Radikal qruplaşmalar Suriya Ordusunun daha bir helikopterini vuraraq düşürüblər (VİDEO)14 Fevral 2020, 16:31 (GMT +4) Bakı, 14 fevral, SalamNews, B.Samid. Radikal qruplaşmalar Hələbin qərbində Suriya Ordusunun daha bir helikopterini vuraraq düşürüblər.
SalamNews bu barədə Anadolu Agentliyinə istinadla xəbər verir.
Bildirilir ki, Hələbin qərbində Suriya Ordusunun bir helikopteri vurularaq düşürülüb.
Bu, cari həftədə İdlib cəbhəsində Suriya Ordusunun vurulan ikinci helikopteridir.
Suriyanın rəsmi mənbələri hələ bu hadisə barədə məlumat verməyib.
Anadolu Agentliyi bildirib ki, helikopter havadan müdafiə raketlərilə vurulub.
Suriya Ordusu mənbələri Türkiyənin radikal qruplaşmalara bu silahlardan verdiyini bildirir.
|