Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

DYP-də anım mərasimi keçirilib

25 Fevral 2020, 18:25 (GMT +4)

Bakı, 25 fevral, SalamNews. Bu gün Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) Dövlət Yol Polisi (DYP) İdarəsində Xocalı soyqırımının 28-ci ildönümünə həsr edilən anım mərasimi keçirilib.

SalamNews-un xəbərinə görə, mərasimdə İdarə rəisi Rəşid Piriyev, rəis müavinləri, şöbə və bölmə rəisləri, Yol Patrul Xidməti (YPX) əməkdaşları, tarixçi alim, professor Fəzail İbrahimli, Xocalı soyqırımının və Qarabağ döyüşlərinin canlı şahidi və iştirakçısı, “General Əli bəy” kimi tanınan Əlövsət Qasımov, ehtiyatda olan general-mayor İntiqam Zeynalov iştirak ediblər.

Əvvəlcə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra çıxış edən İdarə rəisi R.Piriyev bildirib ki, Azərbaycan polisi tarixə qanla yazılmış günləri heç vaxt unutmur: “Biz də bir əsgər kimi daim vətənə, dövlətə xidmət edirik. Biz heç vaxt başımıza gətirilən bu faciələri unutmamışıq. Düşmənimiz məlumdur və biz onları yaxşı tanımalıyıq. Mən əminəm ki, şəhidlərimizin qisası tez bir zamanda alınacaq, biz doğma yurdumuza qayıdacağıq”.

R.Piriyev Xocalı faciəsinin törədilməsində düşmən birləşmələrinin məqsədini önə çəkib və əlavə edib ki, onlar bununla xalqımızın əzmini, iradəsini qırmağa çalışsa da, buna nail ola bilməyiblər: “Biz Ali Baş Komandanın hər an əmrini gözləyən əsgərlərik. Bu faciələri bizə yaşadanlar gec-tez cəzalarını alacaqlar”.

Tarixçi alim F.İbrahimli çıxışında qeyd edib ki, ermənilərin Azərbaycana qarşı ərazi iddiası 18-ci əsrdən başlayır və bu istəklərinə çatmaq üçün daim başqalarından dəstək alıblar: “Biz heç vaxt tariximizi unutmamılıyıq. Ermənilər bizimlə təklikdə mübarizə aparmayıb. Onlar daim imperiyanın gücündən istifadə edib. Biz hər zaman böyük güclərlə mübarizə aparmışıq. Bu gün Azərbaycanın yürütdüyü siyasət ölkədə sabitliyin qorunmasına hesablanıb. Amma bu o deməkdir ki, biz bu faciələri unudacağıq? Xeyr. Biz ağlayıb-sızlamadan sadəcə məsələni dərindən öyrənməli və nəticə çıxarmalıyıq. Bu gün Azərbaycan güclü bir dövlətdir və buna görə bizə təzyiqlər hər zaman olur. Biz bir olmalıyıq, yumruq olmalıyıq. Tarixin hər dövründə bu millət bir olub, böyük güclərə qarşı savaşıb”.

F.İbrahimli deyib ki, Azərbaycan bəlkə də yeganə ölkədir ki, ilin hər ayında faciəli günlər var: "Başqa dövlətlər olsaydı bəlkə də buna tab gətirə bilməz və məhv olardı. Lakin Azərbaycan günü-gündən güclənir və inkişaf edir".

Rusiyada yaşayan soydaşımız, hüquqşünas İntiqam Zeynalov bildirib ki, R.Piriyev də Qarabağ döyüşlərində fəal iştirak edib: “Belə vətənpərvər insanlarla birlikdə olmaq qürur verir. Mən illərdir Rusiyada yaşayıram. Hər yerdə Azərbaycanı təbliğ edirəm. Düşünürəm ki, biz tariximizi və başımıza gələn faciələri unutmamalıyıq”.

Qeyd edək ki, tədbirdə Xocalı faicəsini əks etdirən fotosərgi də keçirilib. Fotolar “General Əli bəy” tərəfindən çəkilib.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

DYP: 1 440 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib

DYP: Son sutka ərzində 1482 hərəkət iştirakçısı cərimələnib

BDYPİ: 1898 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb olunub

DYP: 2 491 hərəkət iştirakçısı karantin qaydalarını pozub

DYP: 629 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib

DYP: 824 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib

BDYPİ: Ötən gün karantin qaydalarını pozan 1403 nəfər məsuliyyətə cəlb edilib

DYP: Avtomobilin baqajında rayona getmək istəyən şəxslər postda saxlanılıb

DYP: 2 150 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib

DYP: 2 094 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib

DYP: 1 248 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib

DYP: Karantin rejimini pozan 1 021 nəfər cərimələnib

DYP: Ötən gün rayona gedən 466 avtomobil geri qaytarılıb

DYP: SMS icazəsi ilə rayonlara getmək istəyən şəxslər postlardan buraxılmayacaq

DYP: Bakıya və rayonlara getmək istəyən 900 avtomobil geri qaytarılıb

DYP: Sərt karantin rejimini pozan 1 572 nəfər cərimələnib

DYP: Ezamiyyəsi olan şəxslərin ailə üzvləri postdan buraxılmayacaq

DYP: Fəaliyyətinə icazə verilən şəxslər şəxsi avtomobillərindən istifadə edə bilərlər

