Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

Azərbaycanda zərgərlik bazarının inkişaf perspektivləri müzakirə olunub

18 Fevral 2020, 13:30 (GMT +4)

Bakı, 18 fevral, SalamNews, K.Orxan. Fevralın 18-də Bakı Biznes Mərkəzində “Azərbaycanda zərgərlik bazarının inkişaf perspektivləri: problemlər və imkanlar” mövzusunda sahibkarlarla görüş keçirilib. Görüşdə İqtisadiyyat Nazirliyi, Dövlət Gömrük Komitəsi, Dövlət Vergi Xidməti, “AzerGold” QSC, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Türkiyə və Özbəkistanın qiymətli metallar üzrə ixtisaslaşmış strukturlarının nümayəndələri və sahibkarlar iştirak ediblər.

SalamNews xəbər verir ki, tədbirdə çıxış edən İqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycanda qeyri-neft sektorunun davamlı və sürətli inkişafının dövlət başçısı tərəfindən qarşıya qoyulan əsas vəzifələrdən olduğunu vurğulayaraq, dağ-mədən sənayesinin inkişafının ölkə iqtisadiyyatının şaxələndirilməsinin mühüm istiqamətlərindən olduğunu qeyd edib, bu sahədə dəyər zəncirinin yaradılması perspektivlərini diqqətə çatdırıb. İqtisadiyyat naziri zərgərlik sənayesində islahatların aparılmasının və əlverişli coğrafi mövqeyə, müasir nəqliyyat-logistika infrastrukturuna malik Azərbaycanın bu sahədə regional mərkəzə çevrilməsinin əsas hədəflərdən biri olduğunu bildirib.

Ölkəmizdə əlvan metallar, o cümlədən qızıl hasilatı sahəsində böyük potensialı diqqətə çatdıran İqtisadiyyat naziri beynəlxalq təcrübədən geniş istifadənin, stimullaşdırıcı tədbirlərin, şəffaf tənzimləmə siyasətinin həyata keçirilməsinin zərgərlik sənayesinin inkişafında, “kölgə iqtisadiyyatı”nın daha da azalmasında əhəmiyyətli olacağını vurğulayıb.

Sonra Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev çıxış edərək, qiymətli metalların idxal-ixrac prosedurları və müvafiq gömrük qanunvericiliyi barədə məlumat verib. Zərgərlik sahəsinin inkişafı üçün dövlət-biznes dialoqunun aparılmasının, mövcud çətinliklərin müzakirəsinin önəmini vurğulayan DGK sədri ölkəmizdə zərgərlik ənənələrinin bərpası və milli sənətkarlığın inkişafı istiqamətində addımların atılımasının əhəmiyyətini diqqətə çatdırıb.

Azərbaycanın zəngin zərgərlik ənənələrinə malik olduğunu vurğulayan “AzerGold” QSC-nin sədri Zakir İbrahimov ölkəmizdə zərgərlik bazarının inkişaf etdirilməsi imkanları, həmçinin bazar iştirakçılarının rəqabətədavamlı fəaliyyətinə təsir edən amillər barədə fikirlərini bölüşüb. QSC sədri Azərbaycan qızılı və gümüşündən hazırlanan məhsulların ötən ilin fevral ayından pərakəndə satış bazarına çıxarıldığını bildirib, mövcud problemlərin həllinin bazarın şəffaflaşmasına, qeyri-neft sektorunda zərgərlik sahəsinin rolunun artmasına, ümumilikdə iqtisadi inkişafa töhfələr verəcəyini qeyd edib.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov zərgərlik bazarında fəaliyyət göstərən kiçik və orta sahibkarların fəaliyyəti, bu sahədə biznesin qarşılaşdığı məsələlərə toxunaraq, sahənin inkişafı ilə bağlı təkliflərini səsləndirib.
Tədbirdə Türkiyə Xəzinədarlıq və Maliyyə Nazirliyi “Darphane və Damğa” Mətbəəsinin Baş direktorunun müavini Ahmet Güven Pado “Əyar evlərinə lisenziyaların verilməsi, standartların müəyyənləşdirilməsi, qiymətli metalların laboratoriya təhlilləri”, “Özbəkzərgərsanoati” Assosiasiyası sədrinin müavini Nodir Mirahmedov “Özbəkistanda zərgərlik sənayesinin inkişafı, əyar nəzarətinin əhəmiyyəti”, Amerika Gemoloji İnstitutunun akkreditə olunmuş zərgəri, “RƏSM Jewellery” brendinin təsisçisi Rəsminə Qürbətova “Azərbaycan zərgərlik məmulatlarının ixrac imkanları”, Rəssamlıq Akademiyasının dosenti, Rəssamlar İttifaqının üzvü, zərgər-dizayner Şahin Əlipənahov “Zərgərlik ənənələrinin qorunub saxlanılması və inkişaf etdirilməsi” mövzularında çıxış ediblər.

