Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » SİYASƏT

Prezidentin köməkçisi: “Azərbaycan hərbi-texniki sahədə əməkdaşlığın coğrafiyasını genişləndirir”

24 Fevral 2020, 12:19 (GMT +4)

Bakı, 24 fevral, SalamNews.“Azərbaycan və İtaliya hərbi-texniki sahədə də əməkdaşlıq barəsində razılıq əldə ediblər”.

SalamNews xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

O vurğulayıb ki, bu sahədə əməkdaşlıq iki ölkə arasında qarşılıqlı etimadın yüksək səviyyəsinin və Azərbaycanın hərbi-texniki sahədə əməkdaşlığının coğrafiyasının genişliyinin təzahürüdür.

H.Hacıyev bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin İtaliyaya dövlət səfəri çərçivəsində iki dövlət arasında ümumilikdə 28 sənəd imzalanıb: “İmzalanmış sənədlər sırasında “Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında Çoxölçülü Strateji Tərəfdaşlığın gücləndirilməsinə dair Birgə Bəyannamə” müstəsna əhəmiyyət daşıyır: "Sənədin bilavasitə Prezident İlham Əliyev və Baş Nazir Cüzeppe Konte tərəfindən imzalanması bu sənədin siyasi yükünü göstərir.

Birgə Bəyannamədə ölkəmiz üçün ən ağrılı problem olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı tərəflərin birmənalı mövqeyi də əks olunur. Sənədin siyasi hissəsində münaqişənin Helsinki Yekun Aktının təməl prinsipləri, xüsusilə suverenlik, ərazi bütövlüyü və beynəlxalq sərhədlərin toxunulmazlığı, BMT və ATƏT-in müvafiq sənəd və qərarları əsasında nizamlanmasına dair olduqca əhəmiyyətli maddə yer alır.

İtaliya hər zaman münaqişənin həlli prosesində Azərbaycanın haqlı mövqeyini dəstəkləyib və onun səyləri hər zaman Azərbaycan tərəfindən yüksək qiymətləndirilib. İtaliya ATƏT-in Minsk qrupunun üzvlərindən biridir və Minsk prosesi çərçivəsində çox fəal olub. Vaxtilə ATƏM-in Minsk Konfransının və sonradan ATƏT-in Minsk qrupunun ilk sədri də məhz italiyalı diplomat Mario Rafaelli olub. Məhz 1993-cü ildə italyan diplomat Mario Rafaellinin Ağdam şəhərinin işğalından sonra BMT Baş katibinə hazırladığı hesabat əsasında BMT Təhlükəsizlik Şurasının müvafiq qətnaməsi qəbul olunub”.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Hikmət Hacıyev: AŞPA məruzəçiləri manipulyasiya və saxtakarlıqla məşğuldurlar

Hikmət Hacıyev: Azərbaycan regiondakı bütün dövlətlərlə qarşılıqlı faydalı əməkdaşlıq qurub (VIDEO)

Hikmət Hacıyev: Aİ ilə yeni tərəfdaşlıq sazişi üzrə danışıqlar prosesini başlatmışıq (MÜSAHİBƏ)

Hikmət Hacıyev Fransada ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə edib

Hikmət Hacıyev Azərbaycan Prezidentinin köməkçisi təyin edilib

Hikmət Hacıyev: Avropa İttifaqının tələsik bəyanatı həqiqəti əks etdirmir

Hikmət Hacıyev: Azərbaycan və Rusiya prezidentlərinin Soçi görüşü mühüm əhəmiyyətə malikdir

Hikmət Hacıyev Nikol Paşinyanın BMT Baş Assambleyasında çıxışına münasibət bildirib

Hikmət Hacıyev: Futbol siyasiləşdirilməməlidir

Hikmət Hacıyev: "Bir kəmər, bir yol" Azərbaycan-Çin əməkdaşlığı üçün böyük imkanlar yaradır

Hikmət Hacıyev: Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərindəki təbii resursları riyakarcasına talan edir

Hikmət Hacıyev Cenevrədə beynəlxalq konfransda iştirak edib

Hikmət Hacıyev: Vyana görüşü Ermənistan-Azərbaycan münaqişəsinin həlli istiqamətində danışıqlara yeni impuls verdi

Hikmət Hacıyev Almaniyada səfərdə olub

Ermənistanın işğalçılıq siyasəti - regionda sülh və sabitlik üçün təhlükədir - Hikmət Hacıyev

Hikmət Hacıyev: Minsk qrupunun həmsədrlərinin son bəyanatı məhz Ermənistana ünvanlanıb

Hikmət Hacıyev: Nikol Paşinyanın iddiaları danışıqların mahiyyətinə və formatına ziddir

Hikmət Hacıyev Azərbaycan Prezidenti ilə Ermənistan baş nazirinin Davos görüşünü şərh edib

