Blumberq artıq prezidentlik kampaniyası üçün 500 milyon dollardan çox pul xərcləyib25 Fevral 2020, 13:52 (GMT +4) Bakı, 25 fevral, SalamNews. Maykl Blumberq artıq prezidentlik kampaniyasına 500 milyon dollardan çox pul xərcləyib. SalamNews-un RİA"Novosti"yə istinadən xəbər verir ki, bunu namizədlərin reklamı üçün sərf edilən vaxtı izləyən "Advertising Analytics" məlumat verir.
"Hazırda Blumberqin xərclədiyi ümumi məbləğ 509.512.884 dollardır", deyə şirkətin Twitter hesabında məlumat verilir.
Nyu Yorkun keçmiş meri, keçmiş respublikaçı və müstəqil siyasətçi Blumberq hazırda Demokrat Partiyasından prezidentilik üçün müraciət edir.
Blumberqin sərvəti 50 milyard dollardan çoxdur, o seçki kampaniyasını özü maliyyələşdirir.
|