Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » DİN

Gündüz İsmayılov: Radikalizmi doğuran əsas səbəblərdən biri dini biliklərin az olmasıdır

21 Fevral 2020, 16:43 (GMT +4)

Bakı, 21 fevral, SalamNews. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Qubadlı Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə fevralın 21-i və 22-də Sumqayıt şəhərində “Dini təhsil, dini tərbiyə və dünyəvilik” mövzusunda seminar-treninq keçirilib.

SalamNews xəbər verir ki, məktəb direktorları və təlim-tərbiyə işləri üzrə direktor müavinləri, "Həyat bilgisi" fənnini tədris edən müəllimlər, məktəb psixoloqları və rayonun aktiv gənclərinin iştirak etdiyi tədbiri giriş sözü ilə açan RİH başçısının müavini Xoşqədəm Alıyeva bildirib ki, dini radikalizm və xurafat bütün cəmiyyət üçün təhlükəlidir. Eyni zamanda, Xoşqədəm Alıyeva gənclərin milli-mənəvi və ümumbəşəri dəyərlər ruhunda tərbiyə olunmasının vacibliyini diqqətə çatdırıb.

Daha sonra çıxış edən DQİDK sədrinin müavini Gündüz İsmayılov deyib ki, müasir dövrdə dini radikalizm və xurafatla mübarizənin aparılması olduqca aktual məsələdir. G.İsmayılov bildirib ki, dini ekstremizm, radikalizm və xurafat cəmiyyətin iqtisadi, sosial, mədəni və digər sahələrdə inkişafdan geri qalmasına səbəb olur: “Bu sahədə mübarizənin aparılmasında ən səmərəli yol kimi maarifləndirici tədbirlərin həyata keçirilməsi və zərurət olarsa, inzibati metodun tətbiq edilməsidir”,-deyə sədr müavini əlavə edib.

Gündüz İsmayılov dini radikalizmin yaranma səbəbləri, fəsadları, təbliğat metodları və ona qarşı mübarizə üsullarından danışıb. Qeyd edib ki, dini radikalizmi doğuran əsas səbəblərdən biri İslam dini haqqında məlumatsızlıq və dini biliklərin az olmasıdır. Buna görə də radikalizmə qarşı mübarizədə birinci növbədə dini maarifləndirmə işinə önəm vermək lazımdır. “Gənclərin yad dini ideologiyaların təsirindən qorunmasında dini maarifləndirmə tədbirləri mühüm rola malikdir”,-deyə natiq vurğulayıb.

Tədbir iştirakçıların suallarının cavablandırılması ilə yekunlaşıb.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Gündüz İsmayılov: Gənclərimizin milli-mənəvi dəyərlər ruhunda yetişmələri olduqca vacibdir

Gündüz İsmayılov: Azərbaycan xalqı hər zaman tolerantlığı ilə seçilib

Gündüz İsmayılov: Ötən il  52 adda dini ədəbiyyatın idxalına icazə verilməyib

Bəzən dini dəyərlərlə dünyəvi dəyərlər qarşılaşdırılır - Gündüz İsmayılov

Dindən sui-istifadə edilərək İslam Azərbaycançılığa qarşı qoyulur - Gündüz İsmayılov

Gənclər arasında dini maarifləndirmə gücləndirilməlidir - Gündüz İsmayılov 

Dövlət Komitəsi Qafqaz Müsəlmanları İdarəsi ilə birgə fəaliyyət aparır - Gündüz İsmayılov

Prezidentin çağırışlarını bütün islam çoğrafiyasına çatdırmaq istəyirik - Gündüz İsmayılov

Azərbaycanda dini radikalizmə qarşı görülən işlərin konkret nəticələri var - Gündüz İsmayılov

Vətənpərvərliyin təbliği istiqamətində dini konfessiyalar yaxından iştirak etməlidir - Gündüz İsmayılov

Gündüz İsmayılov: Azərbaycan-Türkiyə qardaşlığı növbəti sınaqdan çıxdı

Gündüz İsmayılov: Ramazan ayında dindarların aktivliyindən istifadə edərək maarifçiliyi yaymağa çalışırıq (MÜSAHİBƏ)

"İslam Həmrəyliyi İli"nin bəşəriyyət üçün böyük önəmi var - Gündüz İsmayılov

Gündüz İsmayılov: "Xocalı soyqırımını törədənlərin beynəlxalq məhkəmə önünə çıxarılmasına nail olmalıyıq"

İslam dini icmaları tərəfindən təqdim edilən 137 layihə maliyyələşdirilib - Gündüz İsmayılov

Azərbaycan İslam dünyası üçün örnək olub - Gündüz İsmayılov

Gündüz İsmayılov: Multikultural dəyərlərə sahib olmayan cəmiyyətdə sabitlik mümkün deyil

İslam din olmaqla yanaşı, həm də mədəniyyətdir - Gündüz İsmayılov

Multikulturalizm siyasəti milli, ideoloji, ictimai təhlükəsizliyimizin əsas elementidir - Gündüz İsmayılov

