Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

Bakı-Rusiya yeni avtomobil yolunun ilk hissəsi yayda yekunlaşacaq

24 Fevral 2020, 14:29 (GMT +4)

Bakı, 24 fevral, SalamNews.“M-1” Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 45-ci kilometrliyindən, H.Z.Tağıyev qəsəbəsindən başlayan və 92 km uzunluğunda olan yeni yol 1b texniki dərəcəyə uyğun olaraq inşa edilir.

SalamNews “Azərbaycan Avtomobil Yolları”na istinadən xəbər verir ki, yeni avtomobil yolu 4 hərəkət zolaqlı olacaq, yolun hər bir zolağının və çiyinlərin eni 3,75 m, ayırıcı zolağın eni 5 m olmaqla yol yatağının eni 27,5 metr təşkil edəcək.

Yola hər hansı maneənin çıxmasının qarşısını almaq məqsədilə körpü və birləşmələrin, alt keçid, suötürücü boruların, işıqlandırma işlərinin, ayrıcı zolaqda beton çəpərlərin, beton bardyurların quraşdırılması, ekoloji və ətraf mühitin qorunması tədbirlərinin görülməsi və yolun hər iki tərəfdən çəpərlənməsi (təhkim zolağının eni 72,5 m olmaqla) nəzərdə tutulur.

Məlumata görə, layihədə tikinti işləri 4 lot üzrə aparılır: 1-ci lot yeni yolun 0-29,9, 2-ci lot 29,9-53,5, 3-cü lot 53,5-73,5, 4-cü lot isə 73,5-92-ci km-lik hissələri əhatə edir. Hazırda işlər 1-ci, 2-ci və 3-cü lotlar üzrə aparılır.

Layihənin və 1-ci lotun başlanğıcı mövcud M-1 Bakı–Quba–Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 45-ci km olmaqla, yeni yolun 7 km-lik hissəsi beton yol üzrə layihələndirildiyindən mövcud sement-beton örtüyü sökülüb sahədan kənarlaşdırılmış, köhnə asfalt frezlənmiş, yararsız material qazılıb çıxarılmış, 60 kilometr məsafədən daşınaraq daha keyfiyyətli material ilə tökmə işləri yerinə yetirilmiş, qruntun zəif olduğu yerlərində qaya dolğu işləri icra edilmiş, yol geyimi aşınma layına qədər tikilib.

Ümumilikdə, LOT 1 üzrə işlər yekunlaşmaq üzrədir. Belə ki, yeni layihələndirilən yol üzrə yararsız materialın qazılması və dolğu işləri bitib, yol boyu hamarlayıcı lay, əsas lay və asfalt-beton örtüyün 1-ci qatı tikilibdir. Layihə üzrə nəzərdə tutulmuş körpülərin, tunellərin və suötürücü boruların tikintisi və kommunikasiya işləri demək olar ki, tamamlanıb.

Layihənin 2-ci lotu üzrə hazırda işlər paralel olaraq aparılır. Lot boyu yararsız material qazılıb çıxarılır, geri dolğu işləri aparılır, qruntun zəif olduğu yerlərində qaya dolğu işləri görülür. Yeni magistral yolun sözügedən hissəsində artıq suötürücü boruların tikintisi üzrə 100 %, tunellərin tikintisi üzrə 98 % işlər yekunlaşdırılmışdır.

Layihənin 3-cü lotu üzrə də həmçinin ərazinin təmizlənməsi, qazma və dolğu işləri həyata keçirilir.

Layihə üzrə 19 ədəd körpü və yolötürücülərin, 169 ədəd dairəvi və 43 ədəd düzbucaqlı suötürücü boruların, 20 ədəd avtomobil və mal-qara keçidinin tikintisi nəzərdə tutulub.

“Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolunun tikintisi” layihəsinin davamı olaraq, M-1 magistralının 134-192 km-lik hissəsində yeni stiqamət üzrə 16 km qısa olmaqla, 58 km uzunluğunda, Samur-Abşeron kanalı boyunca, I b texniki dərəcəli, 4 zolaqlı asfalt-beton örtüklü yolun tikintisi də həyata keçirilir. Sözügedən hissədə də tikinti işləri tamamlanmaq üzrədir.

Bununla da H.Z.Tağıyev qəsəbəsindən başlayaraq Rusiya Federasiyası ilə dövlət sərhədinə qədər uzanacaq yeni avtomobil yolunun uzunluğu 150 km təşkil edəcək.

Ümumilikdə sözügedən hissədə 20 ədəd qovşaq və yol ötürücü körpünün, 15 ədəd hidravlik və kanal körpüsünün, 41 ədəd kəndlərarası düzbucaqlı yeraltı keçidin, 345 ədəd müxtəlif diametrlərdə dairəvi beton suötürücü və ehtiyat boruların tikintisi, müxtəlif gərginlikli elektrik-rabitə xətlərinin, su, beynəlxalq əhəmiyyətli qaz və neft xətlərinin köçürülməsi nəzərdə tutulub ki, bu işlərin müəyyən hissəsi artıq icra olunub.

