Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İDMAN

“Judo Club 2012”nin karateçisi Avropa çempionu olub

11 Fevral 2020, 13:03 (GMT +4)

Bakı, 11 fevral, SalamNews.Macarıstanın paytaxtı Budapeştdə yeniyetmə və gənclərin 47-ci, 21 yaşadək karateçilərin isə 12-ci Avropa birinciliyində Azərbaycan komandası böyük nailiyyətlərə imza ataraq 8 medal qazanıb.

Avropa birinciliyində “Judo Club 2012”nin yetirməsi Fərid Ağayev (76 kq) də uğurla çıxış edib. Klubun mətbuat xidmətindən SalamNews-a verilən məlumata görə, qitə birinciliyində mübarizə aparan klubun təcrübəli karateçisi F.Ağayev Serbiya, İtaliya, Kosovo və Makedoniya idmançılarını məğlub edərək finala yüksəlib. Həlledici görüşdə türkiyəli rəqibi Yaman Alpereni də üstələyən Fərid Ağayev Avropa çempionatının qızıl medalına layiq görülüb. Fərid Ağayevin əldə etdiyi bu qələbədə “Judo Club 2012”nin karate bölməsinin rəhbəri Gündüz Mahmudov və məşqçi Namiq Pirverdiyevin böyük əməyi var.

Karateçilərlə yanaşı, klubun cüdoçuları da uğurlu çıxışlarını davam etdirirlər. Bu yaxınlarda Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman-sağlamlıq mərkəzində təşkil olunan U-21 gənclər arasında cüdo üzrə Bakı şəhər açıq birinciliyində “Judo Club 2012”nin komandası geniş tərkibdə iştirak edib. Klubun gənc cüdoçuları Bakı birinciliyində uğurla çıxış edərək 3 qızıl və 2 bürünc medala sahib çıxıblar. Komandanın aktivinə qızıl medalları Sadiq Cəlalov (55 kq), Nihat Ələsgərli (66 kq) və Rahidə Cavadova (70 kq) yazdırıb. Nicat Məmmədli (60 kq) və Məhərrəm Eyvazov (66 kq) isə bürünc medallara layiq görülüblər.

Klubun digər üzvlərindən Kənan Əhmədov (100 kiloqramdan yuxarı) beşinci, İslam İslamov (81 kq), Mirəli Hüseynli (90 kq) və Əli Mahmudov (100 kiloqramdan yuxarı) isə yeddinci yerlə kifayətlənib.

Bakı birinciliyində fərqlənən idmançılar Azərbaycan Cüdo Federasiyası, Bakı Şəhər Gənclər və İdman Baş idarəsinin diplom və medalları ilə təltif olunublar.

Beləliklə, Bakı birinciliyini 5 medalla başa vuran “Judo Club 2012”nin gənc cüdoçuları medalların əyarına görə ümumi komanda hesabında ikinci yeri tutub. Klubun oğlanlardan ibarət komandası isə birinci pillədə qərarlaşıb.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

“Judo Club 2012” ilin son yarışını 12 medalla başa vurub (FOTOLAR)

“Judo Club 2012”nin yeniyetmə cüdoçuları beynəlxalq turnirdə 11 medal qazanıblar (FOTOLAR)

