Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » HADİSƏLƏR

Bakıda məcburi köçkünlərin məskunlaşdığı yataqxanada yanğın olub

18 Fevral 2020, 17:42 (GMT +4)

Bakı, 18 fevral, SalamNews. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Bakının iki rayonunda məcburi köçkünlərin məskunlaşdığı tikilidə və yataqxanada baş verən yanğınla bağlı məlumat yayıb.

Dövlət Komitəsinin Mətbuat xidmətindən SalamNews-a bildirilib ki, fevralın 18-də Bakı şəhərinin Xəzər rayonunun Buzovna qəsəbəsində məcburi köçkünlərin məskunlaşdığı birmərtəbəli taxta konstruksiyalardan ibarət tikilidə və Neft-Energetika Kollecinin Sabunçu rayonunda, Bakıxanov qəsəbəsində yerləşən yataqxanasının üçüncü mərtəbəsində yanğın baş verib:

"Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələri tərəfindən yanğın söndürülüb.

Yanğın barədə məlumat daxil olduqdan dərhal sonra Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri hadisə yerinə yollanıblar. İlkin araşdırma nəticəsində Xəzər rayonunun Buzovna qəsəbəsində yerləşən tikilidə 7 məcburi köçkün ailəsinin müvəqqəti məskunlaşdığı müəyyən edilib. Onlardan 3-ü Laçın, 4-ü Xocalı rayonundan məcburi köçkündür.

Bakı şəhərində Dövlət Komitəsinin balansında olan xüsusi təyinatlı yaşayış sahələrində hazırda boş mənzil olmadığı üçün həmin ailələrə regionlarda mənzil təklif edilib. Eyni zamanda yanğın baş vermiş tikilidə təmir-bərpa işlərinin aparılmasının və zərərçəkmiş ailələrin yenidən, müvəqqəti olaraq, burada yerləşdirilməsinin mümkünlüyü onların nəzərinə çatdırılıb.

Neft-Energetika Kollecinin Sabunçu rayonunda, Bakıxanov qəsəbəsində yerləşən yataqxanasının üçüncü mərtəbəsində baş vermiş yanğın zamanı Ağdam rayonunun Abdal kəndindən məcburi köçkün Elşən Xəlilovun yaşayış sahəsinə ziyan dəyib. Digər yaşayış sahələri yanğından mühafizə olunub.

Dövlət Komitəsinin nümayəndələri hadisə yerində olub, yaşayış sahəsinə baxış keçiriblər. Burada qısa müddətdə təmir-bərpa işlərinin aparılması qərara alınıb.

Hər iki yanğının başvermə səbəbləri Fövqəladə Hallar Nazirliyi tərəfindən araşdırılır, dəymiş ziyan müəyyənləşdirilir. FHN-nin araşdırmasından sonra yekun rəy veriləcək, onun əsasında müvafiq hüquqi addımlar atılacaqdır".


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

"Qaçqınkom", "Azərişıq" və "Azəriqaz" 2500-dən çox ailəni sevindirib (FOTOLAR)

