Ərdoğan Trampın "əsrin sövdələşməsini" işğal planı adlandırıb14 Fevral 2020, 16:18 (GMT +4) Bakı, 14 fevral, SalamNews. ABŞ Prezidenti Donald Tramp tərəfindən təklif edilən Yaxın Şərq nizamlanmasına dair "əsrin sövdələşməsi" işğalçılıq layihəsidir.
SalamNews -un TASS-a istinadla verdiyi xəbərə görə, Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan bunu Pakistan parlamentində çıxışı zamanı bildirib.
Ərdoğanın sözlərinə görə, ABŞ-ın Yaxın Şərq üçün "sülh planı" sülh layihəsi deyil:
"Bu, işğalçılıq layihəsidir. Son həftələrdə ABŞ rəhbərliyi bu planı "əsrin müqaviləsi" adı altında elan etdi və biz bu ilhaq planı ilə bağlı fikirlərimizi bildirdik. Biz bütün dünyaya elan etdik, Məbəd dağını İsrail işğalçılarına buraxmayacağıq".
|