Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

BŞTİ “Könüllülər ili” ilə bağlı yeni layihəyə start verib

21 Fevral 2020, 12:37 (GMT +4)

Bakı, 21 fevral, SalamNews.Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) “Könüllülər ili” ilə bağlı yeni layihəyə start verib.

SalamNews BŞTİ-yə istinadən xəbər verir ki, “Könüllülükdən peşəkarlığa” layihəsinin əsas məqsədi tələbə və məzun gənclərə bilik və bacarıqlarını artırmaq, təhsil sahəsində təcrübə toplamaq, kollektivlə işləmək bacarıqlarına yiyələnmək, öz ixtisaslarına uyğun kadr kimi formalaşmaq istəyən şəxslərə uğurlu karyera qurmaq imkanı yaratmaq, onların elmi fəaliyyət və keyfiyyət göstəricilərini yüksəltmək, peşəkar kimi formalaşmasına dəstək verməkdən ibarətdir.

Layihədə ali məktəblərin III və IV kursunda, magistratura səviyyəsində təhsil alan tələbələr, ali təhsilini bitirmiş gənclər iştirak edə bilər.

Könüllü kimi fəaliyyət göstərmək istəyən tələbə və məzun gənclər BŞTİ-nin müxtəlif sektorlarında, xidmət bölmələrində, Təlimə Dəstək Mərkəzində və təhsil müəssisələrində 3 ay səmərəli təcrübə keçmək imkanı qazanacaqlar.

Layihənin üç istiqamətdə reallaşdırılması nəzərdə tutulub. Birinci istiqamət üzrə müraciət edən gənclər BŞTİ-nin Ümumi təhsil, İnsan resursları, İnformasiya təminatı, İnkişaf layihələri, Maliyyə və mühasibatlıq, Keyfiyyətə nəzarət, İctimaiyyətlə əlaqələr, Hüquq, Təminat və təchizat, Ümumi sektorlarında, Təlimə Dəstək Mərkəzi, xidmət bölmələri və təhsil müəssisələrində könüllü kimi fəaliyyət göstərmək imkanı qazanacaqlar.

İkinci istiqamət təhsilin müxtəlif sahələri üzrə araşdırma və tədqiqatların aparılmasında birbaşa iştirak etmək arzusunda olan gənclər üçün nəzərdə tutulub. Bu istiqamət üzrə müraciət edən gənclər onlara təqdim olunmuş müvafiq mövzular üzrə tədqiqata cəlb olunacaqlar.

Üçüncü istiqamət üzrə müraciət edən şəxslər isə BŞTİ-nin tabeliyindəki ümumi təhsil məktəblərində könüllü kimi fəaliyyət göstərmək və idarəetmə təcrübəsi qazanmaq imkanı əldə edəcəklər.

Hər üç istiqamət üzrə layihədə iştirak edən könüllülər üçün fərdi və peşəkar inkişaf, təhsilin müxtəlif sahələri, təhsilin idarəedilməsinə dair təlimlərin təşkili nəzərdə tutulub.

Layihədə iştirak etmək arzusunda olan tələbə və məzun gənclər 5 mart tarixinədək CV formasını və niyyət məktubunu (layihədə iştirak etmək istədiyi istiqaməti və səbəbini göstərməklə) konullu@baku.edu.gov.az elektron ünvanına göndərərək qeydiyyatdan keçə bilərlər.

Sonda layihəni uğurla başa vuran könüllü gənclərə BŞTİ tərəfindən müvafiq təsdiqləyici sənəd təqdim olunacaq.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

