Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

AzMİU-da “Qəhrəmanlıq zirvəsi” sənədli filmi nümayiş olunub

25 Fevral 2020, 15:38 (GMT +4)

Bakı, 25 fevral, SalamNews. Bu gün Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib. Tədbirə gələn qonaqlar əvvəlcə Memarlıq fakültəsinin foyesində Xocalı faciəsini əks etdirən rəsm əsərlərindən ibarət sərgi ilə tanış olublar.

Faciə qurbanlarının xatirəsinin yad olunması ilə başlanan tədbiri Azərbaycan dili və pedaogika kafedrasının müdiri Salatın Əhmədova açıq elan edib. Tariximizin ən ağrılı səhifəsi olan Xocalı faciəsindən, ermənilərin törətdikləri vəhşiliklərdən, əsl həqiqətlərin dünyaya çatdırılmasından danışan kafedra müdiri belə anım günlərində Qarabağ uğrunda gedən döyüşlərdə həlak olan, Vətən yolunda canını qurban verən qəhəman oğullarımızı yada salmağın vacib olduğunu bildirib. S.Əhmədova belə qəhrəmanlardan biri Azərbaycanın Milli Qəhrəmanı Səfiyar Behbudova həsr olunmuş, Mədəniyyət Nazirliyinin sifarişi ilə “Səlnaməfilm” studiyasının çəkdiyi “Qəhrəmanlıq zirvəsi” sənədli filmindən danışıb, sonra film nümayiş olunub.

Filmin nümayişindən sonra AzMİU-nun Ekologiya kafedrasının müdiri, professor Fəqan Əliyev, qəhrəmanın bacısı Naibə Behbudova, filmin rejissoru Kəmalə Musazadə, qəhrəmana həsr olunmuş “Qürur dastanı” poemasının müəllifi Azər Hacıbəyli, qəhrəmanın döyüş yoldaşı, Bərdə özünümüdafiə batalyonunun komandiri Elbrus Rüstəmov çıxış edərək bu cür filmlərin çəkilməsinin və təqdimatların keçirilməsinin insanlara, xüsusən gənclərə vətənə-torpağa sevgi hisslərinin aşılanmasında mühüm əhəmiyyətə malik olduğunu bildiriblər.

Anım mərasimində tələbələrimizdən Pakizə, Nüsrət, Vüsal qəhrəmana həsr olunmuş “Qürur dastanı” poemasından parçalar söyləyib, 1-ci kurs magistr tələbəmiz Tural Rəhmanlı özünün rus dilində yazdığı “26 fevral” şeirini səsləndirib, İncəsənət gimnaziyasının şagirdi Aysu Cəbrayılova şəhidlərə həsr olunmuş musiqi ifa edib.

Tədbirin sonunda çıxış edən AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova gənclərə tarixdən dərs almağı, Səfiyar kimi qəhrəman oğullardan nümunə götürüb əsl vətənpərvər və vətəndaş kimi yaşamağı, yeganə düşmənimizin ermənilər olduğunu unutmamağı, düşməndən qisas almaq üçün birləşməyi, erməni vəhşiliyini dünyaya çatdırmaq üçün üzərinə düşən vəzifələri yerinə yetirməyi tövsiyə edib.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

AzMİU-da onlayn “Məzun günü” keçirilib

AzMİU tələbələrindən italyanlara dəstək

AzMİU-da onlayn dərslərin təşkili uğurla davam edir

AzMİU Prezidentin çağırışına qoşularaq 50 min manat yardım edir

AzMİU-da güclü dezinfeksiya işləri aparılıb

AzMİU-da əlaçı tələbələrə pul mükafatı veriləcək

AzMİU-da tədrisdə PBL metodu tətbiq olunacaq

Səfir AzMİU-nun RİBA-nın 5 illik akkreditasiyasını alması münasibəti ilə rəsmi qəbul keçirib

