Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

Səfər Mehdiyev: Könüllü gömrükçülər gömrük orqanlarında işlə təmin olunub

22 Fevral 2020, 14:10 (GMT +4)

Bakı, 22 fevral, SalamNews, K.Orxan. Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Səfər Mehdiyev gömrük orqanlarında fəaliyyətə başlayan 3-cü "könüllü gömrükçü" dəstəsinin üzvləri ilə görüşüb.

Könüllü gömrükçüləri salamlayan Komitə sədri Səfər Mehdiyev Prezident İlham Əliyev tərəfindən 2020-ci ilin "Könüllülər ili" elan olunması münasibətilə bir daha onları təbrik edib və bunu ölkə başçısı tərəfindən könüllülərə, gənclərə verilən yüksək dəyərin bariz nümunəsi kimi qiymətləndirib.

Azərbaycanda gənclərə göstərilən dövlət qayğısından bəhs edən Səfər Mehdiyev bu istiqamətdə bir sıra layihələrin həyata keçirildiyini, Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyevanın yaxından dəstəyi ilə reallaşdırılan könüllülük hərəkatının da gənclərin hərtərəfli inkişafında, müxtəlif sahələrdə təmsil olunmalarında, şəxsi keyfiyyətlərinin və liderlik qabiliyyətlərinin üzə çıxarılmasında mühüm rol oynadığını vurğulayıb.

Ötən ildən etibarən gömrük orqanlarında da könüllülük hərəkatının geniş vüsət aldığını diqqətə çatdıran Komitə sədri artıq "könüllü gömrükçü" dəstəsinin 2 qrupunun fəaliyyətini başa vurduğunu, 3-cü qrupda təmsil olunmağa haqq qazanan könüllülərin də uğurlu nəticələr əldə edəcəyinə, faydalı təcrübə və biliklər qazanacağına əminliyini ifadə edib.

Vurğulanıb ki, gömrük orqanlarındakı könüllü fəaliyyət gənclərə Prezident İlham Əliyev tərəfindən gömrük sistemində həyata keçirilən islahatlarla, gömrük orqanlarının işi ilə yaxından tanış olmağa, şəffaflığın, vətəndaş məmnuniyyətinin təmin olunması istiqamətində reallaşdırılan layihələr və onların nəticələri barədə məlumat almağa, bir sözlə gömrük işini dərindən öyrənməyə şərait yaradacaq.

Komitə sədri onu da vurğulayıb ki, əvvəlki dövrlərdə nümunəvi fəaliyyəti ilə fərqlənən, gömrük işini və gömrük qanunvericiliyini dərindən mənimsəyən könüllü gömrükçülərdən bəziləri gömrük orqanlarında işlə təmin olunub. Bu ənənənin davam etdiriləcəyini diqqətə çatdıran Səfər Mehdiyev gənclərə məsuliyyətli olmağı, fəaliyyət göstərdikləri sahədə zəruri bilik və bacarıqları əldə etmək üçün səylərini artırmağı tövsiyə edib, bu məqsədlə gömrük orqanları və səlahiyyətli şəxslər tərəfindən tərəfindən onlara hərtərəfli dəstəyin göstəriləcəyini bildirib.

Xatırladaq ki, 3-cü "könüllü gömrükçü" dəstəsinə 300-ə qədər gənc cəlb olunub.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Səfər Mehdiyev: Gömrük sistemində gender bərabərliyi təmin olunur

Səfər Mehdiyev Səudiyyə Ərəbistanı Krallığının ölkəmizdəki səfiri ilə görüşüb

Səfər Mehdiyev: 590 iştirakçıya “Yaşıl dəhliz”dən istifadə hüququ verilib

Səfər Mehdiyev: Düzgün çalışmayan gömrük məmuru bu sistemdə qala bilməz

Səfər Mehdiyev: Büdcəyə 700 milyon manat əlavə vəsait köçürəcəyik

Səfər Mehdiyev “Caspian Energy Forum Baku – 2019” forumunda iştirak edəcək

Səfər Mehdiyevin vətəndaşlarla görüşləri təxirə salınıb

Səfər Mehdiyev Dubay Gömrüyünün Baş direktoru ilə görüşüb

Səfər Mehdiyev: Gömrük sistemində də könüllülük hərəkatının yaradılması özünü doğruldacaq

Səfər Mehdiyev Balakən, Zaqatala və Qax şəhərlərində vətəndaşları qəbul edib

Səfər Mehdiyev: İndiyədək 100-dən çox şirkət “Yaşıl dəhliz” sisteminin iştirakçısı olub

Səfər Mehdiyev: Ötən il 1.2 tona qədər narkotik vasitə aşkar edilib

Səfər Mehdiyev: Gömrük məntəqələrində "donuz qripi" əleyhinə xüsusi avadanlıq quraşdırılıb

Səfər Mehdiyev ABŞ-ın Ədliyyə Nazirliyinin rəsmisi ilə görüşüb

Səfər Mehdiyev: Gömrük əməkdaşları Heydər Əliyev ideyalarına daim sadiqdirlər

Səfər Mehdiyev: Gömrük orqanları daha çevik və dinamik bir quruma çevrilib

Səfər Mehdiyev Səudiyyə Ərəbistanı Krallığının ticarət və sərmayə naziri ilə görüşüb

