Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

Bakı Limanı ilə “Təmiz Şəhər” arasında müqavilə imzalanıb

17 Fevral 2020, 14:37 (GMT +4)

Bakı, 17 fevral, SalamNewsXəzər regionunun ilk “yaşıl liman” statusuna sahib Bakı Limanı hər zaman ətraf mühitin mühafizəsini diqqət mərkəzində saxlayır və ekoloji tarazlığın bərpa edilməsi, gəmilərdə toplanılan tullantıların emalı, su və hava keyfiyyətinə nəzarət, eləcə də dayanıqlı biznes təcrübələrinin istifadə olunduğu innovativ həll yolları tətbiq edir. Məhz bu məqsədlə də növbəti addım olaraq, “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC (Bakı Limanı) və “Təmiz Şəhər” ASC arasında əməkdaşlığa dair müqavilə imzalanıb.

Razılaşmaya əsasən, Bakı Limanında toplanılan çeşidlənmiş tullantılar “Təmiz Şəhər” ASC-yə təhvil veriləcək. Çeşidlənmiş tullantılar dedikdə əsasən üzvi, yəni mətbəxdə yaranan tullantılar və qeyri-üzvi tullantılar, o cümlədən işlənmiş mühərrik yağları, hidravlik yağlar, habelə işlənmiş duru yağlar, istifadəyə yararsız vəziyyətdə olan məhv edilməli avadanlıqlar və təkrar emala yararlı digər tullantılar nəzərdə tutulur.

Müqavilənin imzalanma mərasimində Bakı Limanının Baş direktoru Taleh Ziyadov bildirib ki, təşkilat Avropa Birliyi ekspertləri ilə birgə iqlim dəyişikliyi, biomüxtəlifliyin və ekosistemlərin qorunması, enerji istehlakı kimi qlobal təsirlərin yaranmasının qarşısını almaq üçün 2 ildir “yaşıl liman” strategiyasını inkişaf etdirir. Bu gün imzalanmış müqavilə də ətraf mühitin mühafizəsi istiqamətində görülən işlərin daha da intensivləşdirilməsinə yardımçı olacaq: “Xəzər hövəsində ilk “EcoPort” statusu almış Bakı Limanı ilə “Təmiz Şəhər” ASC arasında qurulmuş əməkdaşlıq tullantıların azaldılması və yenidən emal edilməsi sahəsində mövcud olan beynəlxalq standartlara və qabaqcıl təcrübələrə əsasən aparılacaq.”

“Təmiz Şəhər” ASC-nin İdarə Heyətinin sədri Etibar Abbasov bildirib ki, bu gün imzalanan müqavilə hər iki qurum arasında ekoloji məsələlər üzrə təcrübə və imkanlardan qarşılıqlı faydalanmaq üçün atılmış uğurlu bir addımdır. E.Abbasov qeyd edib ki, tullantıların qəbulu, yerləşdirilməsi və zərərsizləşdirilməsi ilə məşğul olan “Təmiz Şəhər” ASC tullantıların idarəolunması sahəsində həyata keçirilən bütün effektiv layihələrə daim dəstək verməyə hazırdır. Cəmiyyətin sədri vurğulayıb ki, müqaviləyə əsasən, tullantıların düzgün idarəolunması ilə əlaqədar təlimlər keçiriləcək, çeşidlənmiş tullantılar Balaxanı Bərk Məişət Tullantılarının Çeşidlənməsi Zavodunda, təkrar emala yararlı tullantılar isə Balaxanı Sənaye Parkında qəbul olunacaq.

Eyni zamanda, əməkdaşlığa əsasən Bakı Limanı tərəfindən həyata keçirilən sosial korporativ məsuliyyət proqramı çərçivəsində Ələt qəsəbəsində yerləşən məktəblərin şagirdləri üçün müxtəlif mövzularda ustad dərslərinin (master-klassların) və mühazirələrin, həmçinin məlumat saatının təşkil olunması, tullantıların düzgün idarə olunmasının və çeşidlənməsinin ibtidai vərdişlərinin formalaşmasına xidmət edən çizgi filmlərinin nümayişi kimi maraqlı və maarifləndirici tədbirlərin həyata keçirilməsi, qəsəbənin məktəblərində quraşdırılan çeşidləmə qutuları ilə düzgün rəftarın formalaşdırılması nəzərdə tutulur.

