Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

Bakıdakı məktəblərdə ilk dərslər Xocalı soyqırımına həsr edilib

26 Fevral 2020, 13:04 (GMT +4)

Bakı, 26 fevral, SalamNews.Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində və uşaq-gənclər inkişaf mərkəzlərində fevralın 26-da ilk dərs və məşğələlər Xocalı soyqırımına həsr edilib.

Bu barədə SalamNews-a BŞTİ-dən məlumat verilib.

“Xocalı soyqırımının iyirmi səkkizinci ildönümünün keçirilməsi ilə əlaqədar Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Tədbirlər Planı”na əsasən, tədris olunan dərslər Xocalı qurbanlarının xatirəsini yad etmək, böyüməkdə olan nəslə XX əsrin ən dəhşətli hadisələrindən olan Xocalı soyqırımı haqqında ətraflı məlumat vermək, məktəblilərdə düşmənə qarşı barışmazlıq hissi, Vətənə, doğma torpağa sədaqət və məhəbbət duyğularını gücləndirmək məqsədlərinə xidmət edir.

Dərslər Azərbaycanın müstəqilliyi uğrunda canlarını qurban vermiş şəhidlərin və Xocalı qurbanlarının əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Müəllimlər dərs zamanı Xocalının tarixi, coğrafi mövqeyi, faciədən əvvəl əhalinin sayı və tərkibi, iqtisadi göstəriciləri, təhsil, səhiyyə, mədəniyyət ocaqları, tarixi-mədəni abidələri, görkəmli şəxsiyyətlərindən söhbət açıblar. Eyni zamanda, faciə nəticəsində öldürülən, ağır yaralanan, itkin düşən, girov götürülən sakinlərin statistikasından, soyqırımı törədənlərin vəhşi və qeyri-insani xislətindən bəhs ediblər. Bildirilib ki, Xocalı soyqırımı bütün bəşəriyyətə və insanlığa qarşı törədilmiş cinayətdir və bu hadisə yaddaşlarımızdan heç vaxt silinməyəcək.

Daha sonra şagirdlərin Xocalı faciəsi ilə bağlı fikirləri dinlənilib, müvafiq mövzu ətrafında müzakirələr aparılıb. Şagirdlər Vətənə, topağa aid şeirlər səsləndirib, onların hazırladıqları fotostendlər və guşələr nümayiş etdirilib.

Qeyd edək ki, Xocalı soyqırımının iyirmi səkkizinci ildönümü ilə əlaqədar təhsil müəssisələrinin müəllim və şagird kollektivinin soyqırım şahidləri ilə görüşləri və “Ana fəryadı” abidəsinə ziyarəti də təşkil olunur.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

İstanbulda Xocalı Soyqırımının ildönümnə həsr olunmuş panel təşkil edilib

Kiyevdə Xocalı soyqırımı haqqında məlumatlandırıcı bilbordlar qurulub

Moldovada Xocalı soyqırımı ilə bağlı yürüş keçirilib

“Azərsun” Xocalı soyqırımı qurbanlarını silsilə tədbirlərlə anıb

XİN və Baş Prokurorluq Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar bəyanat yayıb

Cəlilabadda Xocalı Soyqırımına həsr olunmuş Quran gecəsi keçirilib (FOTOLAR)

İsveçdə Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar etiraz aksiyası keçirilib

Mehriban Əliyeva: "Xocalı soyqırımı bütün bəşəriyyətə və insanlığa qarşı törədilmiş cinayətdir"

Ukrayna mətbuatına Xocalı soyqırımı ilə bağlı bəyanat ünvanlanıb

İstanbulda Xocalı soyqırımına həsr olunmuş fotosərgi keçirilib

İsveçrədə Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb

Kiyevdə Xocalı soyqırımına dair bilbordlar yerləşdirilib

Xocalı soyqırımının ildönümü ilə əlaqədar Bakıda bağlanacaq küçələr açıqlanıb

Siyəzən polis şöbəsində Xocalı soyqırımının anım mərasimi keçirilib

Leyla Həsənova: Hər kəs Xocalı soyqırımını təbliğ etməlidir

Dövlət Reklam Agentliyində Xocalı soyqırımı anılıb 

Bosniya və Herseqovinada Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb

Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib (FOTOLAR)

