Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

UFAZ ActInSpace beynəlxalq müsabiqəsinə ev sahibliyi edəcək

18 Fevral 2020, 17:57 (GMT +4)

Bakı, 18 fevral, SalamNews. Azərbaycan-Fransız Universiteti (UFAZ) 24 və 25 aprel tarixlərində, artıq ikinci ildir ki, kosmik proqramlara həsr edilmiş beynəlxalq nüfuza malik olan ActInSpace beynəlxalq innovasiya müsabiqəsinə ev sahibliyi edəcək.

24 saat davam edəcək hakatonda komandalar CNES (Milli Kosmik Tədqiqatlar Mərkəzi), ESA (Avropa Kosmik Agentliyi) əməkdaşları və tərəfdaşlar tərəfindən verilən tapşırıqları həll etməlidirlər. Mentorlar və texniki mütəxəssislər müsabiqə müddəti ərzində komandalara tapşırıqların həllində məsləhət verə bilərlər.

Uğurlu nəticə göstərəcək ilk iki komanda Azərbaycanı beynəlxalq final mərhələsində təmsil etmək üçün Fransanın Tuluz şəhərinə yola düşəcək. Tuluzda qalib olan komandanın nümayəndələri avropalı astronavtlarının xüsusi təchiz olunmuş təyyarələrində ZeroG (çəkisizlik şəraitində) uçuş imkanı əldə edəcək. Qeydiyyat fevralın 29-dan etibarən başlayacaq və ilk 150 iştirakçı seçiləcək.

Komandalar 2-5 nəfərdən ibarət ola bilər və layihəni eyni anda 2 istiqamət üzrə təqdim edə bilər. İstiqamətlər haqqında məlumatı actinspace.org keçidinə daxil olaraq əldə edə bilərsiniz. Qeyd edək ki, Azərbaycanda UFAZ tərəfindən təşkil olunan müsabiqəyə Azərkosmos ASC və “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzi sponsorluq edir.

Müsabiqə eyni vaxtda dünyanın 54 ölkəsinin 89 şəhərində keçiriləcək. ActInSpace 2014-cü ildən etibarən CNES-in təşəbbüsü ilə həyata keçirilib və 2016-cı ildən ESA tərəfindən dəstəklənir. Müsabiqənin məqsədi kosmik sektorun sosial-iqtisadi potensialını nümayiş etdirərək gənc nəsli sahibkarlığa təşviq etməkdir.

İlk dəfə 2018-ci il mayın 26-da keçirilən ActInSpace müsabiqəsində UFAZ-ın “Sooners” komandası Azərbaycan üzrə birinci yerin, “Tensor Science” komandası isə ikinci yerin qalibi olublar.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

UFAZ-ın magistratura proqramına qəbul başlayıb

Ötən il UFAZ tələbələri üçün nailiyyətlərlə zəngin il olub

UFAZ tələbələri NASA Space Apps Azerbaijan 2019 hakatonunun qalibi olub

UFAZ-da mediatur təşkil olunub

UFAZ-a qəbul imtahanının nəticələri açıqlanıb

İyulun 25-də UFAZ-a qəbul imtahanı keçiriləcək

UFAZ-ın icraçı direktoru Fransa parlamentinin medalı ilə təltif olunub

UFAZ-da “Açıq qapı” günü keçiriləcək

UFAZ tələbələrinə Strasburq Universitetinin tələbə biletləri təqdim edilib

Prezident İlham Əliyev UFAZ layihəsinin həyata keçirilməsi barədə sərəncam imzalayıb

