Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

Leyla Həsənova: Hər kəs Xocalı soyqırımını təbliğ etməlidir

24 Fevral 2020, 15:59 (GMT +4)

Bakı, 24 fevral, SalamNews. “1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri SSRİ dövründə Xankəndi şəhərində yerləşdirilmiş 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin köməkliyi ilə Xocalı şəhərini zəbt etməsi tarixə daha bir soyqırımının həyata keçirilməsi ilə keçdi... Dünya tarixində bir sıra soyqırımları olub. Amma mənfur qonşularımız olan ermənilərin azərbaycanlılara-dinc əhaliyə qarşı reallaşdırdıqları bu qırğın bir sıra ağır məqamları ilə seçildi”.

SalamNews xəbər verir ki, bu fikirləri ABC Tədris və İnkişaf Mərkəzinin rəhbəri Leyla Həsənova bildirib. Onun sözlərinə görə şəhəri tam alova bürüyüb məqsədli şəkildə orada yaşayanları son sakinə qədər qırmaq heç bir nasist millətə və ya orduya xarakter olmayıb: “Belə bir vəziyyətdə, erməni əhatəsində olan şəhərdə qalmış təqribən 2500 nəfər əhali yaxınlıqdakı azərbaycanlılar məskunlaşmış Ağdam rayonunun mərkəzinə çatmaq ümidi ilə şəhəri tərk etməyə məcbur oldular ki, bu niyyət də baş tutmadı. Şəhəri yerlə yeksan etmiş erməni silahlı dəstələri və motoatıcı alayın hərbiçiləri dinc əhaliyə divan tutdular.

Bu qırğının nəticəsində isə 613 nəfər həlak oldu. Faciəni daha da dərinləşdirən məqam isə o idi ki, həlak olanlardan 63 nəfəri uşaq, 106 nəfər qadın, 70 nəfər isə ahıl yaşda olan insanlar idi.
8 ailənin tamamilə məhv edilməsi isə qırğının miqyasından xəbər verir. Bundan başqa rəsmi statistikalarda 25 uşağın hər iki valideynini itirməsi, 130 uşağın isə valideynlərindən birini itirməsi göstərilir. 76 uşağın yaralanması faktı isə Ermənistanın yürütdüyü işğalçı siyasətin özündə hansı xəstə təxəyyül və nasist soyqırımı məqsədlərini birləşdirməsini bir daha göstərir”.
Leyla Həsənova onu da vurğulayıb ki, bugünkü gənc nəsil baş verən bu soyqırımı hadisələrini incəliklərinə qədər bilir və gələcək nəsillər də azərbaycanlılara qarşı törədilmiş bu vəhşilikləri heç vaxt unutmayacaqlar: “Əlbəttə hər birimizin əzbər bildiyi bu arzuolunmaz statistikanı təkrarlamaya bilərdim. Amma dönə-dönə xatırlamaq, gənclərin daim yadına salmaq lazımdır ki, onlar faciənin təfərrüatlarını zərrə qədər də olsun unutmasınlar. Həmin gecə 1275 nəfər də əsir götürüldü bu şəxslərin hansı ömür boyu sürəcək ciddi psixoloji travmalar almasını təsəvvür eləmək belə insana mənəvi əzab verir...”

Leyla Həsənovanın sözlərinə görə bu gün işlədiyi sahədən, peşəsindən asılı olmayaraq hər kəs Xocalı soyqırımını təbliğ etməli, gələcək nəsillərə bu faciəni adi müharibə hadisəsi kimi yox, əsl soyqırımı kimi çatdırmalıdır: “Bu mənada müəllimlərimizin, elm adamlarımızın da üzərinə böyük yük düşür. Biz də öz sahəmizdə üzərimizə düşəni edəcəyik uşaq və yeniyetmələrə Xocalı soyqırımı günü lazımi məlumatlar çatdırıb müəyyən tədbirlər keçirəcəyik. Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar ötən il Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının (AQSİA) təşkilatçılığı ilə ABC Tədris və İnkişaf Mərkəzində həmin dəhşətli faciənin iştirakçıları ilə tədbir keçirmişdik. Həmin tədbirdə möcüzəvi şəkildə ölümdən xilas olan Xocalı şahidləri Ceyran Əzizova və Fiqurə Rüstəmova yaşadıqları bütün dəhşətlər barədə danışmışdılar. Bu il də bir sıra tədbirlər keçirməyi planlaşdırırıq. Xocalı soyqırımının yad edilməsinə iki gün qalmış bağçamızın və mərkəzin yeni filialının uşaqları ilə Xocalı abidəsini ziyarət edəcəyik. Bakının Pirşağı qəsəbəsində müvəqqəti yerləşən Xocalı şəhər 2 saylı orta məktəbin direktoru Fiqurə Rüstəmova ilə birgə tədbir keçirməyi də planlaşdırırıq. O ötən ilki tədbirimizə də dəstək vermişdi. Bu il də onların müəllim heyəti ilə görüşmək və ümumilikdə faciə qurbanlarını bu kimi tədbirlərlə yad etmək planlarımız var. Bu gün doğma yurdlarından didərgin düşmüş və Azərbaycanın 40-dan çox rayonuna səpələnmiş Xocalı sakinləri Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli, Ermənistanın Azərbaycana qarşı təcavüzünün dəf edilməsi, ölkənin ərazi bütövlüyünün bərpa edilməsi ümidi ilə yaşayırlar. Biz də ümid edirik ki, gün gələcək onlar öz torpaqlarına dönəcəklər, soyqırımı ilə bağlı günahkar olan şəxslər isə öz layiqli cəzalarını alacaqlar”.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Leyla Həsənova: 20 Yanvar xalqımızın qəhrəmanlıq səhifəsidir

