Kanadada 200 avtomobil toqquşub, 60 nəfər xəsarət alıb20 Fevral 2020, 10:30 (GMT +4) Bakı, 20 fevral, SalamNews. Kanadanın Monreal şəhərində 200 avtomobilin iştirakı ilə baş verən yol qəzalarında 60 nəfər xəsarət alıb.
SalamNews bu barədə RİA Novosti-yə istinadən xəbər verir.
"Monrealda onlarla avtomobilin iştirak etdiyi böyük qəzada 60-a yaxın insan xəsarət alıb. İnsanları hələ də avtomobillərdən çıxarırlar. Cənub sahilindəki 15 nömrəli magistral yolu hər iki istiqamətdə bağlıdır", CBC-nin Twitter səhifəsində məlumat verilir.
|