Xatırlatmaq istərdik ki, 16 oktyabr 2019-cu il tarixində Norveçin Oslo şəhərində “Yaşıl Liman” konfransında baş tutan mükafatlandırma mərasimində Bakı Limanı Avropa Dəniz Limanları Təşkilatının PERS - "EcoPorts" sertifikatına layiq görülüb. Bununla da Bakı Limanı Xəzər bölgəsində PERS – “EcoPorts” sertifikatı alan ilk liman olub. Qeyd edək ki, Avropada Rotterdam və Barselona kimi ən işlək limanlar da daxil olmaqla 34 “EcoPorts” fəaliyyət göstərir. Bakı Limanı əməliyyat effektivliyinin artırılması, liman idarəetməsi, ətraf mühit və risklərin idarə edilməsi sahələrində Avropa Birliyi ilə sıx əməkdaşlıq edir. Artıq ISO 9001: 2015, OHSAS 18001 və ISO 14001 sertifikatlarına sahib Bakı Limanı BMT-nin Davamlı İnkişaf Məqsədlərini (SDG) iş prosesində və əməliyyatlarında tətbiq edir.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Bakı Limanı tərəfindən yaşlı insanlara humanitar yardım göstərilib (FOTO)

Bakı Limanı gücləndirilmiş rejimdə dezinfeksiya edilir (FOTOLAR)

Bakı Limanında Qaynar Xətt fəaliyyətə başlayıb

ABŞ-dan olan nümayəndələr Bakı Limanına səfər ediblər

Fransanın Azərbaycandakı səfiri Bakı Limanı ilə tanış olub

Keçən il Bakı Limanında yükaşırmanın həcmi 7,2 faiz artıb

Britaniyanın Azərbaycandakı səfiri Bakı Limanı ilə tanış olub

Bakı Limanı Xəzər dənizi hövzəsində ilk olaraq «yaşıl liman» adını qazanıb

Rusiya və İran hərbi gəmiləri Bakı limanını tərk edib (FOTO)

Bakı Limanının ATƏT-lə birlikdə icrasına başladığı layihənin dəyəri açıqlanıb

Bakı Limanı ATƏT-lə birgə yeni layihəyə başlayıb

Yeni Bakı Limanında “Port Festival 2019” təşkil ediləcək (VİDEO)

Bakı Limanında I rübdə konteyner aşırılması 55% artıb

Bakı Limanında konteynerlərin aşırılmasında artım var

Bakı Limanında 2 ədəd yeni yedək gəmisinin istismarına başlanılıb

Bakı Limanında yükdaşırmanın həcmi 2 milyon tona çatıb

Avropa Komissiyasının nümayəndə heyəti yeni Bakı Limanına səfər edib

Ötən il Bakı limanında 28 min 500-dən çox təkərli texnika aşırılıb

Fransanın ən böyük limanları Bakı Limanı ilə əməkdaşlıqda maraqlıdır

Rusiya Xəzər flotiliyasının hərbi gəmiləri Bakı limanını tərk edib (VİDEO)