BŞTİ-yə daxil olan müraciətlərin statistikası açıqlanıb

BŞTİ: Məktəbəhazırlıq qruplarına 27 136 uşaq cəlb olunacaq

BŞTİ-də vətəndaşların qəbulu sentyabrın 30-dək dayandırılıb

BŞTİ-yə avqust ayında 4 279 müraciət daxil olub

BŞTİ: Liseylərə elektron qeydiyyat başa çatıb

BŞTİ-də vətəndaşların qəbulu avqustun 31-dək dayandırılır

BŞTİ-də vətəndaşların qəbulu avqustun 1-dək dayandırılıb

BŞTİ-nin onlayn Apelyasiya komissiyasının fəaliyyəti başa çatır

BŞTİ-də vətəndaşların qəbulu iyunun 15-dək dayandırılıb

BŞTİ-də vətəndaşların qəbulu mayın 4-dək dayandırılır

BŞTİ: Onlayn müsabiqəyə 1500-ə qədər iş təqdim olunub

BŞTİ fəaliyyətini məsafədən təşkil edib

Fevral ayında BŞTİ-yə 5633 müraciət daxil olub

BŞTİ müdirinin vətəndaşların qəbulu vaxtı dəyişdirilib

BŞTİ tərəfindən qış ekskursiyaları təşkil olunur

BŞTİ: Paytaxt məktəbliləri 2019-cu ildə ciddi nailiyyətlərə imza atıblar

BŞTİ-də təltifolunma mərasimi keçirilib

BŞTİ müdiri vətəndaşları qəbul edəcək

BŞTİ müdiri vətəndaşları qəbul edəcək

Ötən ay BŞTİ-yə 12 029 müraciət daxil olub

24 Oktyabr 2020, 13:24 (GMT +4)
TBMM sədri Dağlıq Qarabağ münaqişəsi ətrafında yaranmış vəziyyətdən danışıb

24 Oktyabr 2020, 13:18 (GMT +4)
Sabahın hava proqnozu açıqlanıb

24 Oktyabr 2020, 13:00 (GMT +4)
ƏƏSMN: Oktyabr ayı üzrə bütün müavinət, təqaüd və kompensasiyalar ödənilib

24 Oktyabr 2020, 12:45 (GMT +4)
Azərbaycan nefti ucuzlaşıb

24 Oktyabr 2020, 12:44 (GMT +4)
Rusiyada COVID-19-dan ölənlərin sayı 26 minə yaxınlaşıb

24 Oktyabr 2020, 12:35 (GMT +4)
Eldar Həsənovun həbs qətimkan müddəti uzadılıb

24 Oktyabr 2020, 12:25 (GMT +4)
Prezidentin köməkçisi işğal altındakı ərazilərdə yaşayan mülki insanları hərbi obyektlərdən kənar durmağa çağırıb

24 Oktyabr 2020, 12:24 (GMT +4)
Berlində COVID-19-un yayılmasına qarşı sərt tədbirlər qüvvəyə minir

24 Oktyabr 2020, 12:20 (GMT +4)
İqtisadiyyat Nazirliyi: Daha 72 obyektdə epidemiya əleyhinə rejimin pozulduğu müəyyən edilib

24 Oktyabr 2020, 12:13 (GMT +4)
Azərbaycanda sabahın hava proqnozu açıqlanıb

24 Oktyabr 2020, 12:00 (GMT +4)
DMX əcnəbilərə müraciət edib

24 Oktyabr 2020, 11:54 (GMT +4)
Fransada koronavirusa yoluxanların sayı 1 milyonu keçib

24 Oktyabr 2020, 11:34 (GMT +4)
MN: Ermənistan ordusu Ağdərə istiqamətindən Naftalan-Tərtər rayonlarının ərazisini atəşə tutur

24 Oktyabr 2020, 11:33 (GMT +4)
MN: Qubadlı rayonu Ermənistan ərazisindən artilleriya atəşinə tutulur

24 Oktyabr 2020, 11:25 (GMT +4)
Ermənistan ordusunun Gəncəyə raket zərbəsi endirməsi nəticəsində xəsarət almış 13 yaşlı yeniyetmə vəfat edib

24 Oktyabr 2020, 11:17 (GMT +4)
Hikmət Hacıyev: Ermənilərin Tərtəri atəşə tutması nəticəsində yeniyetmə həlak olub

24 Oktyabr 2020, 11:14 (GMT +4)
ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus təyyarə qəzaya uğrayıb

24 Oktyabr 2020, 11:12 (GMT +4)
Prezident Qarabağla bağlı gələcək planından danışıb

24 Oktyabr 2020, 11:10 (GMT +4)
Azərbaycan ordusu bu əraziləri işğaldan azad edib

24 Oktyabr 2020, 11:09 (GMT +4)
MN: Düşmən Goranboy-Naftalan istiqamətindəki ərazilərimizi atəşə tutur

24 Oktyabr 2020, 10:50 (GMT +4)
İlham Əliyev: “Ərazilər dronla işğaldan azad edilmir, onu əsgər azad edir”

24 Oktyabr 2020, 10:45 (GMT +4)
Prezident: “Bizə hərbi avadanlığı ən çox təchiz edən Türkiyə və İsrail deyil, Rusiyadır”

24 Oktyabr 2020, 10:40 (GMT +4)
İlham Əliyev: İşğal edilmiş bütün əraziləri azad etmək üçün sona qədər gedəcəyik

24 Oktyabr 2020, 10:40 (GMT +4)
Polşa prezidenti koronavirusa yoluxub

24 Oktyabr 2020, 10:35 (GMT +4)
MN: Düşmən Tərtər və Bərdəni atəşə tutur

24 Oktyabr 2020, 10:26 (GMT +4)
İlham Əliyev Fransanın “Figaro” qəzetinə müsahibə verib

24 Oktyabr 2020, 10:26 (GMT +4)
Dünyada COVID-19-a yoluxanların sayı 42,4 milyonu ötüb

24 Oktyabr 2020, 10:24 (GMT +4)
Dünyada COVID-19-a yoluxanların sayı 42,4 milyonu keçib

24 Oktyabr 2020, 10:21 (GMT +4)
Daha bir ərəb dövləti İsraillə əlaqələri rəsmiləşdirdiyini elan edib

24 Oktyabr 2020, 10:17 (GMT +4)
ÜST: “Növbəti bir neçə ay çox çətin olacaq”

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66