Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

Yol polisi məktəbliləri maarifləndirir

20 Fevral 2020, 09:47 (GMT +4)

Bakı, 20 fevral, SalamNews.Humanitar Fənlər Təmayüllü məktəb-liseyində Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin dəstəyi ilə Azərbaycanda, yol hərəkətinin təhlükəsizliyinə dair dövlət proqramı çərçivəsində orta məktəb şagirdləri arasında yol hərəkəti qaydaları, təhlükəsizlik mövzusunda Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin rəisi Rəşid Piriyevin təşəbbüsü ilə tədbir təşkil edilib.

SalamNews xəbər verir ki, tədbirdə Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov, Daxili İşlər Nazirliyi və Xətai Rayon Polis İdarəsindən nümayəndələr, kütləvi informasiya vasitələri, məktəb-liseyinin müəllim və şagird kollektivi iştirak edib.

Tədbirin aparılması Təhsil Nazirliyinin 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin şöbə müdürü Fəridə Süleymanova həvalə edilib. Şagirdlər komandalar quraraq yarışıblar, onlara ünvanlanan suallarla yol hərəkəti haqqında biliklərini nümayiş etdirib və komandalar arasında müxtəlif yol hərəkəti qaydalarından ibarət maarifləndirici oyunlar oynayıblar.

Tədbirin yekununda qalib gələn komandalara BŞDYPİ-nin rəisi Rəşid Piriyevin imzası ilə təsdiqlədiyi təşəkkürnamələr, kubok və “İnci” şirkətinin məhsulları olan məktəb ləvazimatları hədiyyə kimi təqdim edilib. Əlavə olaraq zalda əyləşən şagirdlərdən ibarət tədbir iştirakçılarına da suallar ünvanlanıb və mükafatlandırılıblar.

Fəridə Süleymanova sonda Polkovniki və qonaqları səhnəyə dəvət edib. Səhnədə polis polkovniki Vaqif Əsədov, məktəb direktoru Nəzakət xanım, YPX.AZ media şirkətinin rəhbəri Səməndər Niftəliyev, avto ekspert Elməddin Muradlı və digər qonaqlar çıxış ediblər. Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov tədbir haqqında məlumat verərək bildirib:

“Ümumiyyətlə Dövlət Yol Polisi əməkdaşları gündəlik inzibati tənbeh tədbirlərinin görülməsinə, profilaktik tədbirlərin keçirilməsinə, təbliğat işlərinin aparılmasına önəm verir. Əlbəttə ki, yol polisi olaraq fəaliyyətimizi bir neçə istiqamətdə aparırıq. Əvvəl hərəkətin təşkil edilməsi, daha sonra mərhələ təbliğatın aparılması, xidmət apardığımız ərazidə yol hərəkəti qaydalarını pozanlara inzibati tənbeh tədbirləri görməkdir ki, yol hərəkəti hadisələri sayının azalmasıdır.

Bugünkü tədbirimizin məqsədi təbliğat işinin gücləndirilməsinə yönəlik olduğunu deməklə yanılmaram və məlumat üçün bildirim ki, 2019-2023-cü illər üçün yol hərəkətinin təhlükəsizliyinə dair dövlət proqramı qəbul edilib ki, qəza hadisələri sayının aşağı düşməsində, xüsusilə məktəbli, azyaşlı uşaqların həyat və sağlamlığının qorunmasında təbliğat işlərinin gücləndirilməsi nəzərdə tutulub. Bu baxımdan Bakı şəhər ərazisində yerləşən təhsil müəssisələri və yaxud təhsiləqədər müəssisələrdə bu tədbirlərin keçirilməsi və keçirilən görüşlərdə azyaşlı uşaqlara yol hərəkəti qaydalarından izahat işlərinin aparılması və təhlükəsizlik qaydalarının aşılanması öndə gedən məqsədimizdir.”


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Səhlənkarlıq edəndə nəticəsi ağır olur - Vaqif Əsədov

Vilayət Eyvazovun iştirakı ilə keçirilən müşavirələrdə Vaqif Əsədov ön sıralarda yer alıb (FOTO)

Vaqif Əsədov: Bu gün Azərbaycan polisi ictimaiyyətin rəğbətini qazanır

Vaqif Əsədov: Bibiheybətdə sürücülər alternativ yollara yönləndirilir

Vaqif Əsədov: Hər birimiz ictimai təhlükəsizliyin etibarlı təmin edilməsinə çalışmalıyıq

Vaqif Əsədov: Müəllimlərin zəhməti unudulmamalıdır

Vaqif Əsədov “Şəms” milli mükafatına layiq görülüb

Yol mədəniyyəti insanları və cəmiyyəti birləşdirən əsas meyardır - Vaqif Əsədov

Hər bir hərəkət iştirakçısı tək özünü yox, başqalarını da düşünməlidir - Vaqif Əsədov

Təhlükəsiz və sağlam yaşamaq istəyiriksə, ümumi qaydalara əməl etməliyik - Vaqif Əsədov

Meqapolisə çevrilən Bakıda insanlar hüquq və vəzifələrinə diqqətlə yanaşmalıdırlar - Vaqif Əsədov

Bir ildə Bakıda 88 minə yaxın piyada cərimələnib - Vaqif Əsədov

Bizim ən böyük problemimiz sürücü-piyada münasibətlərinin tənzimlənməsindədir - Vaqif Əsədov