Tədbir çərçivəsində zərgərlik sənayesinin gələcək inkişaf istiqamətlərinə dair müzakirələr aparılıb, bu sahədə islahatların həyata keçirilməsi üçün təkliflər planının hazırlanması üzrə işçi qrupunun yaradılması qərara alınıb.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Külli miqdarda zərgərlik məmulatının qanunsuz keçirilməsi cəhdinin qarşısı alınıb

DGK ölkədən xarici valyuta və zərgərlik məmulatının qanunsuz çıxarılmasının qarşısını alıb

Türkmən xalçaları və zərgərlik məmulatları Bakıda nümayiş olunacaq

Zərgərlik məmulatını gömrükdən gizlətmək cəhdi baş tutmayıb

Gömrükçülər külli miqdarda zərgərlik məmulatı müsadirə ediblər

İrandan Azərbaycana qızıl zərgərlik məmulatlarının keçirilməsinin qarşısı alınıb

Zərgərlik məmulatının qanunsuz yolla ölkəyə gətirilməsi cəhdinin qarşısı alınıb

Gömrükçülər tərəfindən xeyli miqdarda zərgərlik məmulatı aşkarlanıb

Külli miqdarda zərgərlik məmulatının qanunsuz yolla gətirilməsinin qarşısı alınıb

Azərbaycan gömrükçüləri külli miqdarda zərgərlik məmulatı müsadirə ediblər

Azərbaycana qanunsuz qızıl zərgərlik məmulatının keçirilməsinin qarşısı alınıb

Parisdə zərgərlik mağazası qarət olunub

Külli miqdarda zərgərlik məmulatının Azərbaycana keçirilməsinin qarşısı alınıb

Rusiya zərgərləri 1851-ci ildən sonra ilk dəfə Londonda zərgərlik stendi açıblar 

Gömrük nəzarətinə bəyan edilməyən zərgərlik məmulatı aşkarlanıb

Bakıda “Zərgərlik və incəsənət” mövzusuna həsr olunmuş sərgi keçirilib

Azərbaycana gizli yolla gətirilən külli miqdarda zərgərlik məmulatları aşkar edilib

Külli miqdarda zərgərlik məmulatını daxili orqanında gizlədən şəxs saxlanılıb - DGK

Külli miqdarda zərgərlik məmulatının gizli yolla ölkəyə gətirilməsi cəhdinin qarşısı alınıb

