Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İDMAN

Bakıda "AVRO 2020: KOB-lar üçün perspektivlər" mövzusunda tədbir keçirilib

19 Fevral 2020, 11:00 (GMT +4)

Bakı, 19 fevral, SalamNews.Bakı Biznes Mərkəzində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və AFFA-nın təşkilatçılığı ilə "AVRO 2020: KOB-lar üçün perspektivlər" mövzusunda tədbir keçirilib.

SalamNews-un məlumatına görə, KOBİA-nın icraçı direktoru Orxan Məmmədov futboldan necə gəlir etməyin mümkünlüyünü müzakirə edəcəklərini bildirib. O deyib ki, artıq ölkədə bir neçə böyük idman qurğusu var və nüfuzlu beynəlxalq yarışlar keçirilib. O.Məmmədov çempionat qarşılaşmalarının yüksək səviyyədə təşkil olunacağına inam ifadə edib.

Bakıya Türkiyə kimi böyük azarkeş kütləsinə malik yığma ilə birgə çılğınlığı ilə tanınan Uels və çoxlu sayda İsveçrə fanatının gələcəyini söyləyən KOBİA rəhbəri Dənizkənarı Parkda fan-zonaların qurulacağını diqqətə çatdırıb: "Kiçik və orta biznes subyektləri orada ictimai iaşə müəssisələrini UEFA standartlarına uyğun qura və öz məhsullarını təqdim edə bilərlər. Qrup mərhələsinin oyunları 13 - 21 iyunda olacaq. Ümid edirəm ki, fan-zonalar daha tez açılacaq. Eyni zamanda Bakı Olimpiya Stadionu ətrafında da belə imkanlar yaradıla bilər. AFFA-ya çağırışımızı müsbət cavablandırdığı üçün minnətdaram".

AFFA-nın icraçı vitse-prezidenti və baş katibi Elxan Məmmədov Bakının dövlət dəstəyi ilə AVRO-2020-nin ev oyunlarına ev sahibliyi edəcəyini vurğulayıb. O, ev sahibliyi etməklə təkcə Azərbaycanı yox, bütöv bölgəni təmsil etdiklərini söyləyib: "Bu, bizim üçün məsuliyyət, siz sahibkarlar üçün isə fürsətdir. Ötən il Avropa Liqasının final oyunu ilə əlaqədar xaricdən 38 min nəfər gəlib. İndi isə azı 3 dəfə çox qonağın gələcəyinə əminəm. Sizi bu fürsətdən yararlanmağa çağırıram".

AVRO-2020-nin Bakı şəhəri üzrə layihə koordinatoru Kamran Vəliyev çempionat qarşılaşmaları ilə bağlı ətraflı məlumat verib.

Qeyd edək ki, AVRO-2020-nin təqviminə əsasən, iyunun 13-də Bakı Olimpiya Stadionunda A qrupunun Uels - İsveçrə oyunu keçiriləcək. İyunun 17-də Türkiyə - Uels, iyunun 21-də isə İsveçrə - Türkiyə matçları Azərbaycan paytaxtında təşkil olunacaq. Bundan başqa, iyulun 4-də 1/4 final mərhələsinin bir oyunu Bakıda gerçəkləşəcək. Uelslilər iyunun 21-də Romada İtaliya ilə qarşılaşacaqlar.

AVRO-2020-nin açılış matçında İtaliya və Türkiyə milliləri Romadakı “Olimpiko” stadionunda üz-üzə gələcəklər.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

“Avro 2020”: Bakı Könüllülər Proqramının səfiri müəyyənləşib

UEFA “Avro 2020”nin final mərhələsinə biletlərin qiymətini açıqlayıb

10 Aprel 2020, 15:45 (GMT +4)
9108 Çağrı Mərkəzi gücləndirilmiş rejimdə fəaliyyət göstərir (FOTO)

10 Aprel 2020, 15:44 (GMT +4)
Rusiyada daha 97 koronavirus xəstəsi sağalıb 

10 Aprel 2020, 15:43 (GMT +4)
Əfqanıstanda koronavirusa yoluxanların sayı artıb, Taliban da qabaqlayıcı tədbirlərə başlayıb