Bəziləri sürücü-polis münasibətlərinin gərginləşdirilməsinə çalışır - Vaqif Əsədov

Bu il 2000-ə yaxın sərxoş, 70 avtoxuliqan saxlanılıb - Vaqif Əsədov

Yol Polisinin əsas işi təhlükəsizliyi təmin etməkdir - Vaqif Əsədov

Bu ilin 7 ayı ərzində 26 azyaşlı qəzalarda ölüb - Vaqif Əsədov

Vaqif Əsədov: Yay vaxtı sürücülər rahat, qapalı ayaqqabılara üstünlük verməlidirlər

Polkovnik Vaqif Əsədov növbəti mükafata layiq görülüb

Vaqif Əsədov: Yollarda çəkilmiş sarı zolaqlar müəyyən prosedurlardan sonra silinəcək

12 İyul 2020, 17:44 (GMT +4)
Ayətullah Xamenei parlamentin Ruhaniyə qarşı impiçment planına münasibət bildirib

12 İyul 2020, 17:24 (GMT +4)
Azərbaycan Ordusu 2 şəhid verib, 5 hərbiçi yaralanıb

12 İyul 2020, 16:13 (GMT +4)
MN: Ermənistan silahlı qüvvələri təxribat törədib, itki var

12 İyul 2020, 09:44 (GMT +4)
Aprel döyüşlərinin şəhidi Raquf Orucovun doğum günüdür

11 İyul 2020, 18:45 (GMT +4)
Təhsil Jurnalistləri Birliyinin ilk virtual görüşü keçirilib

11 İyul 2020, 18:20 (GMT +4)
Ağstafanın icra başçısı Seymur Orucovun rəhbərliyi ilə reydlər keçirilib

11 İyul 2020, 17:09 (GMT +4)
Azərbaycan-Türkiyə arasında həftədə 4 dəfə uçuş həyata keçiriləcək

11 İyul 2020, 17:04 (GMT +4)
Tramp ABŞ-ı NATO-dan çıxarmaq niyyətində deyil

11 İyul 2020, 16:56 (GMT +4)
Xızıda hərbi hissənin yaxınlığında top mərmisi tapılıb

11 İyul 2020, 16:51 (GMT +4)
Əlcəzair Ərəb Dövlətləri Liqasını Liviya və Suriya ilə bağlı mövqeyinə görə tənqid edib

11 İyul 2020, 16:48 (GMT +4)
DİM qəbul imtahanlarına hazırlaşan abituriyentlərə müraciət edib

11 İyul 2020, 16:48 (GMT +4)
BMT-nin xüsusi məruzəçisi Məhəmməd bin Salmanı “Kaşıqçı işinin əsas şübhəlisi” adlandırılıb

11 İyul 2020, 16:38 (GMT +4)
Azərbaycanda daha 531 nəfər COVID-19-a yoluxub, 6 nəfər vəfat edib

11 İyul 2020, 16:35 (GMT +4)
Kür çayında batan şəxslərdən daha birinin meyiti tapılıb

11 İyul 2020, 16:21 (GMT +4)
BDU-nun jurnalistika fakültəsinin müəllimi koronavirusdan sağalıb

11 İyul 2020, 16:11 (GMT +4)
Bill Geyts ilk növbədə ehtiyacı olanları koronavirus peyvəndi ilə təmin etməyə çağırıb

11 İyul 2020, 16:00 (GMT +4)
AZAL Ər-Riyaddan çarter reysi ilə 83 həmyerlimizi Bakıya gətirib

11 İyul 2020, 15:45 (GMT +4)
Bu gün Srebrenitsa qətliamının 25-ci ildönümüdür

11 İyul 2020, 15:35 (GMT +4)
Talibanın son həftədə hücumu nəticəsində 23 mülki şəxs həlak olub – Rəsmi Kabil

11 İyul 2020, 15:32 (GMT +4)
Yaponiyada leysan yağışları nəticəsində 12 mindən çox binaya ziyan dəyib

11 İyul 2020, 15:30 (GMT +4)
“Nar” abunəçilərini “e-Təbib” tətbiqindən istifadə etməyə çağırır

11 İyul 2020, 15:13 (GMT +4)
Nizami Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib

11 İyul 2020, 15:11 (GMT +4)
Azərbaycanda taxıl biçini yekun mərhələyə qədəm qoyub

11 İyul 2020, 14:57 (GMT +4)
"Facebook" siyasi reklamları qadağan edə bilər

11 İyul 2020, 14:40 (GMT +4)
“Sumqayıt Texnologiyalar Parkı”na müvəqqəti olaraq baş direktor təyin olunub

11 İyul 2020, 14:30 (GMT +4)
İranda son sutkada koronavirusdan 188 nəfərin ölümü qeydə alınıb

11 İyul 2020, 14:27 (GMT +4)
BMT Yəməndəki münaqişə tərəflərinə yeni saziş layihəsi təklif edib

11 İyul 2020, 14:11 (GMT +4)
Təhsil Nazirliyi və Aİ-nın birgə təşkilatçılığı konfrans keçirilib

11 İyul 2020, 13:41 (GMT +4)
Türkiyənin şimal-şərqində təhlükəli terrorçu zərərsizləşdirilib

11 İyul 2020, 13:35 (GMT +4)
Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66