Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » MƏDƏNİYYƏT

Mədəni tarixi abidələrimizin təbliği aparılır

14 Fevral 2020, 16:06 (GMT +4)

Bakı, 14 fevral, SalamNewsGənclər Fondunun maliyyə dəstəyi ilə “Mədəni tarixi abidələrimizin təbliği” adlı layihə Suraxanı Gənclər Evində 40 nəfər şagird və 10 müəllimin və digər nümayəndələrin iştirakıyla həyata keçirildi. Tədbir fevral ayının 10-u və 11-i keçirildi, bu sahə üzrə mütəxəssis QHT sədri Faiq İsmayılov tədbirə dəvət olunmuşdu. 

Tədbiri Suraxanı Gənclər İdman İdarəsinin rəisi Amil Bağırov açdı, hamını salamlayıb, dövlətin gənclər siyasətindən və əsas məqsəd gənclərimizin vətənpərvər ruhda, dövlətə, millətə layiqli vətəndaş kimi böyüməsinə və milli sərvətlərə sahib çıxmasına çağırdı.
Layihə rəhbəri Bəxtimşah Tağıyeva bu layihənin fərdi layihə kimi gənc üzvümüzün Şəms Tağıyevaya verilməsinin fondun və dövlətin gənclərə verdiyi önəmi olduğunu bildirdi. Sonra Azərbaycanın abidələri haqqında məlumat verdi.

Azərbaycanın ən qədim abidələri daş abidələrdir ki, daşdan oyma, yonma, cızma üsulu ilə hazırlanıb, Ordubad(Gəmiqaya), Abşeron (Mərdəkan, Şüvəlan) və Qobustan qayaları üzərində rast gəlinir.

Bakının Bayıl qəsəbəsi yaxınlığında yerləşən hazırda dənizin suları altında qalan XIII əsrdə tikilmiş “Bayıl qəsri”dir. Qala divarları şərqdə altı, qərbdə beş yarımdairəvi bürclə möhkəmləndirilmişdir. 1306-cı ildə dənizdə baş verən güclü zəlzələdən dənizdə batmışdır.
Qız qalası- Bakının , həm də Abşeronun ən sirli memarlıq abidəsidir, hündürlüyü 28 metr, diametri 1-ci mərtəbədə 16,5 m, divarların qalınlığı 5 m-dir. Qalanın daxili hissəsi 8 mərtəbəyə bölünür, hər mərtəbə yonma daşlarla tikilmiş, günbəz formalı tavanla örtülmüşdür.
Şirvanşahlar sarayı XV əsrdə Şirvanşah İbrahim Xəlilullahın dövründə tikilmiş, İçərişəhərdə yerləşən memarlıq abidəsidir. Şirvanşahlar sarayı, Divanxana, Keyqubad məscidi, Şirvanşahlar türbəsi(1435-1436), Şah məscidi(1441), Seyid Yəhya Bakuvi türbəsi, Murad darvazası (1585), Saray hamamı və Ovdan ibarətdir. 2000-ci ildə Yunesko tərəfindən Qız qalasıyla birgə Ümumdünya Mədəni İrsi siyahısına daxil edilmişdir.
Atəşgah - Od məbədi XVII-XVIII əsrlərdə təbii qazın çıxdığı yerdə tikilib, 1713-cü ildə tövlə, mərkəzi məbəd-səcdəgah 1810-cu ildə tikilmişdir. Atəşgah məbəd, hücrələrdən, otaqlardan ibarətdir.

Ramana qalası Bakının Ramanı kəndində XVI əsrə aiddir, hündürlüyü 15 m və güman ki, müdafiə məqsədiylə tikilib.

Mərdəkan qalası- Bakının Mərdəkan qəsəbəsində Şirvanşah Axsitan tərəfindən tikilmişdir. Qaladan sığınacaq və gözətçi məntəqəsi kimi istifadə etmişdirlər.
Qobustan –Qaradağ rayonunun Qobustan qəsəbəsində yerləşir, ən qədim abidəmizdir. Sahəsi 3-4 km-dir, Qobustanda Böyükdaş, Kiçikdaş, Çınqırdağ, Sonqardağ və Şıxqaya dağlarında daş dövrünə aid qayaüstü təsvirlər, düşərgə, yaşayış məskəni, qəbir abidələri vardır. Böyükdaş ərazisində mezolitdən orta əsrlərə qədər bütün dövrlərin abidələrinə rast gəlmək olur. Bu da sübut edir ki, Azərbaycan xalqı qədim xalqdır.

