Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

“Avro-2020”nin oyunları KOB-lar üçün perspektiv imkanlar yaradacaq

19 Fevral 2020, 16:56 (GMT +4)

Bakı, 19 fevral, SalamNews.“Avro-2020”nin Bakıda keçiriləcək oyunları kiçik və orta sahibkarlıq (KOB) subyektləri üçün perspektiv imkanlar yaradacaq. KOB-lara dəstək məqsədilə “Avro-2020”nin Bakıda təşkil olunacaq “Fan Zona”sında və stadionətrafı məkanlarda KOB-lar tərəfindən istehsal olunan məhsulların satışı təşkil olunacaq. Bu məqsədlə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) birgə əməkdaşlıq edəcək.

SalamNews xəbər verir ki, fevralın 19-da KOBİA və AFFA-nın təşkilatçılığı, 150-dək KOB subyektinin iştirakı ilə təşkil olunmuş “Avro-2020: KOB-lar üçün perspektivlər” mövzusunda tədbirdə “Avropa Çempionatı-2020” kimi nüfuzlu tədbirlərdən KOB subyektlərinin faydalanması, satış imkanlarını genişləndirməsi barədə məlumat verilib, sahibkarları maraqlandıran suallar cavablandırılıb.

KOBİA-nın idarə heyətinin sədri Orxan Məmmədov bu il Azərbaycanın ev sahibliyi edəcəyi “Avro-2020” oyunlarının ölkəmizdə idmanın, xüsusilə futbolun inkişafına öz töhfəsini verməklə yanaşı, KOB subyektlərinin məhsullarının satışına da əlverişli imkan yaradacağını qeyd edib. Vurğulanıb ki, KOBİA və AFFA-nın birgə əməkdaşlığı çərçivəsində oyunların keçiriləcəyi müvafiq ərazidə KOB-ların məhsullarının satışına dəstək məqsədilə xüsusi stendlər qurulacaq. Burada KOB-lar tərəfindən istehsal olunan müxtəlif qida məhsullarının, suvenir, hədiyyə, geyimlərin və sair satışı nəzərdə tutulur. Bu əməkdaşlıq, həmçinin Azərbaycan məhsullarının tanıdılması, yerli və xarici futbol azarkeşlərinin və şəhərimizin qonaqlarının oyunlar zamanı müxtəlif xidmətlərdən (alış-veriş, qidalanma və sair) istifadəsinə əlverişli imkan yaradacaq.
AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov “Avro-2020” çərçivəsində Bakıda keçiriləcək oyunlar barədə məlumat verib, oyunların ölkəmizdə keçirilməsinin idmanla yanaşı, turizm və sahibkarlığın inkişafı üçün də əhəmiyyətli olduğunu diqqətə çatdırıb.

Tədbir çərçivəsində “Avro-2020 və biznes imkanları”na dair təqdimat keçirilib, KOBİA-nın fəaliyyətinə dair film nümayiş olunub.

Sonra KOBİA və AFFA arasında “Avro-2020” çərçivəsində ölkəmizdə keçiriləcək oyunlar zamanı KOB-lara dəstəyə dair memorandum imzalanıb. Sənədi KOBİA-nın idarə heyətinin sədri Orxan Məmmədov və AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov imzalayıblar.

 


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

AVRO-2020 təxirə salınıb

Avro-2020: Bakıya işgüzar səfər başlayıb

AFFA-nın Hakimlər Komitəsinin sədri AVRO-2020-nin oyununa təyinat alıb

“Avro-2020”nin seçmə mərhələsində növbəti oyunlar keçirilib

Arif Rəhimov: “Avro-2020” və Formula 1 yarışlarının eyni vaxta salınması əla olardı

AVRO-2020-nin seçmə mərhələsində Azərbaycanın rəqibləri məlum olub

“Avro-2020”-nin dörd oyununa ev sahibliyi edəcək Bakının loqosu təqdim olunub (FOTO)

