Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » SİYASƏT

Xocalı ilə bağlı bəyanat Belarus XİN-ə və ölkədəki səfirliklərə təqdim edilib

26 Fevral 2020, 15:44 (GMT +4)

Bakı, 26 fevral, SalamNews.Azərbaycanın Belarusdakı səfirliyində Xocalı faciəsinin 28-ci ildönümü ilə bağlı anım mərasimi keçirilib.

SalamNews xəbər verir ki, tədbirdə “Belarus Azərbaycan İcmaları Konqresi”nin və “Qobustan” cəmiyyətinin üzvləri, Minskdə təhsil alan azərbaycanlı tələbələr iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə səfirliyin foyesində Xocalı soyqırımını əks etdirən fotosərgi və Xocalı hadisələrinə dair nəşr olunmuş ədəbiyyatla tanış olublar.

Anım mərasimi Xocalı şəhidlərinin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Tədbirdə Azərbaycanın Belarusdakı səfiri Lətif Qəndilov çıxış edərək, ermənilərin əsrlər boyu Azərbaycana qarşı apardığı işğalçı, etnik təmizləmə siyasəti və xalqımıza qarşı həyata keçirdikləri vəhşiliklər barədə geniş məlumat verib. L.Qəndilov 1992-ci ildə ermənilər tərəfindən törədilən Xocalı soyqırımının miqyasına və amansızlığına görə əsrin ən dəhşətli soyqırımılarından biri olduğunu söyləyib. Səfir bildirib ki, Azərbaycanda o zaman olan özbaşınalıq, xaos və idarəetmə sisteminin olmaması faciənin nəticələrini daha da ağırlaşdırıb, məsələyə vaxtında siyasi qiymət verilməyib. Yalnız Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra ölkədə dövlət, ordu və nizam-intizam yaradılıb, parlament bu faciəyə siyasi qiymət verib və 26 fevral tarixi Xocalı soyqırımı günü kimi elan edilib. Ulu Öndərimiz bu məsələ ilə bağlı xarici siyasətin istiqamətini müəyyənləşdirib və Prezidentimiz İlham Əliyev tərəfindən həmin siyasətin gerçəkləşdirilməsi sayəsində dünyanın 5 dövləti, 10 ölkənin parlamenti, 2 beynəlxalq təşkilat və ABŞ-ın 24 ştatı Xocalı faciəsini soyqırımı və insanlıq əleyhinə cinayət aktı kimi qəbul edib.

Səfirin sözlərinə görə, məqsədyönlü işlər nəticəsində erməni təbliğatı tam alt-üst edilib, Dağlıq Qarabağın Azərbaycan torpaqları olduğu və dövlətimizə qarşı ağır cinayət törədildiyi beynəlxalq ictimaiyyətə çatdırılıb. Avropa İttifaqı ilə “Şərq tərəfdaşlığı” çərçivəsində ölkəmizin ərazi bütövlüyü, suverenliyi, sərhədlərimizin toxunulmazlığına dair imzalanmış sənəd, Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Prezident İlham Əliyevin tarixi çıxışı buna əyani sübutdur. Artıq dünyada Dağlıq Qarabağın işğal edildiyinə və Xocalıda soyqırımı törədildiyinə heç kimdə şübhə yeri qalmayıb. Bütün bunlar yaxın gələcəkdə problemin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə əminlik yaradır. Ordu quruculuğu sahəsində ölkə başçısı tərəfindən görülən işlər isə hərbi əməliyyatlara başlanıldığı təqdirdə, torpaqlarımızın qısa zamanda azad olunmasına zəmanət verir. Belə şəraitdə bizim başlıca məsələmiz başlanılmış islahatların davam etdirilməsinə dəstək üçün sabitliyin qorunması və dövlətin başçısı ətrafında sıx birləşməkdir.
Sonra Azərbaycanın Belarusdakı hərbi attaşesi E.Rəhimov çıxış edərək, hazırda Azərbaycanın mütəşəkkil, qüdrətli, hər bir an torpaqlarımızı düşməndən azad etməyə qüdrətli ordusunun olduğunu iştirakçıların diqqətinə çatdırıb.

Azərbaycan Ombudsmanının, Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin Xocalı soyqırımının 28-ci ildönümü ilə bağlı bəyanatı və səfirlik tərəfindən hazırlanmış press-reliz Belarus Xarici İşlər Nazirliyinə, Belarusda akkreditə olunmuş səfirlik və beynəlxalq təşkilatlara, mətbuat orqanlarına paylanılıb.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

İstanbulda Xocalı Soyqırımının ildönümnə həsr olunmuş panel təşkil edilib

Kiyevdə Xocalı soyqırımı haqqında məlumatlandırıcı bilbordlar qurulub

Moldovada Xocalı soyqırımı ilə bağlı yürüş keçirilib

“Azərsun” Xocalı soyqırımı qurbanlarını silsilə tədbirlərlə anıb

Bakıdakı məktəblərdə ilk dərslər Xocalı soyqırımına həsr edilib

XİN və Baş Prokurorluq Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar bəyanat yayıb

Cəlilabadda Xocalı Soyqırımına həsr olunmuş Quran gecəsi keçirilib (FOTOLAR)