Ağaoğlan qəsr kompleksi Qafqaz Albaniyası dövrünə məxsus və dağın ətəyində yerləşir, zirvəsində müşahidə qalası var. Ermənilər işğal ediblər.
Xudafərin körpüləri- Cəbrayıl rayonu ərazisində yerləşir, güneylə quzeyi birləşdirirdi. Iki Xudafərin körpüsü var, Makedoniyalı İsgəndər, ya da Poma sərkərdəsi Pompey tərəfindən tikildiyi iddia olunur. Bu körpünün Hindistandan başlayaraq Yaxın, Orta Şərq ölkələri, Rusiya, Qərbi Avropa ölkələri ilə Azərbaycanın iqtisadi və mədəni əlaqələrinin inkişafında böyük əhəmiyyəti olub.

Əlincə Qalası- Naxçıvan –Marağa memarlıq abidələrinin gözəl nümunəsi Naxçıvan-Culfa yolunun kənarında Əlincə çayın sağ sahilində yerləşir. Qala 2 min il əvvələ aid edilir, “Kitabi-Dədə Qorqud ”dastanında Əlincə qala möhkəm istehkam kimi təsvir olunur.
Mömünə Xatun Türbəsi Əcəmi Naxçivaninin şah əsəridir. Atabəylər Memarlıq Kompleksinin tərkibində dövrümüzə qədər yaşayan yeganə abidədir.
Şamaxı Qalası XI-XII yüzilliklərdə Şamaxını müdafiə etmək üçün tikilmişdir. Şamaxının Gülüstan qalası da XII əsrdə yenidən qurulmuşdur.

Koroğlu Qalası Gədəbəy rayonunun Qala kəndi ərazisində yerləşir, yerli daşlardan möhtəşəm tikilib. Koroğlunun sığınacağı olduğu güman edilir.
Əsgəran Qalası Şuşanın yaxınlığında Qaradağçayın sağ və sol sahillərində yerləşir, 1783-1784-cü illərdə tikilmişdir.
Cavanşir Qalası İsmayıllı rayonu ərazisində Talıstan kəndindəki Ağcaçayın sağ sahilində yerləşir, Qafqaz Albaniyası Dövründə hökümdar Cavanşir tərəfindən tikilmişdir, inzibati mərkəz kimi istifadə olunduğu güman edilir. Rayonun Xanəgah kəndində “Qız Qalası” abidəsinin həyətində nadir güllər və bəzək ağacları bitir.
Gülüstan Qalası Goranboy rayonu ərazisindədir, yerli daşlardan tikilən qala möhkəm müdafiə qurğusu olub.

Çıraqqala Şabran rayonu ərazisində sıldırım qayanın zirvəsindədir, qaravulxana məqsədiylə Sasani hökmüdarları tərəfindən IV-VI əsrlərdə tikilmişdir.
Xocalı rayonunun Çanaxçı kəndindəki məbəd 1616-cı ildə tikildiyi güman edilir. Abidə yerli pud daşlardan tikilmiş, uzunluğu 11 m, eni 9 m, hündürlüyü 7 metrdir. Ermənilər işğal etdikdən sonra dəyişdirmiş abidəyə uyğun olmayan öz heykəllərini qoymuşlar.
Xocalı rayonunun Dağyurdu kəndi 1992-ci ilə qədər Saruşen adlanmışdır. Qafqaz Albaniyası dövrünə aid edilən abidə XII-XIII əsrə aiddir. Ermənilər işğaldan sonra təmir edib abidəni özəlləşdirmişlər.

Xocəvənd rayonu Ziyarət dağı Qafqaz Albaniyası dövrünə XVII əsrə aid edilir. Hazırda ermənilər bu bizim abidəni öz kilsələri kimi təqdim edirlər. İşğaldan sonra abidənin görkəmini dəyişdiriblər.
Azıx mağarası Azərbaycanın cənub-qərbindəki Kiçik Qafqaz sıra dağlarının cənub-şərq yamacında Quruçay çayının sol sahilində yerləşir.
Mağara Azərbaycanın Xocavənd rayonu ərazisindədir. Təəssüflə qeyd etmək lazımdır ki, vaxtilə dünyanın ən qədim insanlarının yaşadığı bu mağaranın yerləşdiyi Azərbaycan torpağı 1993-cü ildən etibarən erməni işğalı altındadır və mağaranın işğaldan sonrakı vəziyyəti haqqında heç bir məlumat yoxdur.
1968-ci ildə M.Hüseynovun uzun zamandan bəri Azıx mağarasında apardığı qazıntıların nəticəsi olaraq Neandertal tipə məxsus olan bir insanın alt çənə sümüyü aşkar edildi. Tapıntı üzərində aparılan tədqiqatlardan sonra məlum oldu ki, onun ən azı 350-400 min illik bir tarixi vardır.

