Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » SİYASƏT

XİN sözçüsü: Bu bəyanat Ermənistan rəhbərliyinin əsl niyyətini ifşa edir

12 Fevral 2020, 10:46 (GMT +4)

Bakı, 12 fevral, SalamNews.“Avropa İnsan Hüquqları Məhkəməsinin bu ilin 30 yanvar tarixində qəbul edilmiş “Sarıbekyan və Balayan Azərbaycana qarşı” adlı qərarı yekun deyil və 3 ay ərzində Azərbaycan tərəfinin bu qərarı Məhkəmənin Böyük Palatasına şikayət etmək haqqı var. Hazırda bu xüsusda tərəfimizdən müvafiq araşdırmalar aparılır.

SalamNews xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin Mətbuat İdarəsinin rəhbəri Leyla Abdullayeva bildirib.

O qeyd edib ki, AİHM-in sözügedən qərarı heç də yekdilliklə qəbul olunmayıb və Azərbaycanlı hakim Lətif Hüseynov müzakirələr zamanı xüsusi rəylə çıxış edib: “Xatırladırıq ki, Ermənistan vətəndaşı Manvel Sarıbekyan 2010-cu ilin 11 sentyabr tarixində Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttinin şimal-qərb istiqamətində bir neçə nəfərdən ibarət olan erməni təxribat qrupunun qarşısı alınarkən kəşfiyyatçıya aid olan bir sıra ləvazimatlarla birlikdə yaxalanıb. Oktyabrın 5-də isə o intihar edib və faktla bağlı Bakı Hərbi prokurorluğunda cinayət işi açılıb.

İndiki Ermənistan ərazisində yaşayan azərbaycanlılara qarşı həyata keçirilən etnik təmizləmə siyasəti 1980-ci illərin sonlarında daha da kəskinləşdi və 1988-89-cu illərdə Qafan rayonundan azərbaycanlıların qovulması ilə məcburi deportasiya kulminasiya həddinə çatdı. Azərbaycanın Dağlıq Qarabağ və ətraf yeddi rayonunu hərbi işğal edən Ermənistan bu bölgənin yerli azərbaycanlı əhalisinə qarşı qanlı etnik təmizləmə həyata keçirdi və nəticədə yüz minlərlə azərbaycanlı məcburi köçkünə çevrildi. İşğalçılıq siyasəti zamanı mülki əhaliyə qarşı xüsusi qəddarlıq törədən Ermənistan silahlı qüvvələrinin 1992-ci ilin 26 fevral tarixində Xocalıda yalnız bir gecədə 613 mülki azərbaycanlını vəhşicəsinə qətlə yetirməsi beynəlxalaq ictimaiyyət tərəfindən qətiyyətlə pislənir və soyqırım kimi tanınır”.

L.Abdullayevanın sözlərinə görə, Ermənistanın təcüvüzü nəticəsində 3889 azərbaycanlı itkin düşüb və Ermənistan əsirliyində saxlanılan yüzlərlə insan isə ağır işgəncələr nəticəsində həyatını dəyişib: “Ermənistan XİN-ə onu da xatırladırıq ki, məhz Avropa İnsan Hüquqları Məhkəməsi Böyük Palatasının 16 iyun 2015-ci il tarixli “Çıraqov və digərləri Ermənistana qarşı” işi ilə bağlı qərarında işğalçı tərəf kimi Ermənistanın məsuliyyəti bir daha təsbit olunub və işğal olunmuş ərazilərimizdəki qanunsuz qurumun Ermənistanın hərbi, siyasi, maliyyə və digər dəstəyi hesabına mövcudluğu təsdiqlənib.

Ermənistan XİN-in bu bəyanatı bu ölkənin Xarici İşlər nazirinin özünün qəbul etdiyi birgə bəyanatlardakı iki ölkə əhalisinin sülhə hazırlanması fikri ilə tam ziddir və Ermənistan rəhbərliyinin əsl niyyətini ifşa edir”.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

"Şərq Tərəfdaşlığı" ölkələrinin XİN başçılarının videokonfrans formatında keçiriləcək görüşünün vaxtı məlum olub

“Reabilitasiya” elektron sistemi yaxın aylarda işə salınacaq

Tramp və Merkel "Şimali Axını-2" movzusunda mübahisə edib

Sabirabad sakinindən 4 kq-a yaxın narkotik götürülüb

Ukrayna XİN Azərbaycanı Respublika Günü münasibətilə təbrik edib

Sabah Bakıda 30 dərəcəyə yaxın isti olacaq

Şamaxının icra başçısı karantinə alınıb

ABŞ-da COVİD-19-dan ölənlərin sayı 100 minə yaxınlaşır

ABŞ-ın təhdidlərinə baxmayaraq İranın neft tankerləri Venesuela sahillərinə yaxınlaşır

XİN: Almaniya Dağlıq Qarabağdakı separatçı rejimi tanımır

İsrailin addımları bölgədə sabitliyi poza və Fələstin ərazilərində gərginliyi artıra bilər – Rusiya XiN