“Judo Club 2012”nin karateçiləri Avropa çempionatında uğurla yarışıblar

“Judo Club 2012”nin yeniyetmə karateçiləri Avropa çempionatına yollanırlar

10 Aprel 2020, 11:46 (GMT +4)
Trampın reytinqi rekord səviyyəyə çatıb

10 Aprel 2020, 11:30 (GMT +4)
Masallıda dövlət qurumunun saxta vəsiqəsini hazırlayan şəxs saxlanılıb

10 Aprel 2020, 11:21 (GMT +4)
Çad Ordusunun əməliyyatı zamanı 52 əsgər və mindən artıq silahlı ölüb

10 Aprel 2020, 11:16 (GMT +4)
Baş həkim: Uşaqlar və gənclər koronavirusu yüngül keçirirlər

10 Aprel 2020, 11:06 (GMT +4)
Boris Conson reanimasiya şöbəsindən çıxarılıb

10 Aprel 2020, 11:00 (GMT +4)
Prezident İlham Əliyevə minnətdarlıq məktubları gəlməkdə davam edir

10 Aprel 2020, 10:48 (GMT +4)
«Əshabi Kəhf» İraqda ABŞ qüvvələrinə hücum edib (VİDEO)

10 Aprel 2020, 10:45 (GMT +4)
Dünyada koronavirusa yoluxanların sayı 1,6 milyonu ötüb

10 Aprel 2020, 10:30 (GMT +4)
Bakıda bəzi işbazlarla bağlı reydlər keçirilir 

10 Aprel 2020, 10:29 (GMT +4)
Tramp Putin və Səudiyyə kralı ilə danışıqlar aparıb

10 Aprel 2020, 10:15 (GMT +4)
Azərbaycan Milli Paralimpiya Komitəsi müsabiqə keçirir

10 Aprel 2020, 10:00 (GMT +4)
BDYPİ: Karantinlə bağlı 11 318 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib

10 Aprel 2020, 09:57 (GMT +4)
ABŞ-da son sutka ərzində koronavirusdan 1904 nəfər ölüb

10 Aprel 2020, 09:50 (GMT +4)
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 24 dəfə pozub

10 Aprel 2020, 09:40 (GMT +4)
Azərbaycan neft hasilatını azaldacaq

10 Aprel 2020, 09:39 (GMT +4)
Yəməndə koronavirusa ilk yoluxma halı qeydə alınıb

10 Aprel 2020, 09:30 (GMT +4)
10 min işsiz şəxs üçün birdəfəlik ödəmənin verilməsinə başlanılıb

10 Aprel 2020, 09:21 (GMT +4)
Rusiya XİN: Rusiya Dağlıq Qarabağı müstəqil dövlət kimi tanımır

10 Aprel 2020, 09:16 (GMT +4)
“Azercell” NNTV tətbiqi ilə dünyanın ən çox baxılan televiziya kanallarını təqdim edir

10 Aprel 2020, 09:09 (GMT +4)
OPEK+ ölkələri neft hasilatının 10 milyon barel azaldılmasında razılığa gəliblər

10 Aprel 2020, 09:03 (GMT +4)
AMADA Beynəlxalq Təmiz İdman Gününə həsr olunmuş kampaniyaya başlayıb

09 Aprel 2020, 22:27 (GMT +4)
Heydər Əliyev Mərkəzi Rusiyaya dəstək naminə bayrağı ilə işıqlandırılıb

09 Aprel 2020, 21:37 (GMT +4)
İşsiz şəxslərə birdəfəlik ödəmənin verilməsinə başlanıb

09 Aprel 2020, 20:30 (GMT +4)
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşəbbüsü ilə maraqlı layihələr həyata keçirilir

09 Aprel 2020, 18:01 (GMT +4)
DİN növbəti dəfə vətəndaşlara müraciət edib

09 Aprel 2020, 17:47 (GMT +4)
Fransada karantini pozduğuna görə 570 mindən çox insanı cərimələnib

09 Aprel 2020, 17:36 (GMT +4)
DYP karantin rejimində avtomobillərə verilən etibarnamələrin müddətinə dair məlumat yayıb

09 Aprel 2020, 17:23 (GMT +4)
BMT Baş katibi ÜST-ün ünvanına edilən tənqidlərə cavab verib

09 Aprel 2020, 17:18 (GMT +4)
Peşə təhsili üzrə teledərsin sabaha olan cədvəli açıqlanıb

09 Aprel 2020, 17:12 (GMT +4)
Təhsil Nazirliyi "Evdə Qal, Evdə Yarat" təşəbbüsünə qoşulur

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66