Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » ELM VƏ TEXNOLOGİYA

Memarlıq və İnşaat Universitetində Karyera sərgisi təşkil olunub

20 Fevral 2020, 15:11 (GMT +4)

Bakı, 20 fevral, SalamNews.Fevralın 20-də Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) tələbələrin məşğulluğunu artırmaq məqsədilə tələbə və məzunlar üçün ikinci dəfə Karyera sərgisi təşkil olunub. Sərgidə nazirliklər, dövlət qurumları, komitə və təşkilatlar, müəssisələr eləcə də universitetimizlə uğurlu əməkdaşlıq edən ölkənin qabaqcıl şirkətlərinin nümayəndələri iştirak ediblər.

SalamNews xəbər verir ki, sərgini giriş sözü ilə açan universitetin rektoru, professor Gülçöhrə Məmmədova Karyera sərgisinin tələbə və məzunların karyera imkanlarını artırmaq, məşğulluqlarını inkişaf etdirmək, əmək bazarında fəaliyyət göstərən, ixtisaslarına uyğun şirkətlərlə əlaqə yaratmaq və real iş imkanlarından faydalanmaq məqsədilə təşkil olunduğunu qeyd edib. Bildirib ki, sərgi AzMİU-nun tələbə və məzunlarına karyera yolunda ilkin addımlarını atmaqda böyük dəstək verəcək.

“Sərgiyə universitetin əməkdaşlıq etdiyi dövlət qurumları, özəl şirkətlər, həmçinin ölkənin aparıcı müəssisələri qoşulub. Bu çox təqdirəlayiq haldır. Bu cür sərgilər gənclərlə şirkətlər arasında körpü yaradaraq onların uğurlu karyera qurmaları üçün böyük önəm kəsb edir”, -deyə professor Gülçöhrə Məmmədova qeyd edib.
Gülçöhrə Məmmədova sərgidə nümayiş olunan stendləri gəzib, şirkətlərin nümayəndələri ilə ünsiyyətdə olub, vakansiyalarla maraqlanıb.

1500-dən çox tələbə və məzunun iştirak etdiyi sərgi böyük maraqla qarşılanıb. Sərgidə şirkət nümayəndələri təmsil olunduqları müəssisələrdəki vakansiyalar haqqında tələbələrə ətraflı məlumat veriblər. Xüsusilə iş axtarışında olan 4-cü kurs tələbələri bu sərginin onlar üçün çox vacib olduğunu, iş yeri tapmaq probleminin həllinə kömək edəcəyini vurğulayıblar. Sərginin gedişində iş axtarışında olan gənclər şirkətlərin insan resursları üzrə mütəxəssisləri ilə ünsiyyət yarada biliblər. Şirkət nümayəndələrinə yaxınlaşıb, özlərinə uyğun vakansiyalara CV-lərini təqdim ediblər.

Tələbələrinin keyfiyyətli təhsil almalarını təmin etməklə yanaşı, onların ixtisasları üzrə uğurlu karyera qurmaları üçün də kömək göstərən universitet rəhbərliyinin təşəbbüsü ilə 90-dan çox dövlət qurumu, özəl şirkətlər, müəssisələr tələbə və məzunlara müxtəlif vakansiyalar üzrə ümumilikdə 100-dən çox iş yeri təklif edib.

Budəfəki karyera sərgisinin əsas ideyası təkcə iş imkanlarını gənc peşəkarlarla paylaşmaq deyil, həm də onların iş adamları (şirkət nümayəndələri) ilə ünsiyyət saxlaması və iş həyatında möhkəm addımlarla irəliləmələri üçün önəmli bir təşəbbüs oldu.

Sərgidə ölkənin aparıcı şirkətlərindən Paşa İnşaat, North West Construction MMC, Azərbaycan Dövlət Neft Şirkəti, BP Azərbaycan, PMD Projects, Akkord STİK, Holcim Azərbaycan, İmprotex İndustries MMC, Embawood MMC, Kapital Bank, Beynəlxalq Bank, eləcə də digər dövlət və özəl şirkətlərdə vakant iş yerləri sərgiyə çıxarılıb.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Memarlıq və İnşaat Universitetində əlaçı tələbələr mükafatlandırılıb

Memarlıq və İnşaat Universitetinin tələbələri üçün təlim keçirilib

Memarlıq və İnşaat Universitetində Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının təqdimatı keçirilib

“Azərsu”da Memarlıq və İnşaat Universitetinin kafedrasının filialı açılıb

Qəzaya düşdüyü bildirilən Memarlıq və İnşaat Universitetinin tələbəsinin qətlə yetirildiyi məlum olub

Beynəlxalq Tolerantlıq Günü Azərbaycan Memarlıq və İnşaat Universitetində qeyd olunub

İordaniya səfiri Azərbaycan Memarlıq və İnşaat Universitetində olub

Azərbaycan Memarlıq və İnşaat Universiteti 40 illik yubileyini qeyd edib

Memarlıq və İnşaat Universitetinin əməkdaşlarına medal və fəxri adlar verilib (SİYAHI)