İsveçdə Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar etiraz aksiyası keçirilib

Mehriban Əliyeva: "Xocalı soyqırımı bütün bəşəriyyətə və insanlığa qarşı törədilmiş cinayətdir"

Ukrayna mətbuatına Xocalı soyqırımı ilə bağlı bəyanat ünvanlanıb

İstanbulda Xocalı soyqırımına həsr olunmuş fotosərgi keçirilib

İsveçrədə Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb

Kiyevdə Xocalı soyqırımına dair bilbordlar yerləşdirilib

Xocalı soyqırımının ildönümü ilə əlaqədar Bakıda bağlanacaq küçələr açıqlanıb

Siyəzən polis şöbəsində Xocalı soyqırımının anım mərasimi keçirilib

Leyla Həsənova: Hər kəs Xocalı soyqırımını təbliğ etməlidir

Dövlət Reklam Agentliyində Xocalı soyqırımı anılıb 

Bosniya və Herseqovinada Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb

Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib (FOTOLAR)

"Yeni Üfüq” Xocalı soyqırımının ildönümü münasibətilə anım tədbiri keçirib

29 May 2020, 18:14 (GMT +4)
Azərbaycanda daha 230 nəfər koronavirusa yoluxub, 2 nəfər ölüb

29 May 2020, 17:55 (GMT +4)
Mayın 31-dən dövlət qurumları tam heyətlə fəaliyyətə başlayır

29 May 2020, 17:54 (GMT +4)
Azərbaycanda bəzi qadağalar qüvvədə qalacaq - Siyahı

29 May 2020, 17:50 (GMT +4)
Restoran, kafe və çay evlərində xidmət saatları artırılır

29 May 2020, 17:46 (GMT +4)
Azərbaycanda açıq havada keçirilən idman yarışlarına icazə verilib

29 May 2020, 17:15 (GMT +4)
Xüsusi karantin rejimi çərçivəsindəki məhdudiyyətlərin bir qismi aradan qaldırılıb

29 May 2020, 17:10 (GMT +4)
Azərbaycanda iri ticarət mərkəzləri və “Mall”arın fəaliyyəti bərpa olunur

29 May 2020, 17:01 (GMT +4)
Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb

29 May 2020, 17:00 (GMT +4)
Prezident İlham Əliyev Xorvatiyanın dövlət başçısını təbrik edib

29 May 2020, 16:50 (GMT +4)
Mənzillə təmin edilən şəhid ailələri və müharibə əlillərinin sayı açıqlanıb

29 May 2020, 16:40 (GMT +4)
Trampla Twitter-in qarşıdurması qızışıb – Prezidentin son paylaşımı məhdudlaşdırılıb

29 May 2020, 16:37 (GMT +4)
Nazirlər Kabineti: Maskadan istifadə etməmək məsuliyyətə səbəb olacaq

29 May 2020, 16:30 (GMT +4)
Azərbaycanda dayanacaqlarda maskadan istifadə məcburi oldu

29 May 2020, 16:25 (GMT +4)
Qoruyucu tibbi maskaların taxılması məcburi olan yerlərin siyahısı açıqlanıb

29 May 2020, 16:20 (GMT +4)
COVID-19 infeksiyasına qarşı mübarizədə ictimai nəzarət sistemi yaradılıb

29 May 2020, 16:08 (GMT +4)
Netanyahu Fələstin ərazilərinin İsrailə əlavə edilməsinin zamanını açıqlayıb

29 May 2020, 16:07 (GMT +4)
Azərbaycan dövlət sərhədinin bağlanması müddəti uzadılır

29 May 2020, 15:57 (GMT +4)
Kim Çen In Azərbaycan Prezidentini təbrik edib

29 May 2020, 15:40 (GMT +4)
“TariximİZ-Şərqin günəşi” onlayn forumu keçirilib (FOTO)

29 May 2020, 15:36 (GMT +4)
İradə İbrahimova: Ağac kəsənlər cəmiyyət qarşısında utansınlar

29 May 2020, 15:17 (GMT +4)
İranda koronavirusdan ölənlərin sayı azalır, yoluxanlar sürətlə artır

29 May 2020, 15:15 (GMT +4)
Bakıda marşrut avtobusu piyadanı vuraraq öldürüb

29 May 2020, 15:01 (GMT +4)
Buraxılış imtahanlarının fənləri üzrə tapşırıqların strukturu və balların hesablanması qaydası açıqlanıb

29 May 2020, 14:45 (GMT +4)
Qonşusunun evindən qızıl oğurlayan Zaqatala sakini tutulub

29 May 2020, 14:30 (GMT +4)
Kolleclərə 47 734 nəfər sənəd verib

29 May 2020, 14:20 (GMT +4)
Sabirabad sakinindən 4 kq-a yaxın narkotik götürülüb

29 May 2020, 14:01 (GMT +4)
ADU tələbə qəbulu elan edib

29 May 2020, 13:38 (GMT +4)
Tramp Minnesotada gərginliyin davam edəcəyi təqdirdə «iğtişaşçılar»a atəş açılacağını deyib  (VİDEO)

29 May 2020, 13:30 (GMT +4)
Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb

29 May 2020, 13:23 (GMT +4)
Ötən gün yol qəzalarında 6 nəfər ölüb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66