10 Aprel 2020, 15:26 (GMT +4)
Ötən gün Bakıda avtobusla 424 mindən çox sərnişin daşınıb (STATİSTİKA)

10 Aprel 2020, 15:23 (GMT +4)
Tacikistan xarici vətəndaşlar üçün sərhədi bağlayıb

10 Aprel 2020, 15:17 (GMT +4)
Bakıda evdən oğurluq edən şəxs tutulub

10 Aprel 2020, 15:00 (GMT +4)
Azercell “Abunəçi bilgilərinin dəqiqləşdirilməsi” xidmətini təmənnasız təqdim edir

10 Aprel 2020, 14:57 (GMT +4)
Tramp: ABŞ-da koronavirusun yayılması pik həddə çatıb

10 Aprel 2020, 14:48 (GMT +4)
KOBİA sosial təşəbbüsə qoşulub (FOTO)

10 Aprel 2020, 14:41 (GMT +4)
Səbaildə vətəndaşların maarifləndirilməsi ilə bağlı nəzarət gücləndirilib

10 Aprel 2020, 14:25 (GMT +4)
Rusiyada koronavirusa yoluxma hallarının sayı 12 minə çatıb

10 Aprel 2020, 14:24 (GMT +4)
İranda koronavirusa yoluxanlardan yarıdan çoxu sağalıb

10 Aprel 2020, 14:19 (GMT +4)
Azərbaycan “Quru limanlar haqqında” Hökumətlərarası Sazişə qoşulub

10 Aprel 2020, 14:14 (GMT +4)
Formula 1 Azərbaycan Qran-Prisinin könüllüləri “Könüllü qonşu” aksiyasına qoşulublar

10 Aprel 2020, 13:56 (GMT +4)
“Naxçıvan” Əlahiddə Əməliyyat Briqadasının yaradılmasının 25 ili tamam olur

10 Aprel 2020, 13:47 (GMT +4)
Səudiyyə OPEK+ ölkələrinin tarixi razılaşmasının ilk maneəsini açıqlayıb

10 Aprel 2020, 13:30 (GMT +4)
BDU-da tədrisin məsafədən təşkili uğurla davam etdirilir

10 Aprel 2020, 13:16 (GMT +4)
Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

10 Aprel 2020, 13:10 (GMT +4)
ÜST rəhbəri hesabat üçün ABŞ Senatına çağrılıb

10 Aprel 2020, 13:01 (GMT +4)
“Kapital Bank” POS-terminallar üzrə xidmət haqqını ləğv edib

10 Aprel 2020, 12:49 (GMT +4)
İran koronavirusla bağlı sosial təcrid və izolyasiyaya elektron şəkildə nəzarəti bərpa edəcək

10 Aprel 2020, 12:46 (GMT +4)
Putin DİN və Rusiya qvardiyasına koronavirusla bağlı təlimat verib

10 Aprel 2020, 12:37 (GMT +4)
Kreml Putinin Tramp və Salmanla söhbətinin təfərrüatlarını açıqlayıb

10 Aprel 2020, 12:26 (GMT +4)
Zaqatalada karantin rejimini pozan şəxsdə narkotik vasitə aşkarlanıb

10 Aprel 2020, 12:18 (GMT +4)
OPEK+ ölkələrindən neft hasilatını azaltmayan ölkələrin adı açıqlanıb

10 Aprel 2020, 12:11 (GMT +4)
Dünyada koronavirusa yoluxanların sayı 1,6 milyonu keçib

10 Aprel 2020, 12:00 (GMT +4)
Azərbaycan Ordusu MiQ-29 və Su-25 təyyarələri ilə təlim keçirib (FOTO, VİDEO)

10 Aprel 2020, 11:46 (GMT +4)
Trampın reytinqi rekord səviyyəyə çatıb

10 Aprel 2020, 11:30 (GMT +4)
Masallıda dövlət qurumunun saxta vəsiqəsini hazırlayan şəxs saxlanılıb

10 Aprel 2020, 11:21 (GMT +4)
Çad Ordusunun əməliyyatı zamanı 52 əsgər və mindən artıq silahlı ölüb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66