.Fevralın 9-da Milli Məclisə keçirilən seçkilərdə 7 seçki dairəsində lider namizədlər müəyyənləşməyib.
SalamNews-un məlumatına görə, bunu bu gün Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov açıqlayıb.
Həmin seçki dairələri üzrə lider namizədlər yaxın saatlarda açıqlanacaq.
Beləliklə, hələlik aşağıdakı seçki dairələri üzrə lider namizədlər müəyyənləşməyib:
- 17 saylı Yasamal Üçüncü Seçki Dairəsi
- 35 saylı Xətai Üçüncü Seçki Dairəsi
- 42 saylı Sumqayıt İkinci Seçki Dairəsi
- 44 saylı Sumqayıt-Xızı Seçki dairəsi
- 77 saylı Astara Seçki Dairəsi
- 123 saylı Kəlbəcər Seçki Dairəsi
- 125 saylı Zəngilan-Qubadlı Seçki Dairəsi
|