Diribaba türbəsi Şamaxı rayonunun Mərəzə kəndində, dağın döşündə tikilmiş ikimərtəbəli türbədir. Diribaba türbəsi həm də xatirə məscidi vəzifəsini daşıyır.
Memarlıq obrazının orjinallığı, tikinti kompozisiyasının təkraredilməzliyi və təbiət ilə sıx əlaqəsinin olmasına görə bu abidə Azərbaycan memarlığı tarixində xüsusi yer tutur. Binanın mərtəbələrini bir-birindən ayıran dekorativ yazı kəmərində abidənin tarixi hicri 805 (miladi 1402)-ci il kimi göstərilmişdir.

Göründüyü kimi Azərbaycan xalqı qədim xalqdır, mədəni tarixi abidələrimiz də saysızdır, gənclərimiz öyrənməli və bu abidələri qoruyub gələcək nəsillərə çatdırmalıdır.
Abidələr sahəsində mütəxəssis QHT sədri Faiq İsmayılov işğal altında olan alban abidələrindən, hazırda formasının ermənilər tərəfindən necə dəyişdirilməsindən və erməniləşdirilməsindən danışdı, erməni vandalizmini pislədi. Faiq İsmayılov slaydlarla şagirdlərə abidələri göstərdi.
Sonda tədbir iştirakçılarına çay, kofe və şirniyyat süfrəsi açıldı.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

ARGTMŞ-ın təşkilatçılığı ilə növbəti layihə baş tutub

ARGTMŞ “Könüllülər ili” ilə bağlı görüşlər keçirir

ARGTMŞ-ın sədr müavini Avropa Şurasının sessiyasında iştirak edib

ARGTMŞ tərəfindən müsabiqə nəticəsində hazırlanan posterlər beynəlxalq qurumlara göndərilib

ARGTMŞ-in növbəti məlumat turu Dövlət Neft Fondunda olub

Azərbaycanlıların soyqrımına dair ARGTMŞ-nın təşəbbüsü ilə həyata keçirilən onlayn fəaliyyətlər yekunlaşıb

ARGTMŞ növbəti məlumat turunu Mədəniyyət və Turizm Nazirliyində keçirib

ARGTMŞ 2017-ci ildə gənclərə işə innovativ yanaşmalar gətirəcək

ARGTMŞ nümayəndəsi beynəlxalq tədbirdə Azərbaycanı təmsil edib

ARGTMŞ illik hesabat verəcək

ARGTMŞ Azərbaycanı beynəlxalq tədbirdə təmsil edib

ARGTMŞ-nin üzv təşkilatlarının nümayəndələri beynəlxalq tədbirə qatılıb

ARGTMŞ Avropa Şurasının tədbirində təmsil olunub

ARGTMŞ-ın nümayəndə heyəti Gürcüstanda keçirilən beynəlxalq tədbirdə iştirak edib

ARGTMŞ-ın təşəbbüsü ilə “ReTweet” kampaniyasına start verilib

ARGTMŞ-ın BMT-nin İqtisadi və Sosial Şurasında məşvərətçi statusu uzadılıb

ARGTMŞ daha bir gəncin Avropa Könüllülük Xidmətində iştirakına dəstək olub

ARGTMŞ-ın sədri beynəlxalq konfransda iştirak edib

ARGTMŞ-nin təşkil etdiyi AKX Yay məktəbinə start verilib

ARGTMŞ yenidən “Avropa Könüllülük Xidməti”nin akkreditasiyasını əldə edib

19 Fevral 2020, 18:01 (GMT +4)
Xəzər dənizində zəlzələ olub

19 Fevral 2020, 17:55 (GMT +4)
Avropa İttifaqının səfiri Gömrük Akademiyasında olub

19 Fevral 2020, 17:55 (GMT +4)
Prezident Romada Nizami Gəncəvinin abidəsini ziyarət edib (FOTOLAR)

19 Fevral 2020, 17:53 (GMT +4)
Ötən il Azərbaycanda 22,5 milyard kilovat/saat elektrik enerjisi istehlak olunub

19 Fevral 2020, 17:53 (GMT +4)
İran ötən noyabr ayının iğtişaşları və toqquşmalarında ölənlərin sayını rəsmən açıqlayacaq

