Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » DİN

Yaqut Əliyeva: Azərbaycan qadınının cəmiyyətdə oynadığı rol daha da yüksəlib

25 Fevral 2020, 17:06 (GMT +4)

Bakı, 25 fevral, SalamNews. Fevralın 24-25-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Şəki Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “XXI əsrdən baxış: din və qadın” mövzusunda ikigünlük regional konfrans keçirilib.

Şəki şəhərində keçirilən tədbirdə dövlət qurumlarının nümayəndələri, bələdiyyə üzvləri, psixoloqlar, mədəniyyət işçiləri, gənclər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Xocalı soyqırımının 28-ci ildönümü münasibətilə faciə qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanan konfransda əvvəlcə Dövlət Komitəsinin tabeliyindəki Mənəvi Dəyərlərin Təbliği Fondunun dəstəyi ilə ərsəyə gələn “Ailə dəyərləri” filmi nümayiş etdirilib.

Tədbiri giriş sözü ilə açan Şəki Şəhər İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Sadiq Yusifov Azərbaycanda qadın siyasətinin uğurla həyata keçirilməsindən, qadınların ictimai həyatdakı rolundan, cəmiyyətdə tutduqları yüksək mövqelərdən bəhs edib. Bildirib ki, Ulu Öndər Heydər Əliyevin məqsədyönlü siyasəti nəticəsində Azərbaycanda qadınlarla bağlı dövlət siyasəti yeni mərhələyə qədəm qoyub, qadınların ölkənin ictimai-siyasi, eləcə də dövlət quruculuğu işlərində fəal iştirakı təmin edilib. Bu gün də bu siyasət ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Konfransın mövzusunun aktuallığına diqqət çəkən S.Yusifov Dövlət Komitəsinin həyata keçirdiyi maarifləndirmə tədbirlərinin önəmini vurğulayaraq bu prosesin daha da genişləndirilməsinin əhəmiyyətindən danışıb.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Təhlil və proqnozlaşdırma şöbəsinin müdiri Elnarə Kərimova çıxışında XXI əsrin inkişaf və texnologiyalar, yeniliklər əsri olmaqla yanaşı, özü ilə həm də bir çox problemləri gətirdiyini qeyd edib. Hər bir əsrin öz çağırışları və təhdidlərinin olduğunu vurğulayan E.Kərimova xüsusilə dini mövqedən təhdidlər barədə məlumat verərək, onlara qarşı mübarizə metodlarından bəhs edib. Təhdidlərlə mübarizədə maarifləndirmənin əhəmiyyətinə diqqət çəkən Komitə rəsmisi dini mövqedən təhdidlərə qarşı dini savadlılıqla, dini dünyagörüşünü formalaşdırmaqla mübarizə apara biləcəyimizi söyləyib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Yaqut Əliyeva “Müasir cəmiyyətdə qadın: problemlər, tendensiyalar” mövzusunda çıxış edərək erkən nikah, məişət zorakılığı, qadınların cəmiyyətdə statusu, məruz qaldıqları məişət zəminində problemlər barədə danışıb. Bildirib ki, Azərbaycan qadınının cəmiyyətdə oynadığı rol daha da yüksəlib və qadınlar dövlət idarəçiliyində, qanunvericilik aktlarının formalaşmasında və digər bu kimi mühüm sferalarda fəallıq nümayiş etdirirlər. Bu prosesdə dövlət tərəfindən həyata keçirilən qadın, gender siyasəti vacib məqamlardan biridir. Bütün bunlarla yanaşı hələ də cəmiyyətimizdə qadınlarla bağlı az sayda olsa da problemlərin olduğunu dilə gətirən Y.Əliyeva onların aradan qaldırılması üçün vacib olan məqamlara diqqət çəkib.

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) Şəki Regional Mərkəzinin rəhbəri Pərviz Məmmədov çıxış edərək mövzuya həm də insan hüquqları, xüsusən də qadın hüquqlarının müdafiəsi istiqamətindən yanaşmanın vacib olduğunu bildirib. Qeyd edib ki, insan hüquqlarının təməlində bərabərlik prinsipi durur. Azərbaycan Respublikası ümumi insan hüquqları kontekstində qadın hüquqlarına diqqət göstərən ölkədir. Bu diqqət öz əksini bir sıra qəbul edilmiş sənədlərdə də tapıb. Demokratiyanın, sosial ədalətin əsas şərtlərindən biri də qadın və kişilərin hüquq bərabərliyinin təmin edilməsidir. Azərbaycan dövləti qadın hüquq və azadlıqlarının təmin edilməsi, qadınlara münasibətdə ayrı-seçkiliyin bütün formalarının ləğv olunması haqqında bir çox beynəlxalq konvensiyalara qoşulub.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Zaqatala Uşaq və Ailələrə dəstək mərkəzinin nümayəndəsi Könül Şirinova mövzunun aktuallığını qeyd edərək ölkəmizdə qadınların imkanlarının genişlənməsi və vəziyyətlərinin yaxşılaşdırılması məqsədi ilə birgə səylərin artırılması baxımından geniş imkanlar olduğunu bildirib.