"Qaçqınkom": Avropa Məhkəməsi Ermənistana qarşı təsirli tədbirlər görməlidir

“Qaçqınkom”un iki sektor müdiri cəzalandırılıb

"Qaçqınkom"da Ağdamın işğal günü ilə bağlı tədbir keçirilib

"Qaçqınkom" sosial şəbəkədə yayılanlara rəsmi aydınlıq gətirib

"Qaçqınkom" bəzi KİV-lərdə yayılan məlumatlara rəsmi aydınlıq gətirib

"Qaçqınkom"un sədri məcburi köçkünləri qəbul edib

"Qaçqınkom" Cocuq Mərcanlıda şagirdlərə məktəbli forması paylayıb

Polis “Qaçqınkom”un qarşısında yolu kəsmək istəyən şəxsi saxlayıb

"Qaçqınkom"da məcburi köçkünlərin qəbulu keçirilib

"Qaçqınkom"da məcburi köçkünlərin qəbulu keçirilib

"Qaçqınkom"da Şuşanın işğalının 26-cı ildönümü ilə bağlı tədbir keçirilib

"Qaçqınkom"un yeni sədri kollektivə təqdim olunub

Rövşən Rzayev “Qaçqınkom”a sədr təyin olunub

03 Aprel 2020, 09:14 (GMT +4)
İraq hökuməti Reuters-in bu ölkədəki fəaliyyətini dayandırıb

03 Aprel 2020, 09:00 (GMT +4)
Bakı sakinlərinin ərzaq məhsulları xərci 7% artıb

02 Aprel 2020, 21:30 (GMT +4)
Ülvi Mehdiyev: Vətəndaşlar SMS sisteminə bilərəkdən yanlış məlumatlar verməməlidir

02 Aprel 2020, 21:01 (GMT +4)
Qərargah: Yalan məlumat verib küçəyə çıxanlar cəzalandırılacaq

02 Aprel 2020, 20:17 (GMT +4)
Aprelin 5-dən Azərbaycanda hərəkətə məhdudiyyət qoyulur

02 Aprel 2020, 19:00 (GMT +4)
Nazirlik: Evlərində sosial xidmətlərlə təmin olunanların sayı 12 minə çatıb

02 Aprel 2020, 18:30 (GMT +4)
Bakıda ticarət mərkəzləri və bazarlar dezinfeksiya edilir (FOTOLAR)

02 Aprel 2020, 18:15 (GMT +4)
Sabiq icra başçısı yeni vəzifəyə təyin edilib

02 Aprel 2020, 18:00 (GMT +4)
Bəhram Bağırzadənin təqdimatında müsabiqə keçiriləcək

02 Aprel 2020, 17:51 (GMT +4)
Vüsal Kərimli: Dövlətin məqsədi vətəndaşı maksimum təhlükədən qorumaqdır

02 Aprel 2020, 17:50 (GMT +4)
Sobyanin karantinin pozulmasına görə cərimələrin məbləğini təsdiqləyib

02 Aprel 2020, 17:44 (GMT +4)
“Regional İnkişaf” İctimai Birliyi və BDU birgə sosial aksiya keçirib

02 Aprel 2020, 17:38 (GMT +4)
Liviyada bir hərbi təyyarə vurulub, pilotlar ölüb

02 Aprel 2020, 17:36 (GMT +4)
Təhsil Nazirliyinin saytı ən çox ziyarət olunan sayt olub

02 Aprel 2020, 17:21 (GMT +4)
Taylandda at vəbası yayılıb

02 Aprel 2020, 17:19 (GMT +4)
“AtaBank” koronavirusla mübarizəyə dəstək olub

02 Aprel 2020, 17:19 (GMT +4)
DİM: Təxirə salınan imtahanların qrafiki Operativ Qərargahın qərarlarına uyğun olaraq müəyyən ediləcək

02 Aprel 2020, 17:00 (GMT +4)
Neftçalanın icra başçısı şəhidlərin məzarını ziyarət edib

02 Aprel 2020, 16:55 (GMT +4)
2020-ci ilin I rübündə Texniki Şuralara 519 müraciət daxil olub

02 Aprel 2020, 16:55 (GMT +4)
Səudiyyə Ərəbistanı Məkkə və Mədinədə komendant saatı tətbiq edib

02 Aprel 2020, 16:54 (GMT +4)
Baş nazir: İtaliya hələ karantinin zəiflədilməsi barədə danışa bilməz

02 Aprel 2020, 16:48 (GMT +4)
DİN: “WhatsApp”da əhalini təşvişə salan məlumatlar yayan şəxs həbs edilib

02 Aprel 2020, 16:24 (GMT +4)
İsrailin Baş naziri karantinə yerləşdirilib

02 Aprel 2020, 16:20 (GMT +4)
TƏBİB: Maska məsələsi ən çox bizi narahat edir

02 Aprel 2020, 16:00 (GMT +4)
Oğuzda qanunsuz ağac kəsən şəxsin işi prokurorluğa göndərilib

02 Aprel 2020, 15:44 (GMT +4)
Putin Rusiya xalqına müraciət edəcək

02 Aprel 2020, 15:32 (GMT +4)
Qasim Süleymaninin xələfi Bağdada ilk səfərini edib - KİV

02 Aprel 2020, 15:26 (GMT +4)
Əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri artıb

02 Aprel 2020, 15:00 (GMT +4)
AMADA-nın rəhbəri daha bir vəzifəyə seçilib

02 Aprel 2020, 14:58 (GMT +4)
Azərbaycan vətəndaşlarının bir qismi Yekaterinburqdan xüsusi reyslə gətiriləcək

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66