19 Fevral 2020, 17:43 (GMT +4)
Uxanda koronavirusa yoluxanların müalicəsi üçün müvəqqəti xəstəxanalar açılıb

19 Fevral 2020, 17:35 (GMT +4)
Azərbaycan Prezidenti İtaliyaya gedib (FOTOLAR)

19 Fevral 2020, 17:26 (GMT +4)
Çində daha bir xəstəxananın baş həkimi koronavirusa yoluxub

19 Fevral 2020, 17:11 (GMT +4)
Yəmənin müdafiə nazirinin avtomobili partladılıb

19 Fevral 2020, 17:07 (GMT +4)
Cəbhəyanı bölgələrdə yeni kiçik ailə təsərrüfatları yaradılır

19 Fevral 2020, 16:56 (GMT +4)
“Avro-2020”nin oyunları KOB-lar üçün perspektiv imkanlar yaradacaq

19 Fevral 2020, 16:47 (GMT +4)
Pompeo: Tramp Afrika ölkələri ilə ticarət sazişləri bağlamaq istəyir

19 Fevral 2020, 16:42 (GMT +4)
30 saylı Suraxanı birinci seçki dairəsi üzrə dörd məntəqədə səsvermənin nəticələri etibarsız sayılıb

19 Fevral 2020, 16:39 (GMT +4)
“BakuBus”ın sürücüsü tapdığı noutbuku sahibinə qaytarıb

19 Fevral 2020, 16:20 (GMT +4)
Səfir: OYU-nun diplomlarının Türkiyədə tanınmasında heç bir problem yoxdur

19 Fevral 2020, 16:06 (GMT +4)
WSJ: Blumberq prezident seçilsə media şirkətini satacaq

19 Fevral 2020, 16:03 (GMT +4)
Martın əvvəli Tehranda Rusiya, Türkiyə və İran prezidentlərinin görüşü gözlənilir

19 Fevral 2020, 15:58 (GMT +4)
Sosial xidmətin inkişafına dair Milli Strategiya layihəsi hazırlanıb

19 Fevral 2020, 15:30 (GMT +4)
Ərdoğan Rusiya ilə Türkiyə arasındakı İdliblə bağlı danışıqları şərh edib

19 Fevral 2020, 15:30 (GMT +4)
Elçin Quliyev: Sərhədçilər Prezident İlham Əliyevin tapşırıqlarını yüksək səviyyədə icra edirlər

19 Fevral 2020, 15:13 (GMT +4)
İranda iki nəfərin koronavirusa yoluxması ilə bağlı testlər müsbət çıxıb

19 Fevral 2020, 14:57 (GMT +4)
ABŞ-dan olan nümayəndələr Bakı Limanına səfər ediblər

19 Fevral 2020, 14:56 (GMT +4)
Lavrov Rusiyanın Türkiyə ilə danışıqlarda İdliblə bağlı nəticə əldə edilmədiyini təsdiqləyib

19 Fevral 2020, 14:48 (GMT +4)
Hələb sakinləri ordunun uğurlu əməliyyatına görə şənlik mərasimi keçiriblər (VİDEO)

19 Fevral 2020, 14:46 (GMT +4)
Ötən il Azərbaycanda qaz istehlakı artıb

19 Fevral 2020, 14:33 (GMT +4)
Kreml Türkiyənin İdlibdə əməliyyat keçirmə ehtimalını şərh edib

19 Fevral 2020, 14:28 (GMT +4)
"Azərbaycan Dəmir Yolları"nın rəsmiləri Avropada görüşlər keçirib

19 Fevral 2020, 14:11 (GMT +4)
AzTU-nun rektoru Türkiyənin Azərbaycandakı səfiri ilə görüşüb

19 Fevral 2020, 13:58 (GMT +4)
Ərdoğan: İdlibdəki əməliyyat istənilən vaxt başlaya bilər

19 Fevral 2020, 13:47 (GMT +4)
Bakıda uşaqlara siqaret satanlar cərimələnib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66