BDYPİ: Sərt karantin günlərində 635 sürücü cərimə olunub

DYP dəfndə iştirak edəcək şəxslərə müraciət edib

11 İyul 2020, 13:41 (GMT +4)
Türkiyənin şimal-şərqində təhlükəli terrorçu zərərsizləşdirilib

11 İyul 2020, 13:35 (GMT +4)
Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb

11 İyul 2020, 13:32 (GMT +4)
Hizbullah ABŞ-ın təzyiqlərinə baxmayaraq Livanda siyasi boşluğa şərait yaratmayacağını bildirib

11 İyul 2020, 13:13 (GMT +4)
Rusiyada son sutkada 188 koronavirus xəstəsi ölüb

11 İyul 2020, 13:11 (GMT +4)
Bakı şəhəri üzrə iyul ayının pensiyaları ödənilib

11 İyul 2020, 12:53 (GMT +4)
Dünya dövlətlərindən heç biri koronavirusa görə iqtisadiyyatını 6 aylıq dayandıra bilməz – İran prezidenti

11 İyul 2020, 12:50 (GMT +4)
“Dayanıqlı inkişaf və gənclər: yeni imkanlar və çağırışlar” mövzusunda konfrans keçirilib

11 İyul 2020, 12:45 (GMT +4)
Həmas Türkiyənin Ayasofya ilə bağlı qərarını alqışlayıb

11 İyul 2020, 12:30 (GMT +4)
"Azercell" "e-Təbib" tətbiqini yükləyənlərə 100 MB hədiyyə edir

11 İyul 2020, 12:15 (GMT +4)
Bakıdan rayona torpaq yolla gedənlər həbs ediliblər

11 İyul 2020, 12:11 (GMT +4)
ABŞ-da bir gün ərzində rekord sayda 63,2 min nəfər koronavirusa yoluxub

11 İyul 2020, 12:10 (GMT +4)
Səudiyyə Ərəbistanı koalisiyası son sutkada Yəmənə 50-dən çox aviazərbə endirib

11 İyul 2020, 11:45 (GMT +4)
“14 iyul 1969-cu il - milli tariximizin unudulmaz günü” adlı tədbir keçirilib

11 İyul 2020, 11:42 (GMT +4)
ÜST son sutkada dünyada rekord sayda insanın koronavirusa yoluxduğunu açıqlayıb

11 İyul 2020, 11:42 (GMT +4)
Çoxdilli «Shafaqna» saytı Azərbaycan dilində də fəaliyyətə başlayıb

11 İyul 2020, 11:20 (GMT +4)
Azay Quliyev seçicilərlə videogörüş keçirib

11 İyul 2020, 11:10 (GMT +4)
Bu gün Abbas Səhhətin vəfatından 102 il ötür

11 İyul 2020, 11:00 (GMT +4)
Cahangir Əsgərov “Şərəf” ordeni ilə təltif edilib

11 İyul 2020, 10:55 (GMT +4)
İraq İranla sərhəddə yerləşən əyalətdə İŞİD-in gizli sığınacaqlarına qarşı əməliyyata başlayıb

11 İyul 2020, 10:42 (GMT +4)
Türkiyənin Ayasofya ilə bağlı qərarına hörmət edilməlidir - Ərdoğan

11 İyul 2020, 10:31 (GMT +4)
Ermənistan silahlı qüvvələri atəşkəsi 49 dəfə pozub

11 İyul 2020, 10:24 (GMT +4)
Tədris Terapevtik Klinikasında yeni oksigen generatoru işə salınıb

11 İyul 2020, 10:16 (GMT +4)
Suriya beynəlxalq təşkilatın kimyəvi hücumla bağlı hesabatını siyasi oyun adlandırıb

11 İyul 2020, 10:11 (GMT +4)
Ayasofyada 1934-cü ildən bəri ilk dəfə azan oxunub - VİDEO

11 İyul 2020, 10:07 (GMT +4)
Pandemiya ilə mübarizəyə dair maarifləndirmə tədbirlərinə özəl sektor da qoşulub (VİDEO)

11 İyul 2020, 10:00 (GMT +4)
DTX XİN-in Konsulluq İdarəsinin rəisinin həbsi ilə bağlı məlumat yayıb

10 İyul 2020, 18:01 (GMT +4)
Respublikaya daxil olan bütün sürücülər test edilir - TƏBİB

10 İyul 2020, 17:55 (GMT +4)
Yaqut Qarayeva: Bəlli bir sabitləşməyə nail ola bilmişik

10 İyul 2020, 17:54 (GMT +4)
ABŞ Yaponiyaya 105 ədəd "F-35" təyyarəsinin satışını təsdiqləyib

10 İyul 2020, 17:47 (GMT +4)
Hikmət Hacıyev: Yoluxanlarla sağalanlar arasında cüzi fərq nisbəti var

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66