Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

”Rəqəmsal iqtisadiyyat: müasir çağırışlar və real imkanlar” mövzusunda beynəlxalq konfrans keçirilib (FOTO)

14 Fevral 2020, 12:26 (GMT +4)

Bakı, 14 fevral, SalamNews.Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin təşkilatçılığı, Təhsil Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Çinin “Bir kəmər, bir yol” Elm və Texnologiya Alyansının dəstəyi ilə Bakıda “Rəqəmsal iqtisadiyyat: müasir çağırışlar və real imkanlar” mövzusunda 2 günlük Beynəlxalq konfrans işə başlayıb.

SalamNews xəbər verir ki, konfransın açılışı “Four Seasons” otelində baş tutub. Tədbirdə Azərbaycan Respublikasının İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov, Təhsil nazirinin müavini İdris İsayev, Rabitə və Yüksək Texnologiyaları nazirinin müavini Elmir Vəlizadə, UNEC-in rektoru, professor Ədalət Muradov, konfransın təşkilatçıları, UNEC-in əməkdaşlıq etdiyi yerli və xarici universitetlərin rektorları, tərəfdaş təşkilatların rəhbərləri və nümayəndələri, tanınmış akademiklər, alimlər iştirak ediblər.

Rektor Ədalət Muradov tədbir iştirakçılarını salamlayaraq, konfransın məqsədini açıqlayıb. Bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurlu siyasəti nəticəsində əldə edilmiş ciddi uğurlar və artıq formalaşdırılmış möhkəm bazanı nəzərə alaraq, ölkəmizin gələcəkdə daha dayanıqlı, innovativ və rəqabətqabiliyyətli iqtisadi inkişafının təmin edilməsinin ən ciddi aləti rəqəmsal transformasiyadır. Məhz rəqəmsal iqtisadiyyatın müxtəlif aspektlərini müzakirə etmək və bu məsələni daim gündəlikdə saxlamaq məqsədilə 15 beynəlxalq və xarici təşkilatın tərəfdaşlığı ilə beynəlxalq konfransın təşkil edilməsinə qərar verilib.

Rəqəmsallaşmanın əmək bazarında yeni kompetensiyalar tələb etdiyini deyən rektor, onun bütövlükdə təhsil sisteminə, eləcə də kənd təsərrüfatı, nəqliyyat, maliyyə sektoruna ciddi təsir göstərdiyini vurğulayıb. Ə.Muradov təhsilin bütün səviyyələrində rəqəmsal iqtisadiyyat sahəsində kadr hazırlığının tələb olunduğunu, iqtisadiyyatın rəqəmsallaşmasının statistik göstəricilərə tələbi dəyişməsini, beynəlxalq standartların hələ də formalaşmadığı bir zamanda rəqəmsal iqtisadiyyatla bağlı proseslərin statistik ölçülməsi mexanizminin yaradılmasının vacibliyini diqqətə çatdırıb. Rektor, həmçinin “Rəqəmsal Azərbaycan” Dövlət Proqramının hazırlanmasının faydalı ola biləcəyini deyib.

Təhsil nazirinin müavini İdris İsayev isə inkişaf tendensiyalarını və trendləri nəzərə alaraq, son illərdə texniki-texnoloji ixtisaslar üzrə kadr hazırlığına xüsusi diqqət yetirildiyini bildirib. Bu tədris ilində innovasiyaların tətbiqinə yönəldilmiş texniki və texnoloji ixtisas qrupu üzrə ötən ilə nisbətən 4,3 faiz artım olduğunu, dövlət sifarişi əsasında tələbə qəbulu planının texniki və texnoloji ixtisas qrupu üzrə 71 faiz artdığını deyib.

İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov Azərbaycanda rəqəmsal iqtisadiyyatın inkişafı istiqamətində görülən işlərdən danışıb. Nazir müavini bu istiqamətdə elektron hökumətin yaradıldığını, nazirlik tərəfindən müxtəlif istiqamətlər üzrə 68 xidmətin elektronlaşdırıldığını bildirərək, ümumilikdə ənənəvi iqtisadiyyatın rəqəmsal iqtisadiyyata transformasiyasının reallaşdırıldığını diqqətə çatdırıb.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini Elmir Vəlizadə rəqəmsal iqtisadiyyatın inkişafına təsir edən amillərdən söz açıb. Nazir müavini bu istiqamətdə infrastrukturun modernləşdirilməsinin, müasir texnologiyaların tətbiqinin, internet istifadəçilərinin sayının artmasının, elektron ticarətin genişlənməsinin əsas rol oynadığını vurğulayıb.