Bu il Türkiyəyə 3,5 milyona yaxın rusiyalı turistin gələcəyi gözlənilir

ABŞ ÜST rəhbərinin Çin ilə "yaxın əlaqələri" olduğundan şübhələnir

Azərbaycan XİN Kamerunu təbrik edib

ABŞ koronavirusla mübarizə məqsədilə Azərbaycana 3,6 milyon dollara yaxın vəsait ayırıb

İranda koronavirusa yoluxanların sayı 125 minə yaxınlaşıb

Rusiyada koronavirusa yoluxmuşların sayı 300 minə yaxındır

Azərbaycan XİN Türkiyəni təbrik edib

İsrailin yeni XİN rəhbəri Qüds və Fələstin torpaqları ilə bağlı planını açıqlayıb

Hacı Şahini Qədr gecələrində yüz minə yaxın adam izləyib

30 May 2020, 17:44 (GMT +4)
Azərbaycanda daha 257 nəfər koronavirusa yoluxub, 3 nəfər vəfat edib

30 May 2020, 17:00 (GMT +4)
Azərbaycan nefti bahalaşıb

30 May 2020, 16:50 (GMT +4)
Bakıda iki marşrutun hərəkət istiqaməti dəyişdiriləcək

30 May 2020, 16:43 (GMT +4)
Moskvada sərnişin təyyarəsi hava limanına enişdən sonra alovlanıb

30 May 2020, 16:41 (GMT +4)
“Fəvvarələr meydanı”nda fleşmob keçirənlər saxlanılıb

30 May 2020, 16:30 (GMT +4)
Azərbaycan bu il dezinfeksiyaedici vasitələrin idxalını 3 dəfəyə qədər artırıb

30 May 2020, 16:24 (GMT +4)
Rusiyada koronavirusa qarşı peyvənd hazırlanıb

30 May 2020, 16:20 (GMT +4)
"Şərq Tərəfdaşlığı" ölkələrinin XİN başçılarının videokonfrans formatında keçiriləcək görüşünün vaxtı məlum olub

30 May 2020, 16:10 (GMT +4)
Bakıda daha bir marşrut xətti “BakuBus”un ixtiyarına verilib

30 May 2020, 16:01 (GMT +4)
“Peşə təhsili pilləsində təhsilalanların attestasiyasının aparılmasının müvəqqəti Qaydası” təsdiq edilib

30 May 2020, 15:49 (GMT +4)
Özbəkistanda karantin rejimi iyunun 15-dək uzadılıb

30 May 2020, 15:44 (GMT +4)
Bakıda istixanada narkotik bitkiləri əkib-becərən şəxs saxlanılıb

30 May 2020, 15:30 (GMT +4)
Milli Məclisin son iclasının gündəliyinə dəyişiklik edilib

30 May 2020, 15:21 (GMT +4)
Baydenin fikrincə ABŞ polisinin iş prinsipləri dəyişdirilməlidir

30 May 2020, 15:10 (GMT +4)
DİN: AXCP üzvü polisə tabe olmadığına görə həbs edilib

30 May 2020, 14:54 (GMT +4)
Rusiyada son sutka ərzində daha 8 952 nəfər koronavirusa yoluxub

30 May 2020, 14:30 (GMT +4)
Tibbi maskalardan istifadə edilməməsinə görə cərimələr müəyyənləşib

30 May 2020, 14:17 (GMT +4)
Çin koronavirusun mənbəyinin Uxandakı bazar olduğuna dair iddiları rədd edib

30 May 2020, 14:15 (GMT +4)
DGK: "Samur" postundan keçən yük avtomobillərinin sayı artıb

30 May 2020, 14:01 (GMT +4)
Azərbaycanda əczaçılıq məhsullarının istehsalı artıb

30 May 2020, 13:40 (GMT +4)
Moskvada daha 3599 nəfər koronavirusdan sağalıb

30 May 2020, 13:30 (GMT +4)
Sabah Milli Məclisin plenar iclası keçiriləcək

30 May 2020, 13:22 (GMT +4)
Almaniyada koronavirusdan təxminən 8,5 min nəfər ölüb

30 May 2020, 13:20 (GMT +4)
Dahi satirik şair Mirzə Ələkbər Sabirin doğum tarixidir

30 May 2020, 13:15 (GMT +4)
Su hovuzunda və yaşadığı evdə narkotik becərənlər saxlanılıb

30 May 2020, 13:04 (GMT +4)
Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanib

30 May 2020, 12:45 (GMT +4)
Zaxarova ABŞ-ın ÜST-lə bağlı qərarına münasibət bildirib

30 May 2020, 12:45 (GMT +4)
“Reabilitasiya” elektron sistemi yaxın aylarda işə salınacaq

30 May 2020, 12:25 (GMT +4)
Zakir Həsənov Azərbaycan Ordusunun rəhbər heyəti ilə xidməti müşavirə keçirib

30 May 2020, 12:15 (GMT +4)
Ləki-Qəbələ dəmir yolu xəttində tikinti işlərinin 70 faizi tamamlanıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66