Qeyd edək ki, “Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolunun tikintisi” layihəsinin maliyyələşməsi Azərbaycan Hökumətinin dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu hesabına həyata keçirilir. 07 dekabr 2017-ci il tarixində layihənin tikintisi ilə bağlı təməl qoyma mərasimi keçirilmiş, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev təməl qoyma mərasimində işlərin sürətləndirilməsi barədə şifahi tapşırıqlarını vermişdir. Daha sonra, Azərbaycan Respublikası Prezidentinin 2018-ci il tarixli 19 fevral 3692 nömrəli Sərəncamı ilə islahatlarla bağlı xərclər hesabına yolun tikintisinə müvafiq vəsait ayrılmışdır.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

AAYDA Koronavirusla Mübarizəyə Dəstək Fonduna 300 min manat vəsait köçürüb

AAYDA sürücülərə sürət həddinə əməl etmələri ilə bağlı çağırış edib

Prezident İlham Əliyev AAYDA-nın İdarə Heyətinin sədrini qəbul edib

AAYDA bu ilin I rübünə yekun vurub

AAYDA-nın idarə heyətinin sədri vətəndaşları qəbul edib

AAYDA: Bəzi yollarda təmir işləri aparılacaq

AAYDA avtomobil yollarındakı vəziyyətlə bağlı məlumat yayıb

AAYDA: Zəlzələ nəticəsində avtomobil yollarına ziyan dəyib

AAYDA bu il 270 yeni maşın və mexanizm almaq niyyətindədir

AAYDA: Babək prospektində çökmə olmayıb, yol deformasiyaya uğrayıb

AAYDA-də Milli Qurtuluş günü ilə bağlı tədbir keçirilib

29 Mart 2020, 21:10 (GMT +4)
Şaban ayının beşi imam Səccadın (ə) mövlududur

29 Mart 2020, 21:00 (GMT +4)
ƏƏSMN vətəndaşlara pul yardımı ediləcəyi ilə bağlı xəbərlərə münasibət bildirib

29 Mart 2020, 20:25 (GMT +4)
KOBİA əl dezinfeksiya edici vasitə istehsalına dəstək göstərib

29 Mart 2020, 20:10 (GMT +4)
Qüdrət Nuriyev: Xalqımız bu sınaqdan da üzüağ çıxacaq

29 Mart 2020, 19:45 (GMT +4)
"Aşıq Şəmşir" Mədəniyyət Ocağı "Evdə qal" kampaniyasına qoşulur (FOTO)

29 Mart 2020, 18:15 (GMT +4)
Çin koronavirus epidemiyasının sona çatdığını açıqlayıb

29 Mart 2020, 17:33 (GMT +4)
Azərbaycanda daha 27 nəfər koronavirusa yoluxub

29 Mart 2020, 16:51 (GMT +4)
Bakıda avtobus tuneldə idarəetmədən çıxaraq yol qəzası törədib (FOTO)

29 Mart 2020, 16:20 (GMT +4)
Nazirlik: Bakıda havanın keyfiyyəti nəzərəçarpacaq dərəcədə təmizlənib

29 Mart 2020, 16:00 (GMT +4)
Məcburi köçkünlərin müvəqqəti məskunlaşma yerləri dezinfeksiya olunur

29 Mart 2020, 15:45 (GMT +4)
Səbail rayon icra başçısı şəxsən özü sakinlərə çağırış edib (FOTO, VİDEO)

29 Mart 2020, 11:30 (GMT +4)
Alternativ qeydiyyat mərkəzlərinin iş prinsipi dəyişdirilib

29 Mart 2020, 11:00 (GMT +4)
Təcridxanaya narkotik keçirmək cəhdlərinin qarşısı alınıb

29 Mart 2020, 10:58 (GMT +4)
Seyid Camal Əzimbəyli: Operativ Qərargahın tətbiq etdiyi qaydaları yerinə yetirməliyik

29 Mart 2020, 10:45 (GMT +4)
İsmayıllı sakinindən silah götürülüb

29 Mart 2020, 09:02 (GMT +4)
Bu gündən Bakı metrosu sutkada 5 saat işləyəcək

29 Mart 2020, 08:25 (GMT +4)
Bu gündən Azərbaycanda xüsusi karantin rejimi gücləndirilib

28 Mart 2020, 21:30 (GMT +4)
İlham Əliyev: Dövlət bütün xərcləri öz üzərinə götürüb

28 Mart 2020, 20:50 (GMT +4)
Prezident: Yaşı 65-dən yuxarı insanlar evdə oturmalıdırlar. Vəssalam, birmənalı şəkildə!

28 Mart 2020, 20:40 (GMT +4)
Prezident: Karantinə alınan insanlar dörd və beş ulduzlu otellərdə saxlanılır

28 Mart 2020, 20:30 (GMT +4)
Məcburi köçkünlərin məskunlaşdığı yataqxanalarda dezinfeksiya işləri aparılıb

28 Mart 2020, 20:01 (GMT +4)
ƏƏSMN: Daha 1400-dən çox tənha yaşlıya evlərində sosial xidmətlərə başlanıb

28 Mart 2020, 19:50 (GMT +4)
Azərbaycanda koronavirusa görə 25 mindən artıq test edilib

28 Mart 2020, 19:44 (GMT +4)
Azərbaycanda daha 17 nəfər koronavirusa yoluxub, 1 nəfər ölüb

28 Mart 2020, 19:12 (GMT +4)
“Azərişıq” sosial izolyasiyada qalan vətəndaşlara dəstək verməyə daim hazırdır

28 Mart 2020, 18:51 (GMT +4)
Şaban ayının 4-ü həzrət Əbul-Fəzl Abbasın (ə) mövlud günüdür

28 Mart 2020, 18:45 (GMT +4)
Məktəblilərin gündəlik gigiyenik tələbləri (VİDEO)

28 Mart 2020, 17:40 (GMT +4)
Tədris digər dildə aparılan bölmə üzrə müsahibələr təxirə salınıb

28 Mart 2020, 17:36 (GMT +4)
Nazirlik: Birinci sinfə elektron qeydiyyata yenidən start verilir

28 Mart 2020, 17:15 (GMT +4)
Təhsil Nazirliyində vətəndaş qəbulu aprelin 20-dək dayandırılır

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66