Səfər Mehdiyevin sədrliyi ilə biznes-forum keçiriləcək

Səfər Mehdiyev “Abşeron” gömrük postunda mövcud vəziyyətlə tanış olub

Qusarda Elçin Quliyev, Səfər Mehdiyev və Vüsal Hüseynovun iştirakı ilə müşavirə keçirilib

29 Mart 2020, 21:10 (GMT +4)
Şaban ayının beşi imam Səccadın (ə) mövlududur

29 Mart 2020, 21:00 (GMT +4)
ƏƏSMN vətəndaşlara pul yardımı ediləcəyi ilə bağlı xəbərlərə münasibət bildirib

29 Mart 2020, 20:25 (GMT +4)
KOBİA əl dezinfeksiya edici vasitə istehsalına dəstək göstərib

29 Mart 2020, 20:10 (GMT +4)
Qüdrət Nuriyev: Xalqımız bu sınaqdan da üzüağ çıxacaq

29 Mart 2020, 19:45 (GMT +4)
"Aşıq Şəmşir" Mədəniyyət Ocağı "Evdə qal" kampaniyasına qoşulur (FOTO)

29 Mart 2020, 18:15 (GMT +4)
Çin koronavirus epidemiyasının sona çatdığını açıqlayıb

29 Mart 2020, 17:33 (GMT +4)
Azərbaycanda daha 27 nəfər koronavirusa yoluxub

29 Mart 2020, 16:51 (GMT +4)
Bakıda avtobus tuneldə idarəetmədən çıxaraq yol qəzası törədib (FOTO)

29 Mart 2020, 16:20 (GMT +4)
Nazirlik: Bakıda havanın keyfiyyəti nəzərəçarpacaq dərəcədə təmizlənib

29 Mart 2020, 16:00 (GMT +4)
Məcburi köçkünlərin müvəqqəti məskunlaşma yerləri dezinfeksiya olunur

29 Mart 2020, 15:45 (GMT +4)
Səbail rayon icra başçısı şəxsən özü sakinlərə çağırış edib (FOTO, VİDEO)

29 Mart 2020, 11:30 (GMT +4)
Alternativ qeydiyyat mərkəzlərinin iş prinsipi dəyişdirilib

29 Mart 2020, 11:00 (GMT +4)
Təcridxanaya narkotik keçirmək cəhdlərinin qarşısı alınıb

29 Mart 2020, 10:58 (GMT +4)
Seyid Camal Əzimbəyli: Operativ Qərargahın tətbiq etdiyi qaydaları yerinə yetirməliyik

29 Mart 2020, 10:45 (GMT +4)
İsmayıllı sakinindən silah götürülüb

29 Mart 2020, 09:02 (GMT +4)
Bu gündən Bakı metrosu sutkada 5 saat işləyəcək

29 Mart 2020, 08:25 (GMT +4)
Bu gündən Azərbaycanda xüsusi karantin rejimi gücləndirilib

28 Mart 2020, 21:30 (GMT +4)
İlham Əliyev: Dövlət bütün xərcləri öz üzərinə götürüb

28 Mart 2020, 20:50 (GMT +4)
Prezident: Yaşı 65-dən yuxarı insanlar evdə oturmalıdırlar. Vəssalam, birmənalı şəkildə!

28 Mart 2020, 20:40 (GMT +4)
Prezident: Karantinə alınan insanlar dörd və beş ulduzlu otellərdə saxlanılır

28 Mart 2020, 20:30 (GMT +4)
Məcburi köçkünlərin məskunlaşdığı yataqxanalarda dezinfeksiya işləri aparılıb

28 Mart 2020, 20:01 (GMT +4)
ƏƏSMN: Daha 1400-dən çox tənha yaşlıya evlərində sosial xidmətlərə başlanıb

28 Mart 2020, 19:50 (GMT +4)
Azərbaycanda koronavirusa görə 25 mindən artıq test edilib

28 Mart 2020, 19:44 (GMT +4)
Azərbaycanda daha 17 nəfər koronavirusa yoluxub, 1 nəfər ölüb

28 Mart 2020, 19:12 (GMT +4)
“Azərişıq” sosial izolyasiyada qalan vətəndaşlara dəstək verməyə daim hazırdır

28 Mart 2020, 18:51 (GMT +4)
Şaban ayının 4-ü həzrət Əbul-Fəzl Abbasın (ə) mövlud günüdür

28 Mart 2020, 18:45 (GMT +4)
Məktəblilərin gündəlik gigiyenik tələbləri (VİDEO)

28 Mart 2020, 17:40 (GMT +4)
Tədris digər dildə aparılan bölmə üzrə müsahibələr təxirə salınıb

28 Mart 2020, 17:36 (GMT +4)
Nazirlik: Birinci sinfə elektron qeydiyyata yenidən start verilir

28 Mart 2020, 17:15 (GMT +4)
Təhsil Nazirliyində vətəndaş qəbulu aprelin 20-dək dayandırılır

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66