DQİDK-nın İctimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Nazxanım Fəsadova isə konfrans iştirakçılarına Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təqdim etdiyi elektron xidmətlər barədə informasiya verib və onlara mövzunu özündə əks etdirən broşürlər paylanılıb.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yaradılmasından 18 il ötür

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ağcabədidə vətəndaşları qəbul edib

Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin nümayəndələri əsgərlərlə görüşüb

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi deputat Qüdrət Həsənquliyevin müraciətinə cavab verib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi bu il 550-dən artıq tədbir keçirib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin avtomobillərinin sayı limiti artırılıb

Büdcədən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə ayrılan vəsait artırılıb

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yaradılmasından 17 il ötür

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində müşavirə keçirilib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yaradılmasından 16 il ötür

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Qobustanda vətəndaşları qəbul edib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin nümayəndələri Hərbi dənizçilərlə görüşüblər

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Şabranda vətəndaşların müraciətlərinə baxıb

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi “Fatimeyi-Zəhra” məscidi ilə bağlı açıqlama yayıb

Müdafiə Nazirliyi ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi arasında illik tədbirlər planı imzalanıb

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Biləsuvarda vətəndaşlarla görüşüb

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi hüquq-mühafizə orqanları ilə birgə reyd keçirib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Qazaxda vətəndaşların müraciətlərini dinləyib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Balakəndə vətəndaşları qəbul edib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin əməkdaşları təltif edilib (SİYAHI)

01 Aprel 2020, 11:05 (GMT +4)
BNA : İstehsalat bazasındakı bütün avtobuslar xəttə buraxılıb

01 Aprel 2020, 10:56 (GMT +4)
Tunis koronavirusa görə mindən artıq məhbusu azad edib

01 Aprel 2020, 10:42 (GMT +4)
Çində COVID-19-a yeni yoluxma halları qeydə alınıb

01 Aprel 2020, 10:24 (GMT +4)
İran İraqda ABŞ qüvvələrinin yer dəyişməsinə münasibət bildirib

01 Aprel 2020, 10:19 (GMT +4)
Energetika Nazirliyinə 2 000-dən çox müraciət daxil olub

01 Aprel 2020, 10:18 (GMT +4)
ABŞ Venesuelada müvəqqəti hökumət yaradılmasını təklif edir

01 Aprel 2020, 10:07 (GMT +4)
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 24 dəfə pozub

01 Aprel 2020, 09:52 (GMT +4)
Dağlıq Qarabağın azərbaycanlı icması qondarma "seçkilərlə" bağlı bəyanat yayıb

01 Aprel 2020, 09:45 (GMT +4)
Səudiyyə bu il həcc mərasiminin keçirilməyəcəyi ehtimalı ilə bağlı xəbərdarlıq edib

01 Aprel 2020, 09:44 (GMT +4)
Monako şahzadəsi koronavirusa yoluxduqdan sonra karantindən buraxılıb

01 Aprel 2020, 09:22 (GMT +4)
AMB bugünə olan xarici valyutaların manata qarşı məzənnələrini açıqlayıb

01 Aprel 2020, 09:11 (GMT +4)
ABŞ-da son gün ərzində koronavirusdan 860-dan çox insan ölüb

01 Aprel 2020, 09:03 (GMT +4)
ÜST: Dünyada koronavirusa yoluxanların sayı 750 min nəfəri ötüb

01 Aprel 2020, 08:58 (GMT +4)
İsrail Suriya ərazisini aviazərbələrlə hədəfə alıb, havadan müdafiə cavab verib (VİDEO)

31 Mart 2020, 23:15 (GMT +4)
Mais Ağayev: Hazırda müharibənin açıq şəkildə getdiyini düşünmək lazımdır

31 Mart 2020, 18:01 (GMT +4)
AzTU tərəfindən daha 3000 manat ianə edilib

31 Mart 2020, 17:56 (GMT +4)
Daxili İşlər Nazirliyi əhaliyə müraciət edib

31 Mart 2020, 17:51 (GMT +4)
Azərbaycanla Rusiya arasında hava uçuşları və dəmiryol daşımaları dayandırılıb

31 Mart 2020, 17:48 (GMT +4)
Kreml Putin və Tramp arasında koronavirusla bağlı danışıqları konstruktiv adlandırıb

31 Mart 2020, 17:31 (GMT +4)
Səudiyyə Ərəbistanı husiləri danışıqlar üçün ər-Riyada dəvət edib

31 Mart 2020, 17:29 (GMT +4)
BŞBPİ paytaxt sakinlərinə müraciət edib

31 Mart 2020, 17:10 (GMT +4)
Qazaxıstan Rusiyadan yanacaq idxalına müvəqqəti olaraq qadağa qoyur

31 Mart 2020, 17:00 (GMT +4)
“Tibbi sığorta haqqında” qanuna dəyişiklik edilib

31 Mart 2020, 16:50 (GMT +4)
Lukaşenko prezident seçkilərini təxirə salmaq üçün səbəb olmadığını bildirib

31 Mart 2020, 16:48 (GMT +4)
Bakı metrosu bu gün saat 22.00-dan bağlanacaq

31 Mart 2020, 16:45 (GMT +4)
Azərbaycanda həqiqi hərbi xidmətə çağırışın müddəti uzadılıb

31 Mart 2020, 16:40 (GMT +4)
Dövlətin dəstək proqramının məbləği və istiqamətləri açıqlanıb

31 Mart 2020, 16:30 (GMT +4)
İqtisadiyyat Nazirliyi Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait köçürüb

31 Mart 2020, 16:23 (GMT +4)
Operativ Qərargah: 4602 nəfər karantinə alınıb

31 Mart 2020, 16:20 (GMT +4)
İraqda ABŞ qüvvələrinin olduğu qərargaha iki raket atılıb, havadan müdafiə cavab verib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66