Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

İstanbulda Xocalı Soyqırımının ildönümnə həsr olunmuş panel təşkil edilib

27 Fevral 2020, 11:30 (GMT +4)

Bakı, 27 fevral, SalamNews.İstanbulda XX əsrin ən böyük faciələrindən biri olan Xocalı Soyqırımının 28-ci ildönümnə həsr olunmuş panel təşkil edilib.

SalamNews xəbər verir ki, İstanbul Universiteti Azərbaycan Mədəniyyət və Həmrəylik Birliyi, “Yeni Çağ” Media Qrupu ilə Azərbaycan-Türkiyə Evinim (ATEV) birgə təşkilatçılığı ilə İstanbul Universitetində “Xocalı üçün danışaq” adlı panel keçirilib.

Tədiri giriş sözü ilə açan Birliyin sədri Anar Can Kıtay günün anlam və mənasından bəhs edib, hər iki ölkədən panelə qatılan aydınlara öz təşəkkürünü bildirib.

“Yeni Çağ” Media Qrupunun baş direktoru Aqil Ələsgərin moderatorluğu ilə davam edən panelə Azərbaycan və Türkiyənin çox sayda nüfuzlu ziyalıları qatılıblar.

Paneldə giriş sözü deyən Aqil Ələsgər 28 il əvvəl Xocalıda azərbaycanlılara qarşı qanlı soyqırımıı törədən ermənilərin yanında olan qüvvələrin bu gün eyni qaydada Türkiyəyə qarşı açılmış cəbhələrdə yer tutduqlarını söyləyib:

“Regionda aktyorların deyil, maşaların dəyişdiyini görürük. Dünən həmin aktyorlar maşa kimi ermənilərdən istifadə edirdilərsə, bu gün həmin maşa funksiyasını terrorçu PKK, İŞİD-dir, Əsəd və başqaları icra etməkdədirlər. Eyni zamanda, dünən Xocalıda soyqırımı törədən ermənilərin yanında olan rus zehniyyəti bu gün İdlibdə türklərə qarşı olan qüvvələrin yanındadır”.

Paneldə çıxış edən ATEV rəhbəri Tənzilə Rüstəmxanlı Türk dünyasının Xocalı Soyqırımına daha həssaslıqla yanaşmasının vacibliyini vurğulayıb:

“Xocalıda ermənillərin 28 il əvvəl törətdikləri soyqırımının hədəfi və qurbanları sadəcə, azərbaycanlılar yox, həm də bütövlükdə Türk dünyasıdır. Türk adlanan hər bir kəs ermənilərin və onları himayə edənlərin hədəfindədir. Bizləri yox etmək, sıradan çıxarmaq üçün gecə-gündüz yeni-yeni planlar hazırlayıb dövrəyə buraxmaqdadırlar. Ona görə də, Xocalı Soyqırımı kimi Türklərə qarşı törədilən bütün planlara münasibətimiz eyni olmalı, o planların gerçəkləşməməsi üçün sinəmizi birlikdə irəli verməlitik. Əks halda, bu, sonuncu faciəmiz olmayacq”.

Tədbirdə söz verilən tanınmış vəkil, Azərbaycan Kərkük Mədəniyyət və Əməkdaşlıq Mərkəzinin (AKMƏM) sədri Məlahət Qurbanova Xocalı Soyqırımının beynəlxalq aləmdə yetərincə tanıdılması üçün səylərin artırılmasına çağırıb:

“Çox təəssüf ki, Türkiyə istisna olmaqla, dünyanın əksər ölkələrində Xocalı Soyqırımı haqqında yetrəli səviyyədə məlumat yoxdur. Doğrudur, son illərdə bu istiqamətdə müüəyyən addımlar atılır. Ancaq bununla kifayətlənmək olmaz. Xocalı Soyqırımını dünyanın gündəminə yerləşdirmək və bu faciəni törədənlərin layiqli cəzalarına çatmasına nail olmaq üçün nə lazımdırsa, etməliyik”.