Hikmət Hacıyev: Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurlu xarici siyasətimiz 2019-cu ildə də davam etdiriləcək

Hikmət Hacıyev: "Azərbaycan bu gün dünya miqyasında müstəqil siyasət aparan ölkələrdən biridir"

04 Aprel 2020, 18:48 (GMT +4)
KİVDF-nin yeni rəhbəri kimdir? - Dosye

04 Aprel 2020, 17:30 (GMT +4)
SMS icazə sistemindən istifadə qaydaları ilə bağlı yeni rolik hazırlanıb

04 Aprel 2020, 17:10 (GMT +4)
İsmət Səttarov MTRŞ-yə üzv təyin edilib

04 Aprel 2020, 17:04 (GMT +4)
KİVDF-yə yeni İcraçı direktor təyin edilib

04 Aprel 2020, 17:00 (GMT +4)
DMX: Sabahdan hərəkət məhdudiyyətləri əcnəbilərə də şamil ediləcək

04 Aprel 2020, 16:59 (GMT +4)
Vüqar Səfərli vəzifəsindən azad edilib

04 Aprel 2020, 16:57 (GMT +4)
Şotlandiyada COVID-19-a yoluxmadan qocalar evində 13 nəfər ölüb

04 Aprel 2020, 16:45 (GMT +4)
Bölgələr üzrə avtobuslarda sərnişin sıxlığının azaldığı və artdığı ərazilər açıqlanıb

04 Aprel 2020, 16:27 (GMT +4)
Küveytdə koronavirusdan ilk ölüm hadisəsi qeydə alınıb

04 Aprel 2020, 16:22 (GMT +4)
İraqda hökuməti formalaşdıracaq siyasətçi parlamentin taleyüklü qərarını gözləyir

04 Aprel 2020, 16:10 (GMT +4)
Hərbi jurnalist Şəmistan Əlizamanlı ilə Aprel döyüşləri xatırlanacaq

04 Aprel 2020, 15:58 (GMT +4)
Tramp COVID-19 xəstəsi ilə mümkün təmasın onun üçün əhəmiyyətli olmadığını bildirib

04 Aprel 2020, 15:41 (GMT +4)
Nazirlik: Bakı-Sumqayıt yolundan köçürülən ağacların inkişafına nəzarət olunur

04 Aprel 2020, 15:31 (GMT +4)
İspaniyada gün ərzində COVID-19-a 7000 yoluxma hadisəsi qeydə alınıb

04 Aprel 2020, 15:20 (GMT +4)
Səudiyyə Yəmən ərazisinə 15 aviazərbə endirib, bir ailənin 4 üzvü həlak olub

04 Aprel 2020, 15:10 (GMT +4)
DİN: Jurnalistlər avtomobildən şəxsi məqsədləri üçün istifadə edə bilməzlər

04 Aprel 2020, 14:58 (GMT +4)
Maduro ölkəni qorumaq üçün artilleriyanı səfərbər etməyi əmr edib

04 Aprel 2020, 14:48 (GMT +4)
Azərbaycanda daha 78 nəfər koronavirusa yoluxub

04 Aprel 2020, 14:30 (GMT +4)
AQTA-nın Çağrı Mərkəzi bu gün fasilələrlə işləyəcək

04 Aprel 2020, 14:12 (GMT +4)
İranda koronavirusa yoluxan 55 min xəstədən 19 mini sağalıb

04 Aprel 2020, 14:07 (GMT +4)
Heydər Əliyev Mərkəzindən "COVID-19"un geniş yayıldığı ölkələrə dəstək 

04 Aprel 2020, 13:51 (GMT +4)
Maduro koronavirusla mübarizədə Kolumbiyaya kömək edəcəklərini açıqlayıb

04 Aprel 2020, 13:45 (GMT +4)
Astara sakini narkotik vasitə satarkən saxlanılıb

04 Aprel 2020, 13:35 (GMT +4)
Rusiyada son sutka ərzində 582 nəfərdə koronavirusa yoluxma aşkar edilib 

04 Aprel 2020, 13:26 (GMT +4)
İsraildə koronavirusa yoluxanların sayı 7,500-ü keçib

04 Aprel 2020, 13:00 (GMT +4)
Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb

04 Aprel 2020, 12:46 (GMT +4)
ASCO-da evdən idarəetmə ilə fasiləsiz iş rejimi tam təmin olunub

04 Aprel 2020, 12:40 (GMT +4)
İran Parlamentinin 190 deputatı koronavirusa görə analiz verib

04 Aprel 2020, 12:35 (GMT +4)
ABŞ-da son sutka ərzində 1,4 min insan koronavirusdan ölüb

04 Aprel 2020, 12:25 (GMT +4)
DİN: Karantin rejimini pozan 9 nəfər həbs edilib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66