AzMİU ilə PMD Projects MMC arasında əməkdaşlıq müqaviləsi imzalanıb

AzMİU-da “Audiokitab” layihəsinin təqdimatı olub

AzMİU-da Memarlıq ali təhsilinin 100 illiyinə həsr olunmuş sərgi açılıb

AzMİU beynəlxalq əlaqələrini genişləndirir

Böyük Britaniyanın Baş Nazirinin ticarət elçisi AzMİU-da olub

AzMİU-nun professor-müəllim heyətinin maaşları 25 faiz artırılıb

AzMİU-da beynəlxalq elmi-praktik konfrans keçirilib

Yeni tədris ilində AzMİU-nun Elmi Şurasının ilk iclası keçirilib

AzMİU-nin tələbələri İTU-nun Yay məktəbində iştirak ediblər

AzMİU-da beynəlxalq konfrans öz işinə başlayıb

AzMİU-nun rektoru prezident tərəfindən təltif edilib

AzMİU-nun adı növbəti dəfə beynəlxalq reytinq sistemində daxil edilib

10 Avqust 2020, 18:00 (GMT +4)
İxrac malların gömrük proseduru ilə bağlı onlayn təlim keçiriləcək

10 Avqust 2020, 17:36 (GMT +4)
Livanın baş naziri istefa verib - KİV

10 Avqust 2020, 17:17 (GMT +4)
Neftçalada içməli su problemi aradan qaldırılır

10 Avqust 2020, 17:12 (GMT +4)
Azərbaycanda koronavirusa yoluxanların sayı 79-ə qədər azalıb, 278 nəfər isə sağalıb

10 Avqust 2020, 17:02 (GMT +4)
Prezident: “Qarabağ yatağı müstəqil Azərbaycan üçün böyük hədiyyə olmuşdur"

10 Avqust 2020, 16:59 (GMT +4)
Bağdadın cənubunda İŞİD tərəfindən planlanmış partlayışın qarşısı alınıb

10 Avqust 2020, 16:46 (GMT +4)
Bərdədə çətənə bitkisi yetişdirən şəxs saxlanılıb

10 Avqust 2020, 16:30 (GMT +4)
AFFA klublara toplar təqdim edib

10 Avqust 2020, 16:15 (GMT +4)
Dövlət Avtomobil Nəqliyyatı Xidmətinə yeni rəis müavini təyin edilib

10 Avqust 2020, 16:04 (GMT +4)
İranda son sutkada koronavirusdan 189 nəfərin ölümü qeydə alınıb

10 Avqust 2020, 16:00 (GMT +4)
İmtahanlarla bağlı məlumatlar artıq şəxsi səhifələrə göndərilir

10 Avqust 2020, 15:50 (GMT +4)
Azərbaycanda bu il 1253 məhbus vaxtından əvvəl azadlığa buraxılıb

10 Avqust 2020, 15:35 (GMT +4)
DYP: 244 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib

10 Avqust 2020, 15:00 (GMT +4)
Qayda pozuntusuna görə 52,6 milyon manat məbləğində cərimələr tətbiq edilib

10 Avqust 2020, 14:45 (GMT +4)
Havanı çirkləndirən sexin sahibi cəzalanıb

10 Avqust 2020, 14:43 (GMT +4)
Beyrut partlayışında ölənlərin sayı 200-ü keçib

10 Avqust 2020, 14:32 (GMT +4)
Bərdədə daha 60 evə qaz verilib

10 Avqust 2020, 14:20 (GMT +4)
İlham Əliyev Belarus prezidentini təbrik edib  

10 Avqust 2020, 14:09 (GMT +4)
Prezident İlham Əliyev “Qarabağ” yatağının dayaq blokunun dənizə yola salınması mərasimində iştirak edib (FOTOLAR)

10 Avqust 2020, 13:55 (GMT +4)
Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb

10 Avqust 2020, 13:41 (GMT +4)
Livanda daha bir nazir istefa verib

10 Avqust 2020, 13:30 (GMT +4)
Ağstafada top mərmisi aşkarlanıb

10 Avqust 2020, 13:16 (GMT +4)
Saatlıda karantini pozan kafenin sahibi və müştərilər cərimələnib

10 Avqust 2020, 13:00 (GMT +4)
Cinayət törətməkdə şübhəli bilinən 13 nəfər saxlanılıb

10 Avqust 2020, 12:46 (GMT +4)
İran xarici dövlətlərin Beyrut partlayışından sui-istifadəsi haqda xəbərdarlıq edib

10 Avqust 2020, 12:45 (GMT +4)
Monteneqro - Azərbaycan matçının stadionu bəlli olub

10 Avqust 2020, 12:30 (GMT +4)
Bakıda 18 km yol yenidən qurulur 

10 Avqust 2020, 12:15 (GMT +4)
Postlardan geri qaytarılan avtomobillərin sayı açıqlanıb

10 Avqust 2020, 12:04 (GMT +4)
Körfəz ərəb dövlətləri İrana qarşı silah enbarqosunun uzadılmasını istəyib

10 Avqust 2020, 12:00 (GMT +4)
Azərbaycan Ordusunun generalı vəfat edib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66