Zərgərlik məmulatının qanunsuz yolla Azərbaycana gətirilməsinin qarşısı alınıb

09 Aprel 2020, 18:01 (GMT +4)
DİN növbəti dəfə vətəndaşlara müraciət edib

09 Aprel 2020, 17:47 (GMT +4)
Fransada karantini pozduğuna görə 570 mindən çox insanı cərimələnib

09 Aprel 2020, 17:36 (GMT +4)
DYP karantin rejimində avtomobillərə verilən etibarnamələrin müddətinə dair məlumat yayıb

09 Aprel 2020, 17:23 (GMT +4)
BMT Baş katibi ÜST-ün ünvanına edilən tənqidlərə cavab verib

09 Aprel 2020, 17:18 (GMT +4)
Peşə təhsili üzrə teledərsin sabaha olan cədvəli açıqlanıb

09 Aprel 2020, 17:12 (GMT +4)
Təhsil Nazirliyi "Evdə Qal, Evdə Yarat" təşəbbüsünə qoşulur

09 Aprel 2020, 17:07 (GMT +4)
“Muzeylərə virtual səyahət” layihəsinin növbəti video çarxı yayımlanıb

09 Aprel 2020, 17:01 (GMT +4)
"Aşıq Şəmşir" Mədəniyyət Ocağı İctimai Birliyi növbəti aksiya keçirib

09 Aprel 2020, 16:57 (GMT +4)
Belarus Rusiyadan 2020-ci ildə qazın qiymətində endirm etməsini istəyib

09 Aprel 2020, 16:50 (GMT +4)
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə 97 milyon manat ayrılıb

09 Aprel 2020, 16:35 (GMT +4)
Agentlik: Qohum dəfninə icazə alaraq başqa məqsəd üçün evdən çıxanlar var

09 Aprel 2020, 16:32 (GMT +4)
Husilər Səudiyyənin Yəməndə müvəqqəti atəşkəs elan etməsinə münasibət bildirib

09 Aprel 2020, 16:26 (GMT +4)
Azərbaycanda koronavirusa yoluxanların sayı 926-ya, ölənlərin sayı 9-ya çatıb

09 Aprel 2020, 16:24 (GMT +4)
Azərbaycanda daha 104 nəfərdə koronavirus aşkarlanıb, 1 nəfər ölüb

09 Aprel 2020, 16:21 (GMT +4)
ABŞ ÜST-ün maliyyələşdirilməsinin həcmi məsələsinə yenidən baxır

09 Aprel 2020, 16:14 (GMT +4)
Çaylarda yaz-yay gursululuq dövründə gözlənilən sululuq açıqlanıb

09 Aprel 2020, 15:52 (GMT +4)
Pakistan Hindistanla sərhəddə qarşı tərəfin bir PUA-sını vurduğunu bildirib

09 Aprel 2020, 15:44 (GMT +4)
Bakıda gizli şəkildə fəliyyət göstərən kafe aşkarlanıb

09 Aprel 2020, 15:41 (GMT +4)
CNN: Berni Sanders ABŞ prezidentliyinə namizədlikdən vaz keçib

09 Aprel 2020, 15:17 (GMT +4)
Tramp: Ölkə koronavirusla bağlı vəziyyətin normala dönməyə başladığı ana yaxınlaşıb

09 Aprel 2020, 15:01 (GMT +4)
Nazirlik: Daha üç rayon üzrə pensiyalar hesablara köçürülüb

09 Aprel 2020, 14:48 (GMT +4)
AB üzv ölkələrə Şengen bölgəsinə giriş qadağalarını uzatmağa çağırıb

09 Aprel 2020, 14:48 (GMT +4)
İranda koronavirusdan ölənlərin sayı 4 mini keçib

09 Aprel 2020, 14:31 (GMT +4)
“Azərişıq” abunəçilərə yeni onlayn xidmətlər göstərir (VİDEO)

09 Aprel 2020, 14:17 (GMT +4)
"Brent" markalı neftin qiyməti artıb

09 Aprel 2020, 14:07 (GMT +4)
ƏƏSMN: Son günlərdə 13 minədək tənha yaşlıya ərzaq yardımı edilib

09 Aprel 2020, 13:51 (GMT +4)
"Kapital Bank" biznesə başlamaq istəyən şəxslərə dəstək göstərib 

09 Aprel 2020, 13:42 (GMT +4)
İsraildə koronavirusa yoluxanların sayı 10 minə yaxınlaşıb

09 Aprel 2020, 13:41 (GMT +4)
Serbiya prezidentinin oğlu koronavirusa yoluxub

09 Aprel 2020, 13:22 (GMT +4)
Nuran Abdullayev: Hər bir Azərbaycan vətəndaşı virusla mübarizədə dəstək olmalıdır

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66