31 Mart 2020, 18:01 (GMT +4)
AzTU tərəfindən daha 3000 manat ianə edilib

31 Mart 2020, 17:56 (GMT +4)
Daxili İşlər Nazirliyi əhaliyə müraciət edib

31 Mart 2020, 17:51 (GMT +4)
Azərbaycanla Rusiya arasında hava uçuşları və dəmiryol daşımaları dayandırılıb

31 Mart 2020, 17:48 (GMT +4)
Kreml Putin və Tramp arasında koronavirusla bağlı danışıqları konstruktiv adlandırıb

31 Mart 2020, 17:31 (GMT +4)
Səudiyyə Ərəbistanı husiləri danışıqlar üçün ər-Riyada dəvət edib

31 Mart 2020, 17:29 (GMT +4)
BŞBPİ paytaxt sakinlərinə müraciət edib

31 Mart 2020, 17:10 (GMT +4)
Qazaxıstan Rusiyadan yanacaq idxalına müvəqqəti olaraq qadağa qoyur

31 Mart 2020, 17:00 (GMT +4)
“Tibbi sığorta haqqında” qanuna dəyişiklik edilib

31 Mart 2020, 16:50 (GMT +4)
Lukaşenko prezident seçkilərini təxirə salmaq üçün səbəb olmadığını bildirib

31 Mart 2020, 16:48 (GMT +4)
Bakı metrosu bu gün saat 22.00-dan bağlanacaq

31 Mart 2020, 16:45 (GMT +4)
Azərbaycanda həqiqi hərbi xidmətə çağırışın müddəti uzadılıb

31 Mart 2020, 16:40 (GMT +4)
Dövlətin dəstək proqramının məbləği və istiqamətləri açıqlanıb

31 Mart 2020, 16:30 (GMT +4)
İqtisadiyyat Nazirliyi Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait köçürüb

31 Mart 2020, 16:23 (GMT +4)
Operativ Qərargah: 4602 nəfər karantinə alınıb

31 Mart 2020, 16:20 (GMT +4)
İraqda ABŞ qüvvələrinin olduğu qərargaha iki raket atılıb, havadan müdafiə cavab verib

31 Mart 2020, 16:15 (GMT +4)
BANM nüfuzlu qlobal distant təhsil proqramının lisenziyasını əldə edib

31 Mart 2020, 16:13 (GMT +4)
Azərbaycanda koronavirusa yoluxanların sayı 298-ə çatıb, 5 nəfər vəfat edib

31 Mart 2020, 16:12 (GMT +4)
İndoneziya xaricilər üçün ölkəyə girişi bağlayır

31 Mart 2020, 15:56 (GMT +4)
Rusiyada əcnəbilərin vizası 90 gün müddətinə uzadılacaq

31 Mart 2020, 15:54 (GMT +4)
Prezident İlham Əliyev İqtisadiyyat nazirini qəbul edib

31 Mart 2020, 15:45 (GMT +4)
Operativ Qərargah xarici ölkələrin Azərbaycandakı diplomatlarına müraciət edib

31 Mart 2020, 15:42 (GMT +4)
Rusiyada son sutka ərzində 500 koronavirusa yoluxma halı qeydə alınıb

31 Mart 2020, 15:42 (GMT +4)
Gənclər və İdman Nazirliyi gənclərə çağırış edib

31 Mart 2020, 15:39 (GMT +4)
Operativ Qərargah: Azərbaycanda koronvirusa yoluxma dinamikası gündəlik artmaqdadır

31 Mart 2020, 15:36 (GMT +4)
Koronavirusa görə İsrail polisi ilə radikal yəhudi qrupları arasında qarşıdurma baş verib (VİDEO)

31 Mart 2020, 15:18 (GMT +4)
Banklar xüsusi rejim dövründə fəaliyyət göstərəcək

31 Mart 2020, 14:55 (GMT +4)
AB Azərbaycanın işğal olunmuş ərazilərindəki "seçki"ləri tanımır

31 Mart 2020, 14:46 (GMT +4)
XİN: Azərbaycanın işğal olunmuş ərazilərində “seçkilərin” keçirilməsi heç bir hüquqi qüvvəyə malik deyil

31 Mart 2020, 14:35 (GMT +4)
"Azərkosmos” xüsusi gücləndirilmiş iş rejimində keçib

31 Mart 2020, 14:26 (GMT +4)
İranda koronavirusa yoluxanların sayı 44 mini keçib, 2898 ölü var

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66