"Yeni Üfüq” Xocalı soyqırımının ildönümü münasibətilə anım tədbiri keçirib

PA rəhbəri Xocalı soyqırımının ildönümünün keçirilməsinə dair tədbirlər planını təsdiq edib

29 May 2020, 18:14 (GMT +4)
Azərbaycanda daha 230 nəfər koronavirusa yoluxub, 2 nəfər ölüb

29 May 2020, 17:55 (GMT +4)
Mayın 31-dən dövlət qurumları tam heyətlə fəaliyyətə başlayır

29 May 2020, 17:54 (GMT +4)
Azərbaycanda bəzi qadağalar qüvvədə qalacaq - Siyahı

29 May 2020, 17:50 (GMT +4)
Restoran, kafe və çay evlərində xidmət saatları artırılır

29 May 2020, 17:46 (GMT +4)
Azərbaycanda açıq havada keçirilən idman yarışlarına icazə verilib

29 May 2020, 17:15 (GMT +4)
Xüsusi karantin rejimi çərçivəsindəki məhdudiyyətlərin bir qismi aradan qaldırılıb

29 May 2020, 17:10 (GMT +4)
Azərbaycanda iri ticarət mərkəzləri və “Mall”arın fəaliyyəti bərpa olunur

29 May 2020, 17:01 (GMT +4)
Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb

29 May 2020, 17:00 (GMT +4)
Prezident İlham Əliyev Xorvatiyanın dövlət başçısını təbrik edib

29 May 2020, 16:50 (GMT +4)
Mənzillə təmin edilən şəhid ailələri və müharibə əlillərinin sayı açıqlanıb

29 May 2020, 16:40 (GMT +4)
Trampla Twitter-in qarşıdurması qızışıb – Prezidentin son paylaşımı məhdudlaşdırılıb

29 May 2020, 16:37 (GMT +4)
Nazirlər Kabineti: Maskadan istifadə etməmək məsuliyyətə səbəb olacaq

29 May 2020, 16:30 (GMT +4)
Azərbaycanda dayanacaqlarda maskadan istifadə məcburi oldu

29 May 2020, 16:25 (GMT +4)
Qoruyucu tibbi maskaların taxılması məcburi olan yerlərin siyahısı açıqlanıb

29 May 2020, 16:20 (GMT +4)
COVID-19 infeksiyasına qarşı mübarizədə ictimai nəzarət sistemi yaradılıb

29 May 2020, 16:08 (GMT +4)
Netanyahu Fələstin ərazilərinin İsrailə əlavə edilməsinin zamanını açıqlayıb

29 May 2020, 16:07 (GMT +4)
Azərbaycan dövlət sərhədinin bağlanması müddəti uzadılır

29 May 2020, 15:57 (GMT +4)
Kim Çen In Azərbaycan Prezidentini təbrik edib

29 May 2020, 15:40 (GMT +4)
“TariximİZ-Şərqin günəşi” onlayn forumu keçirilib (FOTO)

29 May 2020, 15:36 (GMT +4)
İradə İbrahimova: Ağac kəsənlər cəmiyyət qarşısında utansınlar

29 May 2020, 15:17 (GMT +4)
İranda koronavirusdan ölənlərin sayı azalır, yoluxanlar sürətlə artır

29 May 2020, 15:15 (GMT +4)
Bakıda marşrut avtobusu piyadanı vuraraq öldürüb

29 May 2020, 15:01 (GMT +4)
Buraxılış imtahanlarının fənləri üzrə tapşırıqların strukturu və balların hesablanması qaydası açıqlanıb

29 May 2020, 14:45 (GMT +4)
Qonşusunun evindən qızıl oğurlayan Zaqatala sakini tutulub

29 May 2020, 14:30 (GMT +4)
Kolleclərə 47 734 nəfər sənəd verib

29 May 2020, 14:20 (GMT +4)
Sabirabad sakinindən 4 kq-a yaxın narkotik götürülüb

29 May 2020, 14:01 (GMT +4)
ADU tələbə qəbulu elan edib

29 May 2020, 13:38 (GMT +4)
Tramp Minnesotada gərginliyin davam edəcəyi təqdirdə «iğtişaşçılar»a atəş açılacağını deyib  (VİDEO)

29 May 2020, 13:30 (GMT +4)
Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb

29 May 2020, 13:23 (GMT +4)
Ötən gün yol qəzalarında 6 nəfər ölüb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66