Dini radikalizmlə mübarizədə ilk növbədə dini maarifçilik işinə xüsusi önəm verilməlidir - Gündüz İsmayılov

30 Noyabr 2020, 09:19 (GMT +4)
Türkiyədə Fələstinin müdafiəsilə bağlı böyük konfrans keçirilib

30 Noyabr 2020, 09:15 (GMT +4)
Bakıda beşmərtəbəli binada yanğın olub

30 Noyabr 2020, 09:00 (GMT +4)
ANAMA: Suqovuşana çəkiləcək avtomobil yolunda yüzlərlə mina zərərsizləşdirilib

29 Noyabr 2020, 22:33 (GMT +4)
Azərbaycan İran nüvə aliminə qarşı terroru pisləyib

29 Noyabr 2020, 10:04 (GMT +4)
Türkiyə Xarici İşlər Nazirliyi və Parlamenti iranlı nüvə aliminə qarşı terroru pisləyiblər

28 Noyabr 2020, 16:56 (GMT +4)
Şəmkirdə ölümlə nəticələnən yol qəzası baş verib

28 Noyabr 2020, 16:48 (GMT +4)
Yaşayış yerini tərk edən COVID-19 xəstələri saxlanılıb

28 Noyabr 2020, 16:39 (GMT +4)
Səudiyyənin kralı Netanyahunun ölkəyə gizli səfərindən xəbərsiz olub - Reuters

28 Noyabr 2020, 16:33 (GMT +4)
Ağsuda COVID-19 xəstəsi barədə cinayət işi başlanılıb

28 Noyabr 2020, 16:18 (GMT +4)
Kanadalı Azərbaycanlılar Şəbəkəsinin üzvləri xarici işlər naziri ilə görüşüb

28 Noyabr 2020, 16:03 (GMT +4)
“Qarabağ”ın futbolçuları Ağdamdakı Cümə məscidində namaz qılıb

28 Noyabr 2020, 15:53 (GMT +4)
İqtisadi Şuranın iclasında işğaldan azad olunmuş ərazilərin bərpası müzakirə edilib

28 Noyabr 2020, 15:44 (GMT +4)
Bərdədə yaşadığı ünvanı tərk edən COVID-19 xəstəsi müəyyən edilib

28 Noyabr 2020, 15:43 (GMT +4)
Avropa Birliyi İranda nüvə aliminə qarşı terror aktını pisləyib

28 Noyabr 2020, 15:30 (GMT +4)
Yaşayış yerini tərk edən COVID-19 daşıyıcılarına cinayət işi başlanılıb

28 Noyabr 2020, 15:11 (GMT +4)
Diplomatik korpusun nümayəndələri Ağdam şəhərindədir

28 Noyabr 2020, 14:53 (GMT +4)
Tovuzda yaşadığı evi tərk edən koronavirus xəstəsi saxlanılıb

28 Noyabr 2020, 14:40 (GMT +4)
Prezidentin köməkçisi: Ermənistan tərəfindən Tərtər şəhərinə qarşı genosid siyasəti həyata keçirilib

28 Noyabr 2020, 14:25 (GMT +4)
Gürcüstanda 24 saat ərzində 4.472 nəfərdə koronavirusa yoluxma aşkar edilib

28 Noyabr 2020, 14:12 (GMT +4)
Ermənilərin Tərtəri vurduğu “Smerç” meriyanın muzeyində saxlanılır

28 Noyabr 2020, 13:55 (GMT +4)
Kürdəmirdə oğurluq edən şəxslər saxlanılıb

28 Noyabr 2020, 13:46 (GMT +4)
Ayətullah Xamenei nüvə aliminin intiqamı ilə bağlı göstəriş verib

28 Noyabr 2020, 13:40 (GMT +4)
DİN: Gəncəyə polis rəisi təyin edilməsi xəbəri həqiqəti əks etdirmir

28 Noyabr 2020, 13:21 (GMT +4)
Azərbaycan neftinin orta qiyməti həftə ərzində 8% artıb

28 Noyabr 2020, 13:09 (GMT +4)
Ermənistan prezidenti Moskvaya səfər edib

28 Noyabr 2020, 13:00 (GMT +4)
Hikmət Hacıyev: Elə günlər olurdu ki, Tərtər şəhərinə 2 400-dən artıq mərmilər düşürdü

28 Noyabr 2020, 12:45 (GMT +4)
Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

28 Noyabr 2020, 12:42 (GMT +4)
Ərdoğan: Müsəlmanlar İslama düşmənçilik virusu ilə mübarizə aparmaq məcburiyyətindədirlər

28 Noyabr 2020, 12:30 (GMT +4)
Şəhid ailələri və müharibə əlillərinin məşğulluq imkanlarının artırılması üçün tədbirlər planı hazırlanıb

28 Noyabr 2020, 12:17 (GMT +4)
Bir sıra dünya siyasətçiləri iranlı nüvə aliminin terrora məruz qalmasına münasibət bildiriblər

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66