Memarlıq və İnşaat Universitetində "Fitnə" filmi nümayiş olunub 

Azərbaycan Memarlıq və İnşaat Universitetində “Təmiz Şəhər Mərkəzi” açılıb

Memarlıq və İnşaat Universitetinin tədris binasının təmirdən sonra açılışı olub

Memarlıq və İnşaat Universitetində yeni elmi-tədqiqat laboratoriyasının açılışı olub

07 Aprel 2020, 22:40 (GMT +4)
Heydər Əliyev Mərkəzi İrana dəstək olub (VİDEO)

07 Aprel 2020, 21:33 (GMT +4)
Ceyhun Məmmədov: İlk zərbəni öz üzərinə gömrükçülər götürdü (MÜSAHİBƏ)

07 Aprel 2020, 20:28 (GMT +4)
Son 10 gün ərzində əmək müqavilələrinin sayında ciddi artım qeydə alınıb

07 Aprel 2020, 20:02 (GMT +4)
Nazir Sahil Babayev jurnalistlərə müraciət edib

07 Aprel 2020, 18:36 (GMT +4)
Nazir: Karantin müddəti uzansa, birdəfəlik ödəmə növbəti aylarda da veriləcək

07 Aprel 2020, 18:06 (GMT +4)
Koronavirusla bağlı modul tipli 6 xəstəxana quraşdırılır - SƏRƏNCAM

07 Aprel 2020, 18:02 (GMT +4)
Əmək müqaviləsiz işləyənlərin sosial təminatı ilə bağlı tapşırıq verilib

07 Aprel 2020, 17:56 (GMT +4)
Lukaşenko pandemiyanı Belarusun gələcək mövcudluğu ilə əlaqələndirib

07 Aprel 2020, 17:54 (GMT +4)
Səudiyyə koalisiyası Yəmən paytaxtı və ətraf əyalətlərə 14 hava zərbəsi endirib

07 Aprel 2020, 17:47 (GMT +4)
Əbuzər İbrahimi Türkmən koronavirusla bağlı dünyanın dini liderlərinə müraicət edib

07 Aprel 2020, 17:35 (GMT +4)
Lukaşenko karantinin tətbiqi ehtimalı barədə danışıb: nə yeyəcəyik?

07 Aprel 2020, 17:25 (GMT +4)
İcazə sistemi ilə bağlı 2 yeni funksiya yaradılıb

07 Aprel 2020, 17:21 (GMT +4)
BNA-nın “Gəlin bir bayraq altında birləşək” aksiyasına DOST Agentliyi də qoşulub

07 Aprel 2020, 17:03 (GMT +4)
Azərbaycanda koronavirusa görə 53 300 test aparılıb

07 Aprel 2020, 16:51 (GMT +4)
Lukaşenko Belarusiyada COVID-19 diaqnozu ilə  xəstəxanaya yerləşdirilənlərin sayını açıqlayıb

07 Aprel 2020, 16:46 (GMT +4)
Trampın sədəqəsinə ehtiyacımız yoxdur, Onun özü koronavirusa görə digərlərinə möhtacdır – Cavad Zərif

07 Aprel 2020, 16:41 (GMT +4)
Pentaqon koronavirus peyvəndinin sınaqlarına başlayıb

07 Aprel 2020, 16:20 (GMT +4)
Azərbaycanda 717 nəfər koronavirusa yoluxub, onlardan 8-i ölüb

07 Aprel 2020, 16:12 (GMT +4)
Peskov Putinin koronavirusa görə vaxtaşarı testdən keçdiyini açıqlayıb  

07 Aprel 2020, 16:10 (GMT +4)
Çin Azərbaycana tibbi humanitar yardım göndərib

07 Aprel 2020, 16:10 (GMT +4)
Koronavirus Azərbaycanda: Daha 76 nəfərdə koronavirus aşkarlanıb

07 Aprel 2020, 16:00 (GMT +4)
“Caspian European Club” “Online business training”in təşkilinə başlayıb

07 Aprel 2020, 15:48 (GMT +4)
Fələstində koronavirusa yoluxanların sayı 260-a çatıb

07 Aprel 2020, 15:43 (GMT +4)
Bakının daha bir küçəsində yenidənqurma işləri yekunlaşır

07 Aprel 2020, 15:20 (GMT +4)
Yaponiyanın yeddi prefekturasında fövqəladə rejim elan edilib

07 Aprel 2020, 15:12 (GMT +4)
Balakəndə civə satışı ilə məşğul olan şəxslər saxlanılıb

07 Aprel 2020, 14:48 (GMT +4)
YAP: Əfv sərəncamlarının imzalanması dövlətin öz vətəndaşlarına verdiyi dəyərin bariz nümunəsidir

07 Aprel 2020, 14:40 (GMT +4)
İranda koronavirusa yoluxanlardan 27 mini sağalıb

07 Aprel 2020, 14:38 (GMT +4)
Lukaşenko: Belarus neft oyunlarından asılı olmamalıdır

07 Aprel 2020, 14:36 (GMT +4)
Azərbaycanda tibbi maska istehsalına başlanıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66