Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

Gəncənin Baş planının hazırlanmasına start verilib

20 Fevral 2020, 11:21 (GMT +4)

Bakı, 20 fevral, SalamNews.Prezident İlham Əliyevin göstərişinə əsasən, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ölkə şəhərlərinin planlı və sistemli inkişafını təmin etmək məqsədilə baş planların hazırlanması işini davam etdirir.

Komitədən SalamNews-a verilən məlumata görə, əhalisinə görə paytaxtdan sonra ikinci böyük şəhər olan Gəncənin Baş planının Komitə tərəfindən hazırlanması prosesinə 2020-ci ildə start verilib. Layihə beynəlxalq tender vasitəsilə cəlb olunmuş Fransanın “Vasconi Architects by Thomas Schinko” şirkəti və “Azərdövlətlayihə” Dövlət Baş Layihə İnstitutu tərəfindən həyata keçiriləcək. Komandanın hazırlığı və şəhərə dair bəzi məlumatların ilkin analizi başa çatdıqdan sonra layihə icraçılarının rəhbərləri və ekspertlərin iştirakı ilə bu həftə komitədə ilk geniş tərkibli müzakirələr təşkil olunub.

Görüşdə şəhərin yol-nəqliyyat infrastrukturunun, mühəndis-kommunikasiya sisteminin, ətraf mühitinin, ekoloji durumunun və ictimai məkanlarının inkişafına dair konsorsium üzvlərinin ilkin yanaşmaları təqdim olunub. Eyni zamanda, layihənin icra qrafiki, habelə Gəncənin bugünkü çağırışları, gələcək siması və inkişaf hədəfləri barədə ətraflı fikir mübadiləsi aparılıb.

İmzalanmış müqaviləyə əsasən, Baş planın hazırlanması layihəsinin 30 ay müddətində mərhələli şəkildə həyata keçirilməsi nəzərdə tutulub. Aparıcı beynəlxalq təcrübəyə uyğun olaraq ilkin mərhələdə Gəncə şəhərinin inkişaf konsepsiyasının hazırlanması planlaşdırılıb.

Bununla yanaşı, komitə tərəfindən Baş planın hazırlanmasına cəlb edilən yerli və beynəlxalq ekspertlərin Gəncəyə səfəri də təşkil olunub. Səfər çərçivəsində Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı və şəhərin inkişafında iştirak edən aidiyyəti dövlət təşkilatlarının nümayəndələri ilə görüşlər keçirilib, mövzuya dair ilkin müzakirələr aparılıb, şəhər infrastrukturuna yerində baxışlar təmin edilib.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Bakı, Gəncə və ölkənin bir çox digər şəhərlərinin sistemli və davamlı inkişafında strateji əhəmiyyətə malik əsas şəhərsalma sənədi olan baş planların hazırlanması üzrə kompleks fəaliyyətini davam etdirir. Bu istiqamətdə işlərin müəyyən olunmuş müddətlər çərçivəsində və yüksək peşəkarlıqla görülməsi məqsədilə komitə bütün resurslarını səfərbər edib prosesin Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinə və aparıcı beynəlxalq standartlara uyğun təşkili üçün bütün səylərini əsirgəməyəcək.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Tural Gəncəliyev beynəlxalq İƏT Modeli layihəsində çıxış edib

Gəncədə "jurnalist" tutulub

Gəncə sakinində narkotik vasitə aşkarlanıb

Gəncədə oğurluq edən şəxslər saxlanılıb

Gəncə şəhər Gənclər və İdman Baş İdarəsi aztəminatlı ailələrə yardım edib

Gəncə İdman Klubu 200-ə yaxın aztəminatlı ailələyə yardım edib

Ayətullah Sistani onu təhqir edən gəncə bəraət verilməsini istəyib

Gəncədə xeyli sayda mərmi aşkarlanıb

Gəncə İdman Klubu xeyriyyə aksiyasına start verib

Gəncədə saxta jurnalist sənədi hazırlayan şəxs saxlanılıb

Koronavirusun aşkarlanması üçün Gəncə və Naxçıvanda laboratoriyalar qurulub

Gəncədə top mərmisi aşkarlanıb

Prezident Romada Nizami Gəncəvinin abidəsini ziyarət edib (FOTOLAR)

Gəncədə “XII Liderlik məktəbi” layihəsinin açılışı olub (FOTO)

Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin 80 illiyi qeyd ediləcək

Gəncədə avtoxuliqanlıq edən şəxslər saxlanılıb

Gəncədə silahlı şəxsə qarşı əməliyyat keçirilib, 1 polis əməkdaşı xəsarət alıb

Gəncədə “Kukla” teatrının yaxınlığında top mərmiləri aşkarlanıb

Budəfəki fotorubrika Gəncə şəhəri N.Nərimanov adına 25 nömrəli orta məktəbə həsr olunub  

"Sampo-Roselew" markalı kombaynlar Gəncədə yığılacaq

26 May 2020, 18:22 (GMT +4)
Azərbaycanda daha 132 nəfər koronavirusa yoluxub, 78 nəfər sağalıb

26 May 2020, 17:40 (GMT +4)
IB Club onlayn formatda “İnkişaf Marafonu” keçirib

26 May 2020, 17:01 (GMT +4)
Bakıda evlərdən 5 min manatlıq oğurluq edilib

26 May 2020, 17:01 (GMT +4)
Prezident: Gürcüstanda parlament seçkiləri təxirə salınmayacaq

26 May 2020, 16:46 (GMT +4)
Həsən Ruhani Prezident İlham Əliyevə məktub göndərib

26 May 2020, 16:40 (GMT +4)
Amil Cavadov:Rəhbər vəzifədə çalışmaq üçün tələb olunan əsas şərtlərdən biri dövlətə sədaqətdir

26 May 2020, 16:28 (GMT +4)
Abşeronda avtomobil qaçıran şəxs saxlanılıb

26 May 2020, 16:25 (GMT +4)
Braziliya koronavirusdan ölənlərin sayına görə ABŞ-ı qabaqlayıb

26 May 2020, 16:05 (GMT +4)
ÜST koronavirusun mənşəyini öyrənmək üçün Çinə missiya göndərəcək

26 May 2020, 16:00 (GMT +4)
Son 1 il ərzində “Nar”ın 4G istifadəçilərinin sayı 66% artıb

26 May 2020, 15:43 (GMT +4)
DYP Sumqayıtda 5 nəfərin ölümü ilə bağlı məlumat yayıb

26 May 2020, 15:41 (GMT +4)
Azərbaycan və Türkiyə: ortaq maraqlar, fərqli gələcək

26 May 2020, 15:25 (GMT +4)
Rusiyada COVİD-19 virusuna yoluxanların sayı 362 342 nəfərə çatıb

26 May 2020, 14:56 (GMT +4)
Umayra Tağıyeva: Havanın temperaturu gündən-günə yüksələcək

26 May 2020, 14:43 (GMT +4)
Rusiya iyunun 1-dən etibarən daxili turizmdəki məhdudiyyətləri aradan qaldırmağa başlayacaq

26 May 2020, 14:11 (GMT +4)
ARGTMŞ gənclər təşkilatları üçün vebinarlar təşkil edir

26 May 2020, 14:00 (GMT +4)
BNA və Bakı Şəhər Baş Polis İdarəsi birgə tədbirlərə başlayıb

26 May 2020, 13:31 (GMT +4)
Putinin mətbuat katibi xəstəxanadan evə buraxılıb

26 May 2020, 13:05 (GMT +4)
Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

26 May 2020, 12:47 (GMT +4)
Çində içində naməlum maye olan qədim qab tapılıb

26 May 2020, 12:21 (GMT +4)
Boris Conson koronavirusdan sonra görmə qabiliyyətinin zəiflədiyini açıqlayıb

26 May 2020, 12:04 (GMT +4)
Əlahiddə Ümumqoşun Ordunun qabaqcıl kəşfiyyatçıları güclərini sınayıblar

26 May 2020, 11:58 (GMT +4)
Braziliyada koronavirusdan ölənlərin sayı 23 473 nəfərə çatıb

26 May 2020, 11:46 (GMT +4)
Naxçıvan-Bakı aviareysinin açılması ilə bağlı müraciət edilib

26 May 2020, 11:26 (GMT +4)
Dünyada koronavirus qurbanlarının sayı artaraq 346,893 nəfərə çatıb

26 May 2020, 11:01 (GMT +4)
Gömrük Akademiyasında imtahanlar onlayn qaydada keçirilir

26 May 2020, 10:47 (GMT +4)
Dünya COVID-19 pandemiyasının ilk dalğasının hələ ortasındadır - ÜST

26 May 2020, 10:12 (GMT +4)
Rusiyada helikopterin sərt enişi zamanı 4 nəfər ölüb - VİDEO

26 May 2020, 10:02 (GMT +4)
Türkiyədə koronavirusdan sağalanların sayı 120 mini ötüb

25 May 2020, 20:40 (GMT +4)
İranda İmam Rzanın və həzrət Məsumənin ziyarətgahları açılıb (VİDEO)

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66