Leyla Həsənova: Psixoloji travma alan şagirdlərin diqqətdə saxlanılması vacib amildir

28 Mart 2020, 21:30 (GMT +4)
İlham Əliyev: Dövlət bütün xərcləri öz üzərinə götürüb

28 Mart 2020, 20:50 (GMT +4)
Prezident: Yaşı 65-dən yuxarı insanlar evdə oturmalıdırlar. Vəssalam, birmənalı şəkildə!

28 Mart 2020, 20:40 (GMT +4)
Prezident: Karantinə alınan insanlar dörd və beş ulduzlu otellərdə saxlanılır

28 Mart 2020, 20:30 (GMT +4)
Məcburi köçkünlərin məskunlaşdığı yataqxanalarda dezinfeksiya işləri aparılıb

28 Mart 2020, 20:01 (GMT +4)
ƏƏSMN: Daha 1400-dən çox tənha yaşlıya evlərində sosial xidmətlərə başlanıb

28 Mart 2020, 19:50 (GMT +4)
Azərbaycanda koronavirusa görə 25 mindən artıq test edilib

28 Mart 2020, 19:44 (GMT +4)
Azərbaycanda daha 17 nəfər koronavirusa yoluxub, 1 nəfər ölüb

28 Mart 2020, 19:12 (GMT +4)
“Azərişıq” sosial izolyasiyada qalan vətəndaşlara dəstək verməyə daim hazırdır

28 Mart 2020, 18:51 (GMT +4)
Şaban ayının 4-ü həzrət Əbul-Fəzl Abbasın (ə) mövlud günüdür

28 Mart 2020, 18:45 (GMT +4)
Məktəblilərin gündəlik gigiyenik tələbləri (VİDEO)

28 Mart 2020, 17:40 (GMT +4)
Tədris digər dildə aparılan bölmə üzrə müsahibələr təxirə salınıb

28 Mart 2020, 17:36 (GMT +4)
Nazirlik: Birinci sinfə elektron qeydiyyata yenidən start verilir

28 Mart 2020, 17:15 (GMT +4)
Təhsil Nazirliyində vətəndaş qəbulu aprelin 20-dək dayandırılır

28 Mart 2020, 17:04 (GMT +4)
Mədəniyyət Nazirliyi televiziya kanallarına müraciət edib

28 Mart 2020, 16:52 (GMT +4)
Rusiyada gün ərzində 228 yeni koronavirusa yoluxma qeydə alınıb

28 Mart 2020, 16:34 (GMT +4)
Azərbaycan dənizçiləri "Evdə qal" aksiyasına qoşulublar

28 Mart 2020, 16:31 (GMT +4)
İspaniyada son sutkada koronavirusdan 832 nəfər həyatını itirib

28 Mart 2020, 16:23 (GMT +4)
DMX əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə müraciət edib

28 Mart 2020, 16:05 (GMT +4)
Şimali Makedoniya NATO-ya qoşulub

28 Mart 2020, 15:46 (GMT +4)
Prezident İlham Əliyev Bakıda “Yeni klinika”nın açılışında iştirak edib (FOTOLAR)

28 Mart 2020, 15:36 (GMT +4)
Ukraynada koronavirusa yoluxanların sayı 311-ə çatıb

28 Mart 2020, 15:29 (GMT +4)
ABŞ Suriya-İordaniya sərhədində koronavirus adı ilə silahlı birləşmələrə hərbi yardım göndərir – Rusiya

28 Mart 2020, 15:16 (GMT +4)
SOCAR prezidenti Heydər Əliyev adına Neft Emalı Zavodunda olub

28 Mart 2020, 15:02 (GMT +4)
ABŞ koronavirusla mübarizə üçün Azərbaycana 1.7 milyon dollar ayırıb

28 Mart 2020, 14:58 (GMT +4)
Sabah Bakıda 17 dərəcə isti gözlənilir

28 Mart 2020, 14:45 (GMT +4)
Azay Quliyev QHT-lərə və tərəfdaş qurumlara müraciət edib

28 Mart 2020, 14:38 (GMT +4)
AB-nin fəaliyyətsizliyi İtaliyanı qəzəbləndirir

28 Mart 2020, 14:32 (GMT +4)
Ailə TV tibb işçilərini təmənnasız TV və İnternetlə təmin edəcək

28 Mart 2020, 14:27 (GMT +4)
Gənclər Fondu Prezidentin təşəbbüsünə qoşulub

28 Mart 2020, 14:26 (GMT +4)
İranda 35 min koronavirus xəstəsindən 11, 679-u sağalıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66