03 Aprel 2020, 10:00 (GMT +4)
Nazirlər Kabineti yanında Operativ Qərargahın iclası keçirilib

03 Aprel 2020, 09:52 (GMT +4)
KİV: Kristiano Ronaldo 1 milyard dollar qazanan ilk futbolçu olacaq

03 Aprel 2020, 09:50 (GMT +4)
AMB aprelin 3-də xarici valyutaların manata qarşı məzənnələrini açıqlayıb

03 Aprel 2020, 09:44 (GMT +4)
Fələstində fövqəladə vəziyyətin müddəti bir aylıq artırılıb

03 Aprel 2020, 09:40 (GMT +4)
ÜST: Ötən gün dünyada 5 min nəfər koronavirusdan ölüb

03 Aprel 2020, 09:25 (GMT +4)
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 25 dəfə pozub

03 Aprel 2020, 09:20 (GMT +4)
Tramp Rusiyadan gələn tibbi yardımı "Putinin gözəl jesti" adlandırıb

03 Aprel 2020, 09:14 (GMT +4)
İraq hökuməti Reuters-in ölkədə fəaliyyətini dayandırıb

03 Aprel 2020, 09:00 (GMT +4)
Bakı sakinlərinin ərzaq məhsulları xərci 7% artıb

02 Aprel 2020, 21:30 (GMT +4)
Ülvi Mehdiyev: Vətəndaşlar SMS sisteminə bilərəkdən yanlış məlumatlar verməməlidir

02 Aprel 2020, 21:01 (GMT +4)
Qərargah: Yalan məlumat verib küçəyə çıxanlar cəzalandırılacaq

02 Aprel 2020, 20:17 (GMT +4)
Aprelin 5-dən Azərbaycanda hərəkətə məhdudiyyət qoyulur

02 Aprel 2020, 19:00 (GMT +4)
Nazirlik: Evlərində sosial xidmətlərlə təmin olunanların sayı 12 minə çatıb

02 Aprel 2020, 18:30 (GMT +4)
Bakıda ticarət mərkəzləri və bazarlar dezinfeksiya edilir (FOTOLAR)

02 Aprel 2020, 18:15 (GMT +4)
Sabiq icra başçısı yeni vəzifəyə təyin edilib

02 Aprel 2020, 18:00 (GMT +4)
Bəhram Bağırzadənin təqdimatında müsabiqə keçiriləcək

02 Aprel 2020, 17:51 (GMT +4)
Vüsal Kərimli: Dövlətin məqsədi vətəndaşı maksimum təhlükədən qorumaqdır

02 Aprel 2020, 17:50 (GMT +4)
Sobyanin karantinin pozulmasına görə cərimələrin məbləğini təsdiqləyib

02 Aprel 2020, 17:44 (GMT +4)
“Regional İnkişaf” İctimai Birliyi və BDU birgə sosial aksiya keçirib

02 Aprel 2020, 17:38 (GMT +4)
Liviyada bir hərbi təyyarə vurulub, pilotlar ölüb

02 Aprel 2020, 17:36 (GMT +4)
Təhsil Nazirliyinin saytı ən çox ziyarət olunan sayt olub

02 Aprel 2020, 17:21 (GMT +4)
Taylandda at vəbası yayılıb

02 Aprel 2020, 17:19 (GMT +4)
“AtaBank” koronavirusla mübarizəyə dəstək olub

02 Aprel 2020, 17:19 (GMT +4)
DİM: Təxirə salınan imtahanların qrafiki Operativ Qərargahın qərarlarına uyğun olaraq müəyyən ediləcək

02 Aprel 2020, 17:00 (GMT +4)
Neftçalanın icra başçısı şəhidlərin məzarını ziyarət edib

02 Aprel 2020, 16:55 (GMT +4)
2020-ci ilin I rübündə Texniki Şuralara 519 müraciət daxil olub

02 Aprel 2020, 16:55 (GMT +4)
Səudiyyə Ərəbistanı Məkkə və Mədinədə komendant saatı tətbiq edib

02 Aprel 2020, 16:54 (GMT +4)
Baş nazir: İtaliya hələ karantinin zəiflədilməsi barədə danışa bilməz

02 Aprel 2020, 16:48 (GMT +4)
DİN: “WhatsApp”da əhalini təşvişə salan məlumatlar yayan şəxs həbs edilib

02 Aprel 2020, 16:24 (GMT +4)
İsrailin Baş naziri karantinə yerləşdirilib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66