Xocalı Soyqırımını bəşəriyyətə qarşı törədilmiş cinayət kimi qiymətləndirən professor Nesrin Sarıahmetoğlu diqqəti bu qətliamda əli olan hər kəsin cəzalandırılmasının vacibliyinə yönəldib:
“Bəli, Xocalı Soyqırımı bütün Türk dünyasına, bəşəriyyətə qarşı törədilmiş cinayətdir. Yüzlərlə günahsız insanın qətli, minlərlə insanın yaralanması və yurdlarından didərgin düşməsi ilə nəticələnmiş bu cinayət cəzasız qala bilməz, qalmamalıdır. Xocalı Soyqırımının dünya miqyasında yanıdılmasına çalışmaqla yanaşı, Xocalı qatillərinin də öz layiqli cəzalarını almaları üçün üzərimizə düşən hər şeyi etməliyik”.

Paneldə söz alan gənc alim Aynur Hüseynova çıxışında Xocalı Soyqırımının dünyada tanıdılmasına yönəlik fəaliyyətin genişləndirilməsinə çağırıb:

“Əsrin faciəsi olan Xocalı Soyqırımının dünyada həm faktik, həm də hüquqi baxımdan, tanıdılmasına istiqamətlənmiş fəaliyyətin daha da genişləndirilməsinə ehtiyac var. Artıq dünyanın bir sıra dövlətlərinin parlamentləri Xocalı Soyqırımının tanınması haqda qərar qəbul ediblər. Bu yöndə göstərilən fəaliyyət daha da genişləndirilməli, Xocalı Soyqırımını tanıyan dövlətlərin sayı artırılmalıdır. Bu, diplomatik müstəvidə Azərbaycanın mövqelərinin möhkəmlənməsinə təkan verəcək”.

Panelin sonunda təşkilatçılar gəncləri sosial mediada aktiv olmağa səsləyib və #HocalıyaAdalet, #HocalıiçinPaylaş, #JusticeforKhojaly, #ShareforKhojaly haşteqləri ilə paylaşım edib, rəy yazmağa çağırıblar.

Qeyd edək ki, panel sosial media çalışmaları ilə davam edəcək.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Kiyevdə Xocalı soyqırımı haqqında məlumatlandırıcı bilbordlar qurulub

Moldovada Xocalı soyqırımı ilə bağlı yürüş keçirilib

“Azərsun” Xocalı soyqırımı qurbanlarını silsilə tədbirlərlə anıb

Bakıdakı məktəblərdə ilk dərslər Xocalı soyqırımına həsr edilib

XİN və Baş Prokurorluq Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar bəyanat yayıb

Cəlilabadda Xocalı Soyqırımına həsr olunmuş Quran gecəsi keçirilib (FOTOLAR)

İsveçdə Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar etiraz aksiyası keçirilib

Mehriban Əliyeva: "Xocalı soyqırımı bütün bəşəriyyətə və insanlığa qarşı törədilmiş cinayətdir"

Ukrayna mətbuatına Xocalı soyqırımı ilə bağlı bəyanat ünvanlanıb

İstanbulda Xocalı soyqırımına həsr olunmuş fotosərgi keçirilib

İsveçrədə Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb

Kiyevdə Xocalı soyqırımına dair bilbordlar yerləşdirilib

Xocalı soyqırımının ildönümü ilə əlaqədar Bakıda bağlanacaq küçələr açıqlanıb

Siyəzən polis şöbəsində Xocalı soyqırımının anım mərasimi keçirilib

Leyla Həsənova: Hər kəs Xocalı soyqırımını təbliğ etməlidir

Dövlət Reklam Agentliyində Xocalı soyqırımı anılıb 

Bosniya və Herseqovinada Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb

Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib (FOTOLAR)

"Yeni Üfüq” Xocalı soyqırımının ildönümü münasibətilə anım tədbiri keçirib

PA rəhbəri Xocalı soyqırımının ildönümünün keçirilməsinə dair tədbirlər planını təsdiq edib

28 Oktyabr 2020, 15:08 (GMT +4)
MN: Düşmən dezinformasiya yaymaqla törətdiyi hərbi cinayətlərdən diqqəti yayındırmağa çalışır