Bakıda “Avro-2020”nin loqosunun təqdimatı olacaq

"Avro-2020"-nin oyunlarının Bakıda keçirilməsi üzrə Təşkilat Komitəsi yaradılıb

07 Aprel 2020, 22:40 (GMT +4)
Heydər Əliyev Mərkəzi İrana dəstək olub (VİDEO)

07 Aprel 2020, 21:33 (GMT +4)
Ceyhun Məmmədov: İlk zərbəni öz üzərinə gömrükçülər götürdü (MÜSAHİBƏ)

07 Aprel 2020, 20:28 (GMT +4)
Son 10 gün ərzində əmək müqavilələrinin sayında ciddi artım qeydə alınıb

07 Aprel 2020, 20:02 (GMT +4)
Nazir Sahil Babayev jurnalistlərə müraciət edib

07 Aprel 2020, 18:36 (GMT +4)
Nazir: Karantin müddəti uzansa, birdəfəlik ödəmə növbəti aylarda da veriləcək

07 Aprel 2020, 18:06 (GMT +4)
Koronavirusla bağlı modul tipli 6 xəstəxana quraşdırılır - SƏRƏNCAM

07 Aprel 2020, 18:02 (GMT +4)
Əmək müqaviləsiz işləyənlərin sosial təminatı ilə bağlı tapşırıq verilib

07 Aprel 2020, 17:56 (GMT +4)
Lukaşenko pandemiyanı Belarusun gələcək mövcudluğu ilə əlaqələndirib

07 Aprel 2020, 17:54 (GMT +4)
Səudiyyə koalisiyası Yəmən paytaxtı və ətraf əyalətlərə 14 hava zərbəsi endirib

07 Aprel 2020, 17:47 (GMT +4)
Əbuzər İbrahimi Türkmən koronavirusla bağlı dünyanın dini liderlərinə müraicət edib

07 Aprel 2020, 17:35 (GMT +4)
Lukaşenko karantinin tətbiqi ehtimalı barədə danışıb: nə yeyəcəyik?

07 Aprel 2020, 17:25 (GMT +4)
İcazə sistemi ilə bağlı 2 yeni funksiya yaradılıb

07 Aprel 2020, 17:21 (GMT +4)
BNA-nın “Gəlin bir bayraq altında birləşək” aksiyasına DOST Agentliyi də qoşulub

07 Aprel 2020, 17:03 (GMT +4)
Azərbaycanda koronavirusa görə 53 300 test aparılıb

07 Aprel 2020, 16:51 (GMT +4)
Lukaşenko Belarusiyada COVID-19 diaqnozu ilə  xəstəxanaya yerləşdirilənlərin sayını açıqlayıb

07 Aprel 2020, 16:46 (GMT +4)
Trampın sədəqəsinə ehtiyacımız yoxdur, Onun özü koronavirusa görə digərlərinə möhtacdır – Cavad Zərif

07 Aprel 2020, 16:41 (GMT +4)
Pentaqon koronavirus peyvəndinin sınaqlarına başlayıb

07 Aprel 2020, 16:20 (GMT +4)
Azərbaycanda 717 nəfər koronavirusa yoluxub, onlardan 8-i ölüb

07 Aprel 2020, 16:12 (GMT +4)
Peskov Putinin koronavirusa görə vaxtaşarı testdən keçdiyini açıqlayıb  

07 Aprel 2020, 16:10 (GMT +4)
Çin Azərbaycana tibbi humanitar yardım göndərib

07 Aprel 2020, 16:10 (GMT +4)
Koronavirus Azərbaycanda: Daha 76 nəfərdə koronavirus aşkarlanıb

07 Aprel 2020, 16:00 (GMT +4)
“Caspian European Club” “Online business training”in təşkilinə başlayıb

07 Aprel 2020, 15:48 (GMT +4)
Fələstində koronavirusa yoluxanların sayı 260-a çatıb

07 Aprel 2020, 15:43 (GMT +4)
Bakının daha bir küçəsində yenidənqurma işləri yekunlaşır

07 Aprel 2020, 15:20 (GMT +4)
Yaponiyanın yeddi prefekturasında fövqəladə rejim elan edilib

07 Aprel 2020, 15:12 (GMT +4)
Balakəndə civə satışı ilə məşğul olan şəxslər saxlanılıb

07 Aprel 2020, 14:48 (GMT +4)
YAP: Əfv sərəncamlarının imzalanması dövlətin öz vətəndaşlarına verdiyi dəyərin bariz nümunəsidir

07 Aprel 2020, 14:40 (GMT +4)
İranda koronavirusa yoluxanlardan 27 mini sağalıb

07 Aprel 2020, 14:38 (GMT +4)
Lukaşenko: Belarus neft oyunlarından asılı olmamalıdır

07 Aprel 2020, 14:36 (GMT +4)
Azərbaycanda tibbi maska istehsalına başlanıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66