Konfransın açılış mərasimində plenar məruzələr də dinlənilib. Almaniyanın Köln Universitetinin Media və İdarəetmə Texnologiyaları Departamentinin direktoru, professor Klaudia Loebbecke “Rəqəmsallıq, analitik göstəricilər və süni intellekt biznes və cəmiyyəti necə dəyişdirə bilər” mövzusunda təqdimatla çıxış edib.

Azərbaycan-İsrail Ticarət Palatasının sədri Aleks Kaplunun təqdimatı isə “Rəqəmsallaşma təkamülünə vençur kapital investorlarının baxışı” mövzusunda olub. Palata sədri Azərbaycanda müəssisə kapitalına investisiya yatırmaq üçün böyük imkanların mövcud olduğunu deyib.

Konfransa 19 ölkədən nümayəndə qatılıb, 95 xarici olmaqla 22 ölkədən 215 məqalə təqdim edilib. Konfrans çərçivəsində 7 bölmə - “Dövlət idarəetməsinin rəqəmsal transformasiyası”, “Rəqəmsal əməkdaşlığa regional baxış”, “Maliyyə sektorunun rəqəmsallaşması”, “Sosial sahələrin və təhsilin rəqəmsal transformasiyası”, “Rəqəmsal transformasiyada texnoloji, humanitar və etik problemlər”, “Rəqəmsal valyutalar və elektron ticarət: potensial risklər və faydalar”, “Ağıllı şəhər: beynəlxalq təcrübə” üzrə müzakirələr aparılacaq.

Konfrans çərçivəsində UNEC-lə Rusiyanın “E. T. Qaydar adına İqtisadi Siyasət İnstitutu” Fondu arasında elmi əməkdaşlığa dair müqavilə imzalanıb.

Konfransın yekununda Azərbaycanın Rəqəmsal Ticarət Qovşağının Böyük İpək Yolu üzrə rəqəmsal, eyni zamanda Avropa coğrafiyasında vahid elektron məkana çevrilməsi məsələləri müzakirə olunacaq. Bu müzakirələr regionda rəqəmsal əməliyyatların Azərbaycan üzərindən aparılması və beynəlxalq ticarət dövriyyəsinin inkişaf etdirilməsi potensialını üzə çıxaracaq. Eyni zamanda ölkəmizdə “Rəqəmsal iqtisadiyyat” konsepsiyasının və dövlət proqramlarının işlənib hazırlanmasına töhfələr verəcək, onun regionun rəqəmsal iqtisadiyyat məkanına inteqrasiyasına yol açacaq.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

UNEC onlayn idarəetməyə keçib

UNEC-in rektoru yeni tələbə-rektorla görüşüb

Kapital Bank UNEC-də “Karyera Günü” keçirib

Fuad Muradov UNEC-də olub (FOTO)

UNEC Yunanıstanda ilk Məzun Günü keçirib

UNEC beynəlxalq reytinqdə daha bir uğura imza atıb

UNEC ABŞ-ın Linkoln Universiteti ilə ikili diplom proqramına qoşulacaq

UNEC-də beynəlxalq elmi konfrans keçirilib

UNEC-də baş verən yanğınla bağlı rəsmi məlumat verilib

UNEC-də vahid tələbə kartı tətbiq olunacaq

UNEC tələbələri Fransanın aparıcı universitetlərinin diplomunu əldə edə biləcəklər

UNEC-də əməkhaqqılar artırılıb

Nobel mükafatı laureatı UNEC-də tədqiqat mərkəzinə rəhbərlik edəcək

UNEC-in təşkilatçılığı ilə gənclər üçün əmək yarmarkası təşkil olunub

Olimpiada qalibləri UNEC-in xüsusi təqaüdünü qazanacaq

BSTA-nın Baş katibi UNEC-də olub

UNEC-də Ulu Öndər Heydər Əliyevə həsr olunan ilk TEDx konfransı keçirilib (FOTO)

