Türkiyə yükdaşıma sahəsində Azərbaycanla əməkdaşlıq müqaviləsini təsdiqləyib25 Fevral 2020, 12:23 (GMT +4) Bakı, 25 fevral, SalamNews. Türkiyə yükdaşıma sahəsində Azərbaycanla əməkdaşlıq müqaviləsini təsdiqləyib.
SalamNews xəbər verir ki, bu barədə "Resmi Gazete" məlumat yayıb.
Məlumata görə, tərəflər arasında saziş 6 dekabr 2019-cu ildə Bakıda imzalanıb.
Qeyd olunduğu kimi, saziş yükdaşımaların həcmini artırmağı hədəfləyir.
Belə ki, 2020-ci il üçün tərəflər arasında 35 min həcmində yük daşınması nəzərdə tutulub.
|