28 Oktyabr 2020, 15:04 (GMT +4)
Azərbaycan banklarının xarici öhdəlikləri azalıb

28 Oktyabr 2020, 15:02 (GMT +4)
“Qarabağı bərpa etməyə cümlə hazırız” videoçarxı təqdim edilib (VİDEO)

28 Oktyabr 2020, 14:54 (GMT +4)
Goranboy və Tərtər rayonlarının ərazisi atəşə tutulur

28 Oktyabr 2020, 14:47 (GMT +4)
Həsən Ruhani islamofob fikirlərinə görə Fransa prezidentini tənqid edib

28 Oktyabr 2020, 14:44 (GMT +4)
Vakant dövlət qulluğu vəzifələri üzrə müsahibədə 93 namizəd uğur qazanıb

28 Oktyabr 2020, 14:40 (GMT +4)
Tramp Rusiya və Çinin ABŞ silahlarına həsəd apardıqlarını açıqlayıb

28 Oktyabr 2020, 14:34 (GMT +4)
Baş Prokurorluq: Ermənilərin Bərdəni raket atəşinə tutması nəticəsində 14 nəfər həlak olub, 40-dan artıq şəxs yaralanıb

28 Oktyabr 2020, 14:25 (GMT +4)
Naxçıvan iqtisadiyyatı cüzi böyüyüb

28 Oktyabr 2020, 14:13 (GMT +4)
ABŞ Belarusdakı etirazçılara dəstəyini yeniləyib

28 Oktyabr 2020, 14:06 (GMT +4)
Hikmət Hacıyevdən Bərdəyə bugünkü hücumla bağlı açıqlama verib

28 Oktyabr 2020, 14:02 (GMT +4)
MN: Bərdə şəhəri "Smerç”lə vurulub, ölən və xəsarət alanlar var

28 Oktyabr 2020, 14:00 (GMT +4)
MN: Azərbaycan Ordusu mülki əhalini heç vaxt hədəf almır

28 Oktyabr 2020, 13:48 (GMT +4)
Ceyhun Bayramov İran prezidentinin xüsusi elçisi ilə görüşüb

28 Oktyabr 2020, 13:30 (GMT +4)
Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb

28 Oktyabr 2020, 13:20 (GMT +4)
Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana məktub göndərib

28 Oktyabr 2020, 13:06 (GMT +4)
Yeni Susay-Xınalıq avtomobil yolunda tikinti işləri davam etdirilir

28 Oktyabr 2020, 13:00 (GMT +4)
Pərviz Şahbazov: Ermənistan Azərbaycanın enerji təhlükəsizliyini təhdid edir

28 Oktyabr 2020, 12:45 (GMT +4)
Azərbaycanda daha 13 dövlət əmlakı özəlləşdirilib

28 Oktyabr 2020, 12:30 (GMT +4)
Daxili İşlər Nazirliyi yenidən terror təhlükəsi ilə bağlı xəbərdarlıq edib

28 Oktyabr 2020, 12:28 (GMT +4)
İngiltərədə COVID-19 xəstələrinin sayı son gündə təxminən 23 min nəfər artıb

28 Oktyabr 2020, 12:15 (GMT +4)
Prezident İlham Əliyev Rusiyanın "İnterfaks" agentliyinə müsahibə verib

28 Oktyabr 2020, 12:00 (GMT +4)
Müdafiə Nazirliyi rəsmi sosial şəbəkə hesablarının siyahısını yayımlayıb

28 Oktyabr 2020, 11:52 (GMT +4)
ÜST son həftə ərzində koronavirusa yoluxmada rekord artım qeydə alıb

28 Oktyabr 2020, 11:50 (GMT +4)
MN: Düşmənin xeyli sayda hərbi texnikası və canlı qüvvəsi məhv edilib (VİDEO)

28 Oktyabr 2020, 11:40 (GMT +4)
Dövlət Turizm Agentliyinin səlahiyyətləri artırılıb

28 Oktyabr 2020, 11:26 (GMT +4)
MN: Düşmən Tərtəri raket atəşinə məruz qoyub

28 Oktyabr 2020, 11:22 (GMT +4)
Baş Prokurorluq: Ermənistanın mülki əhalini atəşə tutması nəticəsində ölənlərin sayı 69-a çatıb

28 Oktyabr 2020, 11:20 (GMT +4)
Gürcüstanda son sutkada 1.731 nəfər koronavirusa yoluxub

28 Oktyabr 2020, 11:05 (GMT +4)
Müdafiə Nazirliyi: Ordumuza məxsus PUA vurulmayıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66