UNEC-də əcnəbi tələbələrin Milli Mətbəx festivalı keçirilib

UNEC-də “Eduroam” xidməti yaradılıb

UNEC-də Startap günləri keçiriləcək

04 Aprel 2020, 11:53 (GMT +4)
Tramp prezident seçkilərinin noyabrda keçiriləcəyini təsdiqləyib

04 Aprel 2020, 11:41 (GMT +4)
BMT Azərbaycanın COVID-19-la mübarizəsini alqışlayır

04 Aprel 2020, 11:30 (GMT +4)
Çində koronavirusdan ölənlərin xatirəsi sükutla yad edilib

04 Aprel 2020, 11:28 (GMT +4)
Bakıda yolu keçən piyadanı avtomobil vuraraq öldürüb

04 Aprel 2020, 11:16 (GMT +4)
ABŞ qüvvələri İraqda daha bir qərargahı ölkə ordusuna təhvil verməyə başlayıb

04 Aprel 2020, 11:10 (GMT +4)
Gömrükçülər aztəminatlı ailələrə ərzaq yardımı ediblər (FOTO)

04 Aprel 2020, 11:00 (GMT +4)
Bakıda karantin rejimini pozan 2 189 sürücü və sərnişin cərimələnib

04 Aprel 2020, 10:51 (GMT +4)
Putin neft hasilatının azaldılmasının şərtlərini açıqlayıb

04 Aprel 2020, 10:48 (GMT +4)
Evdə olduğumuz zaman sağlamlığımızı necə qoruyaq? (QAYDALAR)

04 Aprel 2020, 10:45 (GMT +4)
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 23 dəfə pozub

04 Aprel 2020, 10:40 (GMT +4)
Husilər minlərlə məhbus və əsirin mübadiləsinin gecikməsində Səudiyyəni ittihamlandırıblar

04 Aprel 2020, 10:25 (GMT +4)
Azərbaycanda karantin rejimini pozan 15 iaşə obyekti aşkarlanıb

04 Aprel 2020, 10:15 (GMT +4)
Çində koronavirusa yoluxanların 94 faizi sağalıb

04 Aprel 2020, 10:07 (GMT +4)
Tramp neftlə bağlı müttəfiqi Səudiyyə Ərəbistanına da xəbərdarlıq edib

04 Aprel 2020, 10:00 (GMT +4)
“Evdə qalaq, evdə yaradaq!” onlayn yaradıcılıq müsabiqəsinə start veriləcək

04 Aprel 2020, 00:30 (GMT +4)
Azərbaycanda 158 mindən çox əməkdaşın evdən çıxması icazəsi təsdiqlənib

03 Aprel 2020, 21:21 (GMT +4)
Azərbaycanda koronavirus xəstələrinin hansı bölgələrdən olduğu müəyyənləşib

03 Aprel 2020, 19:40 (GMT +4)
Vitse-spiker: Biz xalq olaraq bu xəstəliyin öhdəsindən gəlməliyik

03 Aprel 2020, 19:25 (GMT +4)
«Azəriqaz»ın baş direktorunun iştirakı ilə onlayn CEO Forum təşkil olunub

03 Aprel 2020, 19:01 (GMT +4)
Karantin rejimində jurnalistlərin fəaliyyətinə bir daha aydınlıq gətirilib

03 Aprel 2020, 18:23 (GMT +4)
Gömrük Akademiyasında onlayn tədrisə tam keçid təmin olunub

03 Aprel 2020, 18:07 (GMT +4)
"icaze.e-gov.az" portalının istifadə qaydası ilə bağlı videotəlimat hazırlanıb

03 Aprel 2020, 18:01 (GMT +4)
“Virtual məktəb” portalında qeydiyyatdan keçən şagirdlərin sayı açıqlanıb

03 Aprel 2020, 17:51 (GMT +4)
Sığorta xidmətləri onlayn qaydada göstərilir

03 Aprel 2020, 17:46 (GMT +4)
Virtual dünyada koronavirusla mübarizəyə yeni tərəfdaşlar qoşulub

03 Aprel 2020, 17:42 (GMT +4)
Səudiyyə Ərəbistanı karantin rejimini sərtləşdirir

03 Aprel 2020, 17:37 (GMT +4)
İsrail polisi fələstinli naziri həbs edib

03 Aprel 2020, 17:34 (GMT +4)
Azərbaycan Dövlət Dəniz Akademiyasında distant təhsil aparılır

03 Aprel 2020, 17:22 (GMT +4)
Sabiq deputat Prezidentin təşəbbüsünə qoşulub

03 Aprel 2020, 17:18 (GMT +4)
Azərbaycanda bir ailədən nə qədər adam çölə çıxırsa, o qədər icazə alınmalıdır (RƏSMİ)

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66